Referat tələbənin adı, soyadı: Cəfərova Aysel Fakultə: Biznes idarəçiliyi İxtisas: Menecment Qrup: tmtq-1001 Kurs: IV


Mövzu 4. Mühasibat uçotunun sənədləri, registrləri və



Yüklə 300,23 Kb.
səhifə2/4
tarix26.10.2017
ölçüsü300,23 Kb.
#6820
növüReferat
1   2   3   4

Mövzu 4. Mühasibat uçotunun sənədləri, registrləri və

formaları

Plan:


1. Sənədləşmə, onun mahiyyəti və əhəmiyyəti.

2. Sənədlərin rekvizitləri.

3. Sənədlərin təsnifatı.

4.Sənədlərin qəbulu, yoxlanması və işlənməsi.

5. İnventarlaşdırma.

Sənədləşmə, onun mahiyyəti və əhəmiyyəti. Sənədlər mühasibat uçotunda təsərrüfat prosesləri zamanı baş verən əməliyyatlar üzərində müşahidə aparmaq üçün əsas üsuldur. Baş verən hər bir təsərrüfat əməliyyatı məzmunundan və həcmindən asılı olmayaraq mütləq sənədlə rəsmiyyətə salınmalıdır. Sənədləşmə mühasibat uçotu obyektlərinin tərkibində baş verən dəyişiklikləri müntəzəm və ardıcıl olaraq qeyd etmə üsulu deməkdir. Sənədləşmə təsərrüfata rəhbərlik etmək üçün nəzarət vasitəsidir.

Sənədlər uçot məlumatlarının yoxlamasında və səhvlərin aşkara çıxarılmasında istifadə edilir. Düzgün tərtib edilmiş sənəd müvafiq əməliy-yatın baş verməsi faktını təsdiq edir.

Sənədləşmə material, pul və əmək resurslarının artıq sərf olunmasının, habelə hesablaşma, tədiyyə, kredit əməliyyatlarında baş verən qanunsuzluqların qarşısını almağa kömək edir.

Sənədlər hər bir əməliyyatın yerinə yetirilməsinə sərəncam verən və onu yerinə yetirən şəxs tərəfindən imzalanır. Bu imzalara əsasən sənədlər üzrə müəssisələrin işçilərindən kimin həmin əməliyyatın icrasına məsuliyyət daşımasını müəyyən etmək olur.

Sənədlərin rekvizitləri. Hər bir sənədin öz təyinatına tam cavab verə bilməsi üçün müəyyən göstəriciləri olmalıdır. Təsərrüfat əməliyatını xarakterizə edən sənəddə qeyd olunan və ona hüquqi qüvvə verən göstəricilərə sənədlərin rekvizitləri deyilir.

Rekvizitlərin miqdarı və məzmunu, sənədin tərtib olunma məqsədindən asılı olaraq, onun əks etdirildiyi əməliyyatında, xarakteri, habelə həmin əməliyyatın yerinə yetirildiyi şərait nəzərə alınmaqla müəyyən edilir. Təsərrü-fat əməliyyatlarının müxtəlif olmasına baxmayaraq sənədlərin çoxunda bəzi rekvizitlər ümumi olur.

Lazım olan hallarda, sənəddə onun nömrəsi, adı və müəssisənin (təşkilatın) ünvanı olmaqla əməliyyatın baş verməsində iştirak edən tərəflər göstərilməlidir. Yerdə qalan rekvizitlər sənəd tərtib edilərkən əməliyyatın xarakteri ilə müəyyən olunur. Əgər sənədin hər hansı mütləq rekviziti yoxdursa o, özünün sübut edici gücünü itirir və mühasibat uçotunda yazılış aparmaq üçün əsas hesab edilmir.

Sənədlərin təsnifatı. Ayrı-ayrı təsərrüfat əməliyyatlarını uçotda əks etdirmək üçün çoxlu miqdarda müxtəlif sənədlər tətbiq olunur. Sənədlərin məzmununu və təyinatını öyrənmək, onların quruluşu və rəsmiyyətə salınma prinsipini mənimsəmək üçün sənədləri müəyyən əlamətlərinə görə qruplaşdırmaq lazımdır. Sənədlərin bu cür qruplaşdırılmasına onların təsnifatı deyilir.

Sənədlər aşağıdakı əlamətlərə görə təsnifləşdirilir: əks etdirilən təsərrüfat əməliyyatlarının xarakterinə görə; sənədlərin məmununun həcminə görə; təsərrüfat əməliyyatlarının əks etdirilmə üsuluna görə.

Əks etdirilən təsərrüfat əməliyyatlarının xarakterinə görə sənədlər: material, pul, bank, hesablaşma sənədlərinə və i.a, bölünür,

Material sənədləri material vəsaitlərinin hərəkətini materialların (məsələn; əsas və köməkçi materialların, yanacağın və i.a.), hazır məhsulların, əsas vəsaitlərin (binaların, tikililərin, avadanlığın və i.a.) daxil və xaric olmasını əks etdirir. Bu cür sənədlərə materialları buraxmaq üçün rəsmiyyətə salınan tələbnamələr zabor vərəqələri, əsas vəsaitlərin qəbul və xaric aktları və i.a. aid ola bilər.

Pul sənədləri vasitəsilə pul vəsaitlərinin mədaxili və məxarici rəsmiyyətə salınır. Bu cür sənədlərə kassa mədaxil və məxaric orderləri, kassirin hesabatı aid ola bilər.

Bank sənədləri banklar vasitəsi ilə aparılan hesablaşmaları rəsmiyyətə salmaq üçün nəzərdə tutulur. Bu cür sənədlərə çeklər, tədiyyə tapşırıqları, tədiyyə tələbnamələri, bankın bildirişləri və çıxarışları aiddir.

Hesablaşma sənədləri fəhlə və qulluqçularla, malsatanlarla və s. aparılan hesablaşmalar üçün rəsmiyyətə salınır. Bu cür sənədlərə haqq-hesab ödəmə cədvəlləri, yüklənmiş mallar üçün hesabnamələr, yerinə yetirilmiş işlər üçün tapşırıqlar aid ola bilər.

Təyinatına görə sənədlər sərəncam verici, icra edici, mühasibatda rəsmiyyətə salınan, kombinələşmiş sənədlər bölünür.

Sərəncam verici sənədlər vasitəsilə idarə, müəssisə rəhbəri və yaxud başqa vəzifəli şəxslər müəyyən təsərrüfat əməliyyatlarını həyata keçirmək üçün sərəncam verir. Sərəncam verici sənədlər mahiyyət etibarı ilə konkret əməliyyatı yerinə yetirən şəxslərə əmr vermək üçün əsas hesab olunur. Sərəncam verici sənədlər pulu və material qiymətlilərini qəbul etmək və buraxmaq üçün əsas sayılır. Bu sənədləri müəssisə rəhbərindən başqa mütləq baş (böyük) mühasib imzalamalıdır. Mühasibin imzası olmayan sənədlər etibarsız hesab edilir.

Sərəncam verici sənədlərə çeklər, tədiyyə tapşırıqları əmrlər, etibarnamələr, tapşırıqlar və başqaları aiddir.

Etibarnamə material qiymətlilərini almaq üçün sərəncam verici sənəd sayılır. Etibarnamədə onu verən müəssisənin, habelə malsatanın adı, alınası material qiymətlilərinin adı, miqdarı, müəssisə rəhbəri və baş mühasibin habelə etibarnaməni götürən şəxsin imzası olmalıdır.

Sənədlər məzmunun həcminə görə ilk və icmal sənədlərə bölünür.

İlk sənədlər təsərrüfat əməliyyatları baş verən kimi tərtib olunur və onları əks etdirir. Bu sənədlər mühasibat yazılışları aparmaq üçün əsas sayılır. İlk sənədlərə material qiymətlilərini buraxmaq üçün tələbnamələr, tədiyyə-tələbnamələri, əsas vəsaitlərin qəbul və xaric olma aktları və i.a. aiddir.

Tələbnamədə materialları kimin tələb etməsi, onların hansı anbardan verilməsi, tələb olunan və faktiki buraxılan materialların miqdarı, qəbul edən və buraxan şəxslərin imzası və s. məlumatlar göstərilir.

Tələbnamə, materialların istehsal və təsərrüfat ehtiyyacları üçün anbardan buraxılmasını əks etdirən ilk sənəddir. Tələbnamə, materialları alan və buraxan zaman tərtib olunur.

İlk sənədlər öz növbəsində daxili və xarici sənədlərə bölünür. Daxili sənədlərə müəssisənin özündə tərtib olunan sənədlər (tələbnamələr, qaimələr, aktlar va i.a.), xarici sənədlərə isə başqa müəssisələrdə tərtib olunan sənədlər (malsatanla hesabnaməsi və başqa müəssisələrlə qarşılıqlı hesablaşmalar üzrə bildirişlər və i.a.) aiddir.

İcmal sənədlər rəsmiyyətə salınmış ilk sənədlərə əsasən tərtib olunur və onlarda baş vermiş hər bir təsərrüfat əməliyyatına dair məlumatlar toplanır. İcmal sənəddə bir neçə ilk sənədin məlumatı birləşdirilir. İcmal sənədlərə misal olaraq avans hesabatını, materialların anbarda hərəkətinə dair maddi-məsul şəxslərin hesabatını, əmək haqqı üzrə haqq-hesab ödəmə cədvəllərini göstərmək olar.

Avans hesabatında hər şeydən əvvəl təhtəl şəxs haqqında məlumat olur. Sonra hesabatda aparılmış xərclərin düzgün və məqsədəuyğun aparılması göstərilir. Hesabat müəssisə rəhbəri tərəfindən təsdiq edilir. Həmin sənəddə müxabirləşən hesabların debeti və krediti üzrə mühasibat yazılışı (provodkası) verilir.

Avans hesabatının arxa tərəfində hər bir ilk sənəd üzrə aparılmış xərclər və hər sənədin tarixi, sıra nömrəsi, eləcə də onun nə üçün və nə qədər məbləğdə ödənilməsi haqda məlumatlar göstərilir. Avans hesabatına tə-sərrüfat əməliyyatlarının baş vermə faktını təsdiq edən bütün icraedici sənədlər əlavə olunur.

Təsərrüfat əməliyyatlarının əks etdirilmə üsuluna görə sənədlər birdəfəlik və yığma sənədlərə bölünür.

Birdəfəlik sənəd bir qayda olaraq yalnız bir təsərrüfat əməliyyatını əks etdirir. Birdəfəlik sənədlərə misal olaraq kassa orderlərini, tələbnamələri, hesabnamələri göstərmək olar.

Yığma sənədlər, müəyyən dövr ərzində müntəzəm olaraq (məsələn; on gün, ay) tez-tez təkrar olunan və məzmununa görə oxşar olan əməliyyatları əks etdirir. Bu cür əməliyyatlar yavaş-yavaş müəyyən cədvəllərə, jurnallara yazılır və dövrün sonunda bütün əməliyyatlar üzrə yekun hesablanır. Bu zaman hər bir əməliyyat üzrə deyil hesabat dövründə baş verən bütün əməliyyatların yekununa bir mühasibat yazılışı (provodkası) tərtib olunur. Yığma sənədlərə misal olaraq materialların daxil olmasına və sərf edilməsinə dair tərtib olunmuş cədvəlləri göstərmək olar.

Yığma sənədlər tərtib olunan sənədlərin miqdarını xeyli ixtisar edir və bununla da mühasibatlığın işini sürətləndirir.

Uçot işlərinin sadələşdirilməsinin və ucuzlaşdırılmasının əsas yollarından biri sənədlərin səmərəli qurulmasıdır. Bəzi sənədlərdə lazım olmayan artıq rekvizitlər olur. Bu da nəticədə sənədlərin tərtib olunmasına çoxlu miqdarda əmək və vəsait sərf olunmasına səbəb olur, onların yoxlanması və işlənməsi çətinləşir, mühasibat yazılışlarının sayı artır.

İnventarlaşdırma. Mühasibat uçotunun qarşısında duran əsas tələblərdən biri onun göstəricilərinin düzgün olmasıdır. Bu tələbə cavab verə bilmək üçün mühasibat uçotu göstəriciləri həqiqi göstəricilərə uyğun olmalıdır. Başqa sözlə demiş olsaq, mühasibat uçotunda mal-material qiymətliləri haqqında əks etdirilmiş məlumatlar həmin qiymətlilərin faktiki məlumatlarına bərabər olmalıdır. Bəzi hallarla həqiqi məlumatlar uçot məlumatlarına uyğun gəlmir. Bu uyğunsuzluq müxtəlif səbəblərə təbii olaraq baş vermiş itkilərə, mal-material qiymətliləri qəbul edilən və buraxılan zaman yol verilən nöqsanlara, uçotda olan nöqsanlara və s. görə baş verə bilər. Bu səbəblər mal-material qiymətlilərinnn iventarlaşdırılmasını aparmaq yolu ilə aşkar edilir.

İnventarlaşdırma zamanı müəssisədə mövcud olan vəsaitin mövcudluğu yoxlanılır.

İnventarlaşdırma iki cür olur:

—tam inventarlaşdırma

—qismən inventarlaşdırma

Tam inventarlaşdırma zamanı müəssisənin bütün material qiymətliləri, pul vəsaiti, hesablaşmalar və s. yoxlanılır. Qismən inventarlaşdırma zamanı vəsaitin ayrı-ayrı üzvləri yoxlanılır. Qismən inventarlaşdırma təsərrüfatın ayrı-ayrı sahəsindən müəyyən məlumat daxil olduqda və s. bu kimi hallarda aparılır.

Tam inventarlaşdırma yalnız ilin axırında illik hesabat tərtib edil-məzdən əvvəl aparılır.

İnventarlaşdırma öz xarakterinə görə plan üzrə və qəflətən aparılan inventarlaşdırmaya bölünür.

Plan üzrə inventarlaşdırma qabaqcadan müəyyən edilmir, vaxtlarda aparılır. Qəflətən inventarlaşdırma müəssisə rəhbərinin, yuxarı təşkilatların, habelə istintaq orqanlarının sərəncamı ilə aparılır.

İnventarlaşdırmanın vaxtında və düzgün aparılmasına müəssisənin rəhbəri və baş mühasib məsuliyət daşıyır. İnventarlaşdırmanın aparılması üçün xüsusi komissiya təşkil edilir. Həmin komissiya inventarlaşdırmanın aparılması üçun plan tərtib edir. İnventarlaşdırma aparılarkən mövcud olan bütün material qiymətliləri siyahıya alınır. Bu siyahı iki nüsxədən ibarət tərtib olunur həqiqi məlumatlar çıxarıldıqdan və onlar inventarlaşdırma siyahılarına yazıldıqdan sonra müəssisənin və ya təşkilatın mühasibatlığı inventarlaşdırmanın məlumatlarını mühasibat uçotu məlumatları ilə müqa-yisə edir.

İnventarlaşdırma aparılan zaman əsas vəsaitlərin, mal-material qiymət-lilərinin, pul vəsaitlərinin və qiymətli kağızların həqiqi mövcudluğu, əmlakın mühafizəsinə nəzarətin vəziyyəti standartlara, texniki tələblərə cavab verməyən, özünün ilk keyfiyyətini qismən itirən material qiymətliləri, normativdən artıq olan, istifadə edilməyən və gələcəkdə satılmaq üçün nəzərdə tutulan material resursları müəyyən edilir.

İnventarlaşdırma başlanana qədər əmlakın mədaxili və məxarici uzrə bütün sənədlərin işlənməsini və uçotda əks etdirilməsini qurtarmaq lazımdır. Sonra inventarlaşdırma aparılan günə onların qalığı çıxarılmalıdır. Eyni zamanda maddi-məhsul şəxsdən inventarlaşdırma başlanana qədər bütün mədaxil və məxaric sənədlərin mühasibatlığa təhvil verilməsi, onlarda mədaxil olunmamış və məxaricə silinməmiş material qiymətlilərinin olmaması hatla iltizam alımmalıdır.

Qalıqlar natural ifadə ilə yoxlandıqda maddi-məsul şəxs (anbardar, kassir və i.a.) mütləq iştirak etməlidir. Bütün materiallar qiymətlilərinin mövcudluğu saymaq, çəkmək və ölçmək yolu ilə təyin edilir.

Əgər anbarlarda və başqa bağlı binalarda aparılan ikventarlaşdırma bir gün ərzində qurtarmazsa, iş günü qurtardıqda bina inventarlaşdırma komissiyası tərəfindən möhürlənir.

Material qiymətlilərinin həqiqi qalıqları inventarlaşdırma siyahılarına yazılır. İnventarlaşdırma siyahıları material qiymatlilərinin saxlanma yerləri və onların saxlanmasına məsuliyyət daşıyan şəxslər üzrə tərtib olunur. Bu siyahıları inventarlaşdırma komissiyasının bütün üzvləri imzalayır.

Mövzu 5. Müəssisələrdə mühasibat uçotunun təşkili əsasları

Plan:


1. Mühasibat uçotunun təşkilinin əsas prinsipləri.

2. Uçotun təşkili formaları.

3. Azərbaycan Respublikasında mühasibat uçotu haqqında qanun.

4. Mühasibin vəzifələri, hüquqları və məsuliyyəti.

Mühasibat uçotunun təşkilinin əsas prinsipləri.

Müəssisə və təşkilatlarda mühasibat uçotu elə təşkil edilməlidir ki, uçot məlumatlarının köməyilə həm müssisə və təşkilatların işi üzərində nəzarət, həm də xalq təsərrüfatı planının (tapşırığının) yerinə yetirilməsi üzərində nəzarət etmək mümkün olsun. Bununla əlaqədar olaraq respublikamızda vahid xalq təsərrüfatı uçotu sistemi təşkil edilmişdir.

Mühasibat uçotunun səmərəli təşkili aşağıdakıları təmin etməlidir:

Təsərrüfat vəsaitinin mövcudiyyəti və onun əmələ gəlmə mənbələri üzərində nəzarəti.

Planın (tapşırığın) yerinə yetirilməsini və müəssisənin iqtisadi inkişafını xarakterizə edən məlumatları təmin etmək.

Düzgün hesabat məlumatlarını yuxarı təşkilata vaxtında təqdim etmək.

Uçot işlərini avtomatlaşdırmaq üçün ən müasir vəsaitlərdən istifadə etmək və i. a.

Müəssisə və təşkilatlarda mühasibat uçotunun səmərəli təşkil edilməsi üçün bir sıra şərtlərin gözlənilməsi tələb olunur. Uçotu səmərəli təşkil etmək üçün birinci növbədə müəssisə və təşkilatların fəaliyyəti öyrənilməlidir. Bu zaman müəssisə və təşkilatın quruluşu, istehsal və iş istiqaməti, maliyyə planı, istehsal və ya iş texnologiyası, köməkçi və xidmətedici müəssisələrin quruluşu və i. a. öyrənilməlidir.

Uçotun düzgün təşkil edilməsinin mühüm şərtlərindən biri də mühasibat aparatının uçotun aparılmasına dair qüvvədə olan qaydaları yaxşı bilməsidir. Uçot təşkil edilən zaman müəssisənin ayrı-ayrı bölmələrinin mühasibatla əlaqələri sistemini müəyyən etmək lazımdır.

Uçotun təşkili formaları. İlk sənəd məlumatlarının ümumiləşdirilməsindən, yığma cədvəllərinin və hesabatların tərtib edilməsi yerlərindən asılı olaraq mühasibat uçotu iki qaydada: mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş qaydada təşkil edilə bilər.

Uçot mərkəzləşdirilmiş, qaydada təşkil edildikdə müəssisənin bütün sahələrində tərtib olunmuş ilk sənədlər mərkəzi mühasibatlığa təqdim olunur. Burada həmin sənədlər yoxlanılır, sintetik və analitik uçot aparılır, və onların məlumatlarına əsasən balans tərtib elilir.

Uçotun mərkəzləşdirilmiş qaydada aparılmasının üstünlüyü onun uçot işçiləri arasında əmək bölgüsünü düzgün aparmağa və əmək məhsuldarlığının artırılmasına şərait yaratmasından, uçotun avtomatlaşdırılmasını asanlaşdır-masından ibarətdir. Burada eyni zamanda bütün sənədlər və uçot işləri bir yerdə toplanır.

Uçot qeyri-mərkəzləşdirilmiş qanunda təşkil edilən hallarda uçot işləri müəssisənin ayrı-ayrı sahələrində— sexlərdə, mağazalarda, restoranlarda və i. a. aparılır.

Uçot qeyri-mərkəzləşdirilmiş qaydada təşkil edildikdə uçot işçiləri arasında əməyin düzgün bölüşdürülməsi, hesab maşınlarından istifadə edilməsi çətinləşir. Uçotun qeyri-mərkəzləşdirilmiş qaydada aparılması mühasibat aparatının saxlanmasına çəkilən xərcləri artırır. Buna görə də müəssisə və təşkilatlarda uçotun mərkəzləşlirilmiş qaydada təşkil olunma-sının tətbiq edilməsi daha məqsədəuyğundur. Mühasibat uçotunun səmərəli təşkilini yalnız yüksək ixtisaslı, (öz biliyini daima artıran və mühasibat uçotunun aparılmasına dair təlimatları və qanunları yaxşı bilən) mütəxəs-sislər həyata keçirə bilər.

Qanun Azərbaycan Respublikası Prezidentinin 22 mart 1995-ci il tarixli fərmanı ilə təstiq olunmuş, Milli Məclisin 999 saylı 24 mart 1995-ci il tarixli qərarı ilə həmin ilin iyul ayının 1-dən qüvvəyə minmişdir. Hazırda xalq təsərrüfatının bütun sahələrində müəssisə, idarə və təşkilatlarda mühasibat uçotu həmin qanuna əsasən təşkil olunur.

Mühasibat uçotu haqqında qanun 7 bölmədən, 41 maddədən ibarətdir. Onlar aşağıdakılardır:

I. Ümumi müddəalar.

II. Mühasibat uçotunun təşkili.

III. Mühasibat uçotunun sənədləşdirilməsi və registrləri.

IV. Müəssisənin əmlakı.

V. Əmlakın qiymətləndirilməsi, kapital və maliyyə qoluşları.

VI. Maliyyə (mühasibat) hesabatı.

VII. Mühasibat uçotu və hesabatlarının tənzimlənməsi.

Birinci bölmədə qanunun təyinatı, mühasibat uçotu və hesabatın qanuvericiliyi, mühasibat uçotunun əsas anlayışları, mühasibat uçotunun məcburiliyi, mühasibat uço-tunun obyektləri, mühasibat uçotunun əsas prinsipləri əks etdirilir. Burada, mühasibat uçotunun dövlət tərəfindən tənzimlənməsi qaydalarının, o cümlədən mühasibat uçotunun təşkilinin və aparılmasının ümumi prinsiplərinin, bu sahədə müəssisə, idarə, təşkilat və başqa təsərrüfat subyektlərinin hüquqlarının, vəzifələrinin və məsuliyyətlərinin, mühasibat (maliyyə) hesabatlarının nəşri qaydasının, mühasibat uçotu və hesabatı ilə bağlı digər işlərin, əsas anlayışları təsərrüfat əməliyyatları, ilkin sənədlər, mühasibat uçotu registrləri, inventarlaşdırma, mühasibat uçotu hesabları, mühasibat uçotunun hesablar planı; mühasibat uçotunun standartları; adi (normal) əməliyyat dövrü; dəvriyyə vəsaitləri (aktivləri); dövriyyədən kənar (uzunmüddətli) aktivlər, qeyri-maddi aktivlər; müəssisə əmlakı; cari öhdəliklər; uzunmüddətli öhdəliklər; maliyyə qoyuluşları; ilkin dəyər; bərpa dəyəri; maliyyə (mühasibat) hesabatı, mühasibat balansı və s. haqda geniş məlumat verilir. Bu bölmədə tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq mühasibat uçotunun bütün təsərrüfat subyektlərində aparılması məcburiliyi, onun obyektləri və əsas prinsipləri məsələləri də geniş əhatə edilmişdir.

İkinci-mühasibat uçotunun təşkili bölməsində mühasibat uçotunun təşkilində müəssisənin vəzifələri, mühasibat uçotunun məqsədi, təşkili, mühasibat xidməti, sərbəst mühasib məsələləri əhatə edilməklə uçotun təşkilinə məsuliyyət daşıyan müəssisə rəhbərinin, baş mühasibin və uçot xidməti rəhbərinin hüquq və vəzifələri geniş şəkildə açıqlanmışdır.

Üçuncü-mühasibat uçotunun sənədləşdirilməsi və registrləri bölməsində ilkin uçot sənədləri, mühasibat uçotunun registrləri, əmlakın və öhdəliklərin inventarlaşdırılması, mühasibat məlumatlarının qorunması, mühasibat uçotunda qeydiyyatların dürüstluyü və mühasibat uçotu registrlərinin və sənədlərinin saxlanılması üzrə zəruri müddəalar verilməklə sənədləşdirmənin və onun əsasında aparılan uçot registrlərinin təsərrüfat subyektlərinin fəaliyyətində rolu, onların qarşısında qoyulan tələblər şərh edilmiş, müəssisə əmlak və öhdəliklərinin inventarlaşdırılmasının hansı hallarda aparılmasını onun nəticəsinin müəyyən edilməsi prinsipləri, mühasibat məlumatlarının qorunması üçün məsuliyyətin təşkili, mühasibat uçotunda qeydiyyatların dürüstlüyünü təsdiq edən şərtlər, mühasibat uçotu registrlərinin və sənədlərinin saxlanması müddətləri əhatə edilmişdir.

Təsərrüfat subyektlərinin təsərrüfat maliyyə fəaliyyətinin əsasını təşkil edən müəssisə əmlakı, onların tərkibi və xarakteristikası qanunun IV bölməsində verilmişdir. Burada əsas vəsaitlərin və qeyri-maddi aktivlərin, xammal, materiallar, hazır məhsul və malların, bitməmiş istehsal və gələcək dövrlərin xərclərinin, fondlar və ehtiyyatların, debitor və kreditorlarla hesablaşmaların, müəssisənin mənfəətinin (zərərinin) uçotunun təşkili məsələləri əhatə edilir. Bölmədə əhatə edilən əmlakların uçotunun təşkilində mühasibat uçotunun Beynəlxalq standartları əsas götürülmüş və bu standartlara müvafiq təşkil edilən işin metod və üsulları göstərilmişdir.

Qanunun V Əmlakın qiymətləndirilməsi bölməsində kapital və maliyyə qoyuluşlarının mühasibat uçotunda qiymətləndirilməsinin zəruriliyi, valyuta əməliyyatları, dövriyyə aktivlərinin qiymətləndirilməsi, amortizasiya olunan əmlakın qiymətləndirilməsi, kapital və maliyyə qoyuluşları, sosial təyinatlı fondlar, girovlar, təminatlar və digər aktiv və passivlərlə bağlı göstəricilərin uçotunun təşkili əhatə olunur.

VI Maliyyə (mühasibat) hesabatı bölməsində əsasən maliyyə (mühasibat) hesabatlarının tərkibi, hesabat dövrü, onlarda düzəlişlərin aparılsması, bu hesabatların təqdim edilmə qaydası, onların nəşri, ləğv olunmuş müəssisələrin maliyyə (mühasibat) hesabatları şərh olunur. Burada mühasibat uçotu standartlarına müvafiq olaraq tərtib edilən hesabatların tərkibi, onların tərtibi dövrləri, bu hesabatlarda əks etdirilən göstəricilər, göstəricilər əsasında müəssisə və təşkilatların təsərrüfat fəaliyyəti üzərində nəzarətin aparılma mümkünlüyü haqda geniş məlumatlar verilir.

Mühasibat uçotu və hesabatlarının tənzimlənməsini özündə birləşdirən VII bölmədə mühasibat uçotu və hesabatların tənzimlənməsini həyata keçirən orqanlar, mühasibat uçotu və hesabatlarının tənzimlənməsinin məqsəd və vəzifələri; mühaqiblərin ictimai birliyi, mühasibat uçotu standartlarına və qanunvericiliyinə riayət edilməsinə nəzarət, mühasibat uçotu qanunvericiliyinin pozulmasına görə məsuliyyət məsələləri əhatə edilir.

Bütün deyilənlər göstərir ki, «Mühasibat uçotu haqqında» Azərbaycan Respublikasının Qanunu ayrı-ayrı təsərrüfat obyektlərində mühasibat uçotunun beynəlxalq standartlara uyğun təşkilinə geniş yollar göstərən əsas qanunverici sənəddir.

Mühasibin vəzifələri, hüquqları və məsuliyyəti. Hər bir müəssisənin, idarənin, təşkilatın mühasibatılığına baş (böyük) mühasib rəhbərlik edir. Baş (böyük) mühasibin hüquqları, vəzifələri və məsuliyyəti Azərbaycan Respublikasının «Mühasibat uçotu haqqında qanunu» ilə tənzimlənir.

Baş (böyük) mühasibin vəzifələri aşağıdakılardan ibarətdir.

Baş mühasib, mühasibat uçotunun düzgün və səmərəli təşkil edilməsini, hesablama texnikasının geniş tətbiq olunmasını, mühasibat uçotunun qabaqcıl forma və metodlarının tədbiq olunmasını təmin etməlidir. Baş mühasibin rəhbərliyi ilə əmlakın uçotu vaxtında və düzgün aparılmalı, istehsal və tədavül xərclərinin uçotu təşkil edilməli, hesabat düzgün və vaxtında tərtib edilməli, maliyyə nəticələrinin uçotu vaxtında və düzgün apa- rılmalıdır. Baş muhasib kassa və hesablaşma intizamını ciddi gözləməli, əmlakın inventarlaşdırma nəticələrini düzgün və vaxtında aşkar etməli, onları mühasibat uçotu hesablarında əks etdirməli, müəssisədə baş verən əskikgəlmələri, müəssisə vəsaitinin qanunsuz sərf edilməsini lazımi təşkilatlara xəbər verməlidir.

Baş (böyük) mühasib təsərrüfatın bütün sahələrində dövlət nəzarətçisi hesab olunur. Bütün mühasibat işçiləri, onlara həvalə olunmuş vəzifələri yerinə yetirmək üçün dövlət qanunu ilə məsuliyyət daşıyırlar. Öz vəzifələrini yerinə yetirməyən mühasiblər inzibati yolla cəzalanırlar. Baş mühasiblər uçotun aparılması qaydalarını qəsdən pozduqda, qanunsuz əməliyyatların icra olunması üçün sənədlər qəbul etdikdə, hesabatı vaxtında vermədikdə, təftişin vaxtında aparılmasını təmin etmədikdə məsuliyyətə və yaxud cinayət məsuliyətinə cəlb olunurlar.

Baş (böyük) mühasib ona həvalə olunan vəzifələri yerinə yetirə bilmək üçün müəyyən hüquqlara malikdir. 0, uçotun aparılması və təşkili işində müəssisə rəhbərinə tabe deyil. Mühasib müəssisə rəhbərinə yalnız inzibati cəhətdən tabedir. Baş mühasib mühasibat uçotunun təşkili aparılması və hesabatın tərtib edilməsi cəhətdən yuxarı təşkilatın baş mühasibinə tabedir. Baş mühasibi yalnız yuxarı təşkilatın rəhbəri özünün baş mühasibi ilə razılığa gəldikdən sonra işdən azad edə bilər. Uçot işçiləri baş mühasibin verdiyi göstərişləri, məsələn, sərəncamları, tapşırıqları yerinə yetirməlidir. Bütün pul, material, hesablaşma sənədlərində, bağlanmış müqavilələrdə və razılıqlarda mütləq baş mühasibin imzası olmalıdır.

Baş mühasibin müəssisə və yaxud təşkilatın pul və material vəsaitinin müəyyən olunmuş qaydada qorunub saxlanmasını, qayda-qanunu gözləmə-yən muhasibat işçilərinə inzibati və maddi cəza verilməsini tələb etməyə hüququ vardır.

Mövzu 6. Pul vəsaitləri, hesablaşmalar uçotu

Plan


1.Pul vəsaitlərinin iqtisadi mahiyyəti və pul vəsaitlərinin uçotunun vəzifələri

2.Kassa əməliyyatlarinin uçotu

3. Banklarda xüsusi hesablarda olan pul vəsaitlərinin uçotu

Pul vəsaitlərinin iqtisadi mahiyyəti və pul vəsaitlərinin uçotunun vəzifələri.

Pul vəsaitləri – təsərrüfat dövriyyəsində gəlirlər və daxil olmalar banklarda olan hesablarda pul formasında toplanır və ondan öz məqsədləri üçün istifadə olunur. Müəssisənin pul vəsaitləri nağd pul və pul sənədləri şəklində kassada, bankda isə açılmış hesablaşma hesablarında, məqsədli vəsaitlər üzrə xüsusi hesablarda saxlanır, eyni zamanda akkreditiv, çek kitabçaları şəklində istifadə olunur.

Bütün növ pul vəsaitlərinin uçotu üçün hesablar planında xüsusi bölmədə aşağıdakı hesablarda-«Kassa» 50 №-li hesabda, «Hesablaşma hesabı» 51 №-li hesabda, «Valyuta hesabı» 52 №-li hesabda, «Banklarda olan xüsusi hesablar» 55 №-li hesabda, «Pul sənədləri» 56 №-li hesabda, «Yolda oln köçürmələr» 57№-li hesabda, «Qısamüddətli maliyyə qoyuluşları» 58 №-li hesabda uçotu aparılır.

Pul vəsaitlərinin uçotunun əsas vəzifələri –pul vəsaitlərinin düzgün saxlanması, kassa və bank əməliyyatları qaydalarına düzgün riayət etmək, pul vəsaitlərinin hərəkətini mühasibat uçotu registrlərində və sənədlərdə düzgün nizama salmaqdan ibarətdir.

KASSA ƏMƏLİYYATLARININ UÇOTU.

Kassa əməliyyatlarının aprılması qaydaları öz növbəsində kassa əməliyyatlarının aparılması üzrə aşağıdakıları müəyyənləşdirir:

-kassa əməliyyatlarının aparılması qaydalarının ümumi müddəalarını;

- nağd pulu qəbul etmək, vermək və kassa sənədlərini tərtib etmək qaydalarını;

-kassa kitabında qeydiyyat aparılması və pulun saxlanılması qaydalarını;

-kassanın təftiş edilməsi və kassa intizamına əməl olunmasına nəzarəti;

-pul vəsaitinin saxlanılması və daşınması zamanı onun salamatlığını təmin etmək barədə tövsiyyələri;

-müəssisənin kassa binalarının texniki cəhətdən möhkəmləndirilməsi və yanğından mühafizə siqnalizasiyası vəsaitləri ilə təchiz olunması barədə tövsiyyələri

Kassa əməliyyatlarının aparılması qaydası. Kassadan pulun verilməsi və daxil olması üzrə olan bütün əməliyyatlar maddi məsul şəxs olan kassir tərəfindən aparılır. Deməli kassir qəbul etdiyi bütün qiymətlilərin saxlanılmasında cavabdehdir. Belə ki, kassir qəbul etdiyi bütün qiymətlilərin saxlanılması və özünün ehtiyatsız, laqeyd və ya qəsdən etdiyi hərəkət nəticəsində müəssisəyə dəyən zərər üçün tam maddi məsuliyyət daşıyır. Buna görə kassir işə götürülərkən onunla tam fərdi məsuliyyət barədə müqavilə bağlanmalıdır. Bununla yanaşı, müəssisə rəhbəri kassa əməliyyatlarının aparılması qaydası ilə kassiri tanış etməlidir. Kassirə tapşırılan işi başqa şəxsə etibar etməyə icazə verilmir. Bir kassiri olan müəssisələrdə kassiri müvəqqəti əvəz etmək lazım gəldikdə, müəsisənin yazılı əmri ilə kassir vəzifəsinin icrası başqa şəxsə həvalə edilir. Bu şəxsdə kassa əməliyyatlarının aparılması qaydası ilə tanış olmalı və onunla tam maddi məsuliyyət barədə müqavilə bağlanır.

BANKLARDA XÜSUSİ HESABLARDA OLAN PUL VƏSAİTLƏRİNİN UÇOTU. Məqsədli istifadə üçün nəzərdə tutulan pul vəsaitləri 55 №-li «Banklarda olan xüsusi hesablar» hesabında uçota alınır. Onlara daxildir: akkreditivlər, çek kitabçaları, abunə iştirakçılarının depozitləri, əmanət sertifikatları, məqsədli maliyyələşmə vəsaitləri, hökumət orqanlarının subsidisiyaları, kapital qoyuluşunun maliyyələşməsinə vəsaitlər və başqaları.

55 №-li «Banklarda olan xüsusi hesablar» hesabı üzrə aşağıdakı subhesablar açılır:

55-1 №-li «Akkreditivlər»

55-2 №-li «Çek kitabçaları»

55-3 №-li «Abunə iştirakçılarının depozitləri»

55-4 №-li «Əmanət setifikatları»

55-5 №-li «Bankdakı sair hesablar»

Akkreditiv hər hansı şəxsin adına yazılan və onun akkreditivdə göstərilən məbləği kredit müəssisəsindən (bankdan və ya əmanət kassasından) almaq hüququnu təsdiq edən qiymətli kağızdır. Akkreditiv təqdim edildiyi kredit müəssisəsi tərəfindən əmanət kassasına qoyulmuş və ya sahibinin hesabından silinmiş pul məbləği hesabına, yaxud banklar arasındakı müqaviləyə əsasən (beynəlxalq hesablaşmalarda) ödənilir. Akkreditiv hesablaşma forması alıcı ilə satıcı müəssisə arasındakı məhsul satışı ilə bağlı hesablaşmalar da tətbiq edilir.

55-2 №-li «Çek kitabçaları» subhesabında çek kitabçalarında pul vəsaimtləri uçota alınır. Çeklər nağdsız hesablaşmalar üçün nəzərdə tutulmuşdur. Çek kitabçaları təhtəlhesab şəxsə verilir və bununla hesablaşma aparılır və ayrıca uçota alınır.

55-3 №-li «Abunə iştirakçılarının depozitləri» subhesabında səhm abunəçiləri üçün cəmiyyətin bankdakı xüsusi hesabına köçürülən pul vəsaiti uçota alınır.



Yüklə 300,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə