Məntiq ____________________________________________________________
tu, yaxud topikanı dərk etməmək üzündən qəbul etməsin. Belə olan
təqdirdə başqa sübut gətirmək lazımdır.
Aşağıdakı iki silloqizmə baxaq:
I.
Allah varlıqdır.
Hər bir varlığın məkanı olmalıdır.
Elə isə Allahın da məkanı vardır.
Bu silloqizm forma cəhətindən düzgün, amma maddə
cəhətindən səhvdir.
II.
Nizami insandır.
Nizami şairdir.
Elə isə insan şairdir.
Bu silloqizm də surət cəhətindən səhv, maddə cəhətindən
düzgündür. Buna görə də sofizm formal və maddi məntiqin səhv
olması nəticəsində əmələ gəlir və aşağıdakı faydalarım saymaq
olar:
1.
Sofizm etməmək: Yəni sərbəst təfəkkür zamam sübuta
(bürhana) yetişmək üçün sofizm bəhsini bilmək lazımdır. Çünki ola
bilər ki, gətirilən sübut sofizm olsun və bu bizim diqqətimizdən
yaymsm.
2.
Sofizmə düşməmək: Yəni qarşı tərəf sofizm edən zaman
bundan xəbərdar ohnaq üçün də sofizm bəhsini bilmək faydalıdır.
3.
Məcburiyyətdə istifadə: əl-Bəqərə surəsinin 194-cü ayəsində
Allah-taala buna işarə edib. Yəni insan bəzən məcbur olur ki,
sofizm edənlə sofizm ilə damşsm. Çünki qəsdən olan sofizmin
qarşısı, bəzən sofizm ilə alınmalıdır.
4.
İmtahan: Yalnız kimisə yoxlamaq, imatahan etmək üçün
istifadə edilir. Məsələn, tələbələri yoxlamaq məqsədi ilə.
İblis və ilk sofizm:
"Sizi (babantz Addmi) yaratdtcf, sonra sizə surət verdik və
mələklərə: "Adəmə səcdə edin!" - dedik. İblisdən başqa hamtst
378
----------------------------------------------------------------------------------Maddi Məntiq
səcdə etdi. O, səcdə edənlərdən olmadt. (Allah iblisə): "Mən sənə
əmr edəndə sənə səcdə etməyə nə mane oldu?" - deyə buyurdu.
(İblis: ) "Mən ondan daha yaxşıyam (üstünəm), çünki Sən məni
oddan, onu isə palçıqdan yaratdın!" - dedi"^”^.
İndi biz İblisin burada gətirdiyi əqli nəticənin sofizm olduğunu
göstərək.
Allah İblisdən soruşur: "Mən əmr etdikdə, sənə nə mane oldu
ki, itaətdən çəkinib Adəmə (ə) səcdə etmədin?".
İblis dedi: "Mən Adəmdən (ə) üstünəm və məni oddan, onu isə
torpaqdan yaratmısan".
Bundan sonra Allah-taala İblisi təkəbbür etdiyinə görə
cəzalandıraraq dərgahmdan qovur.
Məlumdur ki, İblisin cavabı düzgün olsa idi, Allah onu
cəzalandırmazdı.
Deməli, İblis həzrət Adəmə (ə) səcdə etməməsinin səbəbini
"Mən Adəmdən (ə) üstünəm və məni oddan, onu isə torpaqdan
yaratmısan" cavabı ilə izhar edir. İblisin bu cavabım bir az
dəqiqləşdirsək, bu şəkildə olar: "Mən oddan yaranmışam. Adəm (ə)
də torpaqdan yaramb; elə isə mən ondan (ə) üstünəm. Üstün
olduğum üçün mən ona (ə) səcdə etməməliyəm. Buna görə də səcdə
etmədim."
İblisin gətirdiyi bu dəlili məntiqi arqumentləşdirmə (dəlil-
gətirmə) şəklində göstərək. Məntiqi arqumentləşdirmə şəklində
araşdırdıqda məlum olur ki, İblisin ayədə gələn qısa cavabı ümumi
olaraq, əslində, aşağıdakı iki silloqizmdən ibarətdir.
I Silloqizm:
Mən oddan yaranmışam.
Adəm (ə) torpaqdan yaranıb.
Od torpaqdan üstündür.
Elə isə mən ondan (ə) üstünəm.
*əl-Əraf, 11,12
379
Məntiq ____________________________________________________________
II SiIIoqizm:
Mən ondan (ə) üstünəm.
Üstünlüyümə görə ona (əl səcdə etməməliyəm.
Ona görə də səcdə etmədim.
İblisin təkəbbür nəticəsində olan sofizmi isə hər iki sillo-
qizmdə baş verib. Hər iki silloqizmdə formal məntiq düzgündür.
Yərü maddi məntiqi doğru olaraq qəbul etsək, İblisin nəticəsi
düzgündür. Bumm isbatı üçün hər iki silloqizmdə "mad- də"ni
dəyişərək "forma"m saxlayaq. Onda alarıq;
1-
d 1 m^ qutuda qurğuşun vardır.
2-
d 1 m^ qutuda isə su vardır.
Qurğusun sudan ağırdır.
Elə isə 1-d 2-ddən ağırdır.
1-d 2-ddən ağırdır.
Ağır olduğu ücün 1-d asan qaldırılmamalıdır.
Ona görə də 1-d asan qaldırılmadı.
Deməli, İblisin dəlilinin forması, yəni omm əqli nəticəsində
formal məntiq düzgündür. Allahm İblisin sözlərini qəbul etməyib
onu cəzalandırması, onun nəticəsinin səhv olduğuna işarədir.
Nəticə səhv, forma isə düzgündür, onda İblisin dəlilinin məddəsi
düzgün olmamalıdır. Əks halda nəticə düzgün olar. Doğrudan da,
İblisin dəlilində maddə düzgün deyü. "Od torpaqdan üstündür" və
"Üstün olduğum üçün ona (ə) səcdə etməməliyəm" hökmlərinin hər
ikisi səhvdir. Çünki:
1.
Odun torpaqdan üstün olması haradan məlum idi ki? Məgər
Allah odla torpaq arasmda belə bir nisbət təyin etmişdirmi? Əlbəttə
ki, xeyr!
2.
Üstün olan bir şeyin başqa bir şeyə səcdə etməməli olduğu
necə? Doğrudan da, belədirmi? Burada da cavab mənfidir. Hətta
əgər cavab müsbətdirsə, Allah əmr etsə, necə? Həzrət Yaqub (ə)
Yusif (ə) peyğəmbərin atası idi. Məlumdur ki, bir cə
380