Redaktor: Korrektor: Cildin



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə93/119
tarix14.05.2018
ölçüsü2,78 Mb.
#44094
1   ...   89   90   91   92   93   94   95   96   ...   119

2-Cİ DƏRS 

T O P İ K A  



Topika 

Abbasi  xəlifəsi  Məmun  elm  aşiqi  olduğundan,  tez-tez  elmi 

müzakirə  məclisləri  təşkil  edirdi.  O,  belə  məclislərdən  birirü  də 

haqq yolun aşkar olması üçün müsəlmanlar və məsihilər ara- smda 

təşkil  edərək,  İslamm  müdafiəsi  üçün  də  İmam  Rzam  (ə)  dəvət 

etmişdi.  Həzrət  İmamla  (ə)  Məsihi  alimi  Casliq  arasmda  həzrət 

İsanm  (ə)  Allah,  yoxsa  bəndə  obnası  barəsində  bəhs  başlandı. 

Məsihi alim həzrət İsanm (ə) Allah olduğu etiqadm- da idi. 

Həzrət İmam (ə) buyurdu: 

-  "Biz  İsanm  (ə)  Allahm  elçisi  olduğuna  inanırıq.  O  da  başqa 

peyğəmbərlər  (ə)  kimi  özündən  sonra  bir  peyğəmbərin  (s) 

gələcəyini  öz  ətrafmdakılara  bildirmişdi.  Amma  bizim  bəzi 

məsələlərdə sizin peyğəmbərinizə (ə) iradımız var". 

Casliq özünü cavab verməyə hazırladı. 

Həzrət İmam (ə) buyurdu: "Həzrət İsa (ə) bədəncə  çox zəif və 

arıq idi. Onun namaz və orucları az idi - Allaha az ibadət edərdi". 

Casliq  əsəbiləşərək  həzrət  İmama  (ə)  kobudcasma  dedi:  "Biz 

sənin hamıdan daha imanlı və daha elmli olduğunu düşünürdük. 

İndi isə gördük ki, belə deyilmiş!" 

363 



Məntiq ____________________________________________________________  

İmam Rza (ə) buyxırdu: "Nə olub ki?" 

Casliq həzrət İmama (ə) bir neçə addım yaxınlaşaraq dedi: "Sən 

iddia edirsən ki, həzrət İsa (ə) hamıdan daha az namaz qılar, daha 

az  oruc  tutardı.  Halbuki  o,  həmişə  oruc  tutar,  hətta  bir  gün  belə 

oruc tutmamış olmazdı. Gecələri yatmaz, ibadət edərdi". 

Həzrət (ə), "Həzrət İsa (ə) kimin üçün namaz qılar, kimin üçün 

oruc tutardı?" - deyərək onun sözünü qəfil kəsdi. 

Casliq  məğlub  olduğunu  anladı.  Bəh,  həzrət  İsamn  (ə)  namaz 

və orucları Allaha görə idi və o, sadəcə Allah bəndəsi idi.'°^ 

Topika^“-  İddianm,  yaxud  tezisin  isbat  edilməsi,  qarşı  tərəfi 

təslim  etmək  üçün  müqəddimələrini  "qəbul  edilən"  və  "məşhur" 

hökmlər  təşkil  edən  vasitəli  arqumentləşdirmədən  ibarətdir  və 

yabuz təsdiq hasil edir. 

Bəzi vaxtlar sübut (bürhan) gətirmək mümkün olmur və ya çox 

çətin olur. Bəzən isə qarşı tərəf sübutu dərk edə bilmir. Buna görə 

də  müzakirə  və  mübahisələr  zamanı  insanlar  başqa  yollardan 

istifadə edirlər. Belə yollardan biri də "topika"dır. Belə ki, topikada 

gətirilən  dəlil  qarşı  tərəfi  həqiqətə  çatdırmasa  da,  onu  qane  edir. 

Çünki  topikanm  müqəddimələri  ümumilikdə  "qarşı  tərəfin  qəbul 

etdiyi  məlumatlar"  əsasmda  qurulur.  Belə  olan  halda,  qarşı  tərəf 

gətirilən dəlüi qəbul etmək məcburiyyətində qalır. Elə isə topika ilə 

gətirüən dəlil qarşısmda diqqətli oknaq lazımdır. Çünki bu zaman 

gətirilən  müqəddimələr  yəqini  hökmlər  ohnadığmdan,  aldana 

bilərik. Hər halda, sübut olmadığı üçün, nəticə, ola büər ki, bizim 

qəbul etdiyimiz, amma həqiqətdə isə yalan nəticə olsun. 

Fəlsəfə  və  məntiq  tarixçilərinin  yazdığma  görə  Sokrat  topi- 

kadan  çox  istifadə  edirmiş.  O,  sofistlərlə^“®  əqH  mübarizədə  on- 

larm qəbul etdikləri müqəddimələrdən istifadə etməklə, onla- 

103 ət-Tövhid, Şeyx Səduq, səh. 421-422 

101 Burada topika, Aristotelin işlətdiyi mənadadır. 

105 Bax: IV hissə 

364 



 _____________________________________________________  Maddi Məntiq 

rm özlərinə qarşı çıxırdı. Onu da qeyd edək ki, topikadan istifadə 

etmək 

bəzən 


sübuta 

nisbətən 

daha 

çətindir. 



Sübutda 

müqəddimələr,  qarşı  tərəf  qəbul  etsə  də,  etməsə  də,  yəqini 

məlumatlar  olur.  Buna  görə  də  qarşı  tərəf  gətirilən  sübutu  qəbul 

etməyə  məcburdur.  Necə  ki,  riyaziyyatçı  riyazi  qanunları  və  bir 

filosof  da  fəlsəfi  dəlilləri,  yəqini  hökmlərdən  istifadə  edərək 

gətirdiyi  zaman  biz  onlarm  qarşısmda  sükut  edərək  sonunu 

gözləməyə məcbur oluruq. Bu zaman bizi sakit dayanmağa məcbur 

edən,  riyaziyyatçınm  və  filosofun  öz  sözlərini  zəncir-  vari  olaraq 

bir-birinə  dəqiq  şəkildə  bağlamaları  olur.  Amma  topikada  qarşı 

tərəfi  qane  etmək  üçün  onun  qəbul  edəcəyi  müqəddimələrlə 

başlamaq lazımdır.  Yəni qarşı tərəfdən razılıq alınmalıdır  ki, o bu 

müqəddimələri qəbul edir. Yaxud bəzən qarşı tərəf, hətta öz qəbul 

etdiyi  məlumatlara,  bu  məlumatla-  rm  törətdiyi  nəticələrə 

inadkarcasma  yanaşdığı  üçün,  topika  zamam  elə  hərəkət  etmək 

lazım gəlir ki, o, çıxılmaz vəziyyətə düşsün. Bu isə  topikanm incə 

tərəfləridir  və  çox  böyük  məharət  tələb  edir.  Məntiqi  bilməklə 

məntiqli olmaq eyni olmadığı kimi, topikanı bilmək də ondan necə 

istifadə  qaydasım  bilmək  demək  deyil.  Buna  görə  də  məntiqçilər 

topikada qalib obnaq üçün aşağıdakıları tövsiyə edirlər. 

Tövsiyələr 

I

 



tövsiyə: Hər məktəbə uyğım qəbul edilən və məşhur hökmlər, 

gərək,  topikaçırun  zehnində,  bir-biri  ilə  hansı  qarşılıqlı  əlaqədə 

olduğunu  bilmək  şərti  ilə  hazır  olsun.  Çünki  bu,  topika  zamam 

sofizmə düşməyin, sofizm etməyin qarşısım alır və nə zaman hansı 

müqəddimə hökmdən istifadə etməyə kömək edir. 

II

 



tövsiyə: Topikaçı "söz"ün^“ bütün növlərini tanımahdu. 

™ I hissə, III fəsil 

365 



Məntiq ____________________________________________________________  

III


 

tövsiyə:  Topikaçı  tam  analoji  əqli  nəticəni  natamamdan 

ayırmağı  bacarmalıdır.  Yəni  iki  predmet  arasmda  həm  oxşarlığı, 

həm  də  fərqləri  və  ya  nisbəti  tapmağı  bacarmalıdır.  Çünki  həm 

topikaçı,  həm  də  qarşı  tərəf  iki  predmetin  və  ya  hökmün  gizli 

oxşarhğmdan, fərqindən və nisbətindən istifadə etməklə sofizm edə 

bilər. 

IV

 



tövsiyə: Topikaçı, gərək, birbaşa isbat etmək istədiyi mətləbə 

keçməsin, isbat  etmək  istədiyi mətləblə  dolayısı  yolla  əlaqəsi  olan 

istiqamətdən başlasm. Buna dəlalət dərsində "Qızıl qayda"da işarə 

olundu. 


V

 

tövsiyə:  Topikaçı,  gərək,  öz  dəlilini  məntiqi  şəküdə  apar- 



masm.  Çünki  bu  zaman  qarşı  tərəf  məntiqdən  istifadə  etməklə 

onun sirindən agah ola bilər. 

VI

 

tövsiyə:  Topikaçı,  gərək,  özünü  elə  göstərsin  ki,  guya, 



mövzudan xəbərsizdir. Bunun sayəsində münasib suallar verməklə 

qarşı  tərəf  cavab  vermək  məcburiyyətində  qalır  və  beləliklə  də, 

topikaçı  istədiyi  məsələni  isbat  etmək  üçün  ondan  razılıq  almağa 

nail olur. 

VII

 

tövsiyə:  Bu  fəslin  əvvəlində  işarə  edilən  ən-Nəhl  surəsinin 



125-ci  ayəsində  "...Onlarla  ən  gözəl  surətdə  mübahisə  eti" 

ifadəsindən  belə  nəticə  çıxır  ki,  topikaçı  bunun  üçün  qarşı  tərəfi 

tanımalı,  əxlaqlı,  təvazökar  obnalı,  qarşı  tərəfi  dinləməli,  ona 

ehtiram göstərməlidir. 

Bunlardan başqa gizli  məqamlar  da  vardır  ki, onlar  topika  ilə 

uzun  zaman  məşğul  olmaq  nəticəsində  yaramr.  Bu  məqamlar 

ümumilik  təşkil  edir,  bəzən  də  xüsusi  olaraq  şəxsə  məxsus  olur. 

Yəni  şəxs  hər  yerdə  müxtəlif  xüsusi  məharətlərdən  istifadə  edə 

bilər. 

Qeyd: 

Əslində, topika sofizmdir. Amma bu fərqlə ki, topi- kada 

yəqini  hökmlərdən  istifadə  edilməsə  də,  qarşı  tərəfin  qəbul  etdiyi 

müqəddimələrdən istifadə edilir. Bu isə öz-özlüyün- də sofizmdir. 

Ancaq  qarşı  tərəfin  razılığı  şaraitində  olduğundan  sofizm  yox, 

topika sayılır. İki ayrı-ayrı cəhətlərdən yanaş 

366 



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə