Redaktor: Korrektor: Cildin



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə99/119
tarix14.05.2018
ölçüsü2,78 Mb.
#44094
1   ...   95   96   97   98   99   100   101   102   ...   119

 _____________________________________________________ Maddi Məntiq 

Bu silloqizmin nəticəsi düzgündür. Amma yuxarıdakı qaydaya 

əsasən, belə nəticə düzgün olsa da, səhv əqli nəticədir. Çünki orta 

termin (zərif ruhlu) müqəddimələrin heç birində ehtiva edilmir. 

Qeyd  edək  ki,  bu  misalm  sofizm  olmasım  göstərmək  asandır. 

Amma  bəzən  misallar  öz  məntiqi  şəklindən  çıxaraq  mətn 

formasmda verildikdə, onlarm sofizm olduğunu göstərmək o qədər 

də asan oknur. 



II.

 

Maddi sofizm 

Maddi sofizm də əqli nəticənin maddi (məzmunlu) məntiqinin 

yanlışlığmdan  alman  nəticələrdir.  Bu  zaman törənən  so-  fizmlərin 

qarşısmı aknaq üçün də maddi məntiq bəhstndəki bütün qaydalar 

tam  öyrənilməlidir.  Yanlış  maddə  törədən  aşağıdakı  sofizmləri 

göstərmək olar: 



1.

 

Yanlış hökm: 

Silloqizmin müqəddimələrindən hər hansı biri 

yanhş hökm olsa, alman nəticə hökm də yanlış olar. 

2.

 

Qədim  iddia  (1): 

Yəni  iddianın  qədimbliyindən  onun 

düzgün  olmasım  alaraq  arqumentləşdirmə.  Bu,  insarun  əhvah, 

inamı  ilə  bağlıdır,  belə  ki,  bəzi  insanlar  qədim  şeylərə  daha  çox 

arxalamrlar. Məsələn, "Mən uşaqlıqdan adət etmişəm ki, uzanaraq 

mütaliə edim. Amma sən yenə də deyirsən ki, gözə ziyandır". 

Həqiqətdə  qədimliyindən  istifadə  edilərək  iddianm  düzgün 

oknası  nəticəsinin  özü  də  maddi  sofizmdir.  Belə  ki,  bu  zaman 

aşağıdakı silloqizm qurulur: 

Köhnə şeylər möhkəm və etibarhdır. 

Füan söz də qədimdir. 

Elə isə həmin söz də etibarlıdır. 

Diqqət  etsək,  görərik  ki,  bu  silloqizmin  formal  şəkli  düzgün, 

amma  maddəsi  yanlışdır.  Çünki  birinci  müqəddimə  yanlışdır. 

Sofizm edən "Elə isə bu söz də etibarlıdır" nəticəsini yu- 

389 



Məntiq ____________________________________________________________  

xandakı  şəkildə  vermədən,  qarşı  tərəfin  zehnini  qədimlikdən 

etibarlılığa  tərəf  yönəldir.  Amma  məlum  oldu  ki,  qədimlikdən 

etibarlılığa keçid yuxarıdakı şəkildədir və bu, açıq-aşkar yanlışdır. 

Bundan sonra əgər qarşı tərəf yekun nəticə kimi alman bu iddianı 

düzgün  maddə  kimi  qəbul  edəsi  olsa,  sofizm  edən  bu  maddədən 

istifadə  edərək  yenidən  dəlil  gətirsə,  onu  da  qəbul  etmək 

məcburiyyətində qalacaq. 

Allah-taala  əz-Zuxruf  surəsinin  23-24-cü  ayələrində  bu  so- 

fizmə işarə edir. Belə ki, dünyaya bağlı olanlar və sərvət düşkünləri 

onlara  göndərilən  peyğəmbərlərə  (ə)  deyirdilər  ki,  biz  öz 

ata-babalarunızı  bu  dində  görmüşük  və  bu  dindən  də  əl  çəkən 

deyilik.  Peyğəmbərlər  (ə)  isə,  onlarm  bu  sözlərinin  batil  oimasmı 

göstərmək üçün, "Əgər sizin dininizdən yaxşı din göstərsəm, necə, 

yenə  də  ata-babalarmızı  təqlid  edəcəksiniz?"  -  deyirdilər. 

Göründüyü  kimi  onlarm  peyğəmbərlərə  (ə)  dedikləri  bu  sözlər 

"qədim  olan  düzgündür"  yanlış  iddiası  ilə  bağlıdır.  Həmçinin 

əl-Bəqərə surəsinin 170-ci ayəsində də bu mətləb bəyan edilmişdir. 

Qurarım  müxtəlif  yerlərində  sofizmlərə  işarə  edilməsindən 

anlaşüır ki, insan bunlardan uzaq durmalı və heç vaxt belə dəlillərə 

arxalanmamalıdır. 

3. 


Qədim iddia (2): 

İddianm qədimliyindən onun yanlış olması 

nəticəsini  alaraq  arqumentləşdirmə.  Bu  da  bəzi  insanla-  rm  ruhi 

vəziyyəti ilə bağlı psixoloji haldan törəyir. Məsələn, "Islamm hüquq 

məsələləri  1400  il  bundan  qabaq  yazılmışdır.  Buna  görə  də  onu 

müasir insan cəmiyyətinə tətbiq etmək olmaz". 

Burada  da  sofizm  edən  yuxarıdakı  kimi  irəliləmiş  olur. 

Əvvəlcə, iddiam aşağıdakı kimi isbat edir: 

Köhnə şeylərin etibarı yoxdur. 

Filan söz köhnə sözdür. 

■ ■ Elə isə həmin söz də etibarsızdır. 

390 



 _____________________________________________________ Maddi Məntiq 

Birinci  müqəddimə  yanlışdır.  Amma  daha  sonra  etibarsız 

olduğunu isbat etdiyi iddiadan, tezisdən istifadə  edərək  yeni dəül 

gətirir.  Yenə  də  Allah-taala  ən-Nəml  surəsinin  67-68-ci  ayələrində 

bu sofizmə işarə edərək buyurur: 

"Kafirlər dedilər: "Məgər bizlər 

və atalarımız torpaq olduqdan sonra (dirildilib qəbirlərimizdən) 

çtxardılacağıq? Həqiqətən, bu (dirilmə) bizə vəd olunduğu kimi, 

öncə  atalarımıza  da  (vəd  olunmuşdu).  Bu,  qədimlərin 

əfsanələrindən (yalan sözlərindən) başqa bir şey deyildir!” 

Burada  da  əksinə  olaraq,  sözün  qədimliyi  onım  yanlışlığma 

dəlü  gətirilir.  Həmçinin  əl-Mumimm  surəsinin  83-cü  ayəsində  də 

bıma işarə edilmişdir. 

Qədim  iddianm  yuxarıdakı  kimi,  bir  dəfə  düzgünlüyünü,  bir 

dəfə də yanlışlığım iddia etmək və ya iki cür istifadə edilməsi onu 

göstərir ki, insan istədiyi zaman hər bir şeydən mənafeyinə uyğun 

istifadə edir. Deməli, qədimlik nə düzgünlüyün, nə də ki yanlışlığm 

meyarı ola bilər. Düzgünlük və yan- lışlığm meyarı, yalmz və yalmz 

"ilahi vəhy" ilə "ağıl" və "məntiq"dir. 



4.  Müasir  iddia  (1): 

İddianm  müasirliyindən  onun  düzgün 

olması nəticəsini alaraq arqumentləşdirmə. Bu da ruhu yeniliklərlə 

coşan  insanlarm  xüsusiyyətləridir.  Məsələn,  "Ekni  təcrübələrin 

insanlara  verdiyi  töhfələr,  dinin  mövhumat  olduğunu  göstərir". 

Yaxud "Siz mənim sözümlə müxalifsiniz, bir halda ki, bu sözlər ən 

yeni  nəzəriyyələrlə  uyğundur".  Bunun  məntiqi  izahı  da  aşağıdakı 

kimidir: 

Müasirlik gözəl və düzgündür. 

"A" iddiası da müasirdir. 

Elə isə "A" iddiası gözəldir. 

5.  Müasir  iddia  (2): 

Yəni  iddianm  müasirliyindən  onun 

düzgün olmamasmı alaraq arqumentləşdirmə. Bu da aşağıdakı kimi 

qurulmuşdur: 

391 



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə