42
Q LO B A LLA ŞM A VƏ M Ə D Ə N İ M Ü X T Ə L İF L İK
kimi qəbul etdiyi şey, başqa mədəniyyətlər üçün hörmətli
və nüfuzlu bir şəxsiyyətin səlahiyyət, səriştə və
hüquqlarının tanınması, qəbul edilməsi kimi başa düşülə
bilər. İndividualizmə, yoxsa həmrəylik və birliyə
dayaqlanmaq Qərb və Şərq mədəniyyətlərini xeyli
fərqləndirir”.1
Hər bir mədəniyyətin özəyini təşkil edən dəyərlərin
təsiri mexanizmi, cəmiyyət üçün daha vacib olan adət,
ənənə və normaları özünə tabe etdirərək daha çevik,
təsirli nizamlama səviyyəsini formalaşdırmaqda üzə çıxır.
Cəmiyyət mürəkkəbləşdikcə ona xas olan mədəni
dəyərlər sistemi də differensiasiyaya uğrayır. Bu da
mədəniyyətin
çoxçalarlığım,
məzmun
və
forma
müxtəlifliyini şərtləndirir.
Mədəniyyətdə çoxçalarlığm müxtəlif mənbələri
mövcuddur. Onlardan bəzilərini yada salaq:
- cəmiyyətin sosial müxtəlifliyi (elita-xal, zadəganlıq-
ruhanilik, şəhər-kənd, siyasətçi-ziyalı və s.) mədəni
dəyərlərə müxtəlif münasibətlər doğurur;
- hər bir sosial-mədəni birliyin fəaliyyətinin məzmu
nunda mövcud olan fərqlər (müxtəlif etnik qruplar,
konfessiyalar, təbəqələr və s.);
- dəyərlərin səviyyə və sferalar üzrə funksional fərqli
aspektləri. Məsələn, belə fərqlərin simvolik ifadəsi
müəyyən metaforik deyimlərdə əksini tapır: Rusiya
mədəniyyəti üçün bu “ikona və balta”, yaponiya üçün
“xrizantema (payız gülü) və “qılınc”, Azərbaycan mə
dəniyyəti üçün “qılınc və qələm” və s. Bunlarda hər bir
mədəniyyətin dəyərləri yaradan kreativ qüdrət və
potensialla bərabər, bunların qorunması və mühafizə
olunmasını təmin edən amillərin funksional-dual təbiəti
əks olunmuşdur.
Yalnız simvolik - metaforik deyil, praktiki məzmuna
malik olan “ikili” dəyərlər sistemi də mövcuddur.
1 Bax: Б.С.Ерасов. Культура, цивилизация, религия на Востоке.
Очерки общей теории. - M, 1990.
Fosil I. Qloballaşma. Modoniyyat fenomeni qloballaşma kontekstində 43
Məsələn: varlı olmaq, yoxsa var olmaq (E.Fromun
məşhur eyniadlı əsəri də buna həsr olunmuşdur, elmli ya
əxlaqlı olmaq və s. və i.a. Bu və ya başqa dəyərlər
müxtəlif mədəniyyətlərdə qəbul edilərək sosial nizama
və qarşılıqlı anlaşmaya dəstək verir. Lakin bəzən, yaxud
tarix boyu əksər hallarda bu fərqlər ideoloji müstəviyə
keçirilmiş, insanlara olmazın fəlakət və məşəqqətlərini
gətirmişdir.
Dəyişikliklər və keçid dövründə mədəni dəyərlərdə
əbədi və müqəddəs sayılan faktorlar münasibət önə çıxır.
Buna misal kimi yalnız dağıdılmış qədim məbədləri deyil,
müxtəlif kult, simvol və qanunları və s. də göstərmək
olar. Sosial sarsıntılar zamanı dəyərlər intellektual tənqid
süzgəcindən keçirilir. “Sabit” və “qocaman” mədəniy
yətlərdə ən müxtəlif dəyər oriyentasiyalarının ziddiyyətli
münasibəti aydınlaşdırmaq, problemi həll etmək üçün
özünəməxsus üsul və mexanizmlər mövcud olur ki, bu da
fəlakətli qarşıdurmaların baş verməsi ehtimalını aradan
qaldırır”.1 Fikrimizcə sovetlər imperiyasının dağıdılması
və müstəqilliyimizin əldə edilməsi ilə mənəvi-mədəni
dəyərlərimizə yenidən diqqət və qayğının, qayıdışın
müşahidə
olunması,
Azərbaycanda
da
dəyərlər
probleminin ağrısız həllini nümayiş etdirməklə, bu
mədəniyyətin də dünyanın ən “qocaman” mədəniyyətləri
sırasında olduğunu bir daha təsdiq etdi.
Cəmiyyətdə sabit və çoxçalarlı dəyər oriyenta
siyalarının məcmuyu, onun mənəvi həyatının vəhdətini,
bütövlüyünü təmin edir. Bu dəyərlər cəm şəklində, hər
bir dövlətin və cəmiyyətin bütövlükdə mədəniyyətinin
ortaq mədəniyyətini - nüvəsini təşkil edir ki, bu da
müxtəlif mədəni dəyərlərin arasında
baş verən gərginliyin
səngiməsinə imkan verir, cəmiyyətdə parçalanma və
radikal çevrilişlər təhlükəsini aradan qaldırır. İnsanların
həyatında uzunmüddətli dövr üçün əsas hesab edilən sabit
mənəvi-mədəni ideallar məhz ortaq mədəniyyət çər
1 Культурные ценности: Прошлое и современность.- М,1988,с.91.