42
tənqid etməsi hesab olunur. 2012-ci il iyunun 13-də hakim Firdovsi Əliyevin
sədrliyi ilə Sabirabad Rayon Məhkəməsi Oqtay Gülalıyevin şərti azadlığa
buraxılması haqqında qərar qəbul edib. Lakin hüquq müdafiəçisinə qarşı açılmış
cinayət işinə hələ də xitam verilməyib və məhkəmə tərəfindən günahkar hesab
olunarsa, Gülalıyev 3 ilə qədər həbs cəzasına məhkum oluna bilər
Qubanın yerli televiziyası olan Xəyal TV-nin icraçı direktoru Vüqar Qonaqov və
baş redaktoru Zaur Quliyev Qubanın eks meri Rauf Həbibovun Quba sakinlərini
təhqir etdiyi videosunu internetə yerləşdirməklə Qubada 2012-ci il martın 1-də baş
vermiş kütləvi etiraz aksiyasına səbəb olmaqda ittiham olunaraq 2012-ci il martın
13-də həbs olunmuşdular. Minlərlə Quba sakininin iştirak etdiyi etiraz
aksiyasından sonra şəhər icra hakimi Rauf Həbibov prezident tərəfindən
vəzifəsindən uzaqlaşdırılmışdı.
Qonaqov və Quliyev Cinayət Məcəlləsinin 233 (ictimai qaydanı pozan hərəkətlərin
təşkili) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələri ittiham olunaraq
barələrində həbs qətimkan tədbiri seçilmişdi. Jurnalsitlərin həbs müddəti sonradan
bir neçə dəfə uzadılmışdı. İstintaq müddətində Vüqar Qonaqov vəkili Elçin
Sadıqovun xidmətindən imtina etməyə məcbur edilmişdi. Nəhayət 2013-cü il
martın 15-də Xaçmaz Rayon Məhkəməsi jurnalistləri onlara qarşı qaldırılmış
ittihamlarda günahkar hesab edərək onların barəsində 3 il şərti cəza tədbiri seçib.
Lakin hər iki jurnalist irəli sürülmüş ittihamlarla özlərini günahkar hesab
etməyərək qərardan apellyasiya şikayəti verməyə hazırlaşır.
Mehman Hüseynov
RATİ-nin foto-video reportyoru və Azərbaycan Gənclər Media Mərkəzinin üzvü
Mehman Hüseynov 2012-ci il iyunun 13-də Səbail rayon Polis İdarəsinə çağırılıb,
və orada 3 saata yaxın dindirildikdən sonra şübhəli şəxs qismində saxlanıb.
Hüseynov sonradan Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq) maddəsi üzrə
təqsirləndirilən şəxs hesab olunub. Məhkəmə tərəfindən günahkar hesab olunarsa
Hüseynov 5 ilə qədər həbs cəzasına məhkum oluna bilər.
Mehmana qarşı ittihamlara səbəb may 21-də Bakı Meriyasının qarşısındakı
mitinqdə çəkiliş apardığı zaman polis zabiti ilə arasında baş vermiş şifahi
mübahisə olmuşdur. Peşə fəaliyyətini həyata keçirən Mehman və RATİ-nin digər
əməkdaşları, o cümlədən etirazçılar və jurnalistlər mitinq zamanı polis təzyiqinə
məruz qalmışdılar. Polis Mehmanın çəkiliş apardığı kameranı yararsız hala salıb.
Hüseynova qarşı cinayət işinin açılması onun Avroviziya ərəfəsində Azərbaycanda
demokratik inkişafa nail olmaq üçün aparılan “Demokratiya naminə Oxu” (Sing
for Democracy) kampaniyasında fəal iştirakı, və ya yerli və beynəlxalq media
qurumlarının dəfələrlə istifadə etdiyi və Azərbaycanda insan hüquqlarının
pozulduğunu əks etdirən fotoları ilə bağlı ola bilər. Hüseynova qarşı açılmış
cinayət işinin hələ də açıq olması jurnalistin yaşadığı ərazini tərk edə bilməməsinə
və xaricə səfər etməli olduqda hər dəfə hökumətdən icazə almağa məcbur olmasına
səbəb olur. Məsələn, iyunun 17-də Hüseynov Fritt Ord və ZEIT Fondu tərəfindən
43
layiq görüldüyü nüfuzlu media mükafatını qəbul etmək üçün Norveçə səfər etməli
idi.
18
Tələb olunan bütün lazımi sənədləri təqdim etməsinə baxmayaraq, Hüseynov
hava limanında saxlanaraq polis idarəsinə aparılıb və onun xaricə səfər etməsinə
qadağanın mövcud olduğu bildirilib.
Fevralın 12-də RATİ-nin proqram rəhbəri və hüquqşünası Günay İsmayılova və
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin əməkdaşı
Cavid
Nəbiyev Xaçmaz rayonunun yerli hakimiyyət orqanları tərəfindən saxlanıb. Hər iki
vətəndaş cəmiyyəti nümayəndəsi Xaçmaza Avropa Birliyi və ABŞ Beynəlxalq
İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşən “İdarəetmədə vətəndaş
iştirakının artırılması” layihəsi çərçivəsində seminar keçmək məqsədilə səfər
etmişdilər. Seminarın başlamasına qısa bir zaman qalmış polis tədbirin keçirildiyi
məkana reyd təşkil etmiş və təlimçilər saxlanaraq polis şöbəsinə aparılmışdır.
Nəbiyev polis tərəfindən döyülmüş, İsmayılova isə 8 saat müddətində ac və susuz
saxlanaraq işgəncəyə məruz qaldığını bildirmişdi. Günün sonunda İsmayılova və
Nəbiyev sərbəst buraxılıb.
Mayın 20-də “Gündəm Xəbər” qəzetinin təsisçisi Şirin Cəfəri CM-nin 213.2.2
(vergidən yayınma) və 308.1 (vəzifə səlahiyyətindən sui-istifadə) maddələri ilə
təqsirli bilinərək iki ili sınaq müddəti olmaqla üç il şərti həbs cəzasına məhkum
olunub. Prokuror məhkəmədən Cəfərinin beş il müddətinə həbs olunmasını istəyib.
Cəfəriyə qarşı cinayət işinin açılmasına səbəb Mətbuat Şurası (MŞ) tərəfindən
qəzetin fəaliyyətinin yoxlanması üçün edilmiş müraciət olub. MŞ qəzeti
vətəndaşların şəxsi məlumatların gizliliyi hüququnu pozmaqda, vətəndaşları təhqir
edən məlumatlar yaymaqda və tez-tez jurnalist etikasını pozmaqda ittiham edib.
Cəfəri isə özünün vergi borcunun vergi orqanları tərəfindən düzgün
hesablanmadığını və siyasi səbəblərə görə təzyiqə məruz qaldığını bildirir.
18
http://bit.ly/14RC0SN