Redaktor: Korrektor: Cildin



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə90/119
tarix14.05.2018
ölçüsü2,78 Mb.
#44094
1   ...   86   87   88   89   90   91   92   93   ...   119

Maddi Məntiq 

qizm alırıq və bunlara Allah-taala Quranda ən-Nəhl surəsinin 125-ci 

ayəsində belə işarə edir: 



"(Ya Rssulum!) İnsanları hikmətlə (tutarlı dəlillərlə), gözəl 



öyüd-nəsihət  (moizə)  ilə  Rəbbinin  yoluna  (İslama)  dəvət  et, 

onlarla  ən  gözəl  surətdə  (şirin  dillə,  mehribanlıqla,  əqli 

səviyyələrinə müvafiq  şəkildə)  mübahisə  et.  Həqiqətən,  Rəbbin, 

yolundan azanları da, doğru yolda olanları da daha yaxşı ta- 

nıyır!"w2 

Allah  yoluna  çağırmaq  həqiqətə  dəvətdir.  Bu  həqiqətə  dəvət 

hər  bir  sahədə  ola  bilər.  Məsələn,  "Allahm  varlığı  və  birliyi", 

"Allahın  cisim  olmaması",  "Namazm  vacibliyi"  və  s.  Bu  mövzular 

hərəsi  ayrılıqda  müzakirə  ediləcək  mövzulardır.  Belə  ki,  birinci 

ateistlərə,  ikinci  Allahı  cisim  kimi  qəbul  edənlərə,  üçüncüsü  isə 

müsəlman  olub  namaz  qılmayanlara  aiddir.  Yəni  bu  üç  qisim 

şəxslərlə  aparılan  uyğun  müzakirə  və  mübahisələr  Allaha  dəvət 

olsa da, hər biri bir təbəqə üçün həqiqətə dəvətdir. Deməli, hər bir 

mövzuda həqiqətə dəvət AUah yoluna dəvətdir. Ümumiyyətlə, hər 

hansı  sahədə  həqiqətə  dəvət  elə  Allaha  dəvət  sayılır.  Çünki  Allah 

yolu və din insarun bütün sahələrdəki vəzifəsini, istiqamətini təyin 

edir.  Deyə  bilmərik  ki,  məsələn,  fəlsəfə  və  ya  riyaziyyat  Allah 

yolundan, dindən fərqli sahələrdir, elə isə bunlara ehtiyac yoxdur. 

Deməli,  ayədə  gələn  "Allah  yolunda"  sözündən  məqsəd  ümumi 

mənadır  və  hər  hansı  sahədə  olur  olsun,  həqiqətin  aşkar 

edilməsidir. 

Allah ayədə buyurur ki, bu üç yolla dəvət edin. Əgər başqa yol 

olsa idi, Allah onu da qeyd edərdi. Amma həqiqətə çatdıran başqa 

yol  yoxdur  və  varsa  da,  həqiqətə  çatdırmır.  Deməli,  digər  yollar 

səhvdir.  Allah ayrı yola onun admı çəkməməklə işarə  etmişdir  ki, 

məntiqçilər də buna əsasən, həmin yolu "so- fizm" adlandırmışlar. 

102

 ən-Nəhl, 125 

351 



1-CI DƏRS 

SÜBUT (BÜRHAN) 

Sübut (bürhan); 

məlumdur ki, elmlər iki yerə bölünür: "şərti" 

və "həqiqi". 

1.

 



Şərti 

- İctimai qanunlar, yol hərəkəti qaydaları, qrammatika 

qanunları kimi. 

2.

 



Həqiqi 

-  Bu  elmlərdə  məqsəd,  tnsam  onun  qabiliyyəti 

çərçivəsində  həqiqətə  çatdırmaqdır.  Məsələn:  riyaziyyat,  fəlsəfə, 

kəlam  (sxolastika)  və  s.  Maddəsinə  görə,  5  növ  silloqizm-  dən  isə 

bizi, yalnız "sübut" (bürhan) həqiqətə çatdırır. Deməli, əqli elmlərdə 

axır sözü sübut deməlidir. Elə isə, hər hansı sahədə həqiqətə çatmaq 

istəyən  şəxs  sübut  yolundan  istifadə  etməlidir.  Bu  zaman  təqlid, 

zənn, güman, güclü-iti zehin, vəhm və  xəyal onu həqiqətə  çatdıra 

bihnəz, çatdırsa da, səhv ehtimalı olduğundan, bu yollarla həqiqəti 

axtarmaq düzgün deyil. 

Ola  bilər  ki,  bir  şəxs  sübut  vasitəsilə  həqiqətə  çatdığım 

düşünsün. Belə olan halda həmin şəxs  əvvəlcə  sübutun  nə demək 

olduğunu,  onun  şərtlərini  və  s.  dəqiqləşdirməlidir  ki,  sübut  kimi 

qəbul etdiyi nəticənin, doğrudan da, sübut olduğuna əmin olsun. 

Bu müqəddimədən sonra Nəsirəddin Tusinin "sübut"a verdiyi 

təriflə əsas mövzuya daxil olaq. 

353 



Məntiq ____________________________________________________________  

Sübut (bürhan) 

- Müqəddimələrinin hər biri yəqini hökm olan 

silloqizmdir.  Bu  silloqizmin  nəticəsi  isə  mütləq  qəti  və  yəqini 

hökmdür. 

Bu  tərifdə  bir  neçə  diqqət  ediləsi  məqam  vardır  ki, 

aşağıdakılardan ibarətdir: 

1.

 

Sübut silloqizmdən ibarətdir. 



2.

 

Müqəddimələrin hər biri yəqini hökm olmalıdır. 



3.

 

"Mütləq" ifadəsi onu bildirir ki,  əgər verilən müqəddimələr 

qəti  düzgündürsə,  bu  müqəddimələrin  cəmi,  formal  əqli  nəticəyə 

əsasən,  nəticəni  mütləq  olaraq  verir.  Yəni  bu  nəticənin  belə 

müqəddimələrdən törəməməsi qeyri-mümkündür. 

4.

 



Nəticə,  mütləq  obnası  ilə  yanaşı,  verilən  müqəddimələrə 

əsasən, yəqini hökmdür. 



Sübutun şərti: 

Silloqizmin sübut obnası üçün onun "forma" və "mad- də"sinin 

şərti vardır. 

1.

 



Tərifdən  də  göründüyü  kimi,  sübutun  maddəsi  yəqini 

hökmlər olmalıdır, istər zəruri yəqini, istərsə də nəzəri yəqini olsun. 

Hər iki halda silloqizmin verdiyi nəticə yəqini hökm olacaq. 

2.

 



Eyni  zamanda  silloqizmin  nəticə  verməsi  üçün  onun  "for- 

ma"sı  da  nəticə  verməlidir.  Yəni  formal  məntiqdə  oxuduğumuz 

şərtlər də öz yerində ödənməlidir. 

Səbəbdən nəticəyə və nəticədən səbəbə sübutları: 

Sübut iki 

yerə bölünür: - "səbəbdən nəticəyə" və "nəticədən səbəbə". 

Bildiyimiz kimi, sübut "orta termin'T olan bir silloqizmdir. Bu 

orta  termin  nəticədəki  "böyük  termin"in  "kiçik  termin"ə  nisbət 

verilməsində rol oynayır. Aşağıdakı silloqizmə baxaq: 

Bu dəmirin hərarəti artırıirmşdır. 

Hərarəti artırılan metal genişlənir. 

Elə isə bu dəmir genişlənir. 

354 



Maddi Məntiq 

Aldığımız  nəticəni  təsdiq  etməyimizin  səbəbi  orta  termindir 

(hərarəti  artırılan).  Yəni  əgər  orta  termini  dəyişsək,  məsələn, 

"rənglənmiş"  sözü  ilə  əvəz  etsək,  bu  zaman  da  "rənglənmiş"  orta 

termin  olaraq  nəticədək!  subyekt  və  predikatı  bir-bi-  rtnə  nisbət 

vermiş olur. Daha dəqiq desək, aşağıdakı sillo- qizmdə orta termin 

(q)  böyük  terminin  (p)  kiçik  terminə  (s)  nisbət  verilməsində  rol 

oynayır: 

sq+ 

+qp+ 


• . sp+ 

Burada,  məzmununun  nə  olmasmdan  asılı  olmayaraq,  orta 

terminin  (q),  "s"  ilə  "p"  arasmdakı  nisbətdə  rol  oynayır.  Sillo- 

qizmdə  belə  rol  oynamağa  "nisbət  vermə",  yaxud  "predikasi-  ya" 

deyilir. 

Amma bəzi silloqizmlərdə orta termin nəticəni "isbat" edir. Yəni 

orta  termin  "nisbət  vermə"dən  (predikasiyadan)  başqa,  həmçinin 

nəticənin  predikatımn  xarici  aləmdəki  səbəbidir.  Həqiqətən  də, 

"gerüşlərtmə"rıin  səbəbi  hərarətin  artırılmasıdır.  İndi  də  orta 

termini aşağıdakı küni əvəz edək: 

Bu dəmir genişlənmişdir. 

Hər genişlənən metalın hərarəti artır. 

Elə isə bu dəmirin hərarəti artmışdır. 

Bu  misalda  isə  orta  termin  (genişlənmiş)  nəticəni  təsdiq 

etməyimizdə  rol  oynayır.  Yəni  orta  termin  nəticəni  "isbat"  etmir. 

Məlumdur  ki,  burada,  orta  termin  (genişlənmə)  hərarətin 

artmasmm  səbəbi  deyil.  Əksinə,  orta  termin  (genişlənmə)  böyük 

terminin (hərarətin) səbəbi yox, nəticəsidir. 

Başqa bir misal: 

Bu otaqda od var. 

Od olan yerdə tüstü da var. 

Elə isə bu otaqda tüstü var. 

355 



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə