Redaktor: Korrektor: Cildin



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə91/119
tarix14.05.2018
ölçüsü2,78 Mb.
#44094
1   ...   87   88   89   90   91   92   93   94   ...   119

Məntiq ____________________________________________________________  

Bu misalda orta termin (od) nəticənin alınmasmda rol oynayır. 

Yəni  nəticədəki  "nisbət  vermə"ni,  yaxud  predikasiyanı  ifadə  edir. 

Burada  da  orta  termin  "nisbət  vermə"  rolunu  oynamaqla  bərabər, 

həmçinin nəticəni isbat edir. İndi isə misalı dəyişək. 

Bu otaqda tüstü var. 

Tüstü olan yerdə od da var. 

Elə isə bu otaqda od var. 

Göründüyü kimi, orta termin (tüstü) nəticənin alınmasmda rol 

oynayır.  Amma  nəticəni  "isbat"  etmir.  Çünki  xarici  aləmdə  orta 

termin (tüstü) yekun nəticənin predikatmm (odun) səbəbi deyil. 

Bu  iki  növ  sübut  öz  növbəsində  müxtəlif  qisimlərə  bölünür, 

amma biz bu qədərlə kifayətlənirik. 

Allahtanıma  mövzularmda  da  dəlil  üçün  iki  yol  var.  Birinci 

yolda səbəbi tanımaqla nəticə tanmır. Yəni əvvəlcə Allah tam- mr, 

sonra bunun sayəsində məxluqlar haqqmda məlumatlar əldə edilir. 

Məsələn,  Allah  vardır,  yaradandır.  Allahı  tanımaqla,  Onun  necə 

yaratdığı  haqqmda  da  bilik  əldə  edirik.  Sonra  da  məxluqlar 

aşkarlamr.  Yəni  bu,  "səbəbdən  nəticəyə"  sübutu  vasitəsilə  əldə 

edilir.  Bu  yol  peyğəmbərlərə  (s)  və  imamlara  (ə)  məxsusdur. 

Əlbəttə, bunu qısa olaraq qeyd edirik. 

"Nəticədən səbəbə" sübutundan isə adi insanlar istifadə edirlər. 

Çünki insanlar, adətən, aləmin varlığı ilə Allahı dərk edirlər. Aləmi 

araşdırdıqdan sonra belə nəticəyə gəlirlər ki, Allah vardır. Allahm 

varhğmı  isbat  edən  belə  sübutlardan  biri  də  "Nizam-intizam" 

sübutudur. 



Allah və "nizam-intizam" sübutu (bürhanı) 

Allah  Fussilət  surəsinin  53-cü  ayəsində  buyurur: 



"Onun 

(Quranın) haqq olduğu onlara (müşriklərə) bəlli olsun deyə, Biz 

Öz qüdrət nişanələrimizi onlara həm xarici aləmdə (üfüq- 

356 



 _____________________________________________________ Maddi Məntiq 

lərdd, kainatda, göylərin və yerin ətrafmda), həm də onlann öz 

daxilində  mütləq  göstərəcəyik".

 

Yaxud,  əl-Ğaşiyə  surəsirdn  17-  d 



ayəsində  buyurur: 

"Məgər,  dəvəyə  baxmırlar  ki,  necə 

yaradılmışdır?" 

Ayələrdən məlum olur ki, həm xarici aləmdə, həm də insa- nm 

daxili aləmində Allahm nişanələri vardır. Biz hələ ki, bu iki xarici və 

daxili aləmi, yabnz fiziki aləm hesab edərək bu ayəni izah edəcəyik. 

Fiziki aləmə və insan bədərıirıin anatomiyasma nəzər saldıqda 

görürük  ki,  bu  iki  aləm  eyni  "atom"  zərrələrindən  təşkil 

olunmuşdur. Eyni zamanda, bir-birindən fərqli olan hər bir atomun 

daxili  fizikası  bərabər  qanuna  tabedir.  Hər  birinə  eyni 

nizam-intizam hakimdir. "Tam şərti zəruri" hökmlərdə də dedik ki, 

ümumiyyətlə,  aləm  vahid  qanun  üzərindədir.  Bu,  dəqiq  elmləri 

bilənlərə  daha  aşkardır.  Deməli,  "Aləm  nizamlıdır"  (1)  hökmü 

yəqini  hökmdür.  Başqa  tərəfdən,  həmçinin  "Hər  bir  ni-  zamm 

nizamlayıcısı  var"  hökmü  zəruridir  (11).  Yəni  hər  bir  nizam,  onu 

nizama  salmaq  üçün  nizamlayıcı  tələb  edir.  Bunu  da  ağıl  isbatsız 

olaraq  qəbul  edir.  Əlbəttə  ki,  buna  iradlar  olsa  da,  öz  yerində 

cavablar 

verilmişdir. 

Belə 


ki, 

alimlər 


tərəfindən, 

uzun 


mübahisələrdən  sonra,  dəqiq  şəkildə  isbat  edilmişdir  ki,  "Hər  bir 

nizamm  nizamlayıcısı  var".  (1)  və  (II)  hökmlərini  sil-  loqizm 

şəklində verək: 

Aləm nizamlıdır. 

Hər bir nizamın nizamlayiası vardır. 

Bu,  qəti  silloqizmin  birinci  fiqurudur  ki,  burada  omm 



müqəddimələrinin hər biri yəqini hökmdür. Həmçinin silloqizmin 

forması  da  nəticəlidir.  Elə  isə  yekun  nəticə  olaraq,  "Aləmin 

nizamlayıcısı vardır" hökmünü alarıq. 

Bununla görürük ki, Allah yuxarıdakı ayə ilə, bu izaha əsasən, 

Öz varlığım isbat edir. Təmiz şərti zəruri hökmlərdən də 

357 



Məntiq ____________________________________________________________  

göründüyü  kimi,  Allahm  Özünün  də  dediyi  kimi,  O  hikmətlidir. 

Yəni Allah Quranm bir çox yerində sübutlar (bürhanlar) vermişdir, 

amma bir hikmət sahibi olaraq bu qədər böyük izaha ehtiyacı olan 

sübutu  bircə  ayə  ilə  göstərmişdir.  Quranm  möcüzə  oknağmm  bir 

cəhəti də buna görədir. 



Siddiqin  (sadiqlərin)  sübutu  (bürhanı): 

İslam filosofları və 

başqa  teist  filosoflar  Allahm  varlığım  isbat  etmək  üçün  müxtəlif 

sübutlar vermişlər. Bu sübutlarm hər biri Quranda yuxarıda qeyd 

edildiyi  kimi,  müxtəlif  ayələrdə  cəmlənmişdir.  Bunlardan 

"sonradan  yaranma",  "nizam-intizam"  sübutunu,  İbn  Sinanm 

"vacibəl-vücud"  sübutunu,  "inkar",  "məhəbbət"  sübutlarım 

göstərmək olar. İbn Sinanm gətirdiyi sübutdan başqa, demək olar 

ki,  bütün  bunlar  "nəticədən  səbəbə"  sübutlarıdır.  İslam  və  teist 

filosofları  tarix  boyu  çalışmışlar  ki,  Allahm  varlığma  "səbəbdən 

nəticəyə"  sübutu  gətirsinlər.  Yəni  Allahm  varlığım  aləmdən,  yar 

anmışlar  dan  istifadə  etmədən  isbat  etsinlər.  Başqa  sözlə, 

görünməyən  bir  şeyi,  heç  bir  nişanəsi  olmadan,  olsa  da,  nəzərə 

almadan isbat etmək. Bu sübut fəlsəfədə "siddiqin" sübutu adlanır. 

Bizim sadə ağlımız bunun qeyri- mümkün olduğunu deyir. Çünki 

necə mümkün ola bilər ki, heç bir ünsürdən istifadə etmədən, nəsə 

isbat edilsin? 

İlk  dəfə  belə  bir  iddiam  İbn  Sina  etmişdir.  Əvvəlki  dərslərdə 

qeyd  etdiyimiz  kimi,  təqribən,  onunla  eyni  zamanda  yaşamış 

Məsihi filosofu Anselm də belə bir iddiada olmuşdur. Amma alman 

fllosofu  Kant  göstərdi  ki,  nəinki  Anselmin  sübutu  "səbəbdən 

nəticəyə" sübutu deyil, əksinə, sofizmdir. 

İbn Sinanm dəlili sübut olsa da, fəlsəfədə Sədrül-mütəəlli- hin 

Şirazi  (Molla  Sədra)  göstərdi  ki,  İbn  Sinanm  sübutu  "siddiqin" 

sübutu  deyil,  amma  ona  ən  yaxm  sübutdur.  Molla  Sədra,  İbn 

Sinanm  sübutunun  siddiqin  olmadığım  göstərdikdən  sonra, 

özünün sübutunu gətirərək isbat etdi ki, Allahm heç nəyə ehtiyacı 

yoxdur.  Hətta  isbat  olunmağa  belə  ehtiyacı  yoxdur.  Onun  varlığı 

aşkardır. Onun varlığım aləmlə, yaran- 358 



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə