Redaktor: Korrektor: Cildin



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə97/119
tarix14.05.2018
ölçüsü2,78 Mb.
#44094
1   ...   93   94   95   96   97   98   99   100   ...   119

 _____________________________________________________ Maddi Məntiq 

hətə  görə  ata  oğuldan  üstündür.  Amma  Allah  əmr  etdi  ki,  həzrət 

Yusifə  (ə)  səcdə  edin.  Həzrət  Yaqub  (ə)  da  səcdə  etdi.  Deməli, 

mütləq  üstünlük  olmalıdır  ki,  "səcdə"  ohnasm.  İbUsin  sözündən 

belə çıxır ki, od torpaqdan tam üstündür. Bu isə məlum deyildi. 

3.

 



Bu  iki  səhv  hökmdən başqa,  İblis burada "natamam  analoji" 

əqli nəticədən də istifadə etmişdir. Bunu özünüz düşünün. 



Sofizmin  tərifi: 

Sofizmə  də  məntiq  kimi  müxtəlif  təriflər 

vermək olar. Qeyd edək ki, sofizm özü bir elmi sahədir və onu ehn 

adlandırmaq olar. Sofizm məntiqin müqabilində duran bir elmdir. 

Çünki  məntiq  ağlı  səhvdən  qoruyursa,  sofizm  isə  ağlı  səhvə  sahr. 

DeməH,  sofizmə  məntiqin  tərifini  əksinə  çevirməklə  tərif  vermək 

olar: "Sofizm - elə qaydalar toplusudur ki, insan bu qaydalara riayət 

(qəsdən,  bilmədən)  etsə,  təfəkkürü  səhvə  salmış  olur".  Amma 

sofizmin daha ümumi tərifini aşağıdakı kimi vermək olar: 

Sofizm 

-  Lüğətdə  "uydurma,  yalan"  mənasmı  verir,  amma 

məntiqi  termin  olaraq,  iddianm,  hökmün  hər  hansı  bir  yolla 

əsaslandırılması, isbat edilməsi üçün qurulan elə  bir  əqli nəticədir 

ki, bu əqli nəticənin, heç olmasa, formal və maddi məntiqindən biri 

yanhş verilmə nəticəsində doğru yalan, yalan da doğru kimi qələmə 

verilir. Yəni ya məntiqi, ya psixoloji və ya başqa yollardan istifadə 

etməklə iddianm isbat edilməsi baş verir.ı°^ 

Formal  məntiqin  yanlış  olması  dedikdə,  ikinci  hissəni  əhatə 

edən formal məntiq qayda-qanunlarınm yerinə yetirilməməsi başa 

düşülür.  Əqli  nəticənin  hansı  növ  olduğu  aydınlaşdırılmalı  və 

həmin növün şərtlərinin ödənib-ödənməməsi dəqiq- 

105  Bəzi  məntiq  kitablarında  qəsdən  buraxılan  səhvlər  sofizm,  bilmədən  buraxılan 

səhvlər isə "paralogizm" adlanır. Amma biz burada asanlıq üçün bu iki növ səhvi sofizm 

adlandırmışıq. 

381 



Məntiq ____________________________________________________________  

ləşdirilməlidir.  Maddi  məntiqin  yanlış  oknası  dedikdə  isə,  sil- 

loqizmin  müqəddimələrinin  yanlış  olması  nəzərdə  tutulur.  Dəlil 

gətirilən  zaman  onun  maddəsinin  hansı  növ  və  ya  düzgün 

verilməsi  aydm  olmalıdır.  Başqa  sözlə  desək,  dəlilgətirmə  zamam 

sofizmin  qarşısmı  almaq  üçün  formal  məntiqdən  əlavə,  "Söz", 

"Məfhum",  "Tərif"  və  "Maddi  məntiq"  mövzula-  rma  diqqət 

edilməlidir. 

Sofizmin  bütün  növlərini  əhatə  etməsi  üçün  ona  belə  də  tərif 

vermək olar: 



Sofizm 

-  Hər  hansı  bir  şeyin  olduğu  kimi  görürunəsirün 

qarşısınm alınmasıdır. 

Siz, sofizmin növləri ilə tamş olduqdan sonra, görəcəksiniz ki, 

bu tərif bütün növləri əhatə edir. Yuxarıdakı təriflə bu tərifin fərqi 

bundan  ibarətdir  ki,  sofizmin  bəzi  növlərinin  yuxarıdakı  tərifin 

predmeti,  bir  nümunəsi  obnasmı  göstərmək  üçün  izah  lazımdır, 

amma bu tərifdə ona ehtiyac yoxdur. Məsələn, "Zübn", "Qəzəb" və 

s.-nin  sofizm  olduğunu  göstərmək,  yuxarıdakı  tərifə  əsasən, 

çətindir.  Amma  bu  təriflə  zülmün  sofizm  oknası  açıq-aşkar 

görünür.  Belə  ki,  zükn-ədalətin  qarşısınm  alınmasıdır.  Bu  da 

tərifdən aydmdır. 

Misal: Ticarət mərkəzlərinin rəngbərəng işıqlarla bəzədil- məsi

müştərilərin nəzərini cəlb edir və müştəri nə qədər diqqət etsə də, 

maUarm  keyfiyyətində  aldamr.  Çünki  belə  hallarda  müştəri  öz 

zehin  və  ruhunun  şüursuz,  ixtiyarsız  olaraq  təsir  altma 

düşməyindən xəbərsiz olur. Burada, satıcı sofizm vasitəsi ilə satılan 

malm  yüksək  dərəcədə  keyfiyyətli  olduğunu  göstərə  büir.  Bu 

əməlin  sofizm  obnasmı  birinci  tərifdə  göstərmək  bir  az  çətindir. 

Amma ikinci təriflə bu çox aydm görünür. 

382 



Maddi Məntiq 

SUALLAR: 

1.

 

Formal və maddi sofizmə aid bir neçə misal gətirin. 



2.

 

İlk sofizm edən İblisin əqli nəticəsində üçüncü səhvi, natamam 



analoji əqli nəticəni göstərin. 

3.

 



Həzrət  Peyğəmbərin  (s)  məsum  (günahsız)  olduğunu  qəbul 

etməyənlər belə dəlil gətirirlər; Fussilət surəsinin 6-a ayəsində və başqa 

surələrdə "Mən də ancaq sizin kimi bir insanam" ayəsinə əsasən; 

Həzrət Peyğəmbər (s) də bizim kimi insandır. 

Biz insanlar günah edirik. 

Elə isə həzrət Peyğəmbər (s) də günah edib. 

Bu silloqizm sübutdur, yoxsa sofizm? 

4.

 



Qurandan, müşriklərin və ya münafiqlərin sofizminə aid misal 

gəfirin. 

5.

 

"Ucuz kifab az fapılır, az  tapılan şeylər  baha olur, elə isə ucuz 



kitab bahadır" silloqizmi sofizmdir, yoxsa yox? 

6.

 



Reklamların bəzisinin sofizm olduğunu gösfərin. 

383 



2-CI DƏRS 

SOFİZMİN NÖVLƏRİ 

Daxili sofizm 

Məntiqçilər  sofizmi iki yerə  ayırırlar; 



daxili 

və 


xarici. 

Daxili 


sofizm dedikdə, tərif və əqli nəticə bölməsi ilə bağlı, bütün məntiqi 

qaydalarm yerinə yetirilməməsi sayəsində, əmələ gələn yanlışlıqlar 

nəzərdə  tutulur.  Yəni  təriflərin  səhv  verilməsi,  hökmlərin  əvəz 

edilməsi  və  silloqizmin  nəticə  verməsi  üçün  verilən  qaydalarm 

düzgün  verilməməsi  nəticəsində  əmələ  gələn  sofizmlər.  Yaxud 

"Formal-Maddi" sofizmlər. 

Tərif bəhsində verilən qaydalar ödənmədikdə həm alman tərif, 

həm  də  bu  tərif  əsasmda  qurulan  dəlilgətirmə  sofizm  olacaq.  Bu 

zaman  alman  yanlış  tərif  formal  sofizmə  aid  olacaq.  Çünki  alman 

yanlış tərif, tərifin formasmm ödənməməsi nəticəsində alınmış olur. 

Amma 

əgər 


alman  bu 

yanlış 


tərif  vasitəsilə 

qurulan 


arqumentləşdirmənin  forması  düzgün  olsa,  sofizm  maddi  sofizm 

olacaq. 


Arqumentləşdirmə zamam hökmlərin oxşarlığmdan, bir-biri ilə 

əvəz edilməsindən istifadə edərək qurulan əqli nəticələr də maddi 

sofizmdir. 

Ümumiyyətlə, silloqizmin nəticə verməsi üçün verilən qaydalar 

yerinə yetirilməsə, alman nəticə də formal sofizm olacaq. 

Daxili sofizmlər ümumi şəkildə aşağıdakılardan ibarətdir: 

385 



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə