dinin azaldılması, iş yerlərinin açılması, beynəlxalq aləmə
inteqrasiya sahəsində mühüm nailiyyətlər qazamimışdır. Bunların
əsası Cmummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, indi
də onun layiqli davamçısı olan dövlət başçısı tərəfindən uğurla
inkişaf etdirilir. «Əsrin müqaviləsi»ndən daxil olan gəlirdən
ayrılan sərmayə qeyri-neft sektorunun inkişafına, sənaye
əhəmiyyətli təbii sərvətlərin mənimsənilməsinə, əhalinin sosial
vəziyyətinin yaxşılaşmasına yönəldilir. Respublikanın iqtisadi
inkişafı, əhalinin sosial vəziyyətinin yaxşılaşması uğurla davam
edir.
2013-cü ildə ümumi daxili məhsulun 38,6%,-i o cümlədən,
sənaye istehsahnın nisbətən 40% artması, son illərdə təxminən 620
min yeni iş yerinin yaradılması, yoxsulluq həddinin 9% aşağı
salınması,
əhalinin
əməkhaqqının,
pensiya
təminatının
nəzərəçarpacaq dərəcədə artırılması ölkə prezidentinin apardığı
iqtisadi, sosial, geosiyasi siyasətinin uğurlu nəticəsidir. Bu
siyasətin davam etdirilməsinin ən mühüm və etibarlı əsası dövlətin
qarşıya qoyduğu böyük əhəmiyyətli vəzifələrdən biri qeyri-neft
sektorunun inkişaf etdirilməsidir. Bundan irəli gələn problem
ölkədə iqtisadi inkişafın yüksəldilməsi, maddi-texniki bazanın
möhkəmləndirilməsi
əsasında
ərzaq
məhsulları
bolluğu
yaradılması, aqrar-sənayenin inkişafını təmin edən kənd
təsərrüfatının inkişaf etdirilməsidir. Azərbaycan Respublikasında
bu sahənin inkişaf etdirilməsinin təbii-iqtisadi əsasını torpaq, su
sərvətləri və onlardan səmərəli istifadə təşkil edir. Torpaq maddi
nemətlərin əvəzedilməz mənbəyi, insanlann, bütün canlıların
məskunlaşma, yaşayış və törəmə ərazisi, onların qarşılıqh
inkişafını nizamlayan ekoloji mühitin beşiyi, kənd təsərrüfatının
inkişafında əsas istehsal vasitəsidir.
Planetimizdə mövcud olan heç bir təbii sərvət torpaq qədər
iqtisadi, ekoloji, bioloji əhəmiyyətə malik deyildir. İstehsal və
istifadə proseslərində məskunlaşma yerini dəyişməyən torpaq
kəmiyyətini, həcmini həmişə sabit saxlayır. Lakin ondan
israfçılıqla, səmərəsiz istifadə edildikdə, keyfiyyətini itirir,
istifadəsi səmərəsiz olur.
Su
həyat mənbəyidir, yerin geoloji tarixində həyatın,
127