Redaktor: Korrektor: Cildin



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə94/119
tarix14.05.2018
ölçüsü2,78 Mb.
#44094
1   ...   90   91   92   93   94   95   96   97   ...   119

Maddi Məntiq 

dıqda - yəni təklikdə baxdıqda sofizm, qarşı tərəf nəzərə alındıqda 

isə topikadır. 

Topikanın sübutla (bürhanla) fərqi: 

1.

 



Sübutun 

müqəddimələri 

yəqini 

hökmlər, 



topikanm 

müqəddimələri isə məşhur və qəbul edilən hökmlərdən ibarətdir. 

2.

 

Topika  həmişə  iki  tərəf  arasmda  olur,  amma  sübutu  insan 



özü  üçün  də  gətirə  bilər.  Məsələn,  tənha  təfəkkür  və  elmi  kəşflər 

zamam. 


3.

 

İki qarşı tərəfdən hər birinin öz iddiası üçün sübut gətirməsi 



mümkün deyil. Çünki hər iki tərəf eyni halda doğru ola bilməz (iki 

ziddin  cəmi  qeyri-mümkündür)  və  sübut  da  yəqini  hökm 

olduğundan, bu mümkün deyil. Amma hər iki tərəfin öz iddiasma 

topika gətirməsi mümkündür. 

4.

 

Topikanı batil etmək mümkündür, amma sübutu yox. 



SUALLAR: 

1.

 



İmam  Rzanın  (ə)  Casliqlə  söhbətini  bir-iki  cümlə  ilə  məntiqi 

topika şəklində verin. 

2.

 

Tənha təfəkkür zamanı insan topikadan istifadə edə bilərmi? 



3.

 

Topika üçün verilən tövsiyələrə daha nəyi əlavə etmək olar? 



4.

 

"Topika yalnız təsdiq hasil edir" nə deməkdir? 



5.

 

Müsəlman  məsihiyə  deyir:  "İndidə  Faraklit,  yaxud  Paraklit 



(Perikletos) sözü işlənib. Bu da həzrət Məhəmməddir (s). Deməli, İslam 

dini haqdır." Müsəlmanın bu dəlilini dəyərləndirin. 

367 



3-

 

CU DƏRS 



RİTORİKA VƏ ŞEİR 

1. Ritorika 

Bu  fəslin  əvvəlində  qeyd  edilən  ən-Nəhl  surəsindən  başqa 

surələrdə də ritorika mövzusuna işarə edilmişdir. Onlardan biri də 

ən-Nisa  surəsinin  63-cü  ayəsidir.  Həmin  ayədə  Allah-  taala 

buyurur: "...Onlara öyüd ver və özləri haqqında təsirli söz de!" 

Cəmiyyətə təsir etmək, öz məqsədini insanlara çatdumaq üçün 

onlarm diqqətini cəlb etmək lazımdır. Bu da həmişə sübut və topika 

vasitəsi  ilə  mümkün  olmur.  Çünki  əksər  insanlar  öz  hisslərinin 

təsiri  altmda  olur.  Buna  görə  də  onları  qane  etmək  üçün  ən  yaxşı 

yol "ritorika"dır. 



Ritorika 

-  Məhz  natiq  tərəfindən  ümumi  camaatı  yəqinə 

çatdırmadan,  hər  hansı  bir  şeyin  müsbət  və  ya  mənfi  xüsusiyyətə 

malik  olduğunu  təsdiq  etdirərək  qane  edən,  müqəddimələrini 

zənni,  təqlid  edilən  və  məşhuri  hökmlər  təşkil  edən  vasi-  təli 

arqumentləşdirmədir. 



Ritorikanın sütunu: 

Ritorikanm iki əsas sütunu vardır: 

1.

 

Forması,  adətən,  sUloqizm,  induksiya  və  analoji  əqli  nəticə 



şəklində olur. 

2.

 



Maddələri zənni, təqlid edilən və məşhur hökmlərdən ibarət 

olur. 


369 


Məntiq ____________________________________________________________  

Ritorikanı gücləndirmə: 

1.

 



Tanışlıq:  Natiqin  özünün  və  ya  başqasının  natiq  haqqında 

məlumat verməsi. 

2.

 

Geyim:  Natiqin  geyimi,  gərək,  nitqi  dinləyənin  zehninə 



uyğun olsun. 

3.

 



Hərəkət:  Yəni,  gərək,  ritorika  zamam  natiqin  əl,  üz  və  s. 

hərəkətləri sözlərinə uyğun olsun. 

4.

 

Səs  tonu:  Natiq,  damşdığmm  mənasma  uyğun  tonla 



danışmalıdır. 

5.

 



Təsir:  Bu,  natiqdən  istedad  tələb  edir.  Məsələn,  uyğun 

məqsədi  çatdırmaq  üçün  dinləyəni  əvvəl  şadlandırmaq  və  ya 

qəzəbləndirmək. 

6.

 



Əxlaq-ehtiram: Natiq, əxlaq qaydalarma riayət etməli və onu 

dinləyənə ehtiramla yanaşmalıdır. 

7.

 

Yığcam nitq: Natiq, mövzunu uzatmaqdan çəkinməlidir. 



8.

 

Dinləyicinin  halı:  Natiq,  gərək,  dinləyicinin  halım  nəzərə 



aism. 

9.

 



Nisbət:  Natiq  öz  sözlərini  böyük  şəxsiyyətlərin  sözlərinə 

istinad edərək çatdırmalıdır. 



Qeyd: Burada sayılanlarm bəziləri natiqin ritorika zamam onu 

dinləyəni  aldatması  üçün  vasitə  kimi  görünsə  də,  əslində,  belə 

deyü. Əksinə, yuxarıda sadalananlar ritorikaya qüvvət verir. Yəni 

ritorika da topikadakı kimi, təklikdə yanaşdıqda sofizmdir, amma 

burada  həm  natiq,  həm  də  silloqizmin  müqəddimələri  qarşı 

tərəfdən qəbul edilən olduğundan, artıq ritorika sayıhr. Həmçinin 

yuxarıdakı  doqquz  gücləndirici  də  öz-  özlüyündə  sofizmdir. 

Amma qarşı tərəf dinləyici olduğundan bu siUoqizm ritorikadır. 

370 



Maddi Məntiq 

2. Şeir 

Dedik  ki,  şeirə  də  ritorika  kimi  yanaşmaq  olar.  Buna  görə  də 

şeirin izahmı ritorika daxilində veririk. Bəhsə başlamamışdan öncə 

dahi I. Nəsiminin aşağıdakı qəzəlini xatırlayaq: 



Məndə sığar iki cahan, mən bu cahana sığmazam, 

Gövhəri la məkan mənəm, kövni-məkana sığmazam. 

İ. Nəsiminin )mxarıdakı qəzəlində böyük həqiqətlər gizlənsə də 

və  insan  həmin  həqiqətləri  anlamasa  da,  o  bu  şeirə  çox  dərin 

mənada  yanaşır.  Belə  yanaşma  bu  şeirin  təsiretmə  gücünə  malik 

olmasmdan irəli gəlir. 

Məlumdur  ki,  şeir  həyəcanlandırma,  hissləri  oyatma,  şadlıq, 

qəm,  qəzəb,  aramhq,  qorxu,  şücaət  yaratma,  ehtiram  qoyma 

məqsədüə  işlədilir.  Bıma görə  də  şeirin vasitəsilə  insanlara  nəyisə 

çatdırmaq mümkün olduğundan şeir də ritorika kimi silloqizm əqli 

nəticəsi  sayılır.  Şeirin  əsgərlərin  döyüş  ruhunu  qaldırmaq, 

müdafiəyə  səsləmək,  həyəcanlandırmaq  kimi  faydaları  vardır. 

Qədün Yunamstanda şeir, yalraz maddəsi, məzmunu xəyali hökm 

olan  silloqizmə  deyilirdi.  Amma  ərəb,  türk  və  fars  millətləri 

maddənin  xəyali  hökm olmasma vəzn  və  qafiyəni  əlavə  edirdilər. 

Buna görə də, ümumi}ryətlə, şeiri aşağıdakı kimi tərif etmək olar: 

Şeir 

- Nə yəqin, nə də ki, təsdiq verən, yalmz hissləri oyadan, 

müqəddimələrini  vəznli  və  qafiyəh  xəyali  hökmlər  təşkil  edən 

vasitəli əqli nəticədir. 

Şair, bəzən şeirində müqəddimələri verərək nəticəni oxucunun 

öhdəsinə qoyur. Bəzən də birbaşa nəticəni verərək müqəddimələri 

və ya müqəddimələrdən biri ilə nəticəni verib, o biri müqəddiməni 

gizlədir. Bu da şeirin təsir qüvvəsini və gözəlliyini artırır. Aşağıdakı 

misala baxaq: 

Tutaq ki, belə bir şeir verilmişdir: 

371 



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə