Redaks ġya heyəTĠ



Yüklə 7,09 Mb.
Pdf görüntüsü
səhifə47/318
tarix15.03.2018
ölçüsü7,09 Mb.
#32623
1   ...   43   44   45   46   47   48   49   50   ...   318

77 

 

 



 

ilə  bağlı olub-olma masının qeyri-müəyyənliyindən irə li gəlird i. Bunu və digər məsələləri mü zakiə  et mək üçün 

Milli  ġura  və  höku mət  tərəfındən  M.Ə.Rəsulzadə,  F.x.Xoyski,  M.H.Hac ınskidən  ibarət  nü mayəndə  heyəti  təĢkil 

edildi.  Gəncədəki siyasi  mühit danıĢıq ların gərgin olacağından  xəbər verird i. "Bu  mübarizə   mə mləkət üsuli-idarəsinə 

aid  de mokrasi  cə rəyanlarla  a ristokrat  zehniyyətlər  a rasında  vüsuə  gəliyordu"  (M.Ə.Rəsulzadə).  Nuru  paĢa  Qafqaz 

Ġslam  Ordusunun  komandanı  kimi  yalnız  hərbi  sahə  ilə  məĢğul  olduğunu  bildirib,  nümayəndə  heyətini  onları 

maraqlandıran   məsələləri onun siyasi iĢlər ü zrə  müĢaviri Əh məd  bəy Ağaoğlu ilə  mü zakirə etməy i  məsləhət gördü: 

"Mən əsgərəm, siyasəti anla mıra m, o rdunun siyasi müĢaviri Əh məd Ağaoğludur. Onunla görüĢün". 

Azərbaycan  nümayəndə  heyəti  Ə.Ağaoğlunun  s ərt  bəyanatı  ilə  qa rĢılaĢdı.  Onun  fikrincə,  guya  indiki 

hakimiyyət əhali arasında nüfuzunu tama milə it irmiĢdir və əhali ona qarĢı hər an üsyana qalxa  bilər. Be lə  bir və ziyyət 

yaranarsa, Osman lı hərbi qüvvələri hakimiyyəti  müdafıə etməyəcəklər.  Ə.Ağaoğlu bununla Nuru  paĢanı əhatə edən 

qüvvələrin hökumətin  radikal  islahatlar proqramından,  xüsusilə aqrar islahat tədbirlərindən narahatlıqlarını çatdırırdı. 

Zahirən Azə rbaycanın müstəqilliy inə qarĢı çıxmayan  Ə.Ağaoğlu s ərt Ģəkildə "siz M illi  ġuranı bağlayın, höku mətdən 

əl çəkin, Nuru paĢa istədiyi adamlardan bir höku mət qurar" tələb ini d ilə gətirmiĢdi. 

Azərbaycan nümayəndə heyəti  Ə.Ağaoğlunun bu tələbini qətiyyətlə rədd etmiĢ və bildirmiĢdi  ki, bu, əslində, 

Azərbaycanın iĢğal edilməsi demə k olacaqdır. Bunun is ə istər Osmanlı dövlətinin,  istərsə də Azərbaycanın beynəlxalq  

alə mdə maraqla rma c iddi zərbə vuracağı Ģəksizd ir. Belə  bir tələb, dolayısı ilə, 1918 il iyunun 4-də Batumda imza lanmıĢ 

"Sülh  və  dostluq  haqqında"  Osmanlı-Azərbaycan  müqaviləsinin  Ģərtlərinə  kökündən  zidd  idi.  Azərbaycan  nümayən-

dələrinin ortaya qoyduqları bu və digər dəlillər  Ə.Ağaoğlunu özünün əvvəlki  mövqeyindən geri çə kilməsi  ilə nəticə-

ləndi.  Dan ıĢıqların  yekununda  belə  b ir  ra zılıq  ə ldə  o lundu  ki,  M illi  ġura   yalnız  yeni  höku mət i  yarat ma lı  və  

səlahiyyətlərini bu hökumətə verib ö zünü buraxmalıdır. 

Siyasi böhran Milli ġurada təmsil olunan bir sıra siyasi qüvvələrin  kəskin narazılıqlarına səbəb oldu. Müsəlman 

sosialist bloku və "Hü mmət" Osman lıların dövlətin da xili  iĢlərinə qarıĢmasına etiraz əla mət i ola raq Milli  ġuranı tərk 

etdilər. 

1918  il  iyunun  17-də  Gəncədə  Ģəhər  idarəsinin  b inasında  Məhəmməd  Əmin  Rəsulzadənin  sədrliyi  ilə  M illi 

ġuranın  7-ci  iclası  keçirildi.  Ġclası  giriĢ  sözü  ilə  açan  M.Ə.Rəsulzadə  yaran mıĢ  vəziyyətin  fövqəladə  olduğunu  və 

mü zakirəyə çıxarılacaq  məsələlərə hissə qapılmadan soyuqqanlı yanaĢmağın vacibliyin i qeyd etdi. O b ildirdi  ki, əsas 

prinsipə  sadiq  qalmaq la,  yaran mıĢ  vəziyyət  nəzərə  a lın malıdır.  " Bəlkə  də  bu  gün  qəbul  edəcəyimiz  qəra r  b izim 

bədbəxtliyimiz  olacaq,  la kin  əgər  yaran mıĢ  vəziyyətdən  yeganə  çıxıĢ  yolu  yalnız  bundadırsa,  biz  onu  q əbul 

etmə liy ik". Siyasət naminə siyasətdən əl çə kməyin  vacibliyin i vurğulayan s ədr ġura  üzv lərini verəcəkləri qəra rlarda 

vətən və millətin ma raqlarını nəzə rə a lmağa çağırd ı. 

Sonra  höku mət  baĢçısı  Fətəli  xan  Xoyski  ölkə  hüdudlarına  köçməsi  ilə  əlaqədar  may ın  28-də  Tiflisdə 

yaradılmıĢ  Müvəqqəti  hökumət in  istefasını  qəbul  et məy i  M illi  ġuradan  xahiĢ  etdi.  Aslan  bəy  Səfıkürdski  Nuru  

paĢanın  simasında  Osmanlı  dövləti  rəhbərlərinin  Azə rbaycan  xa lqının  ma raqlarına  zidd  addımla r  at masına 

təəssüfləndiyini  bildirdi.  M .Ə.Rəsulzadə  natiqin  çıxıĢ ını  kəsərək,  "paĢanın  bu  iĢ ə  aidiyyəti  yoxdur"  dedi. 

A.Səfıkürdski çıxıĢ ım dava m etdirərə k, xa lqın türklə rə münasibətdə məyusluğunun son nəticədə Azərbaycan üçün çox 

ağır nəticələrə səbəb olacağını bildirdi. Məmməd Yusif Cəfərov isə qeyd etdi ki, "biz asanlıq la əldə etdiyimiz azadlığı 

belə  asanlıqla  da  təhvil  veririk...  Kö mək  gözlədiy imiz  Os manlı  qardaĢlarımız  ürəklərimizi  o xlayırla r,  hisslərimizi 

zəhərləyirlər". 

Məmməd  Həsən  Hacınski  Os manlıla rın  A zərbaycanın  müstəqil  və  nüfuzlu  höku mətin in  yaradılmasın ı 

səmimiy-yətlə  istədiklərini  qeyd  etdi.  Rəh im  bəy  Və kiləv  isə  mü zakirəyə  çıxa rılmıĢ  təklifı  "Müsavat  partiyasının 

çəkildiyi son səngər" adlandırdı. 

Ġclasda  çıxıĢ  edən  Nəsib  bəy  Yusifbəyli  yaran mıĢ  böhranın  əsas səbəbinin  Nuru  paĢanı  əhatə  edən "Ģübhəli 

Ģəxslər"də olduğunu göstərdi. Onun fkrincə,  indiki vəziyyətdə güzəĢtə getməmək o lar,  lakin bu ağır nəticələrə gətirib 

çıxarar ki, bu da "belə b ir  müĢkül vəziyyətə düĢdüyümüz vaxtda vətənpərvərlik hərəkəti o la b ilməz".  O, höku mətin 

istefasının qəbul edilməsin i, Milli  ġura sədrin in yeni höku mətin təĢkilini özünün inandığı Ģəxsə həvalə edərək, Milli 

ġuranın bütün səlahiyyətlərinin həmin höku mətə verilməsini, tezliklə Müəssislər  məclisinin çağ ırılmasını, höku mətə 

bu  ixtiyarı  heç  kəsə  könüllü  təhvil  vermə məyi  tapĢırmağ ı  təklif  etdi,  ə ks  halda,  "hər  cür  cəhdlərə   qarĢı 

müstəqilliy imizin ilk müdafiəçisi o lacağını bildirdi. 

Fasilədən sonra M.Ə.Rəsulzadə ü mu mi ra zılığa əsasən, yeni Hökumət in təĢkilini  F.x.Xoyskiyə həvalə etdiyini 

bildirdi.  F.x.Xoyski  yeni  höku mətin  fəaliyət  proqramının  əsasında  Azərbaycanın  Ģərəfınin,  azadlığının  və  müstəqil-

liy inin  durduğunu  bəyan  etdi.  Müzakirələrin  yekununda  Milli  ġuranın  fövqəladə  iclasının  iĢtirakçıları  - 

M.Ə.Rəsulzadə,  M.Mah mudov,  R.Vəküov,  S.Qən izadə,  N.Yusifbəyli,  X.Xas məmmədəv,  F.x.Xoyski,  X.Məlik-

Aslanov,  T.Makinski,  Ə.ġey xü lislamov,  M.Rizayev,  M.H.Seyidov,  Hacı  Molla  Səlim  A xundzadə,  Ġ.Vəkiləv, 

A.QardaĢov, F.Köçərli, M .Hacınski,  C.Hacınski, Q.Camalbəyov, Ə.Pepinov,  H.Ağayev, X.Sultanov, ġ.Rüstəmbəyli, 

M.Məhərrə mov, M.Y.Cəfə rov, A.Sə fıkürdski, M.H.Hacınski, ġərifov iki qətnamə qəbul etdilər. Müvəqqəti höku mətin 

hüquq  və  və-zifələrinə  dair  b irinci  qətnamədə  göstərilird i  ki,  müvəqqəti  höku mət  dövlət  müstəqilliyini  və  mövcud 

siyasi azadlığı ləğv etmək, aqrar və bu kimi digər vacib məsələlər barə- 



 

 

 

 


Yüklə 7,09 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə