Redaktor: Korrektor: Cildin



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə87/119
tarix14.05.2018
ölçüsü2,78 Mb.
#44094
1   ...   83   84   85   86   87   88   89   90   ...   119

Məntiq ____________________________________________________________  

0,

 



hüsuli biliyə çevrilir. Bu zaman zehində formalaşan "Mən acam" 

təsdiqi  "vicdani"  hökm  adlamr.  Belə  təsdiq  elmlərinin  zəruri 

elmlərdən  sayılması  damimazdır.  Çünki  qabaqkı  dərslərdə  qeyd 

edildi ki, hüzuri idrakda şəkk olmur, elə isə, bu zaman bu hüzuri 

idrakm zehni şəkli də təsdiq edilməlidir. 

Müşahidə, təcrübi, mütəvatir, fitri nəzəri hökmlər 

Müşahidə 

hökmü - Təsdiqi üçün subyekt və predikatm sadə 

təsəvvüründən  əlavə,  hiss  üzvlərinə  də  ehtiyac  olan  hökmdür. 

Dedik  ki,  hissi idrak  iki yerə  bölünür.  Zahiri  -  yəni  beş hiss üzvü 

burada  vasitəçilik  rolunu  oynayır.  Elə  buna  görə  də  Aristotel 

demişdir: "Hissiyyatı olmayanm biliyi yoxdur". Əlbəttə ki, burada, 

hər  bir  hiss  üzvünə  uyğun  bilikdən  söhbət  gedir.  Aristotelin  bu 

hikmətli  sözünə  uyğun  olaraq,  anadangəlmə  görmə  qabiliyyətinə 

malik  olmayan  insana  rəng  anlayışım  başa  salmaq  mümkün 

olmadığmı, göstərmək olar. 



Təcrübi 

hökm  -  Təsdiqi  olunması  üçün  zəruri  və  müşahidə 

hökmlərinin şərtlərindən əlavə, "təkrar" şərti lazım olan hökmdür: 

Təkrar  şərti  -  Məsələn,  hər  bir  odun  yandıria  olduğu  təkrar 

müşahidə  nəticəsində  təsdiqlənib.  Demək  olar  ki,  bütün  fiziki  və 

kimyəvi  nəticələr  buna  əsaslanır.  Bu  təkrar,  ümumi  hökm  əldə 

etmək  üçündür.  Yəni  müşahidə  hökmlərində  bir  nümunə  təsdiq 

edilirdi, amma təkrar vasitəsilə ümumi bir hökmün təsdiqi almır. 

Onu  da  qeyd  edək  ki,  təcrübi  hökmlərin  qəti,  ya  qeyri-qəti 

olması  əvvəlki  dərslərdən  məlum  olan  analoji  və  induksiya  əqli 

nəticəsinin tam və ya natamamlığma əsaslanır. 

Mütəvatir 

hökm - Elə hökmlərdir ki, bu hökmü xəbər verən 

fərdlərin  "müxtəlifliyi",  "düzgün  müşahidəsi"  və  "bir-birindən 

xəbərsizliyi" verilən xəbərin yarüış olmasım qeyri-mümkün edir. 

338 



Maddi Məntiq 

Burada üç şərt vardır. 

Birinci  şərt:  Xəbəri  verən  fərdlərin  müxtəlifliyi.  Əlbəttə,  əgər 

sübuta yetirilsə ki, iki fərd bir-birindən heç bir asılılığı olmadan və 

ya bir-birlərini tanımadan e}mi xəbər vermişlər, bu, həmin xəbərin 

doğruluğunu göstərir.  İki müxtəlif ölkənin iki riyaziyyat aliminin, 

bir-birindən xəbərsiz, eyni riyazi düsturu kəşf etməsi buna misal ola 

bilər. 


Amma  bu  şərt  hökmün  mütəvatir  olması  üçün  kafi  deyil.  Ola 

bilər  ki,  hər  fərd  hadisəni,  hadisənin  özünəməxsus  şəraitinə  görə, 

eyni formada yanlış qavrasınlar. Buna görə də mən-  tiqçilər ikinci 

şərti də əlavə edirlər. 

İkinci  şərt:  Düzgün  müşahidə,  düzgün  qavrama.  Bu  şərt  ona 

görədir ki, bir çox hallarda insanlar eyni səhnəni görürlər, haqqmda 

diqqətsizlik  və  s.  üzündən  eyni  səhvə  yol  verirlər.  Məsələn, 

gözbağlayıcılıq (fokus və sehr) meydanlarmda sehrbaz tamaşaçılara 

müəyyən əməl göstərir və hamı elə güman edir ki, sehrbaz həmin 

əməli, doğrudan da, həyata keçirir. Amma diqqət edənlər bunun bir 

gözbağlayıcı  əməl  olduğunu  görür  və  bu  hadisənin,  aldanan 

tamaşaçılarm  həmin  hadisədən  verdikləri  xəbərlə  uyğun 

olmadığmı bilirlər. 

Üçüncü  şərt:  Ola  bilər  ki,  yuxarıdakı  iki  şərtlə  bərabər  verilən 

xəbər  düzgün  olmasm.  Məs.:  Tutaq  ki,  iki  şəxs,  doğrudan  da, 

müəyyən  hadisəni  müşahidə  etmişlər  və  isbat  olunmuşdur  ki,  bu 

iki fərd şəxsən həmin hadisəni müşahidə etmişdir. Əlbəttə ki, belə 

olan  halda,  xəbər  düzgün  olacaq.  Amma  onlarm  bir-birləri  ilə 

müsbət münasibətləri olsa, bu zaman həmin xəbərin yanlış olması 

üçün  müxtəHf  ehtimallar  vermək  olar.  Ola  bilər  ki,  hansısa  bir 

"səbəb" üzündən həmin iki şəxs bu 

Bu səbəblərdən aşağıdakı müxtəlif növləri göstərmək olar: 

1.

 

"Məsləhət" - Həmin iki şəxs bir-birləri ilə söhbətdən sonra belə qərara gələ bilərlər ki, 

həmin hadisənin başqa formada nəql edilməsi məsləhətdir. 

2.

 

"Mənfəət"  -  Əgər  həmin  iki  şəxs  eyni  məzhəbə  qulluq  etsələr,  ola  bilər  ki,  xəbəri  öz 

məzhəblərinə, mənafelərinə uyğun olaraq nəql etsinlər. 

339 



Məntiq ____________________________________________________________  

xəbəri  azca  fərqlə  nəql  etmək  qərarma  gəlsinlər.  Bu  da,  xəbərin 

olduğu kimi verilməsinin qarşısım aldığmdan, xəbər həqiqətə tam 

şəkildə  uyğun  olmayacaq.  Bu  da  insanlarm,  verilən  bu  xəbərdən 

düzgün nəticələr çıxarmasırun qarşısmı alacaq. 

Fitri 

hökm - Təsdiq olunması üçün silloqizmə ehtiyac olan və 

bu silloqizmin onlarm özləri ilə bərabər  olduğu hökmdür. Eynilə, 

zəruri  hökmlər  kimi,  amma  bir  fərqlə  ki,  burada  subyekt  və 

predikatm sadə təsəvvüründən başqa, bir vasitəyə - əqli nəticəyə də 

ehtiyac var və bu vasitə həmişə zehində hazırdır. Məsələn, "3, 6-mn 

yarısıdır", "4 cütdür" hökmləri kimi. 

Başqa  bir  misal:  Məlumdur  ki,  "aləm"  və  "var  olmağ"ı  sadə 

təsəvvür  etməklə  "Aləm  vardır"  hökmü  heç  də  təsdiq  edilmir. 

Təsdiq üçün yeni bir müqəddimə hökmə ehtiyac vardır. O da "Biz 

aləmdən təsirlənirik" və "Təsir qoyan hər bir şey vardır" hökmüdür 

ki,  zehində  hazırdır  və  bu  iki  hökmün  cəmi  "Aləm  vardır" 

hökmünün  təsdiqini  verir.  Bu,  bir  misal  idi.  Ola  bilər  ki,  fitri 

hökmlər üçün daha dəqiq misal olsun. 

Bəzən  yəqini  hökmlərə,  əvvəllər  də  qeyd  etdiyimiz,  güclü,  iti 

zehnə  malik  olan  insanlarm  bir  anda  gəldiyi  nəticələri  də  daxil 

edirlər.  Belə  əqli  nəticələr,  hökmlər  elə  hökmlərdir  ki,  onlarm 

təsdiqi güclü, qüvvətli ağIm nəticəsidir. Dediyimiz kimi, bu zaman 

təfəkkürdə 111 və IV mərhələyə (1-h, 1-d) ehtiyac olmur. 

Bəzi yəqmi hökmlərdə təsdiq ümumi xarakter daşıyır, amma 

belə  hökmlərdə  təsdiq  bəzi  fərdlərə  aiddir.  Bu  hökmlərə  misal 

olaraq, "Yer kürə formasmdadır." hökmünü göstərmək olar. Çünki 

dəniz  sahilmdə  dayanıb  dənizin  səthini  seyr  edən  güclü  zehnə 

malik bir şəxs, uzaqdan gələn gəminin dor ağacı- 



3.

 

"Təsir" - Ola bilər ki, həmin iki şəxs bir-biri ilə söhbət zamanı həmin hadisəni müzakirə 

etsinlər və bu zaman biri o birinin rəyindən təsirlənib (şüuraltı) onun nəql etdiyi kimi nəql 

etmiş olsun. 

4.

 

"Təhdid"  -  Ola  bilər  ki,  bu  iki  şəxs  görüşsün və xəbərin  başqa formada  nəql edilməsi 

üçün biri o birini təhdid etmiş olsun. 

340 



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə