Redaktor: Cahangir Məmmədli



Yüklə 2,98 Kb.
Pdf görüntüsü
səhifə28/46
tarix11.04.2018
ölçüsü2,98 Kb.
#37906
1   ...   24   25   26   27   28   29   30   31   ...   46

 
89 
səviyyəsindən,  xalq  yaradıcılığından  dövlət  statusuna  qədər 
böyük inkiĢaf yolu keçmiĢdir.  Müasir Azərbaycan dili ictimai 
həyatın, elm və texnikanın bütün sahələrində iĢlədilir, bu sahə-
lərdə yaranan yeni terminləri öz lüğətinə daxil edərək yenilənir. 
Azərbaycan  dili  çoxsaylı  elmi  tədqiqatların  obyekti  olaraq 
qalmaqdadır.  Onun  qorunub  saxlanılmasında,  inkiĢaf  etdiril-
məsində    bütün  xalqımızla  yanaĢı  dilçi  alimlərimizin  də  rolu 
danılmazdır.  Lakin  indiyədək  görülən iĢlər Azərbaycan dilinin 
dünya  filologiyasında  yeri  və  statusunun  təsbiti  baxımından 
kifayət  deyil.  Bəzən  dilimizin  yerli  əhəmiyyət  daĢıdığı, 
baĢqaları  üçün  maraqlı  olmadığı  kimi  yanlıĢ  və  ən  baĢlıcası 
zərərli  fikirlərə  rast  gəlirik.  Biz  bu  fikirlərlə  qətiyyən  razı 
deyilik,  çünki  beynəlxalq  elmi  jurnalların  monitorinqi  bunun 
tam əksini sübut edir.   
Tomson  Röyters  Agentliyi  tərəfindən  indekslənən  və 
A&HCI  siyahısının  “dil  və  dilçilik”  bölməsinə  daxil  edilmiĢ 
jurnalların sayı  159-dur. Onların bir qismi  müəyyən qrupa  aid 
olan dillərin və ya hər-hansı bir dilin öyrənilməsinə həsr edilib. 
Təəssüf  ki,  türk  xalqlarının  dilləri  sahəsində  ixtisaslaĢan  elmi 
jurnallar  A&HCI  siyahısına  daxil  edilməyib.  Lakin  buna 
baxmayaraq,  beynəlxalq  jurnallar  digər  dillərlə  yanaĢı  türk 
dilinə həsr edilmiĢ məqalələr də çap edir. 
Belə  beynəlxalq  nəĢrlər  arasında  dilçiliyin  müxtəlif 
problemlərinə həsr olunmuĢ və təsir əmsalı olan jurnal kifayət 
qədərdir. 
Məsələn, 
“Wiley” 
nəĢriyyatının 
“Language 
Learning”(1.575),  “Communication  Theory”(1.422)  kimi 
jurnalları  dillərin  öyrənilməsinə,  onlar  haqda  araĢdırmalara, 
müasir dilçiliyin problemlərinə həsr edilmis elmi-tədqiqat iĢləri 
çap edir. Bu sıraya “Springer” nəĢriyyatının “Natural Language 
and  Linguistic  Theory”(0.667),  “Linguistics  and  Philo-
sophy”(0.537  jurnallarını  əlavə  edə  bilərik.  Hər  iki  nəĢriyyat  
dilçiliyin  təkcə  özünəməxsus  problemlərini  iĢıqlandırmaqla 
kifayətlənmir, onun sosioloji, fəlsəfi, psixoloji aspektlərini əha-
tə edən sahələrarası tədqiqatlara da həssaslıqla yanaĢır.  


 
90 
“Elsevier”  nəĢriyyatı  da  dilçiliyə  aid  beynəlxalq  elmi 
jurnallar  nəĢr  edir.  Biz  bu  elmi  nəĢrlərin  yalnız  ikisi  haqda 
ətraflı  məlumat  vermək  istəyirik.  Bunlardan  birincisi-müxtəlif 
dillərin  fonetikası  sahəsində  tədqiqatlara  həsr  edilmiĢ  “Journal 
of  Phonetics”  (1.408)  jurnalıdir.  Jurnalda  çap  olunmuĢ  məqa-
lələr istifadə edilən metodların, öyrənilən dillərin rəngarəngliyi 
baxımından diqqəti cəlb edir. Onun internet Ģəbəkəsində yerləĢ-
dirilmiĢ  və bütün  istifadəçilər üçün  açıq  olan nömrəsinə nəzər 
salaq. Bu nömrə tələffüz və məna müxtəlifliyindən asılı olaraq 
Koreya  dilindəki  səslərin  doğma  və  xarici  dinləyicilər 
tərəfindən  qavranılmasına  həsr  edilmiĢ  məqalə  ilə  açılır. 
Tədqiqatçılar  təklikdə  götürülmüĢ  insanın  və  bir-neçə  adamın 
danıĢığı  (söh-bəti)  əsnasında  hecaların  tələffüzü  zamanı 
yaranan  akustik  dalğaları  müvafiq  avadanlıq  vasitəsilə  qeyd 
etmiĢ,  sonra  isə  rəqəmsal  təhlildən  keçirmiĢlər.  Əldə  edilmiĢ 
nəticələr  məqalədə  qrafiklər,  riyazi-statistik  analizləri  əks 
etdirən  cədvəllər  formasında  təqdim  olunub.  Beləliklə  də,  
səslərin  identifikasiyasında  doğma  və  xarici  dinləyicilərdən 
ibarət  iki  qrup  arasındakı  fərqlər  aĢkar  edilmiĢ  və  araĢ-
dırılmıĢdır. BaĢqa bir məqalədə Vyetnam dilinin cənub və Ģimal 
dialektlərinə  xas  olan  səslərin  anlaĢılmasındakı  xüsusiyyətlər 
öyrənilib. Ġngilis dilində tələffüz zamanı hecaların strukturunun 
formalaĢmasının və burun səslərinə düĢən vurğunun zamandan 
asılılıq  məsələləri  isə  digər  bir  tədqiqatın  obyektidir.  
Maraqlıdır ki, bu tədqiqatda müəlliflər tələffüz zamanı insanın 
ağız  boĢluğunun,  dilinin  formasının  təsvirini  almaq  üçün 
maqnit  rezonans  üsulundan  (!)  istifadə  etmiĢlər.  AlınmıĢ 
təsvirlərdən biri və tədqiqatın digər nəticələri ilə məqalədə tanıĢ 
olmaq  mümkündür.  Jurnalda  çap  olunmuĢ  baĢqa  məqalələrdə 
ispan,  fransız,  ivrit,  rus,  çin,  tay,  çex,    yunan,  ərəb,  norveç, 
eston,  fin  dillərinin,  onların  müxtəlif  dialektlərinin  foneti-
kasındakı  özəlliklərə  dair  tədqiqatlara  rast  gəlmək  olar.  Yeni-
yetmələrin  və  yaĢlı  insanların  tələffüzündəki  fərqlər  çoxsaylı 
araĢdırmaların, təhlillərin obyektidir. Əsərlər arasında eyni dilin 


 
91 
böyük Ģəhərlərə xas olan tələffüz normaları haqqında, məsələn, 
yapon  dilinin  Tokio,  Osaka  və  ya  çin  dilinin  ġanxay  ləhcələri 
haqda da məlumat əldə etmək mümkündür.  
Diqqəti  yönəltmək  istədiyimiz  ikinci 
nəĢr  dilçiliyin ümumi problemlərini əhatə 
edən  “Lingua”(0.532)  jurnalıdır.  Jurnalın 
istifadəçiyə  açıq  sayında  türk  dilində  söz 
ardıcıllığı, onların daĢıdığı informasiya və 
frazanın intonasiyasının bir-biri ilə əlaqəsi 
məsələləri araĢdırılır. Digər bir iĢdə fransız 
dilində inkarın formaları öyrənilir. Burada 
italyan,  koreya  dillərinin  qramatikasına 
dair  elmi  məqalələr  dərc  edilib.  “Lingua” 
jurnalının  bir-neçə  cildinin  monitorinqi  oxucuda  dünyanın  dil 
rəngarəngliyi haqda müəyyən təsəvvür yaradır. Belə ki, burada 
bantu  qrupuna  daxil  olan  çiçeua  və  ikolanqa  (!)  dillərində 
cümlə  quruluĢuna,  Ģərqi  norveç  dialektində  tələffüzlə  hərəkət-
lərin  koordinasiyası  məsələlərinə,  ingilis  dilində  bəzi  fellərin
 
iĢlənmə qaydalarına dair məqalələr çap edilib. Jurnalın 2007-ci 
ildə  iĢıq  üzü  görmüĢ  digər  saylarında  türk,  nepal,  sanskrit, 
ispan,  fransız,  2008-ci  ildəki  saylarında  türk,  fransız,  yapon, 
koreya,  ivrit,  yunan,  bantu  qrupundan  olan  kiitaraka,  çin, 
island, rus, malay, indonezia, çex, polyak, italyan, 2009-cu ilə 
təsadüf  edən  119-cu  cildində  gürcü,  macar,  alban,  türk 
dillərində cümlə quruluĢu, fel və isimlərin iĢlədilməsi qaydaları, 
söz  ardıcıllığının  spesifik  xüsusiyyətləri,  bu  dillərin  baĢqa 
tərəfləri öyrənilib

Ümumiyyətlə. jurnal müxtəlif dillərin sintak-
sisinə,  morfologiyasına,  semantikasına  dair  xeyli  məqalə  çap 
edir.  Son  illərdə  “Lingua”  jurnalı  türk  və  gürcü  dillərinin 
özəlliklərini  iĢıqlandıran  20  məqalə  nəĢr  edib.  Qeyd  edək  ki, 
türk  dili  haqqında  10  yazıdan  9-u  məhz  türkiyəli  alimlər 
tərəfindən  təqdim  olunub.  Təəssüf  hissi  ilə  qeyd  etməliyik  ki, 
bu  jurnalda  Azərbaycan  dilinə  həsr  edilmiĢ  müstəqil  araĢ-
dırmalara  rast  gəlmədik:  Azərbaycan  dilinin  adı  Qafqaz  xalq-


Yüklə 2,98 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə