Redaks ġya heyəTĠ



Yüklə 7,09 Mb.
Pdf görüntüsü
səhifə50/318
tarix15.03.2018
ölçüsü7,09 Mb.
#32623
1   ...   46   47   48   49   50   51   52   53   ...   318

82 

 

rində iĢtira k et miĢdir.  Hərb i sahədə xid mətlə rinə görə  1918  ildə div iziya generalı,  sonra 



isə  ordu  generalı  rütbəsinədək  yüksəlmiĢ,  "paĢa"  fə xri  t ituluna  lay iq  görülmüĢdür.  Kazım 

Qarabəkir  paĢa  Azərbaycanın  ərazi  bütövlüyünün  təmin  olun masında,  onun  ayrılma z  tərkib 

hissəsi  olan  Na xç ıvan  bölgəsinin  ermən i  silah lı  qüvvələrinin      təcavüzündən  müdafiəsində 

mühü m  xid mətlər  göstərmiĢdir.  Həmin  ərazilərin  müdafıəsi  Os manlı  ordusunun  onun 

ko mandanlıq  etdiyi    I  Qafqaz  korpusuna  həvalə  olunmuĢdu;    korpusun  qərargahı  1918  il 

avqustun 7-də  Na xçıvan Ģəhərində qurulmuĢdu.  Na xç ıvanı türk dünyasına açılan "ġərq  qapısı" 

adlandıran Kazım Qarabəkir paĢanın ko mandanlıq etdiyi türk qoĢun hiss ələri Naxçıvan mahalını 

erməni  silahlı  dəstələrinin  Zəngəzu r  və  s.  yerlərdən  etdiklə ri  hücumlardan  qətiyyətə  qoruya 

bilmiĢdi.  Os manlı  hərb i  qüvvələrinin  Qafqazdan,  o  cü mlədən  Azərbaycandan  çəkilməsin i  nəzərdə  tutan  Mudros 

barışığının (1918)  11-ci  maddəsinə  əsasən,  1-ci  Qafqaz  korpusu  da  Naxçıvanı  tərk  etmiĢdi.  Kazım  Qa rabəkir  paĢa 

Türkiyənin  istiqlal  savaĢında  (1918-23)  fəal  iĢtirak  etmiĢ,  ġərq  cəbhəsinin  ko mandanı  kimi  bir  sıra  əzəli  türk 

torpaqlarımn  geri  qaytarılmasında,  daĢnakların  sülh  bağlamağa  məcbur  edilməsində  əvəzsiz  xid mətlərinə  görə 

"Ġstiqlal"  ordeninə  layiq   görülmüĢdür.  A zərbaycanda  baĢ  verən  hadisələrlə  daim  yaxından  maraqlan mıĢ,  Qars 

konfransında  (1921)  onun  ərazi  bütövlüyünün  qorunub  saxlan ması  üçün  olduqca  səmərəli  d iplo matik  fəaliyyət 

göstərmiĢdir.  Onun  da  imzaladığ ı  Qars  müqaviləsinin  (1921)  5-ci  maddəsinə  və  3-cü   əlavəsinə  əsasən,  Naxçıvan 

bölgəsinin mu xtar ərazi kimi A zərbaycanın himayəsi altında saxlanılması dövlətlərarası səviyyədə razılaĢdırıld ı. 

Naxçıvanın mədəni həyatında yaxından iĢtirak edən Kazım Qarabəkir paĢa Ģəhərdə teatrın fəaliyyətini bərpa etmiĢ, 

Naxçıvan teatrında türk yazıçılannın dram əsərləri tamaĢaya qoyulmuĢ, tədris müəssisələri iĢə baĢlamıĢ,  məktəblər üçün 

Türkiyədən çoxlu dərsliklər gətirilmiĢdi. Hərbi-vətənpərvərlik tərbiyəsinə böyük əhəmiyyət verən və nizami ordu quru-

culuğunun vacibliyini nəzərə alan Kazım Qarabəkir paĢa bu iĢi öyrənmək üçün bir qrup gənci Türkiyə məktəblərinə oxu-

mağa göndərmiĢdi. Məktəblərdə hərbi  məĢğələlər keçirilir, yerli əhalidən hərbi batalyonlar təĢkil olunurdu. Bu iĢ təkcə 

Naxçıvan  Ģəhərində  deyil,  bölgənin  digər  yerlərində  do  həyata  keçirilir,  milli  ordu  hissələri  yaradılırdı.  Türk  xalqının  

istiqlal  mücadiləsi  baĢa  çatdıqdan  az  sonra  ordudan  tərxis  olunan  Kazım  Qarabəkir  paĢa  millət  vəkili  kimi  fəaliyyət 

göstərmiĢ,  1946  ildə  Türkiyə  Böyük  Millət Məclisinin  baĢçısı seçilmiĢdi.Kazım  Qarabəkir  paĢanın  xatirəsinə  Naxçıvan  

Ģəhərində  Türkiyə  Diyanət  ĠĢləri  Vəqfı  tərəfındən  məscid  inĢa  edilmiĢdir.  Məscidin  açılıĢı  1999  il  oktyabrın  13-də 

olmuĢ-dur.  Azərbaycan  Respublikasının  Prezidenti  Heydər  Əliyev,  Kazım  Qarabəkir  paĢanın  qızı  Timsal  Qarabəkir 

məscidin  açılıĢ  mə rasimində çıxıĢ  et miĢlə r.Ya zıç ı  Güllü  Mə mmədovanın "Qarabəkir ə fsanəsi" tarixi-sənədli ro man ı 

görkomli  sərkərdənin   həyat  və  döyüĢ  yolundan,  eləcə  də  1918-20  illərdə  Naxçıvanda  baĢ  vermiĢ  hadisələrdən, 

Naxçıvan torpaqlannın erməni təcavüzündən qorunmasında onun xid mətlərindən bəhs edir. 



Əd.:  Musayev Ġ.,  Azərbaycanın  Naxçıvan və Zəngəzur  bölgələrində  siyasi vəziyyət  və xarici  dövlətlərin  siyasəti (1917-1921-ci  illər),  B., 

1996; Səfərli F., Kazım Qarabəkir PaĢa və Naxçıvanın erməni təcavüzündən müdafiəsi, "Naxçıvan" jurnalı, 2001, №5. 



KAZIMBƏYLĠ    Cahangir bəy  (1888,    Gəncə -   1955,  Berlin) - hərbi  xadim, A zərbaycan Xalq ü mhuriyyəti 

ordusunun  alay  komandiri,  polkovnik.  Gəncə  üsyanının  (1920)  əsas  təĢkilatçılanndan  biri  olmuĢdur.  Gəncə 

gimnaziyasında  təhsil  a lmıĢ,  Peterburqda  hərbi  mə ktəb  bit irmiĢdir.  Çar  Rusiyası  ordusu  sıralarında  Birinci  dünya 

müharibəsində  (1914-18)  iĢtirak  etmiĢdir.  A zərbaycan  Xalq  Cü mhuriyyəti  elan  olunduqdan  sonra  milli  orduda 

xid mətə  baĢlayan  Ka zımbəyli    1920  lin  əvvəllərində  3-cü  ġəki  süvari  alayın ın  ko mandiri  təyin  lun muĢdur. 

Azərbaycan  Xa lq  Cü mhuriyyəti  ordusunun  təchizat  rə isi  genera l-mayor  Məhəmməd  M irzə  Qacarın,  1-ci  piyada 

diviziyasının   ko mandiri  ge-neral-mayor  Cavad  bəy  ġıxlinski-nin,  süvari  div iziyasının  komandiri  general-mayor 

Teymur  bəy  Novru-zovun  Gəncə   üsyanının  təĢkilinə  cə lb  ed ilmələ rində  Ka zımbəylinin  böyük  rolu   olmuĢdur. 

Üsyanda iĢtirak edən hərbi qüvvələrin Qaçaq Qəmbərin,  Sarı Ələkbərin,  Qaçaq Qasıma lı və baĢqalarının dəstələri  ilə 

və partizanla  əlaqə lərinin  yaradılmasında da onun  mühü m  xid məti vardı.  Sonralar  yazdığ ı  xatirələrindən  göründüyü 

kimi  o,  üsyanın  gediĢində  öz  alayın ın  Ģəxsi  heyəti  ilə  bərabər  partizanların  fəaliyyətinə  də  rəhbərlik  etmiĢdir. 

Kazımbəy lin in fıkrincə,  1920  il  may ın  28-də Azərbaycan  xalq ı ö z azadlığı uğrunda qurban getməyə hazır o lduğunu 

bir daha nü mayiĢ etdirdi: "28 may yalnız Milli İstiqlalımızın elanı günü kimi deyil, Vətən uğrunda şəhid verdiyimiz 

gün  kimi  də  tariximizdə  yazılmalıdır.  ...28  may  günündə  düşmənə  cavabımız  ruhumuzun  yüksəkliyinin,  mənəvi 

qalibiyyətimizin simvolu olacaqdır". 

1920 il iyunun 3-dən 4-nə keçən gecə Cahangir bəy yaxın qohumlarını, həyat yoldaĢını və oğlunu Gəncədən çıxar-

mağa nail o lsa da, özü  Qıraq Kəsəməndə düĢmən qüvvələri ilə üzbəüz gəlmiĢ, qanlı döyüĢlərdən sonra Tiflisə gedə 

bil-miĢ, tə xminən bir  ildən sonra Ġstanbulda yaxın qohumlarını,  oğlunu, həyat yoldaĢını və qayınatası Hüseynqulu xan  



Xoy-sk ini tapmıĢdır. 1922 ilin əvvəlində Ka zımbəyli marĢal Pilsudskinin dəvətilə ailə liklə Po lĢaya köçmüĢdür. 

Kazımbəyli A zərbaycanın müstəqilliyi uğrunda  mübarizəni daim davam etdirmiĢ, 1943  ildə azərbaycanlıların 

Berlində  çağırılmıĢ  qurultayınm  iĢtirakç ısı,  Avropada  yaranan  "Milli  birlik"  partiyasının  əsas  təĢkilatçıla rından  ol-

muĢdur.  Parisdə  və  Berlində  nəĢr  olunan  "Azərbaycan"  məcmuələrində,  "Milli  birlik"  jurnalında  müntəzəm  o laraq 

məqa lələ rlə  çıxıĢ et miĢdir. 

Ġkinci dünya müharibəsindən (1939-45) sonra sovet əks-kəĢfıyyatı tərəfindən izlənilən  Cahangir bəy Misir  kralı 

Fər-ru xun  Ģəxsi  kö məyindən sonra  Romada  rahatlıq  tapa bilmiĢdi.  1954  ilin  sonunda  Münxendə  "Azadlıq"  radiosunun 

Azərbay-can  Ģöbəsində  fəaliyyətə  baĢlayan  Kazımbəylinin  dünya  azərbaycanlılarını  mübarizəyə  səsləyən  çağırıĢları 

diqqətdən yayınma mıĢdı. O, 1955 ilin yazında sovet əks-kəĢfıyyatının əli ilə Berlində xaincəsinə qətlə yetirilmiĢdir. 

Əd:. N ə z ir l i ġ., Arxivlərin sirri açılır, B., 1999; Rəhmanzadə F., Yol, B., 1994. 

KAZIMBƏYLĠ  Qu lamhüseyn  bəy  (?-?)-  Azərbaycan  Xalq  Cümhuriyyəti  Parlamentinin  deputatı.  Azərbaycan 

Milli  ġurasımn  "Azərbaycan  Məclisi-Məbusanının  təsisi  haqqında  qanun  "una  (1918,  19  noyabr)  əsasən,  Parla ment 

üzvü seçilmiĢdir. "Müsavat" və bitərəflər fraksiyasına daxil idi.  



Yüklə 7,09 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə