48
Q LO B A LLA ŞM A V Ə M Ə D Ə N İ M Ü X T Ə L İF L İK
(Müasir qloballaşma prosesi ilə analogiya aparılarsa tarixi
şəraitin fərqli şəkildə də olsa təkrar olunduğunu
söyləmək olar).
• Universallıq iddiasında olan mədəniyyət tipinin
lokal və özünəməxsus mədəniyyətlərə kölgə salması,
onların mədəni təkamül spesifikasını həssaslıqla yanaş
ması - əldə olunan yeni elmi qənaətlərdən biri idi.
• bəşəriyyətin mədəni inkişafında universal meyllərlə
lokal meyllər və istiqamətlər müxtəlif ölkələrdə müxtəlif
cür təzahür edir. Hər bir mədəniyyətə özünəməxsus,
daxili dinamika ritmi xasdır və onun hərəkətverici
qüvvələri tamamilə fərqlidir. Mədəniyyətdaxili dinamika
hər bir lokal mədəniyyətin tarixən inkişaf etmiş
qanunauyğunluqlarına tabedir. Bu da öz ifadəsini həmin
mədəniyətin taleyində və timsalında spesifik olaraq əks
etdirir.
• mədəniyyətin ən mühüm şərtlərindən biri - mədəni
müxtəliflik və plyüralizmdir. Bu problem etnik, milli və
ümumbəşəri miqyaslarda mədəni ünsiyyət və inteqra
siyanın təhlili üzərində qurulur.
• mədəniyyətin təsiri və funksiyaları müxtəlif
sivilizasiya tiplərində müxtəlif cür özünü göstərir. Bu da
mədəniyyətin daxili məzmun və strukturunda mövcud
olan dəyər oriyentasiyalarının fərqliliyindən irəli gəlir.
•
müasir
dünyada
ümumbəşəri,
beynəlxalq
mədəniyyət fenomeni təşəkkül tapmaqdadır ki, bu da
informasiya inqilabı və telekommunikasiya texnologiya
larının görünməmiş tərəqqisi ilə şərtlənmişdir. Buna
paralel olaraq tarix boyu formalaşmış, etnik və milli
özünəməxsusluq “mədəni müxtəliflik və ünsiyyət” prob
lemini ən mühüm problem kimi gündəliyə çıxarır.
Müxtəliflik və çoxçalarlığın “əkslik”, “qütbləşmə”,
“ziddiyyət” kimi başa düşülməsi tarix boyu mövcud
olmuş, bu gün də davam etməkdədir.
Vəhdətin immanent atributu, ayrılmaz xüsusiyyəti və
şərti kimi müxtəlifliyin mahiyyəti çox dövrlərdə təhrif
Fosil I. Qloballaşma. Mədoniyyot fenomeni qloballaşma kontekstində 49
olunmuşdur. Hələ mifik Babil qülləsini inşa edənlər “dil
müxtəlifliyi”, deməli “mədəniyyətlərin müxtəlifliyi”
problemi ilə üzləşmişdilər. Bu da onların nəzərdə
tutduqları məramı, “layihəni” başa çatdırmağa mane
olmuşdur. Səbəbi isə, ünsiyyət və anlaşmanın vacibliyinin
“nəzərə alınmaması” idi.
Tarixdə “Babil həngaməsi”
kimi məlum olan bu mifin
məzmunundan məlum olur ki, bir dəfə insanlar bir yerə
toplaşıb bir-birinə deyirlər: “Yer üzünə səpələnməkdən-
sə, gəlin özümüzə bir şəhər salaq, başı göylərə çatan bir
qüllə ucaldaq, dünyada ad-san qazanaq. “İnsanların niy
yətini görən Allah(lar) deyir: Gəlin aşağı düşək, onların
dilini qarışdıraq ki, bir-birini başa düşməsinlər, qülləni
ucalda bilməsinlər”.
“Babil” əhvalatının şərhi, hər dəfə mədəniyyətlərin
inkişafı, differensiyasiyası və inteqrasiyası problemi
aktuallaşanda gündəmə gəlir və onun birmənalı yeganə
şərhi, “Babil” sözünün mənası da daxil olmaqla hələlik
mövcud deyildir.
Bəzi baxışlara görə insanların monoteizmə cəhdi və
meyli, bütpərəstliyin ənənələrinə və əks-müqavimətinə
məruz qaldığı üçün belə olmuşdur. (Allahlar: Gəlin, aşağı
düşək ... deyirlər.)
Digər baxışlara görə əgər köklü qlobal dəyişikliklər
dövründə müxtəliflik və vəhdət arasında optimal ortaq
hədd-dil-mədəniyyət-körpü-dialoq və s. tapılmazsa, qüllə-
bəşər mədəniyyəti həmişə yox olan sivilizasiyalar, zənə-
zərrə toplanan mədəni xəzinənin məhv edilərək, yenidən
“sıfır’dan başlanılması faktı ilə üz-üzə qalacaq, formalaşa
bilməyəcəkdir.
Bu günkü qloballaşma dövründə “qüllə” probleminin
aktuallığı ağlagəlməz dərəcədə kəskin zərurət kimi durur,
çünki “məhv edilmə” faktı olarsa, müasir texno-
sivilizasiyanın hərbi potensialı “sayəsində” mədəniyyətin
yenidən, “0”-dan yaradılması imkanı heç vaxt olma
yacaqdır.
I