yaradıcı qüvvə sayılan insanla bağlı olan bu yeni ziddiyyət
təhlükəli nəticələrə gətirib çıxardı. Cəmiyyətin təbiətlə qarşılıqlı
təsirinin
ilkin
mərhələsində
iqtisadiyyat
mənimsəməyə
əsaslandığmdan və sosial həmcinslik hökm sürdüyünə görə, həm
insanlar, həm də insanla təbiət arasmda mövcud olan münasibətlər
həmahəng idi. İnsanlann oturaq həyata və əkinçiliyə,
mənimsəmədən maddi nemətlərin istehsalına keçməsi məhsuldar
qüvvələrin xeyli mürəkkəbləşməsinə, onun mahiyyət və forma
cəhətdən əsaslı surətdə dəyişməsinə səbəb oldu. Təbii məhsuldar
qüvvələri ictimai məhsuldar qüvvələr əvəz etdi. Siosial həm-
cinsliyin aradan qalxması cəmiyyətlə təbiət, insanla təbiət
arasındakı təmas münasibətlərin tip və formalanmn dəyişməsiylə
nəticələndi. Öz növbəsində təbiətin insanlann iqtisadi sosial
həyatına təsiri də getdikcə qüvvətlənir. Təbiətlə cəmiyyətin
qarşılıqlı təsirinin ziddiyyətli xarakteri özünü onda təzahür etdirir
ki, maddi istehsalın gedişində insan bir tərəfdən kortəbii qüvvələrin
hökmranlığından getdikcə daha çox azad olur, digər tərəfdən isə
cəmiyyətin təbiətlə sıx birliyi qüvvətlənir, istifadə etdiyi təbii
ehtiyatlarm əhatəsi genişlənir, öz həyat fəaliyyətində eneginin yeni
növlərindən daha çox intensiv şəkildə istifadə edir. Təbiəti
bilavasitə öz intensiv dəyişdirici fəaliyyətinin obyektinə çevirən
insan başa düşə bilməlidir ki, təbiət üzərində bir işğalçı kimi
hökmranlıq etmək olmaz. Çünki insan bütün cismani quruluşu ilə
təbiətə
daxildir, omm içərisindədir.
Qeyd etməliyik ki, təbiət qanunlanm dərk edib, onlara əməl
etmədən təbiət üzərində “ağalıq” etmək olmaz. Təsadüfi deyildir
ki, təbiət üzərində ilk qələbələri ilə öyünən insan sonralar təbiətin
qisasma məruz qaldı. Burada xüsusi qeyd etmək lazimdir təbiət
fəaliyyətinin genişlənməsi və təsirin qüvvətlənməsi nəticəsində
ancaq insanm yaşadığı təbii şərait deyil, nəticə etibarilə insan özü
də böyük əzablara düçar olur. Təbiət qüvvələrindən nisbətən
məhdud halda istifadə edildiyi dövrlərdə fəaliyyətin zərərli
cəhətləri məhəlli, lokal xarakter daşıyır, anomal vəziyyəti təbiətin
özü aradan qaldınr, insanlann səhvlərini “təshih” edir. Fəaliyyətin
forma, həcm və istiqamətinin əsaslı surətdə
dərinləşib geniş
168