82
Q LO BALLAŞM A VƏ M Ə D Ə Nİ M Ü X T Ə LİFLİK
1.8. Mədəni müxtəliflik və mentalitet.
(mədəni unikallıq və universallıq, mədəni arxetip,
əcdad “mədəniyyət-sim vol”.
Mədəni müxtəlifliyi şərtləndirən, onu rövnəqləndirən
amillərdən biri
mədəniyyətin
“nüvəsinə”, nüvə
strukturuna aid olan, daha doğrusu bu nüvəni təşkil edən
“mentalitet” anlayışıdır. Mentalitet barədə bəhs etməzdən
əvvəl Hind fəlsəfəsində məlum olan bir dialoqu yada
salmaq istərdik:
“Müdrik Uddalaka oğluna başlanğıcın, kökün mahiy
yətinin mənasını başa salmaq, diqqətini yönəltmək üçün
ona deyir:
- Buraya bir nyaqrodha (banan növü) gətir.
- Gətirdim, atacan.
- Kəs onu.
-Kəsdim, atacan.
- Nə görürsən orda?
- Xırdaca toxumlar görürəm, atacan.
- O, toxumlardan da birini böl.
- Böldüm, atacan.
- İndi nə görürsən?'
- Heç nə, atacan...
- Hə .... Əzizim, bax sən o zərifdən zərif başlanğıcı
gönnürsən ki, bu böyük nyaqrodha ondan əmələ gəlib. Bu
elə bir zərif başlanğıcdır ki, bütün varlıq ondan əmələ
gəlib”.
Mədəniyyət və sivilizasiya, mədəniyyət və qlobal
laşma problemlərinin təhlilində “mentalitet” problem
lərinə toxunulmadan tədqiqat aparmaq, “kökdən”, “toxum
və nüvədən” danışmadan, meyvə, budaq və çiçəkdən
söhbət açmağa bənzəyir.
İstənilən keçid dövrü qeyri-müəyyənlik və dra
matizmlə müşayiət olunur. Belə hallarda hər bir
mədəniyyət özünün mənliyini və simasını təşkil edən ən
dərin, “görünməz” qatlarına və qaynaqlarına çox həssas
Fəsil I. Qloballaşma. Mədəniyyət fenomeni qloballaşma kontekstində 83
olur. Öz növbəsində bu da mədəni inkişaf və təşəkkülün
yeni səviyyədə irəliləməsinin yollarına və variantlarına
təsir göstərir.
Hər hansı bir millətin, xalqın yaxud da insanların
özünəməxsus daxili aləminin sabit tərəflərini, sosial-
mənəvi tarixi təcrübənin ümumiləşdirilmiş simvolunu,
dünyanın məxsusi anlam tərzi ilə mənalandırılmasını,
insanların min illər boyu yaşadığı və fəaliyyət göstərdiyi
yaşayış mühitinin xüsusiyyətlərini özündə əks etdirən
mentalitet, xüsusilə keçid dövrlərində və ümumiyyətlə də
bütün tarixi fəaliyyət prosesində sosial-mədəni, mənəvi
fəallığı şərtləndirir.
“Mentalitetin dərk olunması, tədqiq çeşidli yeniliklər
və unifıkasiya təhlükəsinə məruz
qalan plyuralist dünyada
bizim mədəniyyətimizin canlı ruhunun rəngarəngliyinin
mühafizə olunması üçün çox vacibdir. Belə şəraitdə
mentalitetin itməsi qorxusu mövcud olur,- Hətta bizim
özümüz üçün də o qədər aydın olmayan, mentallığımızı
müasir dünyanın total cəzbedici hadisələrinə qurban
vermək məntiqsiz bir iş olardı”.1
Mədəniyyət və sivilizasiya, mədəniyyətin təkamül
dinamikası və s. kimi problemlərin təhlilində, qeyd
etdiyimiz kimi mədəniyyətin fərqləndirilməsi, mədəni
bəhrələnmə və qarşılıqlı təsir prosesində onların funksiya
və rolunun aydın sezilməsi qeyri-obyektiv nəzəri
ümumi ləşdirmələrə gətirib çıxarır. Bu öz növbəsində
qlobal keçid və transformasiya şəraitində mədəniyyətin
lokal və qlobal səviyyələrinin dinamikası, inkişaf
modellərinin strateji və taktiki müstəvilərinin natamam
qalmasını şərtləndirir.
Mədəniyyətdə müxtəlifliyə, identikliyə qida verən
amillərdən biri kimi mentalitet, mentallıq anlayışının da
mədəniyyətşünaslığa dair tədqiqatlara cəlb edilməsi son
illər daha çox müşahidə olunan istiqamətlərdəndir.
Г.Гулиев. Архетипы Рода Коркута. (В лабиринтах менталите
та). Баку, 1999, с.7.
84
QLO BALLAŞM A VƏ M Ə D Ə N İ M Ü X T Ə LİFLİK
Qərb ədəbiyyatında “multikulturalizm” adı
ilə
təşəkkül tapan tədqiqatlarda mədəniyyətin məhz bu
cəhətinin - onun müxtəlifliyi və çoxçalarlığının daşıyıcısı
kimi, mədəni mentalitet məsələlərinə diqqət ayrılır.
“Multikulturalizm” konsepsiyası qloballaşma, müasir
düyada baş verən mədəni universalizasiya və unifıkasiya
meyllərinə əks olaraq mədəni müxtəlifliyin ifadəsi olan
bütün fenomenlərin (dil, din, adət-ənənə, sənət və s. )
mühafizə və qayğısını bəşər mədəniyyətində harmoni
yanın əsas şərti hesab edir. Uzun illər nümayiş etdirilən
biganəlik mövqeyi tədricən-yerli-lokal, immiqrat mədə
niyyətlərinə diqqət və qayğının beynəlxalq qurumlar
(BMT və YUNESKO) səviyyəsində dəstək almasına qə
dər təkamül etmişdir.
Qərbdə mədəniyyətin texniki-texnoloji aspektinin in
kişafı, onun bütün dünyaya yayılaraq texnosivilizasiya
kimi təzahür etməsi biz bilirik ki, mədəniyyətin “məhvi,
sonu, qürub fəlsəfəsi” kimi (xüsusilə Şpenqlerdə və s.)
konsepsiyaların ortaya gəlməsini haqlı olaraq şərtlən
dirmişdi. Bu başa düşülən, dərk edilmiş bir narahatlıq idi.
Bu
istiqamət
modernləşmə
dalğasında
bir
daha
aktuallaşdı. Elmi tərəqqisi ilə, maddi bolluqla, mənəvi
kasadlıq və “qıtlıq” arasındakı uçurum genişləndikcə,
elmin özünə də şübhə ilə yanaşan irrasionalizmə meylli
mövqelər çoxalmağa başladı.
Bütün bunlar mədəniyyətdə idrak və dəyər, maddi və
mənəvi, dini və dünyəvi, sakral və profan və s. kimi
aspektlərin birtərəfli inkişaf və təhlili nəticəsi, başqa
sözlə Qərb anlamlı, Qərb təməlli mədəniyyətin inkişafı
nəticəsi idi. Rasionalizm və praqmatizmin ictimai şüurda
dərin kök salması, mədəniyyətin utimtarizm, şou-biznes,
kommersiya və s. məqsədlərin ifadəçisi səviyyəsinə
endirilməsi, bu meyllərin ağlagəlməz nəticələrə gəlib
çıxacağından narahatlıq, mədəniyyətin kökü və nüvəsinə
daha ciddi yön almış araşdırmalar “mentalitet” fenomenini
də diqqət mərkəzinə çəkdi.
Fəsil I. Qloballaşma. Modoniyyat fenomeni qloballaşma kontekstində 85
Mentalitet - latınca mens-ağıl, təfəkkür, düşüncə tərzi,
anlam ruhu və s. mənalarını verir - fərdi və kollektiv
şüuru və təhtəlşüuru da əhatə edən, onların ən dərin,
təmas səviyyəsini səciyyələndirən anlayışdır. Elmi lüğət
və ədəbiyyatlarda onu məhz belə təqdim edirlər.
Mentalitet - insanın, fərdi və ya sosial qrupun dünyanı
müəyyən - məhz onların özünəməxsus şəkildə anlamaq,
qavramaq, duymaq, dərk etmək, fəaliyyət göstənnək
tərzlərinin, üsullarının və meyllərinin məcmuyudur.
Burada biz identiklik və mentalitet arasında nə qədər
yaxınlığın mövcud olduğunu görürük.
Psixologiyada identiklik anlayışı Z.Freyd sayəsində
(Edip kompleksi) diqqəti cəlb etmişdir. Uşaqların özlə
rinin
valideynlərinə oxşatmaq səyi, Freydə görə
əcdadların dəyər hesab etdikləri cəhətləri mənimsəmə və
bu yolla da “Supereqo”nun formalaşmasına gətirib çıxarır.
Sosial psixologiyada identiklik əsasən şəxsiyyətin
sosiallaşması prosesində, onun “mən”inin fasiləsiz inkişaf
və dinamikasının kontekstində geniş tədqiq olunur.
Məsələn: bəzi tədqiqatçılara görə gənclik dövründə
identiklik böhranı baş verir. Məhz bu mərhələdə gənclər
bütün əhatəsinin, ailəsinin yaxın dostlarının həyat tərzi və
təcrübələrini sınaqdan çıxararaq identiklik axtarışında
olur. Gəncliyin sonuna doğru, belə demək olarsa
identiklik axtarışı prosesi stabilləşir və insan özünü məhz
“bu” identikliyə mənsub olduğunu “yəqinləşdirir”.
Biz bu misalı ona görə gətirdik ki, insanın psixoloji və
mədəni identiklik axtarışları bir-birinə əks proseslər
deyildir. Bunlar bütün hallarda sosial mühit, mədəni
ünsiyyət və dialoq prosesində formalaşır. Cəmiyyətdə,
istər lokal səviyyədə olsun, istərsə də qlobal,
bu ünsiyyət
yoxdursa, özgələşmə və yadlaşma prosesi gedirsə,
xüsusilə də işsizlik, yaxud etnik-milli fərqləri ayrıseçkilik
səviyyəsinə qədər şişirdilərsə identikliyin sağlam proses
kimi getməsi böyük təhlükə altında olur. Mədəni, istər