onun ekvivalentlərinə həm sol, həm də sağ sütunlar üçün həyat
kəmiyyətilə təbiətdən istifadə arasında asılılıq haqqında anlayış
verir. Sağ hissənin göstəricilərinin artmlması təsiretmənin ifadə
olunmuş hesabına əldə edilə bilər; bu təsir etmə, sol hissənin hər üç
və ya bir pozisiyasına müəyyən ola bilər, yəni (1) əlavə resurslann
cəlb edilməsi, (2) götürülmənin artırılması və (3) resurs qənaəti.
Optimal həllin seçilməsi həm resurs şəraiti, həm də sosial ölçülərlə
həyata keçirilir.
4.5 Ekoloji təminatın iqtisadi effekti
Ekoloji tələbat iqtisadi qiymətəmələgəlmənin strukturu,
beynəlxalq münasibətlərə hərtərəfli təsir göstərir.
Liberal ekoloji normalar ciddi normalara malik ölkələrdən
investorları cəlb edə bilər, ancaq son nəticədə bu, ölkənin həm
xammal, həm də depozit resurslara görə resurs əlavəsinə çevirə
bilər.
Resurs funksiyalarının münaqişəsi zamanı ekoloji tələbat
sosial cəhətdən daha nüfuzlu funksiya mənafeyinə ziddiyyətlərin
həllinə imkan yaradır. Belə ki, Keniyada ovçuluq ekoloji turizmin
gəliri hesabına tamamilə ləğv edilmişdir.
Maddi istehsalla əlaqədar olmayan, lakin insanın özünün
fiziki və mənəvi inkişafına lazım olan funksiyalar resursların
tükənməsinə deyil, əksinə, onların qorunmasına xidmət edir.
Əks təqdirdə resurs tamamilə maddi istehsal dairəsindən
defisitliyi, estetik və dərkedilmə ləyaqətinə görə çıxanhr.
Qlobastika.
Qlobastika - müasir dövrün qlobal problemləri
(təbii elmi və ictimai) haqqında təlimdir. Qlobastikanın inkişafı
bəşəriyyətin «geoloji qüvvə» kimi (V.İ.Vemadskiyə görə) vahid
ümumplanet törəməsi olması ilə əlaqədar mümkün olmuşdur.
Qlobastika siyasi, müəyyən dərəcədə tətbiqi aspekt məzmununa
malikdir.
Hazırda bütün ölkələr və xalqlar Yer kürəsi planetimizin
taleyilə bağhdır. Ona görə də planetdə həyat mühitinin pisləşməsi
bütün dövlətləri əhatə edir. Hər cür geniş qarşıdurma təbiət və
adamlar üçün, eləcə də təcavüzkar ölkə üçün ölüm deməkdir.
Əmələ gələn ziddiyyətləri hərbi yolla həll etmək
qlobal
114
cinayət aksiyası olar. Cəmiyyət yalnız qarşılıqlı yardım və
qarşılıqlı anlaşma yolu ilə irəliləməlidir. Onu da dərk etmək
lazımdır ki, hər bir xalq özünün xüsusi həyat mühitini yaradır və
müstəqildir. Ona görə də suverenlik vahid iqtisadi məkanı inkar
etmir, o da öz növbəsində, siyasi və individum suverenliyini rədd
etmir. Bu vəziyyət orqanizmdəki orqanlara oxşardır: onlar
müstəqildir, xüsusi hüceyrələrdən təşkil olunmuşdur, ancaq
bir-birindən asılıdır və əsəb və humoral əlaqələrlə öz aralannda
bağhdır.
4.6. Sosial
mühit ekoloji mədəniyyətin
formalaşma
amilidir
Sosial mühit - insan həyatmın sosial-psixoloji və sosial
iqtisadi mühitinin məcmusudur. Sosial mühit miqdarı əlverişliliyi
müsbət və mənfi streslər nisbəti ilə ifadə olunur.
Sosial-psixoloji mühit - insanlar arasında xarici iqtisadi
münasibətlərin
məcmusu olub, dünyanın dərk edilməsinin rahatlıq
dərəcəsini, bir-birinə diqqət meyannı əhatə edən göstəriciləri,
qarşıhqlı hörmət və ya hörmətsizliyi, ümumi işə marağı və ya
laqeydliyi, milli münasibətləri, zövqlərin və səylərin yekdilliyi və
fərqini, sosial-psixoloji göstərişlərin ümumi kompleksini və s. əks
etdirir. Sosial-psixoloji mühit anlayışına dünyagörüşünün dini,
ekoloji və s. cəhətləri, kollektiv üzvlərinin ümumi və fərqli mühiti
daxildir. Sosial- psixoloji mühit ierarxik olaraq ən kiçik qruplardan
qlobal bəşəri birliyə qədər meydana çıxa bilər.
Sosial-iqtisadi mfiÜt - insanlar arasmda, onlann özlərilə
yaratdıqları maddi və mədəni dəyərlər arasındakı münasibətləri
əhatə edir. Eyni zamanda, sosial-psixoloji, sosial, demoqrafik,
milli-mədəni, etnik, iqtisadi və s. yaxın elementləri özünə daxil
edir. Sosial-iqtisadi mühit anlayışma nüfuz və moda hadisələri,
sabahkı günə inam, iqtisadi təminat dərəcəsi, şəxsiyyətin
konstitusiya və ənənə azadlığı və s. daxildir. İnsamn təbii
resurslara münasibəti xüsusi yer tutur.
Təsərrüfat dövriyyəsinə cəlb edilərək, onlar təbii məzmunu
itirir, sosial-iqtisadi mühitin elementi kimi çıxış edir.
115