Redaks ġya heyəTĠ



Yüklə 7,09 Mb.
Pdf görüntüsü
səhifə55/318
tarix15.03.2018
ölçüsü7,09 Mb.
#32623
1   ...   51   52   53   54   55   56   57   58   ...   318

89 

 

ğunu müvəqqəti (fevral-iyun)  icra etmiĢdir.  Fevral inqilabından (1917) sonra seminariya tələbələrinin tələbinə 



əsasən, Xüsusi Zaqafqaziya Ko mitəsi sədrinin 1917 il 17 avqust tarixli əmri ilə Azərbaycan Ģöbəsinin inspektoru təyin 

olunmuĢdur. 1918 ildə Cənubi  Qafqazda baĢ verən siyasi hadisələr zaman ı Köçərli, azərbaycanlılann arzusunu həyata 

keçirərək,  QMS-nın A zərbaycan Ģöbosini Qazax Ģəhərinə köçürmüĢ, onu müstəqil  milli seminariyaya çevirmiĢ və ilk 

direktoru (1918-20) olmuĢdur. 

Köçərli  1917  ildə  siyasi  proseslərə  qoĢulmuĢ,  "Müsavat"  partiyasma  daxil  olmuĢdur.  1918  il  mayın  28-də 

Azərbaycan  Milli  ġurasının  üzvü  seçilmiĢ,  "İstiqlal  bəyannaməsi"ni  imzala mıĢdır.  O,  seminariyadakı  fəaliyyətinə 

üstünlük verərək, Parlamentdə iĢtirak etməmiĢdir. 1919 il fevralın 1-də "Müsavat"m Mərkəzi Ko mitəsi səyyar bürosunun 

təĢəbbüsü  ilə  Qaza xda  partiyanın  Ģöbəsi  təĢkil  edilərkən  Köçərli  onun  sədri  seçilmiĢdir.  1919  ildə  zəh mətkeĢ  əhali, 

xüsusilə  kəndlilər  və  qadın  cəmiyyəti  general-qubernator  Əmirxan  Xoyskinin  vəzifədən  çıxarılmasına  etiraz  edərkən 

Köçərli "Müsavat" partiyası təĢkilatı adından xüsusi bəyanat vermiĢ, qəzanm əmin-amanlığı, əhalinin rifahı naminə general-

qubernatorun geri qaytarılması tə ləbini irəli sürmüĢdür. 

1920  ilin  mayında Qaza x ko mmunistləri  Köçərlini və digər "Müsavat" funksionerlərini "xalqa xəyanətdə", "milli 

nifaq  törətməkdə",  "torpaq  və  mülk  zəbt  etməkdə",  general-qubemator  Ə.Xoyskinin  etibarlı  Ģəxsləri  olmaqda  ittiham 

etdilər.  Qaza x  Ġnqilab  Komitəsinin  Gəncə  Fövqəladə  Komitəsinə  təqdimat ma  əsasən,  ədib  həbs  olunmuĢ,  20-ci 

diviziyanın 7-ci xüsusi bölməsi xüsusi Ģöbəsində Ģahidlər dindirilmədən, verilmiĢ izahatlar nəzərə alın madan güllələnməsi 

haqqında  qərar  çıxarılmıĢdır.  Qərar  7-ci  xüsusi  bölmənin  rəisi  Liberman  və  fövqəladə  komissar  Həmid  Sultanov 

tərəfindən təsdiq edilmiĢ, hökm yerinə yetirilmiĢdir. 

Köçərli  zəngin  yaradıcılıq  yolu  keçmiĢdir.  O,  publisistika  ("MəiĢətimizə  dair"  məqalələr  silsiləsi,  1906-16), 

ədəbiyyat  tarixi  ["Azərbaycan  türklərinin  ədəbiyyatı",  1903;  "Qafqaz  üdəbası  və  Ģüərasının  tərcümeyi-halı", 

"Ədəbiyyata  bir  nəzər",  1908  -  bunlar  sovet  hakimiyyəti  illərində  "Azərbaycan  ədəbiyyatı  tarixi  materialları"  (h.1-4, 

1925-26)  adı  altın-da  nəĢr  olunmuĢdur,  "M.F.Axundov",  1912],  ədəbi  tənqid  ["Evlənmək  su  içmək  deyil"  (1892), 

"Azərbaycan  komediyaları"  (1895),  "Ədəbiyyatımıza  dair  məktub"  (1904),  "Molla  Nəsrəddin"  (1906),  "Usta  Zeynal" 

(1906), "Milli Ģairimiz Abbas ağa Qayıbzadə Nazir" (1909), "Sultan məcid Qənizadə" (1912), "Ana dili" (1913)], folklər 

nümunələrinin  toplanması  ("Balalara  hədiyyə",  1912),  dərsliklərin  tərtibi  ("Tarixi-müqəddəs",  1899)  və  nəĢri  ("Vətən 

dili", 1907), bədii tərcümə ("Təlimati-Sokrat", 1892; "Üç xurma", "A kiĢi, niyə yatıbsan?", 1895) sahəsində çalıĢmıĢdır. 

M.F.A xundzadənin  realizm  tə liminin  təbliği  və  ədəbi  prosesə  tətbiqi  uğrunda  mübarizə   Köçərlinin 

ədəbiyyatĢü-naslıq  fəaliyyətinin  əsas qayəsini  təĢkil  edir.  Yazıçıdan  "öz  əsrinin  müsəvvir və nəqqaĢı", "zəmanəsinin 

aynası"  olmağ ı    tələb  edən  tənqidçi    M.F.A xundzadə,    Q.Zakir,  S.Ə.ġirvani,  N.Vəzirov,  M.Ə.Sab ir, 

C.Mə mmədquluzadə  kimi  sənətkarla rı  "öz  ca maat ının  hər  qis m  sədasına"  cavab verib,  "qeyrət  və  təəssüb  damarın ı 

hərəkətə"  gətirib,  "qəflətdən  bidar"  etdiklə rinə,  əsərlərinə  rea l  həyatdan  mövzu  seçdiklə rinə,  onları  sənətkarlıqla , 

"canlı və anlaĢıqlı d il ilə" təsvir etdiklərinə görə təqdir edird i. 

Köçərliyə  görə,  ədəbiyyat  hər  millətin  inkiĢaf  səviyyəsini,  "qüdrət  və  cəlalını"  göstərən  tarixi  vəsiqə,  xalq ı 

yaĢa-dan  vasitədir.  Ana  dilində  ədəbiyyatı  olmayan  xalqlar  mədəniyyətli  millətlərin  nüfu zu  altına  düĢüb,  onlarla 

qaynayıb-qarıĢıb, milli varlıqla rını qeyb edirlər. 18-19 əsrlə rdə və 20 əsrin  əvvəlində A zərbaycan ədəbiyyatının inkiĢaf 

yolunu araĢdıran Köçərli onun 130 nü mayəndəsinin həyatı və yaradıcılığ ı haqqında məlu mat topla mıĢdır. 

Köçərlinin  publisistik  məqaloləri  möv zu  aktuallığı  və  siyasi  kəskinliyi  ilə  seçilir.  Çarizmin  Azərbaycanda 

yeritdiyi  müstəmləkəçilik  siyasətinin  və  onun  dayaqlarının   -  məmu r,  mü lkədar,  bəy,  xan   zü lmünün,  ruhani 

istibdadının,  ziyalı  b iganəliyi  və  rəiyyət  passivliy inin  tənqidi,  milli  oyanıĢa  və  siyasi  fəalhğa  çağırıĢ,  kəndli 

hüququnun müdafıəsi, qadın azad lığ ı uğrunda mübarizə, məktəbin həyatla əlaqəsi, maarifın əhalinin  maddi və mənəvi 

tələblərinə  uyğunlaĢdırılması  məsələlə ri  Köçərli  publisistikasın ın  ana  xəttini  təĢkil  edir.  Bütün  bunlar  20  əsrin  

əvvəlində xalq ın milli Ģüurunun oyanmasında, azad lıq uğrunda mübarizəyə hazırlan masında böyük rol oynamıĢdır. 

Əsərləri: SeçilmiĢ əsərləri, B., 1963; Azərbaycan ədəbiyyatı, c. 1-2,B., 1978, 1981. 

Əd.:  Nəb iyev  B.,  Firidun  bəy  Köçərli,  B.,  1984;  Talıbzadə  K.,  XX  əsr  A zərbaycan  tənqidi,  B.,  1966; 

Məmmədov X., Firidun bəy Köçərli nə va xt inspektor olmuĢdur?, "Ulduz" jurnalı, 1968, №2; Qasımov C, Firidun bey 

Köçərli n iyə öldürülmüĢdür? "Panorama" qəzeti, 1998, 14, 15 aprel. 

KÖÇÜRMƏ  SĠYASƏTĠ,  köçürülmə-çar  Rusiyası  və  SSRĠ  ərazisində  yaĢayan  türk-müsəlman  xalqlarına,  o 

cümlədən  azərbaycanlılara  qarĢı  yerid ilmiĢ  zorakı  ayrı-seçkilik  siyasəti.  Çar  Rusiyası  rusları,  erməniləri  və  digər 

xristian əhalini  iĢğal etdiyi türk-müsəlman  xa lqla rın ın torpaqlarına köçürərə k, hə min yerlə rdə  məskunlaĢdırırdı.  SSRĠ 

dövründə  isə  bu  torpaqlarda  məskunlaĢdırılmıĢ  xristian  əhali,  xüsusilə  ermənilər  və  ruslar,  həmin  ərazilərin  yerli 

(aborigen) əhalisini ata-baba yurdlarından sıxıĢdırıb ç ıxararaq, onların torpaqlarını ö zününküləĢdirirdilər. 

18 əsrdən baĢlayaraq, 20 əsrin əvvəllə rinədək Rusiyanın  mərkə zi əyalətlərindən ruslar, Ġran və Türkiyədən isə 

ermənilər  Rusiyanın iĢğal etdiyi  ġimali A zərbaycana, Krıma , ġima li və Cənubi  Qafqaza , Mərkə zi Asiyaya, Sibirə və  

baĢqa ərazilərə köçürüldülər. Bu köçürmələr yerli türk-müsəlman  və xristian o lmayan digər xalqları sıxıĢdırmaq, zorla 

ruslaĢdırmaq  və  xristianlaĢdırmaq la,  onların  əzəli  torpaqlarına  yiyələn mək  kimi  azğ ın  müstəmləkəçilik  məqsədləri 

güdən  qatı  irticaçı  dövlət  siyasəti  idi.  I  Pyotrun  vəsiyyətlərini  yerinə  yetirən  Rusiya  Ġranla  (1804-13  və  1826-28), 

Türkiyə ilə  (1828-29 və  1877-78)  müharibələrdən və 1861 il kəndli  islahatından sonra bu siyasəti Cənubi  Qafqazda 

daha da sürətləndirmiĢdi. 

 

 



Yüklə 7,09 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə