14
Q LO BA LLA ŞM A VƏ M Ə D Ə N İ M Ü X T Ə L İFL İK
maqdadır.
İqtisadi
qloballaşma,
informasiya
və
telekom
munikasiya texnologiyaları ilə paralel olaraq elə bir
səviyyəyə çatmışdır ki, mütəxəssislər artıq qlobal
iqtisadiyyat, yaxud informasiya və iqtisadi baxımdan
vahid olan, bütövləşən dünyadan danışmağın mümkün
olduğunu vurğulayırlar.
Qloballaşmanın
geosiyasi
aspekti
ilk
baxışda
qloballaşmaya əks olan proses təsiri bağışlayır.
XX əsrin ikinci yarısı boyu yeni müstəqil dövlətlərin
formalaşması baş verdi. Lakin ikiqütblü dünyadan
birqütblü və ya çoxqütblü dünyaya keçid bəşəriyyəti
narahat edən problemlərdəndir. Dünyanın heç bir ölkəsi
baş verən prosesləri təkbaşına nəzarət və idarə etmək
iqtidarında deyildir.
Demoqrafik, ekoloji, texnoloji və iqtisadi proseslərin
qloballaşması
dövlətlərarası
geosiyasi
müstəvidə
(qarşılıqlı anlaşmadan qarşıdurmanın ən ifrat-müharibə
formasına qədər) əks-səda doğurmaya bilməz. XX əsrdə
dünyanın siyasi xəritəsi, bir nəslin həyatı müddətində iki
dəfə yenidən dəyişdirilmişdir. Müharibələr əvvəlki
əsrlərdə də mövcud olmuşdur.
Lakin burada keyfiyyət və mahiyyət dəyişiklikləri baş
vermişdir:
beynəlxalq
siyasi
münasibətlərdə
lokal
sivilizasiyaların qarşılıqlı münasibət və münaqişələri önə
çıxır, min illər tarixi olan və siyasətin “başqa üsullarla
davamı sayılan” dünya müharibələri, siyasi məqsədlərə
nail olmağın başlıca vasitəsi kimi mənasını itirir və həm
də bəşəriyyətin kollektiv ölümü və məhvi üçün vasitə
olmaq kimi qorxunc bir imkanı özündə daşıyır.
Belə
köklü
dəyişikliklər
geosiyasi
sferada
sivilizasiyaların qarşılıqlı təsirinin real şərtləri və gələcək
perspektivlərini - dialoq yoxsa toqquşmanın aparıcı vasitə
kimi qəbul ediləcəyini müəyyənləşdirməyi tələb edir.
Bütün bunlar dünya miqyasında qarşılıqlı münasibət
tiplərinin əsasən hələlik “sülh mədəniyyəti” adlandırılan
Fəsil I. Qloballaşma. Mədəniyyət fenomeni qloballaşma kontekstində 15
təməl prinsiplərə dayaqlanmasını aktuallaşdırır. Bu
barədə ayrıca bəhs ediləcəkdir.
“Qloballaşma”
anlayışı
etimoloji
cəhətdən
“qlobus” (lat.) - yəni “yer kürəsi” sözü ilə əlaqədardır.
Bu isə bu və ya digər proseslərin ümumplanetar
xarakterini ifadə etdiyini göstərir. Lakin proseslərin
qloballaşması sadəcə bunların bütün yer kürəsini əhatə
etməsi deyildir. Qloballaşma hər şeydən əvvəl, Yer
kürəsində bütün ictimai fəaliyyətin beynəlmiləlləşməsi
ilə əlaqədardır.
Bu o deməkdir ki, müasir dövrdə bütün bəşəriyyət
sosial-mədəni, iqtisadi, siyasi və digər əlaqələrin,
qarşılıqlı təsirlərin və münasibətlərin vahid sisteminə
daxil olur. Beləliklə, keçmiş tarixi dövrlərlə müqayisədə,
müasir dövrdə bəşəriyyətin ümumplanetar vəhdəti
həddindən artıq sürətlənmişdir. Nəticədə ümumi tale,
ümumi məsuliyyətlə əlaqədar olan problemləri prinsipcə
yeni super sistem təmsil edir.
Ona görə də müxtəlif bölgələr, dövlətlər və xalqların
sosial-mədəni, iqtisadi, siyasi konsepsiyaları vahid sivili
zasiya və yeni planetar təfəkkür üsullarının yaranmasını
mürəkkəbləşdirir.1
Son on ildə qloballaşmaya dair müzakirələri diqqətlə
izləyən hər kəs, burada vurğunun dəyişməsini sezməyə
bilməz.
İlk əvvəl, qlobal problemlərin tədqiqi və ya
qlobalistikadan başlanğıcını götürən baxış vo mövqelərdə
dünyanın vəhdəti çox cəzbedici perspektiv kimi an
laşılırdı. Onun müsbət cəhətlərindən danışmaq, ənənəvi
təkamülçülük və modemizasiya müstəvisində mühaki
mələr aparmaq daha mühüm sayılırdı. Başqa sözlə
deyilərsə qloballaşma, sadəcə qarşılıqlı təsir və əlaqələrin
artması, çoxalması demək olmayıb, hər şeydən əvvəl
Qərb mənşəli hər şeyin dünyanın bütün qaranlıq
1 A.Şükürov. Qloballaşma: mahiyyəti və perspektivləri. Bakı, 2001,
170 s. - s.4-5.
16
Q LO BA LLA ŞM A VƏ M Ə D Ə N İ M Ü X T Ə L İF L İK
guşəlorində bərqərar olması meyli nəzərdə tutulurdu.
Bunlara tipik nümunə kimi, “makdonaldizasiya” və s.
göstərilirdi. Bu dövrdə qloballaşmanın iqtisadi aspekti də
mühüm rol oynayırdı.
Yəni qloballaşma yaxşıdır, çünki bu iqtisadiyyat üçün
yaxşı, əlverişlidir; iqtisadiyyat yaxşı olarsa, onda hamı
üçün yaxşı olacaq. Qloballaşma iqtisadiyyata dövlət
sərhədləri tərəfindən qoyulmuş maneələri dəf etməyə
kömək edəcək.1
Lakin, qloballaşmaya dair tədqiqatların gedişində,
onların ahəng və məzmununda dəyişikliklər müşahidə
edilməyə başladı. Bu xüsusilə də sonuncu dünya
imperiyasının - SSRİ-nin dağılmasından sonra elmi və
ictimai idrakı düşündürməyə başladı. İkiqütblü dünya
nizamının dəyişməsi, nüvə təhlükəsinin səngiməsi ilə
dünyadakı vəziyyət nəinki rəvan inkişafa yerini verdi.
Əksinə milli-etnik, dini münaqişələr görünməmiş vüsət
və miqyas aldı.
“Soyuq müharibə”nin sona çatması ilə mədəni
müxtəlifliyin simvol' və atributları, bayraqlar, xaçlar,
ayparalar və hətta geyim nümunələri insanlar tərəfindən
sanki yenidən kəşf edildi. Ən dəyərli sərvətə çevrildi,'
çünki mədəni identiklik - ən mühüm və təməl prinsipdir!
İnsanlar yeni, əslində köhnə bayraqlarla küçələrə
çıxır,
yeni,
əslində
köhnə
mədəni
müxtəliflik
simvollarını bərpa edir, bunların nəticəsində də yeni,
əslində köhnə düşmənlərlə müharibə vəziyyətləri
yaranırdı”.2
Bütün bunlar “soyuq müharibə”dən sonra baş verən
proseslərin təhlilinə yeni yanaşmalar tətbiq etməyin
zəruriliyini irəli sürdü. “Modernləşmə” nəzəriyyəsinə
bəslənən ümidlər laxladı. “Mədəni determinizm”, yəni
Qərb-Avropa
mədəniyyətinin
ən
yüksək
modern
1 Bax: G.Putzer. The Macdonaldization o f society. Califom. 1993.
2
С.Хантингтон. Столкновение цивилизаций. M. 2003, 607 с. -
с .14.
Fəsil I. Qloballaşma. Mədoniyyat fenomeni qloballaşma kontekstində 17
səviyyəli mədəniyyət hesab edilməsi və dünyadakı bütün
başqa mədəniyyət modellərinin “modernləşərək”, inkişaf
edərək gec-tez bu səviyyəyə çatacağı, bunun daimi bir
proses, Qərb mədəniyyətinin yeganə, etalon-nümunə
sayılmasına dair mövqelərin yanlışlığı üzə çıxdı.
Qloballaşma proseslərində vurğulanan və önə çəkilən
universal unifıkasiya istiqamətli tədqiqatlar, öz yerini
müxtəliflik və çoxçalarlığın da təməl prinsip kimi nəzərə
alınmasının mühümlüyünü əsaslandıran tədqiqatlara verdi.
Demək olar ki, elə bu vaxtdan da qloballaşmanın
fövqəladə dərəcədə mürəkkəb və ziddiyyətli aspekti -
mədəniyyət və qloballaşma problemi gündəliyə çıxdı.
1.2. Qloballaşmaya qarşı dıınnaq
mümkiindürmü?
Qeyd etmək istərdik ki, “qloballaşma” termininin
hamı tərəfindən yekdilliklə qəbul edilməsini söyləmək
hələ tezdir. Məsələn, Çin kimi böyük bir dövlətdə əksər
hallarda “qloballaşma” sözü əvəzinə, “intemasional-
laşma”, “transnasionallaşma” kimi terminlər işlədilir.
Çünki, hələlik bu üç termin arasında prinsipial fərqlərin
olduğunu hələ heç kim sübut etməmişdir.1
Yaxud başqa tədqiqatçılara görə “qloballaşma”
anlayışı sadəcə səhvdir. Yeni, çox yüksək səviyyədə
beynəlmiləlləşmiş, nəzarət altında olmayan iqtisadiyyat
sadəcə olaraq ağlabatmazdır”.2
Qloballaşmanın müsbət, belə demək olarsa inteqrativ
funksiyası ilə yanaşı, ziddiyyətli və qeyri-sabit məzmun
daşıyan istiqamətləri, imkanların hədsiz qeyri-bərabərliyi
və qeyri-tarazlığı, bu prosesə mənfi münasibəti, hətta ona
qarşıdurmanı şərtləndirən səbəblərdəndir. Biz “antiqlo-
' Удовник С.Л. Глобализация: семиотические подходы. M. 2002,
с.348.
2 Михеев В.В. Глоьаляжпяя'в'тготпцаяптгтапуЕежных ученых.
Проблемы Дальней» Вовйзкя,
мши
Dostları ilə paylaş: |