62
AZƏRBAYCANDA FĠZĠKA VƏ RĠYAZĠYYAT
ELMLƏRĠNĠN MÜXTƏLĠF ĠSTĠQAMƏTLƏR ÜZRƏ
1996-2007-ci ĠLLƏRDƏKĠ ĠNKĠġAF DĠNAMĠKASI
Fizika və riyaziyyat kimi fundamental elmlərin inkiĢaf
səviyyəsinin, bu elmlərdəki vəziyyətin dəyiĢmə dinamikasının
təhlili hər bir ölkədə bütövlükdə elmin mövcud durumu və
perspektivləri haqda fikir yürütməyə imkan verir. ġübhəsiz, bu
fakt bütün təbiət və texniki elmlərin fizika və riyaziyyatın
nailiyyətləri və metodlarından birbaĢa bəhrələnməsi ilə izah
olunmalıdır. Belə ki, texniki fənlərdə istifadə edilən hesablama
üsülları, təbiət elmlərində tətbiq olunan avadanlıq və tədqiqat
metodları mahiyyət etibarilə fizika və riyaziyyatın əldə erdiyi
nəticələrin praktikada tətbiqindən baĢqa bir Ģey deyil. Bu
baxımdan Azərbaycanda fizika və riyaziyyat elmlərinin indiki
vəziyyətinin, onların müəyyən zaman kəsiyində inkiĢafındakı
meyllərin araĢdırılması elmimizin gələcəyini proqnozlaĢdırmaq
üçün mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikası Prezidentinin 4 may 2009-cu il
tarixli Sərəncamı ilə təsdiq olunmuĢ “Azərbaycan Respubli-
kasında 2009-2015-ci illərdə elmin inkiĢafı üzrə Milli Stra-
tegiya”-sı, bu sənəddə nəzərdə tutulan islahatlar proqramı belə
analizin əhəmiyyətini xeyli dərəcədə artırır. Məlumdur ki, Milli
Strategiyanın əsas vəzifəsi elmimizin qarĢısında duran prob-
lemlərin tez və effektiv Ģəkildə həllinə nail olmaq, elmin idarə
olunmasının, maliyyələĢdirilməsinin, mütəxəssis hazırlığının
beynəlxalq standartlara uyğunlaĢdırmaqdır. Ġstənilən problemin
həlli isə ilk növbədə onun hərtərəfli araĢdırılmasından baĢlayır.
Yalnız qərəzsiz, subyektiv faktorlardan maksimal dərəcədə
uzaq olan təhlil gələcəkdə qəbul ediləcək qərarların səmərə-
liliyinə zəmanət verə bilər.
Ġxtiyari elm sahəsinin, sahədaxili istiqamətlərin vəziyyətini
müxtəlif metodlarla araĢdırmaq mümkündür. Məsələn, fizika
və riyaziyyatın inkiĢaf dinamikasını öyrənmək məqsədilə bu
63
sahələr üzrə elmi dərəcəyəli mütəxəssislərin sayını, onun
dəyiĢmə dinamikasını araĢdırmaq mümkündür. Bu məqalədə
qəbul edilmiĢ qiymətləndirmə sistemi baĢqa meyarlara söy-
kənir. Belə ki, apardığımız araĢdırma fizika və riyaziyyat üzrə
1996-2007-ci illəri əhatə edən dövrdə beynəlxalq jurnallarda
çap olunmuĢ elmi məqalələrin, bu məqalələrə verilmiĢ
istinadların təhlilinə əsaslanır. Hesab edirik ki, beynəlxalq
jurnallarda çap olunmuĢ və deməli, beynəlxalq səviyyədə eks-
pert rəyindən keçmiĢ elmi əsərlər fizika və riyaziyyatda
formalaĢmıĢ vəziyyətin daha gercək mənzərəsini yaradır.
AraĢdırmalar üçün tələb olunan informasiyanı beynəlxalq
məlumat bazalarından əldə etmək olar. Beynəlxalq praktikada
elmin müəyyən sahələri üzrə ixtisaslaĢan məlumat mənbələri
mövcuddur. Onlardan istifadə etməklə hər bir alimin məqalə-
ləri, bu məqalələrə verilmiĢ istinadlar haqda məlumat əldə et-
mək mümkündür. Riyaziyyat sahəsində Amerika Riyaziyyat
Cəmiyyətinin MathSciNet_[American_Mathematical_Society,__www.ams.org]'>MathSciNet [American Mathematical Society,
www.ams.org], Avropa Riyaziyyat Cəmiyyəti və Almaniya
Universitetlərinin birgə saytı Zentralblatt MATH [www.
zentralblatt-math.org/zmath/en/], nüvə və yüksək enerjilər fi-
zikası istiqamətində ABġ-ın Stenford Universitetindəki “Sten-
ford Xətti Sürətləndirici Mərkəzi”nin (SLAC)[Stanford Linear
Accelerator Center, www.slac.stanford.edu] bazaları belə
məlumat mənbələri rolunu oynaya bilər. Üstünlüklərinə bax-
mayaraq, konkret sahə və istiqamətlərə görə ixtisaslaĢan mə-
lumat bazaları müxtəlif prinsiplər əsasında tərtib olunurlar.
Məsələn, əgər MathSciNet yalnız Amerika Riyaziyyat Cəmiy-
yəti tərəfindən tanınan jurnallardakı məqalələri və istinadları
nəzərə alırsa, SLAC hətta çap olunmamıĢ, elektron arxivdə
yerləĢdirilmiĢ məlumatları da qeyd edir. Nəticədə, MathSciNet-
dən riyaziyyatın müəyyən istiqaməti və riyaziyyatçı alim hadqa
əldə olunmuĢ məlumat SLAC-ın fizika üzrə və fizik barədə
verdiyi məlumata ekvivalent sayıla bilməz. Ona görə də, bu
məlumatları müqayisə etmək düzgün olmazdı. Elm sahələrinin
64
müqayisəli analizini aparmaq üçün informasiya eyni mənbədən
götürülməlidir.
Belə məlumat mənbələrindən ən mötəbəri Tomson Röyters
Agentliyinin Elmi Ġnformasiya Ġnstitutunun (ISI) hesabat-
larıdır [Thomson Reuters, www.thomsonreuters.com]. Tomson
Röyters tərəfindən indekslənən və elmin bütün sahələrini əhatə
edən təxminən 8000 elmi jurnal, burada çap olunmuĢ məqalələr
müqayisəli təhlil aparmağa imkan verir. Lakin Tomson Röyters
jurnalların keyfiyyətinə sərt tələblər qoyur. Belə yüksək səviy-
yəli jurnallarda çap olunmaq isə kifayət qədər çətin məsələdir.
Azərbaycanda elmin indiki vəziyyətində yalnız ISI jurnal-
larındakı məqalələrə istinadən nəticə çıxarmaq, fikrimizcə hələ
tezdir. Məhz bu səbəbdən, biz Tomson Röytersdən daha çox
jurnal və konfrans materiallarına əsaslanan SCOPUS bazasın-
dan [SCOPUS, www.info.scopus.com] istifadə edəcəyik. Qeyd
etmək yerinə düĢər ki, Tomson Röyters və SCOPUS məlumat
bazalarından elmi jurnalların qiymətləndirilməsi zamanı [F.Ə.
Əliyev, Ş.S. Ağayev, Elmi nəşrlərin qiymətləndirilməsi: mövcud
vəziyyət və perspektivlər,“Elm” qəzeti, №1-2, 21 yanvar 2009]
və Azərbaycanda elmin prioritet sahələrini müəyyən edərkən
[F.Ə.Əliyev, Ş.S. Ağayev, Azərbaycanda elmin mövcud və
gələcək prioritetləri, “Elm” qəzeti, №25-26, 31 avqust 2009]
istifadə edilmiĢdir.
SCOPUS elmin bütün sahələrinə həsr edilmiĢ və məqalələri
hərtərəfli rəy prosesindən keçən 16500 jurnal, 350 kitab seri-
yası, konfrans materialları əsasında formalaĢan informasiya
bazasıdır. Bizdə olan məlumata görə SCOPUS bazasında res-
publikamızdan “Azərbaycan Tibb Jurnalı” qeydiyyatdan ke-
çib. 2009-cu ildə Rabitə və Ġnformasiya Texnologiyaları
nazirliyi, BDU-nin Tətbiqi Riyaziyyat ETĠ və Milli EA tərəfin-
dən birgə nəĢr edilən beynəlxalq “Applied and Computational
Mathematics” jurnalı da SCOPUS-da qeydiyyata düĢüb. Lakin
bu jurnalın məqalələri müvafiq hesabatlarda yalnız gələn ildən
nəzərə alınacaq. BaĢqa sözlə, fizika və riyaziyyat üzrə
Dostları ilə paylaş: |