93
Tarixdə bu gün
BEYNƏLXALQ ƏQLİ MÜLKİYYƏT GÜNÜ
APREL
Beynəlxalq Əqli Mülkiyyət Günü
2000-ci ilin sentyabr ayında Ümum-
dünya Əqli Mülkiyyət Təşkilatı
(ÜƏMT) Baş Assambleyasının qərarı
ilə təsis edilmişdir. Bu əlamətdar gü-
nün qeyd edilməsi üçün 26 aprel tari-
xinin seçilməsi isə təsadüfi deyil. Belə
ki, ÜƏMT-in təsis edilməsi haqqın-
da Konvensiya 1970-ci ilin məhz bu
tarixində qüvvəyə minmişdir.
Qeyd edək ki, bu gün hər il fərqli
deviz altında keçirilir.
Əqli mülkiyyət elm, texnika və
mədəniyyətin inkişafının mühüm
amilidir. Əqli mülkiyyətin mühafizəsi
sahəsindəki dövlət siyasəti həm də
ölkənin elmi-texniki potensialının sax-
lanması, qorunması üçün zəruridir.
Azərbaycan 1995-ci ildə ÜƏMT-
nın təsis etdiyi Konvensiyaya, Avrasi-
ya Patent Konvensiyasına, daha sonra-
lar isə bir sıra saziş və müqavilələrinə
qoşulub, Avropa Patent Təşkilatı ilə
əməkdaşlıq əlaqələri yaradıb. Ölkənin
texniki və iqtisadi siyasətinin həyata
keçirilməsində özünəməxsus rol oyna-
yan, intellektual kapitaldan istifadənin
genişləndirilməsi və texnoloji inkişa-
fın stimullaşdırılması, kontrafakt mal-
ların dövriyyəsinə qarşı mübarizənin
genişləndirilməsi və s. kimi sahələrdə
işlərin yerinə yetirilməsinə yardım edən
patent sistemi sahəsində dövlət siyasəti
bu gün də davam etdirilir. Patent sis-
temi vasitəsilə sənaye mülkiyyəti
obyektlərinə dair iddia sənədlərinin
qəbulu və ekspertizası həyata keçi-
rilir, dövlət reyestri aparılır, müvafiq
mühafizə sənədləri verilir, bu sahədə
hüquqların qorunmasına və beynəlxalq
sistemlərə inteqrasiyaya təminat yara-
dılır, qanunvericiliyə uyğun digər işlər
yerinə yetirilir. Azərbaycanda Ümum-
dünya Əqli Mülkiyyət Günü 2001-ci
ildən etibarən geniş qeyd edilir, bu
münasibətlə silsilə tədbirlər təşkil edi-
lir.
Ə d ə b i y y a t
Beynəlxalq xüsusi hüquqda
əqli mülkiyyət [Mətn] //
Beynəlxalq xüsusi hüquq. -
Bakı.- 2007.-S.321-381.
İ n t e r n e t d ə
www.anspress.com
www.rabita.az
www.copag.gov.az
26
94
Milli Qəhrəmanlar
45
illiyi
QORXMAZ EYVAZOV
1967-1994
APREL
Qorxmaz Abış oğlu Eyvazov 1967-
ci il aprel ayının 1-də Laçın rayonunun
Güləbird kəndində anadan olmuşdur.
O, 1984-cü ildə orta məktəbi bitirərək,
127 saylı texniki-peşə məktəbinə da-
xil olmuşdur. 1985-ci ildə ordu sı-
ralarına çağırılmış və Ukraynada
hərbi xidmətdə olarkən 6 aylıq ser-
jantlıq kursunu bitirmişdir. Xidmət
müddətində fəxri fərmanlarla yanaşı,
birinci dərəcəli idmançı vəsiqəsi almış
və döş nişanı ilə də təltif edilmişdir.
Qorxmaz 1987-ci ildə əsgəri
xidmətini başa vurub vətənə dönmüş
və 1988-ci ildə Laçında yaradılmış
partizan dəstəsinə qoşulmuşdur. 1992-
ci ilin mart ayında Laçın rayon Polis
şöbəsində işə qəbul edilmişdir. Sıravi
polis işçisi Q.Eyvazovun döyüş yolu
öz doğma yurdundan Qazdərəsi, Sua-
rası, Mazutlu kəndlərinə kimi uzanır.
Qızartı dağı uğrunda gedən döyüşlər
zamanı onun xüsusi fəallığı nəticəsində
düşmənin bir tankı ələ keçirilir. 4 av-
qust 1992-ci ildə erməni quldurları
Qızartı dağını yenidən ələ keçirmək
üçün hücuma keçirlər. Cəsur döyüşçü
bu vuruşda qolundan güllə yarası alır.
O, sağalan kimi, qısa müddətdən son-
ra yenidən döyüşə atılır, Füzuli rayo-
nu ərazisində gedən döyüşlərdə böyük
şücaət göstərir. Horadiz əməliyyatı za-
manı göstərdiyi igidliyə görə onu rota
komandiri təyin edirlər.
10 fevral 1994-cü ildə Cəbrayıl ra-
yonunun Cocuq Mərcanlı kəndində
Qorxmazın son döyüşü oldu. O,
düşmənin xeyli canlı qüvvəsini məhv
etmiş və özü də bu döyüşdə həlak ol-
muşdur. Ailəli idi. İki övladı var.
Azərbaycan Respublikası Prezi-
dentinin 15 yanvar 1995-ci il tarixli
262 saylı Fərmanı ilə Qorxmaz Abış
oğlu Eyvazova ölümündən sonra
“Azərbaycanın Milli Qəhrəmanı” adı
verilmişdir. Sumqayıt şəhərindəki
Şəhidlər Xiyabanında dəfn edilmiş-
dir. Laçın rayonunun Güləbird kənd
xəstəxanası qəhrəmanın adını daşıyır.
Ə d ə b i y y a t
Azərbaycan Respublikasının bir qrup hərbi qulluqçusuna və polis işçilərinə
“Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Eyvazov Qorxmaz Abış
oğlu – Daxili İşlər Nazirliyi, starşina – Azərbaycan Respublikasının suverenliyi və
ərazi bütövlüyünün qorunmasında, Vətənimizin torpaqlarının erməni işğalçıların-
dan müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi
şəxsi igidlik və şücaətə, öz müqəddəs əsgəri və xidməti borcunun şərəflə yerinə
yetirilməsindəki misilsiz xidmətlərinə görə] : Azərbaycan Respublikası Prezidenti-
nin Fərmanı, 15 yanvar 1995-ci il [Mətn] //Azərbaycan.- 1995.- 17 yanvar.-
S. 1.- (ölümündən sonra).
Eyvazov Qorxmaz Abış oğlu [Mətn] : biblioqrafiya //Azərbaycanın Milli
Qəhrəmanları /tərt. H.Həmidova; M.F.Axundov adına Azərbaycan Milli Kitabxa-
nası.- Bakı, 2008.- S. 48.
Əsgərov, V. Eyvazov Qorxmaz Abış oğlu [Mətn] //V.Əsgərov Azərbaycanın Milli
Qəhrəmanları.- Bakı, 2005.- S. 43.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
1
Milli Qəhrəman