Redaktor: Korrektor: Cildin



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə92/119
tarix14.05.2018
ölçüsü2,78 Mb.
#44094
1   ...   88   89   90   91   92   93   94   95   ...   119

Maddi Məntiq 

mışlarla  isbat  etmək.  Ona  yaranmışlarla  inanmaq  ağIm  yuxarı 

mərtəbələrində zəiflik hesab olunur. Əgər Allahm varlığmı heç bir 

yaranmışdan  istifadə  etmədən  göstərmək  olursa.  Ona  yönəlmək 

olursa,  əlbəttə  ki,  "Onu  mdxluqlarla  isbat  etmayi  -  Ona 

məxluqların vasitəsilə iman gətirməı/'i, "Onu heç bir yaranmışdan 

istifadə  etmədən  isbat  etməy"m  qarşısmda  -  "Ona  məxluqların 

vasitəsilə yox, məhz Özü ilə iman gətirməy"m qarşısmda zəif hesab 

etmək  olar.  Çünki  Allahm  Özünün  də  dediyi  kimi.  Onu  Özü  üə 

tanımaq ən kamil tanımaqdır. 

İnsan  ağlı  belə  bir  sübutım  oknasım  qəbul  edə  bilmir.  Amma 

əl-İxlas  surəsinin  ikinci  ayəsi  bunu  təsdiqləyir.  Ayədə  buyurulur: 

"Allah (heç kəsə, heç nəyə) möhtac deyildir!" Məlumdur ki, hər bir 

şey özünü büruzə vermək üçün nəyəsə ehtiyac duyur və bu onun 

zəifliyindən  irəli  gəlir.  Əgər  Allah  da  Özünü  göstərməsi  üçün 

nədənsə  istifadə  etsəydi,  ehtiyaclı  olardı.  Halbuki  Allah  bütün 

zəifliklərdən  uzaqdu.  Cisimlərin  nura  olan  ehtiyacı  küni.  Belə  ki, 

cisimlər  görünməkdə  nura  ehtiyaclıdır.  Buna  əsasən,  ən-Nur 

surəsində  Allah buyurur:  "Allah  göylərin  və  yerin  nurudur".  Yəni 

hər şeyin var olması, görünməsi Allaha bağlıdır. Allah olmasa, heç 

bir şey var ola bilməz. 

Amma  deyə  bilərsiniz  ki,  bəs  onda  niyə  Allah  Öz  varlığmı 

insanlara  başqa  sübutlardan  istifadə  edərək  isbat  edir?  Cavab  isə 

bundan  ibarətdir  ki,  insanlarm  qabiliyyəti  müxtəlifdir.  Allah-taala 

bəzi  insanlar  üçün  müxtəlif  dəlillər  gətirir  ki,  qəbul  etsinlər.  Yəni 

əksər  insanlar  Allahı  məxluqlarla  tamyır.  Bunun  da  heç  bir  eybi 

yoxdur.  Amma  hər  kim  istəsə  ki,  Allahı  daha  dəqiq,  daha  aşkar 

tamsm,  "siddiqin  bürham"na  müraciət  edə  bilər.  Qabiliyyətləri, 

qavrama  imkanları  yüksək  olan  insanlar  üçün  Allah  siddiqin 

sübutu ilə görünür. 

Həmçinin Allah Ali-İmran surəsinin 18-ci ayəsində  buna işarə 

edərək.  Özü  Öz  varlığma  şəhadət  verir.  Bununla  da  onu  demək 

istəyir ki. Mənim varlığım başqası ilə yox. Mənim 

359 



Məntiq ____________________________________________________________  

Özümlə isbat edilməlidir. Molla Sədra Şirazi belə ayələrdən ilham 

alaraq,  onlarm  təfsirinin  öhdəsindən  bÖ

3

dik  məharətlə  gəlmiş  və 



sübutlarm 

şahı 


olan 

özünün 


bu 

sübutunu 

"siddiqin" 

adlandırmışdır.  Belə  ki,  o,  Allahı  Allahm  məhz  Özü  ilə  isbat 

etmişdir. Ağılları heyran edəcək bu sübutu dərk etmək üçün fəlsəfi 

müqəddimələr tələb edildiyindən və eyni zamanda, dərk edilməsi 

çətin  olduğundan,  həmçinin  əsas  mövzudan  uzaq  olduğundan 

burada  verilməsi  münasib  deyil.  Molla  Səd-  ranm  fəlsəfədə  son 

sözün  sahibi  olması  da  buna  görədir.  Çünki  bəşərin  tarix  boyu 

arxası  ilə  düşdüyü  məsələni.  Molla  Sədra  özünün  qəti,  möhkəm 

fəlsəfəsi əsasmda tapa bildi. 

MoUa  Sədradan  sonra  bu  məktəbin  davamçısı  sayılan  həkim 

Səbzəvari  bu  sübutu  özünəməxsus  olaraq  daha  da  kamil  şəkildə 

vermişdir. Daha sonra XX əsrin dühası Əllamə Təbatə- bai Təbrizi 

(əl-Mizan  təfsirinin  müəllifi),  bu  sübutu  son  dərəcə  sadə  şəklə 

salaraq, həqiqətdən də, yahuz və yahuz zəruri hökmlərdən istifadə 

edərək Allahı isbat edə bilmişdir. 

Qalan  sübutlarda  Allahm  varlığı  aşağı,  varlığm  zəif 

mərhələlərində  isbat  edilir,  yəni  bu  sübutlar  Allahm  varlığım.  O, 

məxluqları  yaratdıqdan  sonrakı  mərhələlərdə  isbat  edir.  Bu 

sübutlar  Allahdan  başqa  heç  bir  şey  olmayan  mərhələdə,  yəni 

Allahm məxluqları yaratmamışdan  əvvəlki mərhələdə Allahı isbat 

edə  bilmir  (diqqət).  Amma  dediyimiz  sonuncu  sübut  isə  Allahı, 

Ondan başqa heç bir şey olmayan mərhələdə isbat edir ki, bunun da 

başqa  sübutlara  nisbətən  xüsusi  gözəlliyi  var.  Bu  sübutda  heç  bir 

şey  nəzərə  alınmadan,  heç  bir  şeyin  varlığı  önə  çəkilmədən  Allah 

isbat  olunur.  Daha  doğrusu,  Allahm  varlığı,  yalnız  zəruri 

hökmlərdən  istifadə  edilərək  isbat  edilmişdir.  Başqa  sözlə,  yalmz 

hikmətə  söykənilmişdir.  Yəni  hətta  yaranmışlar  olmasa  belə, 

hikmət  tələb  edir  ki,  Allah  var  olsun.  "Covşəni-kəbir"  duasmdakı 

"Ey  O  kəs  ki.  Özü  Öz  varlığma  dəlildir"  ifadəsi  də  buna  işarədir. 

Yaxud  əl-İxlas  surəsində  (əvvəldə  qeyd  edilən)  Allahm  heç  nəyə 

ehtiyacı olmaması da 

360


 


 -----------------------------------------------------------  --  ----  ------------- Maddi Məntiq 

buna bir işarədir. Bunu, Ali-İmran surəsinin 18-d ayəsinə müraciət 

etməklə də aydm şəkildə görə bilərik. 

Amma bu sübutları məntiqin əsas mövzusımdan xaric olduğu 

üçün  və  yaxud  fəlsəfə  ilə  bağh  olduğundan,  burada  vermək 

münasib deyil.  İnşallah bu  haqda  gələcəkdə  nəzərdə  tutduğumuz 

fəlsəfə kitabmda damşacağıq. 

Onu  da  qeyd  edək  ki,  əvvəl  də  dediyimiz  kimi,  bütün  bu 

sübutlar hüsuli idrakla yaranan bihklər sayılır. Siddiqüı sübutu isə 

hüsuli  biliklərin  ən  yüksək  mərhələsidir.  Bu  mərhələdən  sonra 

hüzuri idrak başlayır ki, bu da, yalnız ariflərə məxsusdur. 

SUALLAR: 

1.

 

Tam  analoji  və  tam  induksiyanm  verdiyi  nəticələr  sübutdur- 



mu? İzah edin. 

2.

 



Riyazi və ya fiziki qanunlardan birini gətirin və sübut olduğunu 

göstərin. 

3.

 

Kitabın  əvvəlki  bəhslərində  gətirilən  dəlillərdən  birini  seçin  və 



sübut olduğunu izah edin. 

4.

 



"Nəticədən  səbəbə"  və  "səbəbdən  nəticəyə"  sübutuna  misal 

gətirin. 

5.

 

Yəqini  hökmlərin  hər  bir  növünün  yəqini  olduğunu  "sübut"la 



isbat edin. 

6.

 



Məntiqin zəruriliyinə sübut gətirin. 

7.

 



İslam filosoflarımn Allahın varlığına aid gətirdikləri sübutlardan 

hansıları ilə faraşsınız? 

8.

 

Kitabda  işarə  edilən  "sonradan  yaranma"  sübutunu  Quranda 



göstərin və məntiqi şəkildə izah edin. 

361 



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə