Redaktor: Korrektor: Cildin



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə98/119
tarix14.05.2018
ölçüsü2,78 Mb.
#44094
1   ...   94   95   96   97   98   99   100   101   ...   119

Məntiq. 

I.

 



Formal 

II.


 

Maddi 


III.

 

Qrammatik 



I.

 

Formal Sofizm 

Formal  sofizm,  əwəl  də  dediyimiz  kimi,  əqli  nəticənin  formal 

məntiqinin  yanlışlığmdan  alman  yanlış  nəticələrdir.  Bu  zaman 

törənən sofizmlərin qarşısım almaq üçün formal məntiq bəhsindəki 

bütün  qaydalar  tam  öyrənilməlidir.  Həmçinin  tərifin  şərtlərinin 

ödənməməsi  ilə  alman  təriflər  də  formal  sofizmlərə  aiddir.  Belə 

sofizmlərdən aşağıdakıları göstərmək olar: 

1.

 

Tərifin forması: 

Yəni düzgün tərifin verilməsi üçün, tərifin 

şərtlərmin ödənməməsi zamara abnan nəticələr. 

2.

 

Terminlərin  dördləşməsi: 

Yəni  silloqizmin  nəticə  verməsi 

üçün  "orta  termin"  hər  iki  müqəddimədə  təkrarlanmalıdır.  Orta 

terminin  təkrarlanmaması  terminlərin  dördləşməsinə  və  bu  da 

nəticənin  yanlış  olduğuna  gətirib  çıxarır.  Bu  zaman  birinci 

müqəddimədə  işlənən  orta  terminlə  ikinci  müqəddimədəki  orta 

terminin  nəyə  dəlalət  etməsinə,  hər  ikisinin  predmet  və  ya  hər 

ikisinin məfhum oknasma və s. diqqət olunmalıdır. 

Ən  çox  işlənən  sofizm  bu  sofizmdir.  Çünki  bu  şərtin 

ödənmədiyini  göstərmək  bəzən  çox  çətin  olur.  Hətta  bir  çox  ağıl 

sahibləri bu sofizmdən yaxa qurtara bilməmişlər. Əvvəllər də qeyd 

etdiyimiz kimi, bu sofizm üzündən bir çox yanhş nəzəriyyələr uzun 

zamanlar zehinlərdə doğru nəzəriyyə adı ilə hökm sürmüşdür. 

Bu sofizmlər orta terminin müxtəlifliyinə görə müxtəlif növdür. 

İkmci hissədə qəti hökmlərdən damşan zaman Səd- rül-mütəəllüıin 

Şirazinin (Molla Sədra) verdiyi "Birinci növ və məşhur predikasiya" 

bəhsmə  toxunmuşduq.  Molla  Sədranm  bu  kəşfi  sayəsində  belə 

sofizmlərin bir çoxunu açıqlamaq olur. 

386 



 _____________________________________________________ . Maddi Məntiq 

Belə  ki,  onun  verdiyi  predikasiyadan  istifadə  edərək  obyektin, 

xarici və ya zehin aləmində oknası aydınlaşdırılır. Məsələn, bəzən 

insan  iki  şeyin  bərabərliyindən  danışır,  halbuki  bunlardan  biri 

xarici,  digəri  isə  zehin  aləmində  olur.  Bunu  bir-birindən  ayırmaq 

üçünsə adı çəkilən predikasiyalar çox önəm daşı- yır. 

3. 

İqrar və inkar edən silloqizm: 

İkinci hissədə qeyd edilən bu 

silloqizmlərin  formasınm  əksinə  olaraq  verüən  silloqizmlə-  rin 

nəticələri sofizmdir və aşağıdakılardan ibarətdir: 

1



A=3B 



Burada  sofizm  ondan  ibarətdir  ki,  bir  nəticənin  müxtəlif 

səbəbləri  mümkünlüyündən  ola  bilər  ki,  "B"nin  səbəbi  eyni 

zamanda  başqa  bir  səbəb  olsun.  Buna  görə  də  yuxarıdakı  kimi 

silloqizm formal sofizmdir. 

11

.

 

A=)B 

 _ rA 


~B 

Burada da yuxarıdakı kimi səbəb və nəticəyə diqqət edilməlidir. 

4.

 

İnkari müqəddimələr sofizmi: 



Yəni qəti silloqizmlərdə hər 

iki müqəddimə inkari olsa, formal nəticə almmadığmdan silloqizm 

sofizm ola bilər. 

5.

 



Dairəvi  sofizm: 

Yəni  müqəddimələr  və  nəticənin,  əslində, 

bir-birinə söykənməsi ilə alman nəticə sofizmdir. Çünki bu zaman 

nəticənin isbatı müqəddimələrdən asılıdırsa, müqəddimənin isbatı 

da nəticədən asılıdır. Məsələn, 

-

 



Haradan əminsiniz ki, rəis sizi özünə müavin seçəcək? 

-

 



Onun mənə xüsusi etimadı var. 

-

 



Etimadmı haradan bilirsiniz? 

387 



Məntiq ____________________________________________________________  

-

 



Çünki kimə ümidi varsa, elə ona da etimad edir. 

-

 



Hansı ümid? 

-

 



Müavin  olacağım  təqdirdə  şirkətin  işlərini  yaxşı  idarə 

edəcəyimə etdiyi ümid. 

6.

 

Təqsimi  dəfi: 



Məlum  olduğu  küni,  belə  hökmlərdən 

"məntiqi əsas"ı onun məntiqi əsasınm ziddi, "məntiqi nəticə"- si də 

onun  məntiqi  nəticə  olan  (və  ya  əksinə)  tam  şərti  hökmü  yanlış 

olacaq.  Çünki  təqsimi  dəfinin  tərifində  dedik  ki,  məntiqi  əsas  və 

nəticənin dəf olması mümkündür, buna görə də başqa hal ola bilər. 

Məsələn,  "Bu  ya  daşdır,  ya  da  ağac"  təqsimi  dəfidən  yuxarıdakı 

kimi  tam  şərti  hökmü  qursaq,  belə  nəticə  alarıq:  "Əgər  bu  daş 

deyilsə,  onda  ağacdır".  Yaxud  alınmış  -  "Əgər  o  bizim  dostumuz 

deyilsə, deməli, düşmənimizdir" - hökmü. 

7.

 



Ehtiva  edilmə: 

Bu  sofizm  silloqizmlərin  nəticəsi  üçün 

ümumi qaydanm yerinə yetirilməməsindən törəyən sofizmdir. Qəti 

hökm  və  silloqizmlər  bəhsində  bu  haqda  damşıldı.  Yəni  oxucular 

əvvəldə gətirdiyimiz həndəsi isbat metodundan istifadə edərək bu 

qaydam ala bilərlər. Amma asanlaşdırmaq üçün deyək ki, bu qayda 

aşağıdakı kimidir: 

a)

 



Ehtiva  dedikdə,  hər  hansı  hökmün  ümumUiyi,  həmçinin 

iqrari və inkari oknası başa düşülür. 

b)

 

Silloqizmin  orta  termini  ən  azı  iki  müqəddimədən  birində 



ehtiva edilməlidir. 

c)

 



Müqəddimələrdə  ehtiva  edilməyən  termin  nəticədə  də 

ehtiva edilmir. Yəni böyük və kiçik termin müqəddimələrdə hansı 

həcmdədirsə, nəticədə də həmin həcmdə olmalıdır. 

Bu üç şərt ödəndikdə nəticə düzgündür. Əks halda sofizm baş 

verir. Aşağıdakı misala baxaq: 

Hər bir rəssam zərif ruhludur. 

Hər səkil çəkən də həmçinin. 

Elə isə hər rəssam şəkil çəkəndir. 

388 



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə