104
Müxtəlif xalqların və etnik qrupların adət-ənənələrinə, milli
geyimlərinə, musiqisinə, nağıllarına, mətbəxinə, toy və yas
mərasimlərindəki adətlərə, uĢaq oyunlarına, bir sözlə, folklo-
runa aid indekslənən elmi jurnallar A&HCI siyahısının
“folklor” bölməsində toplanıb. Bölməyə cəmi 18 dövri nəĢr
daxil edilib ki, onların bir neçəsi ilə tanıĢlıq bəzi məsələlərə
aydınlıq gətirir. Bu jurnallardan biri ABġ-ın Ġndiana Univer-
sitetinin “Journal of Folklore Research” dərgisidir. O, səhi-
fələrində müxtəlif xalqların folkloruna yer ayırır: jurnalın 2009-
cu ilin sonuncu nömrəsində 46-cı cildin 2-ci buraxılıĢında “ġah
Ġsmayıl Səfəvinin türk hekayətində transformasiyası” adlı
məqalə çap edilib. Məqalənin xülasəsindən aydın olur ki,
müəllif ġah Ġsmayılın tarixi və xalq dastanlarında formalaĢmıĢ
surətləri arasında fərqləri müqayisə edir, dastanlarda onun əli
qılınclı hömkdardan daha çox saz-söz ustası kimi təsvir edil-
diyindən yazır. BaĢqa bir məqalədə Türkiyənin Kaynarca
qəsəbəsində cavanların əsgərliyə göndərilməsi mərasimindən
bəhs edilir və onun toy qədər təmtəraqlı keçdiyi vurğulanır.
Maraqlı hesab etdiyimiz ikinci mənbə elektron variantda
mövcud olan “Folklore: Electronic Journal of Folklore” jur-
nalıdır (Estoniya,Tartu). Buradakı məqalələr istifadə üçün
bütün oxuculara açıqdır. Jurnalın əhatə dairəsinə, ilk növbədə,
baltikyanı və skandinaviya ölkələrinin folkloru daxildir. Lakin
baĢqa xalqların, xüsusilə keçmiĢ SSRĠ respublikalarının folk-
loruna da yer verilir. Belə məqalələrin birində- jurnalın 2007-ci
il 36-cı sayında verilmiĢ yazıda erməni nağıllarından bəhs
edilir. Bu nağılların qəhrəmanları Sədəf xanım, Nuri Hədiq və
ya Nar xatundır. Erməni müəllif xatunun türk sözü olduğunu
boynuna alır və onun tərcüməsini verir, lakin Sədəf və Nar
sözlərini tərcümə edərkən mənĢə dəqiqləĢdirilmir. Türk və
Azərbaycan folklorunun ermənilər tərəfindən mənimsənilmə-
sində qəribə heç nə yoxdur. Sadəcə, biz diqqəti baĢqa bir
məsələyə yönəltmək istəyirik ki, bu da müəllifin istinad etdiyi
mənbələrdir. Nağılları təhlil edərkən o, 1885-1899-cu illərdə
105
nəĢr edilmiĢ materiallardan əminliklə istifadə edir. BaĢqa sözlə,
erməni “mütəxəssis” ulu babalarının baĢladığı saxtakarlığı
davam etdirir. Onun əminliyinin baĢqa bir səbəbi isə qarĢısında
opponentin olmamasıdır: jurnalın bütün saylarının təhlili orada
Azərbaycan folkloru haqqında hər-hansı bir məqalənin varlığını
təsdiq etmir. Belə münbit Ģəraitdə erməni müəllif nədən və
kimdən çəkinməlidir?!
YaxĢı ki, indekslənən jurnallar arasında Türkiyənin “Milli
Folklor” dərgisi də var. Jurnal beynəlxalq xarakterli olub, bütün
türk xalqlarının folkloru sahəsində ixtisaslaĢır. Doğrudan da,
onun təkcə bir buraxılıĢında qazax türklərində evlənmə
mərasimi ilə əlaqədar hədiyyə alıĢ-veriĢi, Krım türklərinin
hekayətlərində rəqəm simvolizmi, türk xalq mədəniyyətində və
mifologiyasında üzümün yeri, türk tapmaçaları haqqında, “ġah-
sənəm və Qərib” dastanının Qazan tatarlarında rast gəlinən
variantı, türk advermə ənənəsi baxımından bəzi kiĢi adlarının
mənĢəyi, xalq deyimlərində Koroğlu surəti və s. bu kimi
maraqlı mövzulara həsr edilmiĢ tədqiqat iĢlərinə rast gəlirik.
Jurnalda müntəzəm surətdə türk xalqları-qazax, qırğiz, özbək,
əfqan qazaxları, qaqauz, Krım türkləri və Qazan tatarlarının
folkloruna dair məqalələr çap edilir: jurnalın bu mözvulara
toxunmayan sayını tapmaq çətindir. Dərgi səhifələrində Azər-
baycan folkloruna da yer ayırır. Belə araĢdırmalar arasında həm
azərbaycanlı, həm də türkiyəli müəlliflərin iĢləri var. Türkiyəli
alimlərin tədqiqatları, əsasən, iki xalqın folklorunun, məsələn,
musiqisinin, müqayisəli təhlilinə həsr edilir.
Tomson Röytersin A&HCI siyahısıının “musiqi” bölməsin-
də hal-hazırda 79 jurnal var. Onlar arasında ayrı-ayrı dahi
bəstəkarların yaradıcılığını tədqiq edən müxtəlif janrların, mə-
sələn operanın tarixini və indiki durumunu öyrənən, kantri
janrına dair araĢdırmalara həsr jurnallar yer alır. Bundan baĢqa
ölkələrin, qitələrin musiqisinə həsr edilmiĢ və ya keçmiĢ dövr-
lərin musiqisini öyrənən jurnallara da rast gəlirik. Musiqi jur-
nalları arasında sahələrarası tədqiqatlara dair nəĢrlər müxtəlif
106
xalqların etnik müsiqisi sahəsində ixtisaslaĢan dərgilər də var.
MusiqiĢünaslıq üzrə də milli dillərdə nəĢr edilən və Tomson
Röyters tərəfindən indekslənən jurnal az deyil. Çex, portuqal
və ispan dilli jurnallar deyilənlərə misal ola bilər. Bu sıraya
fransız, alman, italyan dillərində nəĢr edilən dərgiləri da əlavə
etmək olar.
Ümumi mənzərənin görüntüsünü cızdıqdan sonra maraqlı
hesab etdiyimiz iki jurnal üzərində ətraflı dayanaq. Onlardan
biri Asiya xalqlarının musiqisi sahəsində ixtisaslaĢan “Asian
Music” jurnalıdır. Jurnalda nəĢr edilən məqalələr Yaponiyadan
Türkiyəyədək uzanan geniĢ coğrafi ərazidə məskunlaĢmıĢ
xalqların musiqisi və onun müxtəlif janrları, musiqi alətləri və
ifaçıları haqda məlumat verir. “Asian Music” türk xalqlarının-
türk, özbək, türkmən, uyğur musiqisinin müxtəlif tərəflərini
iĢıqlandıran xeyli məqalə çap edib. Belə ki, jurnalda türk
musiqisində improvizasiya estetikası, türk aĢıq və xalq musi-
qisi, türk xalq bəstəkarları və aĢıqları haqqında məqalələr iĢıq
üzü görüb. Türkmən musiqisi və musiqi alətləri, uyğur klassik
xalq musiqisi, özbək və tacik muğamları, özbək xalq musiqi
alətləri və sair məsələlər tədqiqatçılar tərəfindən öyrənilib və
mütəxəssislərin nəzərinə çatdırılıb. Son illər bu sahədə çap
olunmuĢ bəzi məqalələr haqda da məlumat yerinə düĢər. Belə
ki, jurnalın 40-cı cildinin 2-ci buraxılıĢında (2009), 38-ci
cildinin 1-ci sayında (2007) türk xalq musiqisinin müəyyən
aspektləri, 36-cı cildinin 1-ci sayında (2005) klassik türk mu-
siqisində bəstə formasının bəzi xüsusiyyətləri barədə məqalələr,
31-ci cildinin 2-ci sayında (2000) “Osmanlı sarayında musiqi:
muğam, bəstələr və qədim osmanlı instrumental repertuarı”
monoqrafiyasına rəy çap edilib. Təəssüf ki, “Asian Music”
jurnalında Azərbaycan xalq musiqisinə, musiqi alətlərinə həsr
edilmiĢ məqalə tapa bilmədik.
Dostları ilə paylaş: |