Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu Azərbaycanda Seçki Ərəfəsində Azad Sözə Təzyiqlər Daha Da Artır



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə18/21
tarix17.11.2017
ölçüsü0,51 Mb.
#10717
1   ...   13   14   15   16   17   18   19   20   21

 

42 


tənqid  etməsi  hesab  olunur.  2012-ci  il  iyunun  13-də  hakim  Firdovsi  Əliyevin 

sədrliyi  ilə  Sabirabad  Rayon  Məhkəməsi  Oqtay  Gülalıyevin  şərti  azadlığa 

buraxılması  haqqında  qərar  qəbul  edib.  Lakin  hüquq  müdafiəçisinə  qarşı  açılmış 

cinayət  işinə  hələ  də  xitam  verilməyib  və  məhkəmə  tərəfindən  günahkar  hesab 

olunarsa, Gülalıyev 3 ilə qədər həbs cəzasına məhkum oluna bilər 

 

Qubanın yerli televiziyası olan Xəyal TV-nin icraçı direktoru Vüqar Qonaqov və 

baş redaktoru Zaur Quliyev Qubanın eks meri Rauf Həbibovun Quba sakinlərini 

təhqir etdiyi videosunu internetə yerləşdirməklə Qubada 2012-ci il martın 1-də baş 

vermiş kütləvi etiraz aksiyasına səbəb olmaqda ittiham olunaraq 2012-ci il martın 

13-də  həbs  olunmuşdular.  Minlərlə  Quba  sakininin  iştirak  etdiyi  etiraz 

aksiyasından  sonra  şəhər  icra  hakimi  Rauf  Həbibov  prezident  tərəfindən 

vəzifəsindən uzaqlaşdırılmışdı. 



 

Qonaqov və Quliyev Cinayət Məcəlləsinin 233 (ictimai qaydanı pozan hərəkətlərin 

təşkili)  və  309-cu  (vəzifə  səlahiyyətlərini  aşma)  maddələri  ittiham  olunaraq 

barələrində həbs qətimkan tədbiri seçilmişdi. Jurnalsitlərin həbs müddəti sonradan 

bir  neçə  dəfə  uzadılmışdı.  İstintaq  müddətində  Vüqar  Qonaqov  vəkili  Elçin 

Sadıqovun  xidmətindən  imtina  etməyə  məcbur  edilmişdi.  Nəhayət  2013-cü  il 

martın  15-də  Xaçmaz  Rayon  Məhkəməsi  jurnalistləri  onlara  qarşı  qaldırılmış 

ittihamlarda günahkar hesab edərək onların barəsində 3 il şərti cəza tədbiri seçib. 

Lakin  hər  iki  jurnalist  irəli  sürülmüş  ittihamlarla  özlərini  günahkar  hesab 

etməyərək qərardan apellyasiya şikayəti verməyə hazırlaşır.

 

 

Mehman Hüseynov 

RATİ-nin  foto-video  reportyoru  və  Azərbaycan  Gənclər  Media  Mərkəzinin  üzvü 

Mehman Hüseynov 2012-ci il iyunun 13-də Səbail rayon Polis İdarəsinə çağırılıb, 

və  orada  3  saata  yaxın  dindirildikdən  sonra  şübhəli  şəxs  qismində  saxlanıb. 

Hüseynov  sonradan  Cinayət  Məcəlləsinin  221.2.2-ci  (xuliqanlıq)  maddəsi  üzrə 

təqsirləndirilən şəxs hesab olunub. Məhkəmə tərəfindən günahkar hesab olunarsa 

Hüseynov 5 ilə qədər həbs cəzasına məhkum oluna bilər.  

Mehmana  qarşı  ittihamlara  səbəb  may  21-də  Bakı  Meriyasının  qarşısındakı 

mitinqdə  çəkiliş  apardığı  zaman  polis  zabiti  ilə  arasında  baş  vermiş  şifahi 

mübahisə olmuşdur. Peşə fəaliyyətini həyata keçirən Mehman və RATİ-nin digər 

əməkdaşları,  o  cümlədən  etirazçılar  və  jurnalistlər  mitinq  zamanı  polis  təzyiqinə 

məruz qalmışdılar.  Polis Mehmanın çəkiliş apardığı kameranı yararsız hala salıb. 

Hüseynova qarşı cinayət işinin açılması onun Avroviziya ərəfəsində Azərbaycanda 

demokratik  inkişafa  nail  olmaq  üçün  aparılan  “Demokratiya  naminə  Oxu”  (Sing 

for  Democracy)  kampaniyasında  fəal  iştirakı,  və  ya  yerli  və  beynəlxalq  media 

qurumlarının  dəfələrlə  istifadə  etdiyi  və  Azərbaycanda  insan  hüquqlarının 

pozulduğunu  əks  etdirən  fotoları  ilə  bağlı  ola  bilər.  Hüseynova  qarşı  açılmış 

cinayət işinin hələ də açıq olması jurnalistin yaşadığı ərazini tərk edə bilməməsinə 

və xaricə səfər etməli olduqda hər dəfə hökumətdən icazə almağa məcbur olmasına 

səbəb olur. Məsələn, iyunun 17-də Hüseynov Fritt Ord və ZEIT Fondu tərəfindən 




 

43 


layiq görüldüyü nüfuzlu media mükafatını qəbul etmək üçün Norveçə səfər etməli 

idi.


18

 Tələb olunan bütün lazımi sənədləri təqdim etməsinə baxmayaraq, Hüseynov 

hava  limanında  saxlanaraq  polis  idarəsinə  aparılıb  və  onun  xaricə  səfər  etməsinə 

qadağanın mövcud olduğu bildirilib.  

 

Fevralın 12-də RATİ-nin proqram rəhbəri və hüquqşünası  Günay İsmayılova və 



Seçkilərin  Monitorinqi  və  Demokratiyanın  Tədrisi  Mərkəzinin  əməkdaşı  Cavid 

Nəbiyev Xaçmaz rayonunun yerli hakimiyyət orqanları tərəfindən saxlanıb. Hər iki 

vətəndaş  cəmiyyəti  nümayəndəsi  Xaçmaza  Avropa  Birliyi  və  ABŞ  Beynəlxalq 

İnkişaf  Agentliyi  (USAID)  tərəfindən  maliyyələşən  “İdarəetmədə  vətəndaş 

iştirakının  artırılması”  layihəsi  çərçivəsində  seminar  keçmək  məqsədilə  səfər 

etmişdilər. Seminarın başlamasına qısa bir zaman qalmış polis tədbirin keçirildiyi 

məkana  reyd  təşkil  etmiş  və  təlimçilər  saxlanaraq  polis  şöbəsinə  aparılmışdır. 

Nəbiyev polis tərəfindən döyülmüş, İsmayılova isə 8 saat müddətində ac və susuz 

saxlanaraq  işgəncəyə  məruz  qaldığını  bildirmişdi.  Günün  sonunda  İsmayılova  və 

Nəbiyev sərbəst buraxılıb. 

 

Mayın  20-də  “Gündəm  Xəbər”  qəzetinin  təsisçisi  Şirin  Cəfəri  CM-nin  213.2.2 



(vergidən  yayınma)  və  308.1  (vəzifə  səlahiyyətindən  sui-istifadə)  maddələri  ilə 

təqsirli  bilinərək  iki  ili  sınaq  müddəti  olmaqla  üç  il  şərti  həbs  cəzasına  məhkum 

olunub. Prokuror məhkəmədən Cəfərinin beş il müddətinə həbs olunmasını istəyib.  

 

Cəfəriyə  qarşı  cinayət  işinin  açılmasına  səbəb  Mətbuat  Şurası  (MŞ)  tərəfindən 



qəzetin  fəaliyyətinin  yoxlanması  üçün  edilmiş  müraciət  olub.  MŞ  qəzeti 

vətəndaşların şəxsi məlumatların gizliliyi hüququnu pozmaqda, vətəndaşları təhqir 

edən  məlumatlar  yaymaqda  və  tez-tez  jurnalist  etikasını  pozmaqda  ittiham  edib. 

Cəfəri  isə  özünün  vergi  borcunun  vergi  orqanları  tərəfindən  düzgün 

hesablanmadığını və siyasi səbəblərə görə təzyiqə məruz qaldığını bildirir.   

 

 



 

 

 

                                                 

18

http://bit.ly/14RC0SN



  


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə