Redaktor: Korrektor: Cildin



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə89/119
tarix14.05.2018
ölçüsü2,78 Mb.
#44094
1   ...   85   86   87   88   89   90   91   92   ...   119

 _____________________________________________________  Maddi Məntiq 

mində yox, kəlam elmində isbat edilir. Belə ki, fiqh eknində Allahm 

və peyğəmbərin varlığı artıq qəbul edilmiş olur. 

Təqlid  edilən 

-  Təqlid  sayəsində  təsdiq  edilən  hökmlərə 

deyilir.  Bu  hökmlərdə  təsdiqin  səbəbləri:  ilahi  şəxsiyyət 

(peyğəmbərlər  (ə)),  hikmət  sahibi  (Həkim  Loğman),  öz  sahəsində 

mütəxəssis  olan  şəxs  və  s.  Bu  hökmlərdən  ritorikada  daha  çox 

istifadə  edilir.  Yəni  yuxarıda  qeyd  etdiyimiz  səbəblərlə  yaranan 

hökmlərin isbatı, adətən, tələb edilir. 

Təşbihi 

- Həqiqətdə yalan, amma yəqini və məşhur hökmlərə 

oxşarlığma  görə  təsdiq  edilən  hökmə  deyilir.  Belə  hökmlərdən 

sofizmdə  istifadə  edilir.  Məsələn,  bir  sözün  bir-birinə  çox  yaxm 

olan müxtəlif mənaları sayəsində alman hökmlər kimi. 

Xəyali 

-  Elə  hökmlərdir  ki,  ümumiyyətlə,  təsdiq  edilmə 

xüsusiyyəti  yoxdur  və  istifadəsində  məqsəd  kiminsə  onu  təsdiq 

etməsi,  qəbul  etməsi  deyil.  İnsanda  xəyal  qüvvəsi,  təsirlənmə, 

yaxud  təlqin  sayəsində  təsdiq  edilir.  Məsələn,  xəstəyə  o  qədər 

"səndə heç bir şey yoxdur" deyilir ki, xəstə sağlam olduğuna inanır. 

Yuxarıda qeyd edilən hökmlərdən əlavə, aşağıdakı hökmləri də 

göstərmək olar. 



Əxlaqi 

hökm  -  İnsan əxlaqı sayəsində  təsdiq edilən hökmlərə 

deyilir. 

Məsələn, 

"Böyüklərin 

yarunda 


uzanmaq 

mədəniyyətsizlikdir" hökmü kimi. 

Qeyd  edək  ki,  əxlaq  hökmləri  bəzən  mütləq,  bəzən  isə  nisbi 

olur. Yəni bəzi əxlaqi hökmlər fitri olduğundan, ümumi, bəziləri isə 

cəmiyyət, nəsil, ailə və s.-nin sayəsində xüsusi olur. 

Hüquqi 

hökm  -  Elə  hökmlərdir  ki,  insanlar  tərəfindən  şərti 

qəbul  edilmiş  qanunları  əks  etdirir.  Məsələn,  yol  hərəkəti  qay- 

dalarmdan biri olan "Maşmlar qırmızı işıqda dayanmalıdır" hökmü 

kimi. 

345 



Məntiq ____________________________________________________________  

SUALLAR: 

1.

 

Uyğunluq 



qanunundakı 

ehtimallarla 

zənni 

hökmü 


əlaqələndirin. 

2.

 



"Meyit qorxuludur" hökmü hansı növdəndir? 

3.

 



"Düşmənlə  yaxınlıq  edən  düşməndir"  hökmü  məşhur  hökm- 

lərdəndir, yoxsa zənni hökmlərdən? 

4.

 

Əgər  bir  kəs,  "nur"  deməkdə  məqsədi  "nur"u  "maddi  hiss 



edilən" varlıq kimi nəzərdə tutaraq desə ki, "Allah nurdur", bu hökm 

hansı növ olar? 

5.

 

Xəyali, əxlaqi və hüquqi hökmlərə aid misal gətirin. 



346 


347 

 



Müqəddimə 

Buraya qədərki bəhslər müəyyən dərəcədə araşdırıldı. Əvvəldə 

qeyd  etdiyimiz  kimi,  hər  bir  bəhs  sonrakı  bəhs  üçün  bir 

müqəddimədir. Amma ümumilikdə bütün bəhslər bundan sonrakı 

"sübut (bürhan)", "ritorika", "sofizm" və s. üçün müqəddimə sayılır. 

Yəni  məntiqin  bütün  bəhsləri  arqumentləşdir-  mə  (dəlilləşdirmə) 

zamanı  dəlilin  hansı  növ  olduğunu  aydm-  laşdırmaq  və  ən  əsası, 

əqli  nəticənin  sübut  (bürhan)  və  ya  sofizm  olduğunu 

aşkarlamaqdır.  Bu  da  elə,  təfəkkür  zamara  xə-  tarun  qarşısmı 

almaqdır. Xəta da ya qəsdən, ya da bilmədən olur. Yəni sofizmlər 

qəsdən, ya da bilmədən baş verir. Bunlar haqqmda sofizm bəhsində 

ətraflı danışacağıq. 

Silloqizm,  maddəsinə  görə^“  5  növdür.  "Sübut  (bürhan)", 

"topika  (mübahisə)",  "ritorika  (nitq)",  "şeir"  və  "sofizm".  Ümumi 

şəkildə qeyd edək ki, əgər süloqizmin müqəddimələrini təşkil edən 

hökmlər  yəqini  hökmlər  olsa,  bu  zaman  gətirilən  dəlil  sübutdur 

(bürhan), qalan hallarda isə ya topika, ya da sofizm və s.-dir. 

Silloqizmin maddəsinə görə bu 5 növ dəlilgətirmə in- duksiya 

vasitəsilə yox, silloqizm sübutu ilə əldə edilmişdir. 

Əvvəlki fəsildə hökmlərin əqli, nəqli və s. olmaqla növ müxtəlifliyindən danışdıq. Bu 

növ  müxtəlifliyi  əsasında  Aristotelin  müxtəlif  müasir  məntiqlərə  hansı  şəkildə  işarə 

etdiyinə 

'1

 hissə, II fəsil, V dərs"də işarə olundu. 

349 



Məntiq ____________________________________________________________  

Yəni silloqizmin maddəsinə görə bu 5 növündən başqa halı yoxdur. 

İsbatı: 

Silloqizm  maddə  cəhətindən  ya  təsdiqi  ifadə  edir,  ya  da 

əksinə,  ifadə  etmir.  Təsdiqi  ifadə  etmirsə,  "şeir"dir.  İfadə 

edirsə,  ya  yəqin  hasil  edir,  ya  da  əksinə,  etmir.  Yəqin  hasil 

etmirsə, yəni zənnidirsə, "ritorika"dır. İkinci halda məqsəd ya 

həqiqətə  çatdırmaqdır,  ya  da  əksinə.  Əgər  məqsəd  həqiqətə 

çatdırmaq  deyildirsə,  "topika"dır.  Digər  halda,  ya  doğrudan 

da,  həqiqətə  çatdırır,  ya  da  əksinə.  Əgər  həqiqətə  çatdırırsa, 

"sübutdur (bürhan)", əks halda isə sofizmdir. 

Bu  5  növ  əqli  nəticədən  istifadə  edərək  iddianı  isbat  etmək 

"arqumentləşdirmə",  yaxud  "dəlilləşdirmə"  adlanır  və  ümumi 

xarakter  daşıyır.  Yəni  doğru,  yaxud  yalan  olan  hər  hansı  bir 

iddiam,  hökmü,  tezisi  dəlilgətirmə,  ya  da  başqa  yollar  vasitəsilə 

isbat etmək olar. 



Bəhsin faydası və ən-Nəhl surəsi 

Sübut  (bürhan);  Bu  silloqizm,  əsasən,  nəzəri,  dəqiq  elmlərdə 

işlənir. Məsələn, fəlsəfə, riyaziyyat, kəlam (sxolastika) və s. kimi. 

Sofizm:  Bu  növ  də  eynilə  sübut  (bürhan)  kimidir,  amma  bir 

fərqlə  ki,  insam  azdırır  və  xətərlidir.  Buna  görə  də  bu  növ  sil- 

loqizmi araşdıraraq onu sübutdan (bürhandan) ayırmaq faydalıdır. 

Topika, ritorika, şeir - Bu növlər isə ümumi xarakter daşıyır və 

hər  kəs  üçün  faydalıdır.  Bunlardan  ictimai,  siyasi  və  iqtisadi 

məsələlərdə  istifadə  edilir.  Topika  müxtəlif  fikir  cərəyanları 

arasmda  müzakirə  və  mübahisələrdə,  ritorika  və  şeir  isə 

rəhbərlərin,  siyasətçUərin  və  sərkərdələrin  sözlərində  istifadə 

edilir. 


Bu 5 növ silloqizmdən ritorika ilə şeirin, bir-birinə yaxmlı- ğma 

görə ikisinə bir yerdə baxmaq olar. Elə isə, 4 növ sillo- 

350 



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə