65
aparılacaq analizə ölkə daxilində çap olunmuĢ elmi məqalələrin
heç bir təsiri ola bilməz.
Ġspaniya Universitetlərinin təsis etdiyi SCIMAGO tədqiqat
qrupu SCOPUS məlumat bazasına əsaslanaraq maraqlı
nəticələr əldə etmiĢdir [SCIMAGO group, www.scimagojr.
com]. Qrupun hazırladığı hesabatda 233 ölkənin, 10 regionun
elmin bütün sahələri və istiqamətləri üzrə 1996-2007-ci illəri
əhatə edən nəticələri toplanıb. Sənəddən istifadə etməklə
ölkələrin, regionların ayrılıqda və ya müqayisəli analizini apar-
maq mümkündür.
Azərbaycan ġərqi Avropa regionuna daxil edilib. Bu regi-
ona Azərbaycandan baĢqa Rusiya, Ukrayna, Belarus, Moldova,
keçmiĢ SSRĠ-nin Baltikyanı və Cənubi Qafqaz respublikaları da
daxil olmaqla cəmi 23 ölkə aiddir. Sənəddə 12 il ərzində
Azərbaycan alimlərinin fizika üzrə 711, riyaziyyat üzrə isə 291
məqalə çap etdirdikləri göstərilir. Bu nəticələrə istinad etsək
fizikadakı durumun riyaziyyata nisbətən daha yaxĢı olduğunu
ġəkil 1
görərik. Əlbəttə, bu zaman fizika sahəsində çalıĢan alimlərin
sayı və aparılan tədqiqatların xarakteri də nəzərə alınmalıdır.
Fizika və riyaziyyat sahələrində çap olunmuĢ elmi iĢlərin
1996
1998
2000
2002
2004
2006
0
10
20
30
40
50
60
70
80
90
100
66
illər üzrə paylanması maraqlı nəticələr cıxarmağa imkan verir.
1 -ci Ģəkildə sahələr üzrə çap olunmuĢ elmi məqalələrin də-
yiĢmə dinamikası göstərilib (■-fizika, ▲-riyaziyyat). ġəkildən
görünür ki, riyaziyyat üzrə iĢlərin illərə görə paylanması daha
sabitdir və sahə 2003-cü ildən baĢlayaraq yüksələn xətt üzrə
inkiĢaf edir. Bu inkiĢafın rəqəmsal göstəricisi isə belədir: baxı-
lan zaman kəsiyinin son ilindəki (2007) məqalə sayı ilk ildəki
(1996) saydan 1.5 dəfə çoxdur. Fizikada bu göstərici 1.02-dir.
BaĢqa sözlə fizikada “stabil” durğunluq müĢahidə edilir.
GətirilmiĢ rəqəmlər Azərbaycanda fizika və riyaziyyatın
ümumi vəziyyəti haqda müəyyən təsəvvür yaradır. Lakin bu
elmlərin dünya və regiondakı vəziyyəti, inkiĢaf dinamikası
nəzə-rə alınmadan aparılmıĢ analiz öz-özlüyündə çox da
maraqlı və informatik ola bilməz. Bu baxımdan 2-ci və 3-cü
Ģəkillərdə verilmiĢ informasiya böyük əhəmiyyət kəsb edir.
ġəkil 2
Fizika və riyaziyyat sahələrində azərbaycan alimlərinin
elmi iĢlərinin ġərqi Avropa regionundakı payı (faizlə) 2-ci,
dünyadakı payı (faizlə) isə 3-cü Ģəkildə qrafiklərlə verilmiĢdir.
ġəkillərdən aydın olur ki, 1996-2007-ci illərdə hər iki elm
1996
1998
2000
2002
2004
2006
0,0
0,1
0,2
0,3
0,4
0,5
0,6
0,7
0,8
0,9
1,0
67
sahəsi region və dünya çapında tənəzzülə uğramıĢ, mövqelə-
rimiz zəifləmiĢdir. Həqiqətən də, əgər 1996-cı ildə fizika və
riyaziyyat sahələrində regiondakı payımız ümumi “elmi məh-
sulun” müvafiq olaraq 0.54 və 0.61 faizini təĢkil edirdisə, 2007-
ci ildə bu göstəricilər azalaraq 0.47 və 0.39-a qədər enmiĢdir.
Dünya elmi kontekstində də vəziyyət eynidir: araĢdırılan sahə-
lər üzrə 1996-cı ildə dünya elmindəki payımız 0.07 (riyaziyyat)
və 0.08 (fizika) faiz olmuĢdusa, 2007-ci ilin eyni göstəriciləri
belədir: riyaziyyatda 0.04, fizikada 0.05 faiz. Riyaziyyatda
2002-ci ildə qeydə alınmıĢ yüksəliĢ ümumi mənzərəni dəyiĢ-
mək iqtidarında deyil.
1996
1998
2000
2002
2004
2006
0,00
0,01
0,02
0,03
0,04
0,05
0,06
0,07
0,08
0,09
0,10
ġəki1 3
Region və dünya miqyasında fizika sahəsində nisbi
geriləmənin mahiyyəti kifayət qədər aydındır. Doğrudan da, bu
sahədə çap olunmuĢ elmi iĢlərin sayı, demək olar ki, dəyiĢməz
qalsa da region və dünya elmində inkiĢaf dayanmamıĢ və nəti-
cədə sahə üzrə nisbi payımız azalmıĢdır. Yuxarıda riyaziy-
yatdakı artım haqqında məlumat vermiĢdik. Lakin qeydə alın-
mıĢ artım region və dünya elminin riyaziyyat sahəsindəki
yüksəliĢindən geri qaldığı üçün yenə də mövqelərimiz
68
itirilmiĢdir. Dünya ölkələrində riyaziyyatda müĢahidə olanan
artımı dəyərləndirmək üçün Türkiyənin təcrübəsinə müraciət
edə bilərik. Təhlillər göstərir ki, bu ölkədə 1996-2007-ci illərdə
riyaziyyat sahəsində beynəlxalq səviyyədə çap olunmuĢ məqalə
sayındakı artım 5.9 dəfə olmuĢdur. Bu isə o deməkdir ki, region
və dünya miqyasında Azərbaycan elminin fizika və riyaziyyat
kimi mühüm və fundamental sahələrinin ən azı yerini qorumaq
üçün alimlərin daha məhsuldar iĢinə nail olmaq lazımdır.
Fizika və riyaziyyat sahələrində ölkəmizdə formalaĢmıĢ və
beynəlxalq səviyyədə böyük əhəmiyyət kəsb edən baĢqa
makrogöstəricilərə nəzər salaq. Bunlar arasında ən önəmlisi
elmi məqalələrə verilmiĢ istinadların sayıdır. Elmi nəticəyə
istinaq vermək, onu yeni tədqiqatlarda istifadə etmək həmin nə-
ticənin əhəmiyyətinin təsdiqi deməkdir. Sözsüz ki, bəzən
məqalələrdə səhv nəticələr də çap olunur. Belə hallarda elmi
mətbuatda gedən mübahisələr əsnasında digər tədqiqatçıların
tənqidi, mənfi istinadlarına rast gəlmək mümkündür.
ġəkil 4
Lakin mənfi istinadlar ümumi mənzərənin çox cüzi hissə-
sini təĢkil edir, çünki adətən səhv nəticələrə umimiyyətlə is-
tinad verilmir.
0
2
4
6
8
10
Fizika
Riyaziyyat
Dostları ilə paylaş: |