Redaktor: Korrektor: Cildin



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə103/119
tarix14.05.2018
ölçüsü2,78 Mb.
#44094
1   ...   99   100   101   102   103   104   105   106   ...   119

 _____________________________________________________  Maddi Məntiq 

Diqqət etdikdə görürük ki, bu silloqizmin forması düzgündür. 

Amma  birinci  müqəddimə  düzgün  olsa  da,  ikinci  müqəddimənin 

doğruluğu araşdırılmalıdır. Doğrudan da, gözə görünməyən şeylər 

həqiqətdə  yoxdurmu?  Gözə  görünməyən  şeylərin  yoxluğunu 

demək yanlışdır. Çünki bu hökm "qəti ümumi inkari" hökmdür və 

onun riyazi forması (+ab-) şəklin- dədir. Bu zaman sual olunur ki, 

doğrudan da, "Hər bir gözə görünməyən şey yoxdur" qəti ümumi 

inkari  hökmü  doğrudurmu?  Məlumdur  ki,  bir  çox  gözəgörünməz 

varlıqlar  mövcuddur.  Bunlardan,  varlığı  özlərinə  məxsus 

əlamətlərlə dərk edilən "yerin cəzibəsi", "sevgi", başqa hiss üzvləri 

ilə  dərk  edilən  "hava",  "səs",  ehnin  vasitəsilə  isbat  edilən 

"qalaktikamızdan  uzaqlarda  mövcud  olan  cisimlər"  və  s.  kimi 

varlıqları  göstərmək  olar.  Deməli,  (+ab-)  hökmü  düzgün  deyil, 

bunun əvəzində isə (-ab+) hökmünün düzgün olduğu məlum oldu. 

Yəni göstərdik ki, "Bəzi gözəgörünməz şeylər mövcuddur" hökmü 

düzgündür.  Elə  isə  yuxarıdakı  kimi  dəlilgətirmə  düzgün  deyil. 

Çünki  ola  bilər  ki,  Allah  mövcud  olsun,  eyni  zamanda  həmin 

gözəgörünməz varlıqlar qisminə daxil olmuş olsun. 

Ümumiyyətlə,  belə  "Gizli  müqəddimə"  sofizmindən  gündəlik 

həyatda  tez-tez  istifadə  edihr.  Məntiqçilər  belə  sofizmlə-  rə 

düşməmək üçün aşağıdakılara diqqət edilməsini məsləhət görürlər: 

a)

 

Əgər  bir  hökmdən  birbaşa  nəticə  almırsa,  bu  dəlilgətir- 



mənin  vasitəsiz,  yoxsa  vasitəli  obnasma  diqqət  edilməlidir.  Əgər 

vasitəsiz  olsa,  vasitəsiz  əqli  nəticə  bəhsində  taraş  olduğumuz 

qaydalarla  ölçülərək  sübut  (bürhan)  və  ya  sofizm  olduğu 

aydmiaşdırılmalıdır. 

b)

 

Yox əgər vasitəli əqli nəticə olsa, bu növ əqli nəticələrdə bir 



hökmdən  nəticə  alınması  qeyri-mümkün  olduğundan,  "gizli 

müqəddimə"  aşkarlanmalıdır.  Əgər  bu  gizli  müqəddimə  düz- 

gündürsə, silloqizm sübut (bürhan), səhvdirsə, sofizmdir. 

401 



Məntiq ____________________________________________________________  

Bundan  əlavə,  yuxarıda  qeyd  etdiyimiz  "məntiqi  törəmə" 

dərsindəki  qanıma  da  diqqət  etmək  lazımdır.  Əslində,  "məntiqi 

törəmə" ilə bu e}mi mətləbə işarə edir. 



II.

 

"Düzgün  nəticə,  yalnız  düzgün  müqəddimədən  törəyə 

bilər" 

və  ya 


"Düzgün  hökmün  yanlış  hökmdən  törəməsini 

vermək" 

sofizmi  ilə  arqumentləşdirmə;  Avropada  Kopernik, 

Kepler  və  Qalileyə  qədər,  insanlar  xristian  kilsələrirıin  təsiri  al- 

tmda,  geosentrik  nəzəriyyəni  -  Yer  kürəsinin  dünyanm  mərkəzi 

olduğunu.  Günəşin  də  onun  ətrafma  fırlandığım  qəbul  edirdilər. 

Kilsə  zorakılığı  nəticəsində,  artıq  bu  zəruri  bir  təsdiq  ha-  Imı 

aknışdı.  Halbuki  tamamilə  əksinədir,  yəni  Günəş  mərkəz.  Yer  isə 

onun ətrafma fırlamr. 

Yerin  mərkəz  olub.  Günəşin  onun  ətrafma  fırlanması  fikri 

yanlış olsa da, bu yanlış məlumat sayəsində düzgün ehni nəticələr 

əldə  edilirdi.  Məsələn,  alimlər  "Yer  mərkəzdir  və  Günəş  onun 

ətrafma  fırlamr"  yanlış  hökmündən  istifadə  edərək.  Yerin  kürə 

şəklində olduğunu isbat edirdilər. Göründüyü kimi, burada, yanlış 

hökmdən (Yer mərkəz və s.) düzgün nəticə (Yer kürə şəklindədir) 

almır. Əgər  bu mərhələdən  sonra  qarşı  tərəfə  Yerin  kürə  şəklində 

olduğu qəbul etdirilsə, yəni Yerin mərkəz obnasmm nəticəsi olaraq 

onun kürə şəklində olması fikri müqabilində qarşı tərəf aciz qalsa, 

bu zaman bunu isbat edən şəxs deyə bilər: elə isə, "Yer mərkəzdir 

və Günəş onun ətrafma fırlanır" hökmünü də düzgün olaraq qəbul 

etməlisən, çünki əgər bu hökm yanlış olsa, onda bu yanlış hökmdən 

"Yer  kürə  for-  masmdadır"  düzgün  nəticəsi  necə  alma  bilər?  Bu 

zaman  da  qarşı  tərəfə,  əslində,  yanlış  olan,  onun  düzgün  olaraq 

qəbul  etdiyi  hökmün  (Yer  mərkəz  və  s.)  sayəsində  yenidən  dəlil 

qurmaq  olar.  Məlumdur ki, yeni  qurulan  bu dəlilin  verdiyi  hökm 

də  yanlış  olacaq,  amma  qarşı  tərəf  bunu  düzgün  qəbul  etmək 

məcburiyyətində  qalacaq.  Belə  olan  halda,  isbat  edən  şəxs  qarşı 

tərəfi sofizmə sabnış olur. 

402 



Maddi Məntiq 

"Düzgün  nəticə,  yalnız  düzgün  müqəddimədən  törəyə 

bilər": 

Yuxarıda  gördük  ki,  heç  də,  düzgün  nəticə  yalnız  düzgün 

müqəddimədən  törəmir,  əksinə,  yanlış  müqəddimədən  də  törəyə 

bilir.  Buna  görə  də  yuxarıdakı  hökm  sufizmdir.  Bundan  başqa, 

deməli, hər hansı bir düzgün nəticəni yanlış müqəddimədən törəmə 

olaraq  göstərdikdən  sonra,  həmin  yanlış  müqəddimə  əsasmda, 

məntiqi forması düzgün olan yeni bir sillo- qizmin nəticəsi də yanlış 

və sofizm olacaq. 

Başqa sözlə: 

"Düzgün hökmün yanlış hökmdən törəməsini 

vermək". 

Düzgün  qəbul  edilən  hər  hansı  hökm,  məntiqi  forması 

düzgün,  maddəsi  yanlış  olan  dəlilgətirmə  əsasmda,  nəticə  olaraq 

göstərilə bilsə, həmin yanlış olan maddə də düzgün məlumat olaraq 

qəbul  edilməlidir.  Bu  da  sofizmdir,  çünki  insan  elə  zərm  edir  ki, 

düzgün nəticə, yalmz düzgün müqəddimədən törəyə bilər. Bundan 

sonra, qəbul edilən həmin yanlış maddə əsasmda qurulan yeni bir 

əqli  nəticənin  verdiyi  hökm  düzgün  qəbul  edilən,  amma,  əslində, 

yanlış nəticə olacaq. Bu da sofizmdir. 

Bu  sofizmi  yuxarıdakı  kimi  xüsusi  misalla  (Yer  mərkəz  və  s.) 

göstərdikdən sonra, indi də aşağıdakı kimi riyazi şəkildə isbat edək: 

Tutaq  ki,  (-ac+)  hökmü  düzgündür.  Bu  hökmü  biri  düzgün,  o 

biri  yanlış  olan  iki  müqəddimə  hökmdən  törəmə  kimi  götürək. 

Məlumdur  ki,  (-ac+)  hökmünü  formal  olaraq  (-ab+)  və  (+bc+) 

hökmlərinin  cəmi  kimi  vermək  olar.  Yəni  qəti  siUoqizm-  də 

göstərmişdik ki, 

-ab+ 

+bc+ 


-ac+ 

silloqizmində əgər (-ab+) və (+bc+) hökmləri düzgün qəbul olunsa, 

(-ac+) nəticəsi də mütləq düzgündür, "a" ilə "b" ara- 

403 



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə