Redaktor: Korrektor: Cildin



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə96/119
tarix14.05.2018
ölçüsü2,78 Mb.
#44094
1   ...   92   93   94   95   96   97   98   99   ...   119

Məntiq ____________________________________________________________  

tu, yaxud topikanı dərk etməmək üzündən qəbul etməsin. Belə olan 

təqdirdə başqa sübut gətirmək lazımdır. 

Aşağıdakı iki silloqizmə baxaq: 

I.

 

Allah varlıqdır. 



Hər bir varlığın məkanı olmalıdır. 

Elə isə Allahın da məkanı vardır. 

Bu  silloqizm  forma  cəhətindən  düzgün,  amma  maddə 

cəhətindən səhvdir. 

II.

 

Nizami insandır. 



Nizami şairdir. 

Elə isə insan şairdir. 

Bu  silloqizm  də  surət  cəhətindən  səhv,  maddə  cəhətindən 

düzgündür. Buna görə  də  sofizm formal və maddi məntiqin səhv 

olması  nəticəsində  əmələ  gəlir  və  aşağıdakı  faydalarım  saymaq 

olar: 


1.

 

Sofizm  etməmək:  Yəni  sərbəst  təfəkkür  zamam  sübuta 



(bürhana) yetişmək üçün sofizm bəhsini bilmək lazımdır. Çünki ola 

bilər  ki,  gətirilən  sübut  sofizm  olsun  və  bu  bizim  diqqətimizdən 

yaymsm. 

2.

 



Sofizmə  düşməmək:  Yəni  qarşı  tərəf  sofizm  edən  zaman 

bundan xəbərdar ohnaq üçün də sofizm bəhsini bilmək faydalıdır. 

3.

 

Məcburiyyətdə istifadə: əl-Bəqərə surəsinin 194-cü ayəsində 



Allah-taala  buna  işarə  edib.  Yəni  insan  bəzən  məcbur  olur  ki, 

sofizm  edənlə  sofizm  ilə  damşsm.  Çünki  qəsdən  olan  sofizmin 

qarşısı, bəzən sofizm ilə alınmalıdır. 

4.

 



İmtahan:  Yalnız  kimisə  yoxlamaq,  imatahan  etmək  üçün 

istifadə edilir. Məsələn, tələbələri yoxlamaq məqsədi ilə. 



İblis və ilk sofizm: 

"Sizi (babantz Addmi) yaratdtcf, sonra sizə surət verdik və 

mələklərə: "Adəmə səcdə edin!" - dedik. İblisdən başqa hamtst 

378 



 ----------------------------------------------------------------------------------Maddi Məntiq 

səcdə etdi. O, səcdə edənlərdən olmadt. (Allah iblisə): "Mən sənə 

əmr  edəndə  sənə  səcdə  etməyə  nə  mane  oldu?"  -  deyə  buyurdu. 

(İblis: ) "Mən ondan daha yaxşıyam (üstünəm), çünki Sən məni 

oddan, onu isə palçıqdan yaratdın!" - dedi"^”^. 

İndi biz İblisin burada gətirdiyi əqli nəticənin sofizm olduğunu 

göstərək. 

Allah İblisdən soruşur: "Mən əmr etdikdə, sənə nə mane oldu 

ki, itaətdən çəkinib Adəmə (ə) səcdə etmədin?". 

İblis dedi: "Mən Adəmdən (ə) üstünəm və məni oddan, onu isə 

torpaqdan yaratmısan". 

Bundan  sonra  Allah-taala  İblisi  təkəbbür  etdiyinə  görə 

cəzalandıraraq dərgahmdan qovur. 

Məlumdur  ki,  İblisin  cavabı  düzgün  olsa  idi,  Allah  onu 

cəzalandırmazdı. 

Deməli,  İblis  həzrət  Adəmə  (ə)  səcdə  etməməsinin  səbəbini 

"Mən  Adəmdən  (ə)  üstünəm  və  məni  oddan,  onu  isə  torpaqdan 

yaratmısan"  cavabı  ilə  izhar  edir.  İblisin  bu  cavabım  bir  az 

dəqiqləşdirsək, bu şəkildə olar: "Mən oddan yaranmışam. Adəm (ə) 

də  torpaqdan  yaramb;  elə  isə  mən  ondan  (ə)  üstünəm.  Üstün 

olduğum üçün mən ona (ə) səcdə etməməliyəm. Buna görə də səcdə 

etmədim." 

İblisin  gətirdiyi  bu  dəlili  məntiqi  arqumentləşdirmə  (dəlil- 

gətirmə)  şəklində  göstərək.  Məntiqi  arqumentləşdirmə  şəklində 

araşdırdıqda məlum olur ki, İblisin ayədə gələn qısa cavabı ümumi 

olaraq, əslində, aşağıdakı iki silloqizmdən ibarətdir. 

I Silloqizm: 

Mən oddan yaranmışam. 

Adəm (ə) torpaqdan yaranıb. 

Od torpaqdan üstündür. 

Elə isə mən ondan (ə) üstünəm. 

*əl-Əraf, 11,12 

379 



Məntiq ____________________________________________________________  

II SiIIoqizm: 

Mən ondan (ə) üstünəm. 

Üstünlüyümə görə ona (əl səcdə etməməliyəm. 

Ona görə də səcdə etmədim. 

İblisin  təkəbbür  nəticəsində  olan  sofizmi  isə  hər  iki  sillo- 

qizmdə  baş  verib.  Hər  iki  silloqizmdə  formal  məntiq  düzgündür. 

Yərü  maddi  məntiqi  doğru  olaraq  qəbul  etsək,  İblisin  nəticəsi 

düzgündür.  Bumm  isbatı  üçün  hər  iki  silloqizmdə  "mad-  də"ni 

dəyişərək "forma"m saxlayaq. Onda alarıq; 

1-

 

d 1 m^ qutuda qurğuşun vardır. 



2-

 

d 1 m^ qutuda isə su vardır. 



Qurğusun sudan ağırdır. 

Elə isə 1-d 2-ddən ağırdır. 

1-d 2-ddən ağırdır. 

Ağır olduğu ücün 1-d asan qaldırılmamalıdır. 

Ona görə də 1-d asan qaldırılmadı. 

Deməli,  İblisin  dəlilinin  forması,  yəni  omm  əqli  nəticəsində 

formal məntiq düzgündür.  Allahm İblisin sözlərini qəbul etməyib 

onu  cəzalandırması,  onun  nəticəsinin  səhv  olduğuna  işarədir. 

Nəticə  səhv,  forma isə  düzgündür, onda  İblisin  dəlilinin məddəsi 

düzgün olmamalıdır. Əks halda nəticə düzgün olar. Doğrudan da, 

İblisin dəlilində maddə düzgün deyü. "Od torpaqdan üstündür" və 

"Üstün olduğum üçün ona (ə) səcdə etməməliyəm" hökmlərinin hər 

ikisi səhvdir. Çünki: 

1.

 



Odun torpaqdan üstün olması haradan məlum idi ki? Məgər 

Allah odla torpaq arasmda belə bir nisbət təyin etmişdirmi? Əlbəttə 

ki, xeyr! 

2.

 



Üstün  olan  bir  şeyin  başqa  bir  şeyə  səcdə  etməməli  olduğu 

necə?  Doğrudan  da,  belədirmi?  Burada  da  cavab  mənfidir.  Hətta 

əgər  cavab  müsbətdirsə,  Allah  əmr  etsə,  necə?  Həzrət  Yaqub  (ə) 

Yusif (ə) peyğəmbərin atası idi. Məlumdur ki, bir cə 

380 



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə