Redaktor: Cahangir Məmmədli



Yüklə 2,98 Kb.
Pdf görüntüsü
səhifə31/46
tarix11.04.2018
ölçüsü2,98 Kb.
#37906
1   ...   27   28   29   30   31   32   33   34   ...   46

 
98 
var.    
KeçmiĢ  SSRĠ-nin  və  indiki  Rusiyanın  aparıcı  “Вопросы 
истории”  dərgisi  də  indekslənən  tarix  jurnalları  arasındadır. 
Jurnal  Rusiya  EA  tərəfindən  nəĢr  edilir,  Rusiya    və  dünya 
tarixinin  problemlərinə  həsr  edilmiĢ  məqalələr  çap  edir.  Onun 
əhatə  dairəsi  geniĢ,  çap  olunan  materialların  xarakteri  isə 
rəngarəngdir. Belə ki, hər sayında “XX əsrin siyasi arxivi” böl-
məsində əvvəllər məxfi saxlanılan arxiv materiallarına, “Tarixi 
portretlər”  bölməsində  tarixi  Ģəxsiyyətlər  haqqında  məlu-
matlara,  digər  bölmələrdə  elmi  məqalələrə,  xatirələrə,  mono-
qrafiyalara  yazılmıĢ  rəylərə  və  s.  rast  gəlirik.  Məsələn,  ġeyx 
ġamil,  Atatürk,  T.  Özal  haqqında  materiallar  tarixi 
Ģəxsiyyətlərə  aid  bölmədə  verilib.  Təhlillər  göstərir  ki,  son  20 
ildə  jurnal  Türkiyə-Rusiya  münasibətlərinin  müəyyən  as-
pektlərinə  aid  bir  neçə,  o  cümlədən  2009-cu  ilin  4-cü  sayında 
M. Qasımlının məqaləsini çap etsə də, Azərbaycan tarixi haqda 
materiallara yer vermir və ya redaksiyaya bu mövzuda iĢ daxil 
olmur.  Belə  ki,  jurnalın  yalnız  2002-ci  ildəki  2-ci  sayında 
M.Ə.Rəsulzadənin “Azərbaycanda milli hərəkat” adlı məqaləsi 
iĢıq  üzü  görüb.  Jurnalda  Qarabağın  tarixi  barədə  hec  bir 
müstəqil  araĢdırmaya  rast  gəlmədik.  Aydın  görünür  ki,  bu 
məsələdə o, neytral mövqe tutur. Ədalət naminə məqalələr ara-
sında  anti-Azərbaycan  əhval-ruhiyyəli  yazıların  da  olmadığını 
qeyd  edək.  “Вопросы  истории”  jurnalının  1987-ci  ildən 
indiyədək  baĢ  redaktoru  Rusiya  EA-nın  müxbir  üzvü  Ə. 
Ġsgəndərovdur.  Yəqin  ki,  elmi,  iqtisadi,  siyasi  dairələrində 
ermənipərəst  qüvvələrin  güclü  olduğu  Rusiya  kimi  nəhəng  bir 
ölkənin aparıcı milli tarix jurnalının Azərbaycana münasibətdə 
neytral  mövqe  tutması  baĢ  redaktorun  gücü  çatan  ən  böyük 
iĢdir. 
Rusiyanın  elmi  mətbuatında  anti-Azərbaycan  təbliğatından 
məhrum edilmiĢ erməni mütəxəssisləri alternativ yolla gedərək 
beynəlxalq  “Iran  and  the  Caucasus”  jurnalını  təsis  etmiĢlər. 
Jurnal  1997-ci  ildən  Yerevandakı  ĠranĢünaslıq  Mərkəzi 


 
99 
tərəfindən  buraxılır  və  6-cı  cilddən  etibarən  Hollandiyanın 
“Brill”  nəĢriyyatında  beynəlxalq  statusda  nəĢr  edilir.  O,  Tom-
son Röyters tərəfindən indekslənən yeni nəĢrlər arasında yer ala 
bilib.  Jurnal  regionun  tarixi,  arxeologiyası,  mədəniyyəti,  folk-
loru,  siyasi  və  sosioloji  problemləri  haqqında  yeni,  inno-vativ 
xarakterli  elmi  iĢlər  çap  etməkdə  iddialı  görünür.  Onun  baĢ 
redaktoru  və  redaksiya  strukturlarının  daha  altı  üzvü  erməni 
mütəxəssislərdir.  Redaksiya  heyətinə  Türkiyə,  Rusiya,  Ġran, 
Gürcüstan və bir sıra Qərb ölkələrinin alimləri daxil edilsə də, 
bu,  yalnız  “beynəlxalq”  görüntüsü  yaratmaq  məqsədi  güdür, 
cünki  çap  olunan  iĢlərin  mütləq  əksəriyyəti  məhz  ermənilər 
tərəfindən  yazılır.  Jurnalda  Azərbaycan  və  Türkiyənin  siyasi, 
iqtisadi,  tarixi  maraqları  ətrafında  xeyli  məqalə  çap  edilib. 
Məsələn,  “ABġ-ın  Cənubi  Qafqaz  siyasəti:  Bakı-Ceyhan 
layihəsinin  təhlükəsizliyi”,  “TalıĢ  və  talıĢlar”,  “Azərbaycan 
Respublikasında  talıĢların  milli  mənsubiyyətinin  formalaĢ-
ması”,  “M.  Mortazavinin  “Qədim  azərbaycan  dili”,  “Tiflisin 
islam  camiası  (8-ci  19-cu  əsrlər)”,  “Cənubi  Qafqazda  islam-
çılıq”,  “Cənubi  Qafqazda  milli  təhlükəsizlik  konsepsiyaları  və 
inteqrasiya problemləri”, “Azərbaycan-Ermənistan müharibəsi-
nin  bir epizodu (yanvar-fevral  1919)”  haqda məqalələr birbaĢa 
bizim  maraqlarımıza  toxunan  məsələlərdir.  Bu  yazıların 
hamısının  müəllifi  ermənilərdir.  Göründüyü  kimi,  Azərbaycan 
mövzusuna  heç  qərb  mütəxəssisləri  də  yaxın  buraxılmır. 
Məqalələrin mətni ilə tanıĢlıq onların anti-Azərbaycan ruhunda 
yazıldığını,  tariximizi,  dilimizi,  etnoqrafiyamızı  saxtalaĢdır-
dığını,  ölkə  daxilində  etnik  konfliktlər  yaratmaq  məqsədilə 
“elmi”  baza  formalaĢdırdığını  sübut  edir.  Bu  saxtakarlıq  
müasir  Azərbaycan  Respublikasının  ərazisi  ilə  məhdudlaĢmır, 
Cənubi  Azərbaycanın  tarixi,  ərazinin  toponimləri  ermənilərə 
sərf edən istiqamətdə yozulur və “təhlil” edilir. Jurnalda Azər-
baycana  dair  bir  tədqiqat  “II  dünya  müharibəsindən  sonra 
müasir  azərbaycan  tarixĢünaslığında  “Cənubi  Azərbaycan” 
mövzusu” rus mənĢəli alim tərəfindən qələmə alınıb: mətndəki 


 
100 
“Cənubi  Azərbaycan”  sözünün  dırnaq  içində  verilməsi  məqa-
lənin qayəsini anlamaq üçün kifayət edir. Bu iĢlər əsasən 2004-
cü  ildən,  yəni  jurnal  “beynəlxalq”  status  aldıqdan  sonra  nəĢr 
edilib.  Bundan  baĢqa  “Ġraq  türkmənləri  və  Türkiyə”,  Türk-
Ġsrail,  kürd-erməni  münasibətləri,  erməni  genosidi  və  s. 
məsələlərə dair tədqiqatlar da çap olunub. Maraqlıdır ki, Ermə-
nistandakı  həqiqi  problemlər  haqda  çox  az  sayda  məqalə  iĢıq 
üzü  görüb.  Yəni,  jurnalın  nəĢrində  əsas  məqsəd  “elmi” 
səviyyədə  Azərbaycan  və  Türkiyəyə  qarĢı  mənfi  münasibət 
formalaĢdırmaq,  gələcək  ərazi  iddialarını  əsaslandırmaqdır. 
Təəssüf  ki,  bəzi  qərb  mütəxəssislərinin  rəyləri  jurnalın  ciddi 
nəĢr  kimi  qəbul  edildiyindən  xəbər  verir.  “Iran  and  the 
Caucasus”  jurnalında  alternativ  məzmunlu  tədqiqat  çap 
etdirməyin qeyri-mümkünlüyü bizə aydındır. Digər tarix jurnal-
larının monitorinqi isə göstərdi ki,  bu yazıları neytrallaĢdırmaq 
üçün  əlimizdə  A&HCI-dakı  dərgilərdə  çap  olunmuĢ  hazır 
material  yoxdur.  Məhz  bu  səbəbdən,  beynəlxalq  müstəvidə 
tarixçi  alimlərimizin  fəaliyyətini  qənaətbəxĢ  hesab  etmək 
mümkün  deyil:  onlar  indiyədək  vəzifələrinin  öhdəsindən  gələ 
bilməyiblər.  Ümid  edirik  ki,  tarixçilərimiz  “Iran  and  the 
Caucasus”-dakı məqalələrlə tanıĢdırlar və onlara cavab vermək 
istiqamətində  yaxın  zamanlarda  təsirli  addımlar  atacaq, 
Azərbaycanın  tarixi  və regionda cərəyan edən proseslər hadqa 
beynəlxalq  elmi  ictimaiyyətə  obyektiv  informasiya  verə 
biləcəklər.  Bir  daha  vurğulamaq  istəyirik 
ki,  bu  informasiya  yalnız  Tomson 
Röytersin  tanıdığı  jurnallarda  yayımlan-
malıdır: konfrans materiallarının, müxtəlif 
ölkələrdə  nəĢr  edilən  məqalə  toplularının, 
ikinci-üçüncü  dərəcəli  jurnallardakı  yazı-
ların  effekti  indiyədək  arzu  edilən  səviy-
yədə  olmayıb  və  bundan  sonra  da  olma-
yacaq.  
Tomson  Röyters Agentliyinin  A&HCI 


Yüklə 2,98 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə