Referat tələbə: Vəliyeva Fidan Elmi rəhbər: Vüsal Mürsəlov Bakı 2023 Plan Giriş


Əmək məhsuldarlığının səviyyə göstəriciləri



Yüklə 27,04 Kb.
səhifə2/2
tarix07.05.2023
ölçüsü27,04 Kb.
#108890
növüReferat
1   2
FİDAN Statistika

Əmək məhsuldarlığının səviyyə göstəriciləri

Əmək məhsuldarlığının səviyyəsi iki göstərici ilə qiymətləndirilir. Bunlardan biri birbaşa, düz (istehsal), digəri isə tərs (əmək tutumu) göstəricisidir.


Düz göstərici sərf edilmiş vaxtın hər vahidinə istehsal edilmiş məhsulun miqdarını xarakterizə edir və əmək məhsuldarlığının ən geniş yayılmış göstəricisidir. Deməli, istehsal edilmiş məhsulun miqdarı nə qədər çox olarsa əmək məhsuldarlığının səviyyəsi də bir o qədər yüksək olar. Bu göstərici düstur şəklində aşağıdakı kimi yazılır:
W=
Burada, W - əmək məhsuldarlığını, q - istehsal edilmiş məhsulun həcmini, T- məhsul istehsalına sərf edilmiş ümumi vaxtı və ya işçilərin sayını göstərir.
Əmək tutumu (tərs göstərici) məhsul vahidi istehsalına sərf edilmiş iş vaxtım xarakterizə edir və düstur şəklində aşağıdakı kimi yazılır:
t = =
Deməli, əmək tutumunun azalması əmək məhsuldarlığının artmasına gətirib çıxarır.
Misal: 2013-cü ilin I rübündə firmanın istehsal etdiyi məhsulun həcminin 5000 ədəd, işçilərin sayının 200 nəfər, əmək məsrəfinin 1000 adam-saat olduğunu bilərək firma üzrə əmək məhsuldarlığını və əmək tutumunu hesablayın.
Həlli: İşçilərin sayına görə:
W = = 25 ədəd
İş vaxtı məsrəfinə görə:
W = = 5 ədəd
Bu o deməkdir ki, bir işçi bir saat ərzində 5 ədəd məhsul istehsal edir.
Əmək tutumu: t = = 0.2 adam-saat, yaxud : t = = 0.2 adam-saat.
İş vaxtı məsrəflərinin adam-saat, adam - gün və s. ifadə olunmasından asılı olaraq əmək məhsuldarlığının orta saathq, orta günlük və s. göstəriciləri fərqləndirilir. Orta saathq əmək məhsuldarlığı hər hansı bir dövr üzrə istehsal edilmiş məhsulun miqdarını həmin dövrdə faktiki işlənmiş adamsaatların miqdarına bölməklə hesablanır. Orta günlük əmək 'məhsuldarlığı da oxşar qaydada hesablanır. Orta aylıq (rüblük, illik) əmək məhsuldarlığını hesablamaq üçün öyrənilən dövrdə istehsal edilmiş məhsulun həcmi işçilərin orta sayna bölünür.
Misal: Cari ilin II rübündə firmanın istehsal etdiyi məhsulun həcminin 80 min ədəd, işlənmiş adam-saatlann 2000, işlənmiş adam-günlərin 1000 olduğunu bilərək orta saatlıq və günlük əmək məhsuldarlığını hesablayın.
Həlli: Orta saatlıq əmək məhsuldarlığı:
Ws = = 40 ədəd
Orta günlük əmək məhsuldarlığı:
Wg = = 80 ədəd
Əmək məhsuldarlığımın səviyyə göstəriciləri arasında da bu cür qarşılıqlı əlaqə vardır. Belə ki,
W = ; q = W * T ; T = t * q
Bu əlaqə də iqtisadi hesablamalarda istifadə olunur. Ümumi məhsulun hesablanması üsulundan asılı olaraq statistikada əmək məhsuldarlığının ölçülməsinin üç metodundan natural, əmək və dəyər - istifadə edilir. Bunların hər birinin müəyyən iqtisadi mənası və tətbiq dairəsi vardır.
Eyni növ məhsul istehsalı şəraitində əmək məhsuldarlığı natural kəmiyyətlə ölçülür. Bu zaman əmək məhsuldarlığının səviyyəsi müvafiq fiziki ölçü vahidləri ilə (ton, metr, litr və s.) ifadə olunur. Müxtəlif növ məhsul istehsalı şəraitində müəssisə, sahə və bütövlükdə iqtisadiyyat səviyyəsində əmək məhsuldarlığının dəyər göstəricilərindən istifadə edilir. Bu zaman bütün növ məhsullar dəyərlə, manatla ifadə olunur.
Dəyər ifadəsində əmək məhsuldarlığı düstur şəklində aşağıdakı kimi yazılır:
W =
Burada, - dəyər ifadəsində məhsulun həcmini, - məhsul istehsalına sərf edilən əmək məsrəfini göstərir. İqtisadiyyat üzrə bütövlükdə əmək məhsuldarlığı ÜDM-un həcmini iqtisadi fəal əhalinin orta illik sayına bölməklə də hesablanır.

Nəticə
İqtisadi səmərəlliyə nail olunması üçün əmək məhsuldarlığının yüksəldilməsi yeni texnologiyalara əsaslanan innovasiya iqtisadiyyatına keçid və bütün istehsal ehtiyatlarının səfərbərliyə alındığı təqdirdə müvəffəqiyyətlə həll edilə bilər.
Əmək məhsuldarlığının səviyyəsini ölkələr üzrə müqayisə etmək üçün ÜDM-in valyutaların alıcılıq qabilliyyəti paritetinə əsasən hesablanması məqsəduyğundur.
İqtisadiyyatda əmək məhsuldarlığı göstəricilərini hesablayarkən müxtəlif konsepsiyalardan istifadə edilməsi daha məqsədəuyğundur. Bunlardan ən geniş yayılmış və daha çox praktik mahiyyət daşıyanı məhsul buraxılışı, digəri isə əlavə dəyər konsepsiyasıdır.

Ədəbiyyat

  1. Yaqubov S.M., Məmmədov A.M. Sosial-iqtisadi statistika, Bakı, 2015.

  2. www.stat.gov.az

  3. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı, 2010

  4. Rəsmi statistika haqqında Azərbaycan Respublikasının Qanunu, 18 fevral, 1994-cü il

Yüklə 27,04 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə