Məntiq.
I.
Formal
II.
Maddi
III.
Qrammatik
I.
Formal Sofizm
Formal sofizm, əwəl də dediyimiz kimi, əqli nəticənin formal
məntiqinin yanlışlığmdan alman yanlış nəticələrdir. Bu zaman
törənən sofizmlərin qarşısım almaq üçün formal məntiq bəhsindəki
bütün qaydalar tam öyrənilməlidir. Həmçinin tərifin şərtlərinin
ödənməməsi ilə alman təriflər də formal sofizmlərə aiddir. Belə
sofizmlərdən aşağıdakıları göstərmək olar:
1.
Tərifin forması:
Yəni düzgün tərifin verilməsi üçün, tərifin
şərtlərmin ödənməməsi zamara abnan nəticələr.
2.
Terminlərin dördləşməsi:
Yəni silloqizmin nəticə verməsi
üçün "orta termin" hər iki müqəddimədə təkrarlanmalıdır. Orta
terminin təkrarlanmaması terminlərin dördləşməsinə və bu da
nəticənin yanlış olduğuna gətirib çıxarır. Bu zaman birinci
müqəddimədə işlənən orta terminlə ikinci müqəddimədəki orta
terminin nəyə dəlalət etməsinə, hər ikisinin predmet və ya hər
ikisinin məfhum oknasma və s. diqqət olunmalıdır.
Ən çox işlənən sofizm bu sofizmdir. Çünki bu şərtin
ödənmədiyini göstərmək bəzən çox çətin olur. Hətta bir çox ağıl
sahibləri bu sofizmdən yaxa qurtara bilməmişlər. Əvvəllər də qeyd
etdiyimiz kimi, bu sofizm üzündən bir çox yanhş nəzəriyyələr uzun
zamanlar zehinlərdə doğru nəzəriyyə adı ilə hökm sürmüşdür.
Bu sofizmlər orta terminin müxtəlifliyinə görə müxtəlif növdür.
İkmci hissədə qəti hökmlərdən damşan zaman Səd- rül-mütəəllüıin
Şirazinin (Molla Sədra) verdiyi "Birinci növ və məşhur predikasiya"
bəhsmə toxunmuşduq. Molla Sədranm bu kəşfi sayəsində belə
sofizmlərin bir çoxunu açıqlamaq olur.
386
_____________________________________________________ . Maddi Məntiq
Belə ki, onun verdiyi predikasiyadan istifadə edərək obyektin,
xarici və ya zehin aləmində oknası aydınlaşdırılır. Məsələn, bəzən
insan iki şeyin bərabərliyindən danışır, halbuki bunlardan biri
xarici, digəri isə zehin aləmində olur. Bunu bir-birindən ayırmaq
üçünsə adı çəkilən predikasiyalar çox önəm daşı- yır.
3.
İqrar və inkar edən silloqizm:
İkinci hissədə qeyd edilən bu
silloqizmlərin formasınm əksinə olaraq verüən silloqizmlə- rin
nəticələri sofizmdir və aşağıdakılardan ibarətdir:
1
.
A=3B
B
Burada sofizm ondan ibarətdir ki, bir nəticənin müxtəlif
səbəbləri mümkünlüyündən ola bilər ki, "B"nin səbəbi eyni
zamanda başqa bir səbəb olsun. Buna görə də yuxarıdakı kimi
silloqizm formal sofizmdir.
11
.
A=)B
_ rA
~B
Burada da yuxarıdakı kimi səbəb və nəticəyə diqqət edilməlidir.
4.
İnkari müqəddimələr sofizmi:
Yəni qəti silloqizmlərdə hər
iki müqəddimə inkari olsa, formal nəticə almmadığmdan silloqizm
sofizm ola bilər.
5.
Dairəvi sofizm:
Yəni müqəddimələr və nəticənin, əslində,
bir-birinə söykənməsi ilə alman nəticə sofizmdir. Çünki bu zaman
nəticənin isbatı müqəddimələrdən asılıdırsa, müqəddimənin isbatı
da nəticədən asılıdır. Məsələn,
-
Haradan əminsiniz ki, rəis sizi özünə müavin seçəcək?
-
Onun mənə xüsusi etimadı var.
-
Etimadmı haradan bilirsiniz?
387
Məntiq ____________________________________________________________
-
Çünki kimə ümidi varsa, elə ona da etimad edir.
-
Hansı ümid?
-
Müavin olacağım təqdirdə şirkətin işlərini yaxşı idarə
edəcəyimə etdiyi ümid.
6.
Təqsimi dəfi:
Məlum olduğu küni, belə hökmlərdən
"məntiqi əsas"ı onun məntiqi əsasınm ziddi, "məntiqi nəticə"- si də
onun məntiqi nəticə olan (və ya əksinə) tam şərti hökmü yanlış
olacaq. Çünki təqsimi dəfinin tərifində dedik ki, məntiqi əsas və
nəticənin dəf olması mümkündür, buna görə də başqa hal ola bilər.
Məsələn, "Bu ya daşdır, ya da ağac" təqsimi dəfidən yuxarıdakı
kimi tam şərti hökmü qursaq, belə nəticə alarıq: "Əgər bu daş
deyilsə, onda ağacdır". Yaxud alınmış - "Əgər o bizim dostumuz
deyilsə, deməli, düşmənimizdir" - hökmü.
7.
Ehtiva edilmə:
Bu sofizm silloqizmlərin nəticəsi üçün
ümumi qaydanm yerinə yetirilməməsindən törəyən sofizmdir. Qəti
hökm və silloqizmlər bəhsində bu haqda damşıldı. Yəni oxucular
əvvəldə gətirdiyimiz həndəsi isbat metodundan istifadə edərək bu
qaydam ala bilərlər. Amma asanlaşdırmaq üçün deyək ki, bu qayda
aşağıdakı kimidir:
a)
Ehtiva dedikdə, hər hansı hökmün ümumUiyi, həmçinin
iqrari və inkari oknası başa düşülür.
b)
Silloqizmin orta termini ən azı iki müqəddimədən birində
ehtiva edilməlidir.
c)
Müqəddimələrdə ehtiva edilməyən termin nəticədə də
ehtiva edilmir. Yəni böyük və kiçik termin müqəddimələrdə hansı
həcmdədirsə, nəticədə də həmin həcmdə olmalıdır.
Bu üç şərt ödəndikdə nəticə düzgündür. Əks halda sofizm baş
verir. Aşağıdakı misala baxaq:
Hər bir rəssam zərif ruhludur.
Hər səkil çəkən də həmçinin.
Elə isə hər rəssam şəkil çəkəndir.
388
Dostları ilə paylaş: |