16 mart 2017-ci il
3
http://w w w.amu.edu.az
Azərbaycan Tibb Universi
te
ti
nin Tədris Cərrahiyyə Kli
ni
kasında Yaponiya Bey nəl xalq
Əməkdaşlıq Agen t liyinin (JICA)
nüma yən də heyəti ilə görüş
keçirilib.
Görüşü ATU-nun Beynəlxalq Əlaqələr
üzrə prorektoru, dosent Nadir Zeyna-
lov açaraq universitetin beynəlxalq qu-
rumlarla əməkdaşlığı barədə məlumat
verib. Sonra elmi işlər üzrə prorektor,
dosent Rauf Bəylərov ATU-da aparı-
lan elmi-tədqiqatlar barədə danışa-
raq, bu işlərin bir qisminin beynəlxalq
təşkilatların dəstəyi ilə həyata keçirildi-
yini vurğulayıb.
Tədris Cərrahiyyə Klinikasının di-
rektoru, professor Surxay Hadıyev
Azərbaycan Tibb Universitetinin klinik
bazaları haqda məlumat verərək, elmi
işlərin müalicə və tədris işləri ilə para-
lel aparılmasına auditoriyanın diqqətini
cəlb edib, elmi araşdırmaların aparıl-
ması üçün lazımi şəraitin olmasının
zəruriliyini bildirib.
II uşaq xəstəlikləri kafedrasının assis-
tenti Sevinc Muxtarova JICA təşkilatının
qrantı hesabına Yaponiyada 20 günlük
treninq-seminarda iştirak etdiyini deyib
və təəssüratlarını tədbir iştirakçıları ilə
bölüşüb.
Yaponiya Beynəlxalq Əməkdaşlıq
Agentliyinin
Özbəkistanda
yerlə-
şən regional mərkəzinin müdiri Fu-
şimi Katsutoşi təşkilatın tarixi, Ya-
poniya hökumətinə aidiyyəti, qrant
layihələrinin ayrılması prinsipi və
müxtəlif dövlətlərin hökumətləri ilə
əlaqələri barədə ətraflı məlumat verib,
bu qrant layihələrində Azərbaycanın da
iştirak etdiyini bildirib.
Tədbirin sonunda Dr. Sevinc Muxta-
rovanın layihəsi üçün nəzərdə tutulmuş
avadanlıq – yenidoğulmuşlar üçün por-
tativ RAD-5 puls-oksimetri və EMMA
kapnoqrafı təqdim olunub.
Tədbirdə JICA təşkilatının Özbəkistan
üzrə koordinatoru Farhod Kurbonov və
Azərbaycan üzrə koordinatoru Nigar
İsmayılova, həmçinin II uşaq xəstəlikləri
kafedrasının və ATU Cərrahi Klinikası-
nın neonatal xidmətinin əməkdaşları
iştirak ediblər.
ATU-nun mətbuat xidməti
Konfransa sədrlik edən ATU-
nun rektoru, professor Gəray
Gəraybəyli bildirdi ki, bu təhsil
ocağı
Azərbaycanın
dövlət
müstəqilliyinin bərpasının 25-
ci ildönümünü yeni elmi na iliy-
yətlərlə qarşılayıb: “2016-cı ildə
ölkəmizin dövlət müs təqilliyinin
bərpasının 25 ili tamam oldu,
prezidentin sərəncamına əsasən,
bu gün bütün ölkədə geniş qeyd
edildi. Bu münasibətlə Prezident,
cənab İlham Əliyevin Sərəncamı,
Təhsil Nazirliyinin əmri və
Səhiyyə Nazirliyinin müvafiq
göstərişləri əsas götürülərək,
ATU-nun nəzdində yaradılmış
təşkilat komitəsi də elmi-praktik
konfrans keçirmək qərarına gəldi.
“Elmsiz tədris, tədrissiz elm yox-
dur!” prinsipinə riayət edən ATU-
nun əməkdaşları daim bu ideya-
nı rəhbər tutaraq, tədrislə elmin
inteqrasiyasını yüksək səviyyədə
aparmağa nail olublar”.
Gəray Gəraybəyli həmçinin vur-
ğuladı ki, ulu öndər 1998-ci il
sentyabrın 28-də və 2000-ci
il iyunun 19-da iki dəfə ATU-
ya gələrək, öz müdrik çıxışı ilə
səhiyyə işçilərini yeni nailiyyətlərə
ruhlandırıb: “2002-ci ildə ümum-
milli lider ATU-nun ilk klinikası
olan Stomatoloji Klinikanı ya-
ratmaqla, tədris klinikalarının
bünövrəsini qoydu. Bundan son-
ra ümummilli liderin layiqli da-
vamçısı, cənab prezident İlham
Əliyevin göstərdiyi diqqət və
qayğısı sayəsində ATU-da daha
üç klinika – Onkoloji, Tədris Te-
rapevtik və Tədris Cərrahiyyə
klinikaları fəaliyyətə başladı.
ATU-nun qarşısında duran əsas
vəzifələrdən biri də gənclərin
elmi işlərə cəlb edilməsidir. Yəni,
öndə duran məsələ rezidentlərin
və tələbələrin elmi axtarışlara
marağını artırmaqdır”.
Sonra konfrans işini plenar
məruzələrlə davam etdi.
ATU-nun I cərrahi xəstəliklər
kafedrasının əməkdaşı Tariyel
Ömərov “Aşırı piylənməsi olan
xəstələrdə apardığımız bariatik
cərrahi əməliyyatların nəticələri”,
psixiatriya kafedrasının əməkdaşı
Gülay
Məmmədzadə
“Dep-
ressiya – xərçəng xəstəliyinin
“maskalanmış” simptomu”, II
cərrahi xəstəliklər kafedrası-
nın əməkdaşı Pərviz Abbasov
“Qaraciyər transplantasiyasından
sonra rast gəlinənin ağırlaşmala-
rın profilaktikasında portovenoz
plastika üsullarının müqayisəli
öyrənilməsi”, ATU-nun Tədris
Terapevtik Klinikasının əməkdaşı
Orxan Quliyev “Böyrək transplan-
tasiyası olunmuş resipiyentlərdə
arterial sərtlik və metabolik sind-
rom arasındakı əlaqə” mövzula-
rında məruzələrlə çıxış etdilər.
Konfransda universitetin pro-
rektorları və müvafiq kafedrala-
rın müdirləri iştirak edirdilər.
“Təbabətin aktual problemləri-2017”
elmi-praktik konfransı
Fevralın 28-də Azərbaycan Tibb Universitetinin Tədris
Terapevtik Klinikasında Azərbaycanın dövlət müstəqilliyinin
bərpasının 25-ci ildönümünə həsr olunmuş “Təbabətin aktual
problemləri - 2017” elmi-praktik konfransı keçirilib.
Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin
nümayəndə heyəti ilə görüş keçirilib
ATU-nun Böyük Elmi Şurasının yanvarın 27-də keçirilən iclasının 6
saylı qərarına əsasən, ATU-nun yeni gerb və loqosu təsdiqlənib.
Azərbaycan Tibb Univesitetinin yeni gerbi
dairəvi formadadır. Dairənin mərkəzində maarif
və inkişaf rəmzi kimi açılmış kitab təsvir edilib.
Kitabın üstündə Hippokrat camı, yəni ilan
sarılmış cam yerləşdirilib. Məlum olduğu kimi,
bu simvol dünyada səhiyyə və tibbin əsas rəmzi
sayılır.
Kitabın altında
universitetin yaranma tarixi
əks olunub. Kitabı, tarixi və Hippokrat camını
iki ədəd zeytun yarpağı əhatələyir. Zeytun -
Azərbaycanda yetişən əsas bitkilərdən biri kimi
geraldikada sülh, inkişaf, eləcə də şəfa rəmzi
kimi qəbul edilib.
Gerbin kənarları boyunca “Azərbaycan Tibb Universiteti” sözləri yazılıb,
sözlərin hər iki tərəfində isə səkkizgüşəli ulduz əks olunub. Gerbin alt
hissəsində isə üçrəngli bayrağımızın rənglərinə uyğun olaraq göy, qırmızı və
yaşıl rənglərdə üç zolaq çəkilib. Bunlar isə məhz Azərbaycan Respublikasına
məxsusluğumuzu, milliliyimizi və dövlətimizi xarakterizə edən simvollardır.
ATU-nun yeni loqosunda isə açılmış kitabın ortasında rəmzi cam təsvir edilib.
Camın ətrafına cərrahi iynə formasında ilan sarılıb. Loqoda ATU abbreviaturası,
onun altında universitetin yaranma tarixi də qeyd olunub.
ATU-nun yeni gerbi və loqosu seçildi