92
larına həsr edilmiĢ məqalələrin yalnız ümumi kontekstində
çəkilir.
Göründüyü kimi, təkcə iki jurnalın monitorinqi azərbaycan
dilinin yerli əhəmiyyət daĢıması fikrini təkzib edir: beynəlxalq
elmi ictimaiyyət üçün böyük və ya kiçikliyindən asılı olmaya-
raq bütün xalqların dilləri eyni dərəcədə vacib və maraqlıdır.
Ona görə də, elmi nöqteyi-nəzərdən nəinki Azərbaycan dilinin
özünün fonetik quruluĢu, hətta ölkəmizin Ģimal və cənub
bölgələrində müxtəlif səslərin tələffüzü zamanı müĢahidə
olunan ləhcə fərqləri, Azərbaycanda yaĢayan azsaylı xalqların
dillərinin fonetikası, iki dildə danıĢan əhalimizin tələffüzündəki
xüsusiyyətlər də eyni dərəcədə əhəmiyyətlidir. Bu istiqamət-
lərdə müasir texniki vasitələrdən, statistik
metodlardan istifadə etməklə aparılan
tədqiqatlar “Journal of Phonetics” və
digər jurnallarda çap etdirilərək mütəxəs-
sislərin istifadəsinə verilməlidir. Dilimizə
xas olan cümlə quruluĢu, sözlərə düĢən
vurğular və s. haqda məqalələr isə “Lin-
gua” da və aidiyyəti üzrə baĢqa jurnallarda
nəĢr edilə bilər.
AraĢdırmalar zamanı “dil və dilçilik”
bölməsinə daxil edilmiĢ jurnallarda azərbaycanlı müəlliflərin
bir məqaləsini tapa bildik. Bu, post-sovet Azərbaycanında dil
sahəsində aparılan siyasət və müvafiq qanunvericilik haqda
yazılmıĢ və 2009-cu ildə “Language Problems & Language
Planning” jurnalında çap edilmiĢ əsərdir. Bundan baĢqa, türki-
yəli müəllifin “Journal of the Royal Asiatic Society” (2010)
jurnalında Azərbaycanda latın əlifbasına keçidin 1921-1992
illəri əhatə edən tarixinə dair məqaləsi verilib. Jurnalın bu
nömrəsində keçmiĢ SSRĠ-nin 6 müsəlman respublikasında,
Özbəkistanda əlifba islahatlarının tarixi və indiki durumu haq-
qında daha iki məqalə çap edilib. Bütün məqalələrin mətni ilə
jurnalın elektron saytında tanıĢ olmaq mümkündür.
93
Ədəbiyyat və ədəbiyyatĢünaslıq sahəsində formalaĢmıĢ
vəziyyət daha mürəkkəbdir. Belə ki, A&HCI-də bir sıra
xalqların ədəbiyyatına həsr edilmiĢ jurnallar müstəqil, xüsusi
bölmələr Ģəklində verilib. Burada, məsələn, Britaniya adalarının
ədəbiyyatı üzrə ixtisaslaĢan 19 elmi jurnaldan ibarət bölmə
mövcuddur. Eyni qrupa daxil olan dillərdə və ya müxtəlif
xalqların eyni dildə yaratdığı
ədəbiyyat da çeĢidlənib: roman
dillərində
yaradılmıĢ ədəbiyyat, slavyan ədəbiyyatı, Almaniya-
Danimarka-Skandinaviyanın almandilli ədəbiyyatı da müstəqil
bölmələrlə təmsil olunur. Amerika ədəbiyyatı sahəsində 16,
Afrika-Avstraliya-Kanadanın ingilisdilli ədəbiyyatı üzrə isə 7
jurnal A&HCI siyahısında bölmə kimi yer alır. Digər xalqların
ədəbiyyatı ümumi “ədəbiyyat”, “ədəbiyyat nəzəriyyəsi və tən-
qid”, “ədəbi icmallar” siyahılarına daxil edilib.
Ədəbiyyat bölmələrindən biri, məsələn, Britaniya adalarının
ədəbiyyatı ilə yaxından taniĢ olaq. Bu siyahıdakı 19 jurnaldan
8-i ayrı-ayrı yazıçı və Ģairlərin (ġekspir, Dikens, Ceyms, Coys,
Çoser, Konrad) yaradıcılığına həsr edilib. Buradakı məqalələrin
məzmunu görkəmli yazıçıların əsərlərinin, onların estetik görüĢ
və siyasi əqidələrinin, bioqrafiyalarının müxtəlif dövrlərinin
təhlilindən ibarətdir. Bir neçə jurnal I Yelizaveta və Viktoriya
dövrlərinin, 1880-1920-ci və 1500-1900-cu illərin, XĠX əsrin
ingilis ədəbiyyatına həsr edilib. Bir jurnal isə ġotlandiya ədə-
biyyatı sahəsində ixtisaslaĢır. Ədəbi irsi öyrənilən yazıçılar
məĢhur olsalar da, onlara həsr edilmiĢ məqalələr yerli əhə-
miyyətli adi tənqidi yazılardır. Bu qəbildən olan dərgilərin
yüksək səviyyəli jurnallar siyahısına daxil edilməsinin səbəbini
bəziləri, bəlkə də onların ingilis dilində çap edilməsində
görərlər. Lakin ədəbiyyat və ədəbiyyatĢünaslığa aid jurnalların
monitorinqi bunu təsdiq etmir. Belə ki, slavyan ədəbiyyatı
bölməsində çex, xorvat, polyak və rus dillərində nəĢr edilən
ədəbi-tənqidi jurnallar var.
Tomson Röytersin ümumi “ədəbiyyat” siyahısı əsasən
ingilis, fransız, italyan və s. Qərb dillərində yaradılmıĢ ədəbiy-
94
yatın müxtəlif aspektlərini öyrənən, ədəbi istiqamət və mək-
təblərə, uĢaq, qadın ədəbiyyatına həsr edilmiĢ jurnallardan
ibarətdir. Azərbaycan ədəbiyyatının təbliği baxıımından yararlı
hesab etdiyimiz “Middle Eastern Literatures” jurnalının
maraq dairəsinə bütün Yaxın ġərq ölkələrinin ədəbiyyatı da-
xildir. Jurnal türk, fars, ərəb, ivrit, urdu dillərində yaradılmıĢ
ədəbiyyat haqda analitik məqalələr, ədəbiyyatla incəsənətin,
teatrın, filmlərin qarĢılıqlı əlaqəsinə həsr edilmiĢ tədqiqatlar,
orijinal mətnlərin tərcüməsini və s. çap edir. Həqiqətən də,
jurnalın saylarında türk ədəbiyyatına dair araĢdırmalara rast
gəlirik. Məsələn, 17-ci əsrin ortalarında Ġstanbul Ģairləri və
poeziyası, Xoca Nəsrəddin və onun özbək prototipi Nəsrəddin
Əfəndi haqqında qərb alimlərinin araĢdırmaları dediklərimizə
sübutdur. Ədəbiyyatımızın türk, fars və ərəb dillərində mövcud
olan nümunələri haqqında tədqiqatları bu jurnalda nəĢr et-
dirmək mümkündür. Bu məqsədlə “tarix” siyahısına daxil
edilmiĢ bəzi jurnallardan da istifadə etmək olar: məqaləmizin
müvafiq hissəsində bu barədə məlumat veriləcək. Qeyd edək ki,
türk xalqlarının ədəbiyyatına həsr edilmiĢ heç bir jurnal
Tomson Röytersin siyahısına daxil edilməyib. Belə gerçəkliyin
arxasında qərbin ikili standartlarının deyil, ədəbi irsimizə
özümüzün biganə münasibətimizin dayandığı daha inandırıcı
görünür.
Hər bir xalqın öz tarixinə münasibəti onun siyasi-mədəni
yetkinliyindən xəbər verir. Azərbaycan xalqının qədim əsrlərə
gedib çıxan tarixi, onun adət-ənənələri, dövlətçilik ideyalarının
formalaĢması və bu yolda verilmiĢ qurbanlar, xalqın müstəqil
dövlətini qurmuĢ və 20-ci əsrin sonlarında bu müstəqilliyin
bərpasında istirak etmiĢ xalq qəhrəmanları, siyasi liderlər və
dövlət xadimlərinin fəaliyyəti həmiĢə alimlərimizin diqqət
mərkəzində olmalıdır. Bütün bunlarla yanaĢı, tariximizin indiki
mərhələsində- ölkəmizin iĢğala məruz qaldığı bir vaxtda tarix
elmi qarĢısında məsul vəzifələr durur. Bu vəzifələrin mahiyyəti
və müvafiq tədqiqatların istiqaməti, hesab edirik ki, hamıya
Dostları ilə paylaş: |