Referat fakültə: Biznes və marketinq. Qrup: 418-A. Kurs



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə10/15
tarix31.12.2021
ölçüsü0,73 Mb.
#81567
növüReferat
1   ...   7   8   9   10   11   12   13   14   15
Vüsal Əliyev.

3.

 

Sahibkarlığın dövlət tərəfindən hüquqi tənzimlənməsi- 

“Sahibkarlıq fəaliyyəti” haqqında qanun. 

Ölkəmizdə  işgüzar  fəaliyyətlə  bağlı  baza  xarakterli  qanunlardan  biri 



“Sahibkarlıq  fəaliyyəti”

  haqqında  qanundur.  Bu  hüquqi  sənəd  Azərbaycan 

Respublikasında sahibkarlığın prinsiplərini, sahibkarlıq fəaliyyəti subyektlərinin 

hüquq  və  vəzifələrini,  həmçinin  onların  məsuliyyətlərini  müəyyən  edir, 

sahibkarlıq  fəaliyyətinin  dövlət  tərəfindən  müdafiə  edilməsinin  və 

həvəsləndirilməsinin  forma  və  üsullarını  açıqlayır,  sahibkarların  dövlətlə 

qarşılıqlı  münasibətlərini  tənzimləyir.  Bu  qanun  həmçinin  bütün  mülkiyyət 

formalarının bərabərliyi, müstəqil olaraq işgüzar fəaliyyət sahəsinin seçilməsi və 

iqtisadi  qərarlar  qəbul  edilməsi  əsasında  təşəbbüskarlığın  və  işgüzarlığın  geniş 

təzahür etməsi üçün əlverişli şəraitin yaradılmasına yönəldilmişdir.  

Qanunda  göstərilir  ki,  dövlət  sahibkarlıq  fəaliyyətinin  qanunvericilik, 

inzibati  hüquq,  büdcə,  vergi  və  pul-kredit  sistemləri  vasitəsilə  tənzimləyir, 

sahibkarlığa kömək məqsədilə informasiya, məsləhət, elm və tədris mərkəzləri, 

maliyyə  fondları  yaradır,  həmçinin  bir  sıra  belə  xarakterli  tədbirlər  həyata 

keçirir.  Lakin  bu  zaman  dövlət  hakimiyyəti  və  idarəetmə  orqanlarına 



 

BAKI-2021 



sahibkarlığın bu və ya digər növü üçün əlverişli fəaliyyət şəraiti yaradılmasına 

xüsusi imtiyazlar verən qərarlar qəbul etmək qadağan olunur. 

Sahibkarlığın  dövlət  tərəfindən  hüquqi  tənzimlənməsi  üzrə  dünya 

təcrübəsi göstərir ki, yeni hüquqi sənədlər qəbul edilərkən iqtisadi qanunçuluğu 

bərqərar etmək məqsədilə aşağıdakı prinsiplər əsas götürülür:  

- dövlətin iqtisadi 

qanunları,  hüquqi  normaları  ümumi,  dəqiq  və  daimi  xarakter  daşımalı,  dövlət 

onu  istədiyi  vaxt  dəyişmək  imkanına  malik  olmamalıdır;  -  müvafiq  iqtisadi 

qanunlar  sahibkarlıq  subyektlərinə  münasibətdə  ayrı  seçkilik  yaratmamalı  və 

eyni  iqtisadi  fəaliyyəti  həyata  keçiriən  bütün  təsərrüfat  subyektlərinə  şamil 

edilməlidir;  -  hüquqi  qanunlar  sahibkarlıq  subyektlərinin  iqtisadi  fəaliyyətinin 

yalnız  ümumi  şəraitini  təmin  etməli,  lakin  bu  şərait  daxilində  onların  fərdi 

qərarlarını məhdudlaşdırmamalıdır; - dövlətin iqtisadi qanunlar sistemində bir-

birinə  zidd olan, bir-birini inkar  edən sənədlər  olmamalı, mövcud olan  və  yeni 

dərc  edilən  qanunlar  bir-birini  tamamlamalı  və  şərtləndirməli,  sahibkarlığın 

hüquqi  bazasının  daha  da  genişləndirilməsinə  və  yaxşılaşmasına  xidmət 

etməlidir;  -  sahibkarlığın  hüquqi  bazası  möhkəm  sosila  təminata  malik 

olmalıdır. Bu o deməkdir ki, sahibkarlıq fəaliyyətinin subyektləri qanunlarda öz 

əksini  tapmış  müddəalara  etimad  göstərməli,  sahibkarlığı  əhatə  edən  hüquqi 

mühitin daimiliyinə və səmərəsinə inanmalıdırlar.

  

İqtisadiyyatın 




Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə