68
Xarici ədəbiyyat
90
illiyi
FƏTHİ XOŞGİNABİ
1922-1989
MART
Həmzə Fəthi Əli oğlu Xoşgi-
nabi 1922-ci il mart ayının 22-də
Təbriz şəhərinin 100 kilometrliyində
yerləşən Xoşginab qəsəbəsində kəndli
ailəsində anadan olmuşdur. İlk təhsilini
mədrəsədə alan Həmzə Fəthi 1 il
məktəbdə təhsil aldıqdan sonra on beş
yaşında ailənin ağır vəziyyəti üzündən
doğma yurdu tərk edib, İranın müxtəlif
şəhərlərində fəhləlik etmişdir.
Ədəbi fəaliyyətinə gənc yaşlarından
başlamışdır. 1941-ci ildən etibarən şeir
və məqalələri dövri mətbuatda dərc
olunmağa başlamışdır.
1941-1946-cı illərdə Cənubi Azər-
baycanda milli hərəkat dövründə
Xoşginabi Azərbaycan Demok-
rat Partiyasının fəal üzvü kimi Gü-
ney Azərbaycanın bir sıra şəhər və
kəndlərində inqilab ideyalarını təbliğ
etmiş, yerli təşkilatların yaradılma-
sında, partiyaya yeni üzvlərin cəlb
edilməsində mühüm rol oynamışdır.
1945-1946-cı illərdəki inqilabi
hərəkat Xoşginabinin də yaradıcılı-
ğında yeni bir mərhələnin başlanğıcı
olmuşdur.
Milli hökumətin süqutundan sonra
Azərbaycana siyasi mühacirət edən
Həmzə Fəthi Bakıda “Azərbaycan”
qəzetində məsul redaktor vəzifəsində
çalışmışdır. 1956-1958-ci illərdə
Moskvada Ali Ədəbiyyat kurslarında
təhsil aldıqdan sonra Bolqarıstanda,
Tacikistanda fəaliyyət göstərmişdir.
1969-cu ildə Moskvaya qayıdaraq öm-
rünün sonunadək SSRİ Elmlər Akade-
miyası Şərqşünaslıq İnstitutunda baş
elmi işçi vəzifəsində çalışmış və ədəbi
fəaliyyətini də davam etdirmişdir.
1989-cu ildə Moskvada vəfat et-
mişdir. Bakıda dəfn olunmuşdur.
Bakıdakı küçələrdən biri onun adı-
nı daşıyır.
Ə d ə b i y y a t
Cənubi Azərbaycan Anto-
logiyası [Mətn]: 4 cilddə.-
Bakı, 1988.- C. 3
Ata; İki qardaş [Mətn] /
Həmzə Fəthi Xoşginabi.-
Bakı: Yazıçı, 1989.- 288 s.
XX əsr Cənubi Azərbaycan
ədəbiyyatında demokratik
ideyalar : (1900-1985-ci
illər) [Mətn] : məqalələr
məcmuəsi.- Bakı, 1990.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.google.az
22
Nasir
70
Tarixdə bu gün
20
illiyi
AZƏRBAYCANIN BMT-yə
QƏBUL OLUNMASI
1992
MART
1991-ci il oktyabr ayının 29-da
Azərbaycan Respublikasının Ali Soveti
Azərbaycanın müstəqilliyinin tanınması
xahişi ilə BMT-yə müraciət qəbul edib.
BMT-nin Baş Assambleyası sovet res-
publikalarının təşkilata qəbulu məsələsini
dekabrda müzakirəyə çıxarsa da, həmin
vaxt yalnız üç Baltikyanı respublika
üzvlüyə qəbul edilmişdi.
Azərbaycanın və keçmiş SSRİ-nin
digər respublikalarının BMT- yə qəbulu
1992-ci il martın 2-də gerçəkləşmişdir.
1992-ci il mayın 6-da isə Azərbaycanın
BMT nəzdində Daimi Nümayəndəliyi
açılmışdır.
Azərbaycan BMT ilə əməkdaşlığın ilk
günündən başlayaraq BMT platformasın-
dan beynəlxalq ictimaiyyətin diqqətini
Ermənistan-Azərbaycan
münaqişəsinə
cəlb etməyə və BMT-nin potensial imkan-
larından yararlanaraq sülh sazişinin əldə
olunmasına çalışmışdır.
Qeyd edək ki, Birləşmiş Millətlər
Təşkilatının Təhlükəsizlik Şurası 1993-cü
ildə 822, 853, 874, 884 saylı Azərbaycan
Respublikasının ərazi bütövlüyünün ta-
nınmasına və işğal olunmuş Azərbaycan
ərazilərinin qeyd-şərtsiz azad edilməsinə
dair 4 qətnamə qəbul edib. Hazırda
Azərbaycan BMT-nin bir çox xüsusi
qurum və orqanları ilə fəal və səmərəli
əməkdaşlıq edir. Bu sırada BMT-nin
İnkişaf Proqramı (BMTİP), BMT-nin
Qaçqınlar üzrə Ali Komissarı, BMT-nin
Uşaq Fondu, BMT-nin Təhsil, Elm və
Mədəniyyət Təşkilatı, Sənaye İnkişaf
Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı,
BMT-nin Qadınlar Fondu, Atom Ener-
jisi üzrə Beynəlxalq Agentlik, Nüvə Sı-
naqlarının Hərtərəfli Qadağan olunması
haqqında Müqavilə Təşkilatı və s. qeyd
etmək olar.
1992-1996-cı illər ərzində BMT-nin TŞ-
nın sədri və BMT Baş Katibi Azərbaycan
Respublikasının ərazi bütövlüyünü, suve-
renliyini təsdiqləyən və münaqişənin sülh
yolu ilə həll olunmasına yönələn ATƏT-
in Minsk Qrupunun səylərini dəstəkləyən
münaqişə üzrə bir sıra bəyanatlarla çıxış
etmişdir. 1996-cı ildən başlayaraq BMT
Baş Assambleyası “BMT və ATƏT arasın-
da əməkdaşlıq haqqında” Qətnaməsində
Azərbaycan Respublikasının ərazi bütöv-
lüyünü təsdiqləyir.
Ümummilli liderimiz Heydər Əliyevin
1994-cü ildə BMT Baş Məclisinin
49-cu sessiyasında çıxışı Azərbaycan
həqiqətlərinin BMT səviyyəsində dün-
yaya çatdırılması baxımından mühüm
hadisələrdən biri kimi yadda qalmışdır.
Bu siyasəti davam etdirən Prezident İl-
ham Əliyev də BMT tribunası vasitəsilə
Azərbaycan həqiqətlərini dünyaya çat-
dırır. Prezident İlham Əliyev BMT Baş
Məclisinin 59-cu sessiyasındakı çıxışında
sülhün qorunması və münaqişələrin ara-
dan qaldırılması istiqamətində BMT-nin
rolunun artırılmasının vacibliyini vurğu-
lamışdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qa-
rabağ münaqişəsi ilə əlaqədar BMT-də
sənədlərin qəbul olunması ölkəmizin
uğurlarından biridir. Lakin buna baxma-
yaraq BMT TŞ-nın Ermənistan ordusu-
nun Azərbaycan ərazilərindən çıxarılma-
sına dair qətnamələri bu günədək yerinə
yetirilmir.
Ə d ə b i y y a t
Azərbaycan BMT ailəsində
[Mətn] / Azərbaycan Res-
publikası Prezidentinin Ka-
tibliyi.- Bakı, 2000.- 342 s.
Elmanoğlu S. Azərbaycanın
milli maraqlarının etibarlı
qorunduğu tribuna [Mətn]:
Azərbaycanın BMT-yə
tamhüquqlu üzvlüyündən
15 il keçir /S.Elmanoğlu //
Azərbaycan.- 2007.- 3 mart.-
S.6.
Məlikova N. BMT struk-
turlarında Azərbaycan diplo-
matiyasının xüsusiyyətləri
[Mətn] /N.Məlikova; AMEA
İnsan Hüquqları İnstitutu.-
Bakı: Elm, 2007.- 147 s.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.google.az
2