Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu Azərbaycanda Seçki Ərəfəsində Azad Sözə Təzyiqlər Daha Da Artır



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə21/21
tarix17.11.2017
ölçüsü0,51 Mb.
#10717
1   ...   13   14   15   16   17   18   19   20   21

 

48 


 

İyunun  2-də  Azadlıq  Radiosu  Azərbaycana  peyk  vasitəsilə  xəbər  yayımına 

müdaxilələrin  baş  verməsi  ilə  bağlı  məlumat  yayıb.  Azadlıq  Radiosunun 

məlumatına görə, müdaxilə siqnallarının heç bir məzmun daşımaması onu göstərir 

ki, burada yeganə məqsəd Azadlıq Radiosu verilişinin yayımını pozmadır. Veriliş 

başqa kanallara və ya peyklərə keçirilsə də, siqnal yenə də onu izləməkdə davam 

edir.  Azərbaycana  alternativ  xəbər  yayımını  həyata  keçirən  digər  iki  layihələr  – 

Meydan TV və Azərbaycan Saatı da yayımlarına müdaxilələrin baş verdiyi barədə 

məlumat  yayıblar.    Yayıma  qəsdən  müdaxilə  beynəlxalq  telekommunikasiya 

qaydalarının,  həmçinin  beynəlxalq  hüquqla  qorunan  ifadə  azadlığının 

pozulmasıdır.   

 

Çap mediasının məhdudlaşdırılması   

Birbaşa  siyasi  nəzarət  və  iqtisadi  təzyiqin  tətbiq  olunması,  habelə  ədalətli 

qaydaların  mövcud  olmaması  Azərbaycanda  peşəkar  jurnalistikanın  inkişafına 

ciddi zərbə vurur. Bu hal xüsusilə çap mediası üçün xarakterikdir. 

 

Hakim  rejim  tənqidçi  qəzetlərin  reklam  gəlirlərinə  təsir  etməklə,  bu  qəzetlərin 



yayımına problem yaratmaqla və onlara qarşı diffamasiya ittihamları irəli sürməklə 

onları susdurmağa çalışır. Bunun nəticəsi olaraq ictimai tənqid və mühüm ictimai 

məsələlərin  müzakirəsi  getdikcə  daha  da  azalır.  Dövlət  nəşrlərinin  yüksək  satış 

imkanlarına  malik  olması  və  tərəfsizliyi  təmin  edən  standartların  mövcud 

olmaması Azərbaycanda çap mediası üçün qeyri-bərabər rəqabət mühiti yaradır. 

 

Dövlət  çap  mediasına  iqtisadi  təzyiq  yolu  ilə  nəzarət  edir.  Dövlətə  məxsus  və 



hakimiyyətə  yaxın  media  orqanları  həm  dövlət  idarələrinin  bu  nəşrlərə  icbari 

abunəsindən, həm də dövlət şirkətlərinin üstünlük təşkil etdiyi reklam bazarından 

əldə  etdikləri  gəlirlər  hesabına  maliyyələşir.  “Azadlıq”  qəzetinin  baş  redaktor 

müavini  Rahim  Hacıyevin  sözlərinə  görə,  şirkətlərin  tənqidçi  mediada  reklam 

yerləşdirməsinin qarşısı hədə-qorxu ilə alınır.

21

 



 

Mətbuat yayımı şirkətlərinə nəzarət tənqidçi mətbu orqanları üçün bazarı daha da 

məhdudlaşdırır.  2012-ci  ildə  Bakı  şəhəri  ərazisində,  xüsusilə  şəhərin  mərkəzində 

üzərində  Press-Köşk  yazılmış  və  içində  qəzetdən  başqa  hər  cür  ərzaq  və  məişət 

mallarının  satıldığı  yaraşıqlı  köşklər  yerləşdirilib.  Bu  köşklərin  yanında  isə  kiçik 

stellajda  bir  neçə  nüsxə  qəzetə  rast  gəlmək  olar.  Kimə  məxsus  olması  barədə 

məlumatın  gizli  saxlandığı  bu  köşklər  “Qaya”  və  “Qasid”  mətbuat  yayımı 

şirkətlərinə məxsus köşklərin əvvəllər yerləşdiyi ərazilərdə qurulub. 

 

“Qaya” və “Qasid” şirkətləri abunədən əldə olunan gəlir baxımından da ağır zərbə 



alıblar. “Qaya” Mətbuat Yayımının direktoru Xanhüseyn Əliyevin verdiyi məluma 

görə,  bütün  dövlət  müəssisə  və  təşkilatlarına  yalnız  “Kaspi”  Mətbuat  Yayımı 

                                                 

21

http://bit.ly/13UuBn6



    


 

49 


şirkətinə  abunə  olmaları  ilə  bağlı  şifahi  tapşırıq  verilib.

22

  Mətbuat  yayımın 



məhdudlaşdırılması  “Yeni  Müsavat”  və  “Azadlıq”  kimi  iri  tirajlı  qəzetlərin 

satışdan  gələn  gəlirlərinə  mənfi  təsir  göstərib.  Mətbuat  yayımın  bütün 

istiqamətlərdə (səyyar, köşk satışı və abunə) inhisara alınması gələcəkdə istənilən 

qəzet və jurnalın hökumət tərəfindən asanlıqla satışdan çıxarılmasına şərait yarada 

bilər. 

 

Müxalif və müstəqil qəzetlərin yayımla bağlı problemi təkcə Bakı ilə sərhədlənmir. 



Hesabat  dövründə  Naxçıvanda  hökuməti  tənqid  edə  qəzetlərin  satışına  qadağa 

qoyulması  ilə  bağlı  məlumatlar  dərc  olunub.  Həmin  məlumata  görə,  tənqidi 

qəzetlərə  nə  köşklərdə,  nədə  Naxçıvan  poçtunda  rast  gəlmək  mümkün  olmayıb. 

“Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin ümumiyyətlə tapılmadığı qeyd olunub. 

 

 

 



                                                 

22

Azərbaycan Redaktorlar Birliyinin 2012-ci ilin iyununda keçirilmiş konfransında qeyd olunub: 



http://bit.ly/ZaN73d

  



 

50 


Fəsil 6: Onlayn ifadə azadlığı

23

 

Ötən  bir  neçə  il  ərzində  texnikanın  inkişafı  və  artan  istehlakçı  tələbi  daha  çox 

insanın  internetə  çatımlılığını  mümkün  etmişdir  ki,  bunun  da  nəticəsində  həm 

Azərbaycanda,  həm  də  dünya  miqyasında  internetdən  istifadə  edənlərin  sayında 

artım  müşahidə  olunmuşdur.  Hazırda  Azərbaycan  əhalisinin  üçdə  bir  hissəsinin 

internetə  çıxışı  var  ki

24

,  bu  da  interneti  informasiya  mübadiləsinin  mühüm 



platformasına  çevirmişdir.  İnternetdən  istifadənin  yüksəlməsinə  paralel  olaraq 

insanların  internetə  çatımlılığını  və  onların  onlayn  fəaliyyətini  məhdudlaşdırma 

hallarında da artım müşahidə olunmuşdur. 

 

Azərbaycanda internet qismən azad hesab oluna bilər. Lakin 2012-ci ildə Bakıda 



keçirilmiş  İnternet  İdarəçilik  Forumundan  sonra,  xüsusilə  də  2013-cü  ilin  ilk 

yarısında – prezident seçkiləri ərəfəsində, bu sahədə bir çox narahat edici hallar baş 

verib. 

 

Hesabat  dövründə  onlayn  ifadə  azadlığına  ən  böyük  zərbə  internetdə  yayılan 



məzmuna görə diffamasiya cəzası nəzərdə tutan qanunvericiliyin qəbulu olmuşdur. 

İyul ayının sonunda qanun qüvvəyə mindikdə internetdə tənqidi fikirlər səsləndirən 

şəxslər üç ilə qədər həbs cəzasına məhkum oluna bilərlər.  

 

Onlayn fəalların hədəfə alınması  

Onlayn  ifadə  azadlığına  ən  böyük  təhlükə  internetdə  tənqidi  fikirlər  səsləndirmiş 

şəxslərin  hökumət  tərəfindən  təqib  olunması  olmuşdur.  Texniki  cəhətdən 

Azərbaycanlılar  internetdə  istədiklərini  edə  bilsələr  də,  bunun  arzuolunmaz 

nəticələrə  aparıb  çıxarmayacağına  heç  bir  zəmanət  verilə  bilməz.  Əksinə,  əgər 

kimsə  internetdə  öz  fikirlərini  bildirərkən  "müəyyən  hədd"i  keçirsə,  məsələn, 

etiraza çağırış  edirsə,  korrupsiya  faktlarının üstünü  açırsa  yaxud da prezidenti  və 

onun ailəsini tənqid edirsə, özünü böyük təhlükəylə üz-üzə qoyur. 

 

İyunun  sonuna  internetdə  səsləndirdikləri  tənqidi  fikirlərə  görə  həbsdə  saxlanan 



jurnalistlərin  sayı  iki  olmuşdur:  Nicat  Əliyev  və  Fərəməz  Novruzoğlu.  Bundan 

başqa, onlayn fəaliyyətlərinə görə Vüqar Qonaqov və Zaur Quliyev də müəyyən 

müddət  həbs  cəzası  çəkiblər.

25

  Xaricdə  mühacirətdə  yaşayan  bloqçu  Elnur 



Məcidlinin də Azərbaycana geri döndüyü təqdirdə həbs olunma təhlükəsi var- belə 

ki, blogger Facebook vasitəsilə etiraza çağırış etməkdə ittiham olunur. 

 

İnternetdə  tənqidi  fikirlər  bildirmiş  və  etiraza  çağırışlar  etmiş  bir  çox  vətəndaş 



cəmiyyəti  fəalları  və  siyasi  fəallar  da  hesabat  dövrünün  sonuna  həbsdə  qalıb. 

NİDA  vətəndaş  hərəkatının  üzvləri  Rəşadət  Axundov,  Məhəmməd  Əzizov

                                                 

23

Azərbaycanda onlayn ifadə azadlığı haqqında daha ətraflı məlumatı Onlayn İfadə Təşəbbüsü Koalisiyasının 2012-ci 



ilin  noyabrında  hazırladığı  “Azadlıq  Axtarışında:  Azərbaycanda  Onlayn  İfadə”  adlı  hesabatdan  əldə  edə  bilərsiniz. 

Hesabat aşağıdakı linkdədir: 

http://bit.ly/102EIyc

   


24

http://bit.ly/KsXwTl

 

25

Bu məsələlər hesabatın Üçüncü Fəslində daha ətraflı müzakirə olunur. 




 

51 


Bəxtiyar QuliyevZaur QurbanlıRəşad HəsənovÜzeyir Məmmədli və Şahin 

Novruzlu  narkotik  və  silah  saxlama  maddələri  ilə  həbs  olunublar  və  ağır  həbs 

cəzasına  məhkum  oluna  bilərlər.  Bakıda  çəkilmiş  Harlem  Şeyk  videosuna  görə 

həbs olunmuş “Azad Gənclik” hərəkatının üzvü İlkin Rüstəmzadə üçün də beş il 

həbs  cəzası  təhlükəsi  mövcuddur.  AXCP  gənclər  hərəkatının  üzvü  Daşqın 



Məlikov narkotik saxlama maddəsi ilə 2.5 il həbs cəzasına məhkum olunub.  

 

Facebook-dan  istifadə  etməklə  etiraz  aksiyalarını  təşkil  edən  fəallar  sərbəst 



toplaşma  haqqında  qanuna  edilmiş  son  dəyişikliklərə  uyğun  olaraq  yüksək 

məbləğdə  cərimələnirlər.  Məsələn,  yanvarın  26-da  N!DA  vətəndaş  hərəkatının 

fəalı  Turqut  Qəmbər  Facebook  vasitəsilə  etiraza  çağırdığına  görə  2500  manat 

cərimə  olundu.  Eyni  ittihamla  əvvəllər  bir  dəfə  də  həbs  olunmuş  blogger  Emin 



Milli isə 15 gün inzibati həbs cəzası aldı. Məhkəmə qərarında göstərilirdi ki, gənc 

fəallar  Facebook-da  “qanunsuz”  çağırışlar  yerləşdirməklə  vətəndaşları  qanunsuz 

etiraz aksiyasında iştiraka dəvət ediblər. 

 

Fevralın 27-də polis əməkdaşları AXCP gənclər hərəkatının üzvü Türkel Əlisoyun 



yaşadığı  evə  gələrək  onu  Bakı  Şəhər  Baş  Polis  İdarəsinə  aparıb.  Orada  Cinayət-

Axtarış  İdarəsinin  rəisi  Əliaslan  Ağayev  Türkelə  Facebook  səhifəsindən 

çıxarışların  çap  versiyasını  göstərərək  onu  tələbələri  dərsə  getməməklə  etiraza 

səsləməkdə  günahlandırıb.  Əlisoy  yeddi  saat  polis  idarəsində  saxlanıb.  Polis 

Əlisoyu  Facebook-da  etirazlara  çağırışa  davam  etdiyi  təqdirdə  ona  qarşı  cinayət 

işinin açılacağı ilə hədələyib. 

 

Mayın  8-də  20  yaşlı  blogger  Nilufər  Məhərrəmova  özünü  yaşadığı  evin 



eyvanından ataraq intihar edib. Hadisəyə səbəb kimi onun tənqidi bloq yazılarına 

görə  üzləşdiyi  təzyiq  göstərilir.  “Yeni  Müsavat”  qəzetinə  görə  Məhərrəmova 

Mingəçevir  Polis  Bölməsində  təzyiqə  məruz  qalıb.  Bloggerin  siyasi  baxışlarına 

görə  ailəsindədə  problemlər  yaşadığı  bildirilir.  Baş  Prokurorluq  Məhərrəmovanın 

polisin təzyiqinə məruz qalmasını təkzib edib.  

 

 



Tənqidi onlayn media vasitələrinə hücumlar  

2013-cü  ilin  birinci  yarısında  müstəqil  və  müxalif  xəbər  mənbələrinin  saytlarına 

haker  hücumları  edildiyi  ilə  bağlı  məlumat  yayılıb.  Yanvarın  11-də,  əsgər 

ölümlərinə qarşı keçirilən etiraz aksiyasından bir gün əvvəl azadliq.az, azadliq.org, 

musavat.com,  qafqazinfo.az,  minval.az  və  publika.az  saytlarına  ardıcıl  DDOS 

(xidmətdən  imtina)  hücumları  həyata  keçirilib.  Hücumlar  Azərbaycanın  xəbər 

saytlarına hücum etməyə aşkar səbəbləri olmayan 16 müxtəlif ölkəyə məxsus IP-

lər  üzərindən  edilib.    Adıçəkilən  saytlara  bir  saniyədə  bir  milyon  data  paket 

göndərilirdi ki, bu kimi hücumların da bir günlük xərci 900 avroya bərabərdir və 

bu, həmin hücumun arxasında varlı adamların durduğunu deməyə əsas verir.   

 

Mayın  15-də  aznews.az  saytının  redaktoru  Elçin  Zahiroğlu  öz  şəxsi  Facebook 



hesabına  və  elektron  poçtuna  haker    müdaxiləsi  olduğu  barədə  məlumat  verib. 


 

52 


Zahiroğlu  onun  hesabından  bir  çox  ictimai  xadimlərə,  o  cümlədən  Azadlıq 

Radiosunun  jurnalisti  Xədicə  İsmayılovaya  təhqiredici  və  hədələyici  məktublar 

göndərildiyini  bildirib.  Xədicə  İsmayılova  da  oxşar  haker  hücumuna  məruz 

qaldığını qeyd edib.  

 

 

İnternet azadlığının məhdudlaşdırılması  



Sosial medianın ölkədə artan nüfuzunu hiss edən hakim partiyadan olan deputatlar 

öz  çıxışlarında  sosial  şəbəkələrin,  xüsusilə  də  Azərbaycanda  Facebook-un 

tənzimlənməli və hətta bloklanmalı olduğunu vurğulayıblar. Məsələn, martın 28-də 

hakim  partiyadan  olan  nüfuzlu  deputat  Siyavuş  Novruzov  parlamentə 

“vətəndaşların  şərəf  və  ləyaqətini  qorumaq”  məqsədi  ilə  sosial  medianı  hüquqi 

cəhətdən  tənzimləməyi  təklif  edib.  Hökumət-meylli  partiya  başqanı  və  Milli 

Məclis  deputatı  Fəzail  Ağamalı  da  Facebook-a  məhdudlaşdırmaların  tətbiq 

olunmasına çağıraraq qeyd edib ki, son zamanlar bir çox etiraz aksiyalarının sosial 

şəbəkələrdə  təşkil  olunması  bu  şəbəkələrə  girişə  nəzarət  etməyə  və  ya  bunu 

məhdudlaşdırmağa ehtiyac yaradır.

26

 

 



Azərbaycan hakimiyyəti internetə getdikcə daha çox nəzarət etməyə cəhd etsə də, 

internet əksər vətəndaşlar üçün xəbərin əsas mənbəyi olan çap və yayım mediasına 

nisbətən daha az məhdudlaşdırılmış hesab oluna bilər. 1999-cu ildə qəbul olunmuş 

“KİV haqqında qanun” interneti kütləvi informasiya vasitələri kateqoriyasına daxil 

edir.  Bu  səbəbdən,  qanunla  KİV-lərə  şamil  olunan  bütün  problematik  qaydalar 

eynilə internetin tənzimlənməsi üçün də tətbiq oluna bilər. Rabitə və İnformasiya 

Texnologiyaları Nazirliyi (RİTN) ölkədə internetin tənzimlənməsi ilə məşğul olan 

əsas  qurumdur.  Lakin  ekspertlər  bu  funksiyanın  həm  də  dövlət  nəzarətində 

olmayan digər bir quruma da verilməsinin vacibliyini vurğulayıblar. Nazirlik milli 

“.AZ” domeninin verilməsinə də məhdudiyyətlər tətbiq edir. 

 

Onlayn media Azərbaycanda senzuradan azad olsa da, hakimiyyət bu mediaya da 



nəzarət etməyə cəhd göstərmişdir.

27

 Hökumət rəsmilərinin çıxışlarından belə başa 



düşmək  olar  ki,  internetə  nəzarətin  hüquqi  mexanizmləri  (məsələn  onlayn 

televiziyaların  lisenziyalaşdırılması)  yaxınlarda  tətbiq  oluna  bilər.  Məsələn, 

yanvarın  10-da  verdiyi  açıqlamada  MTRŞ  rəhbəri  Nuşirəvan  Məhərəmli  bildirib 

ki, 


ənənəvi 

telekanallarda 

olduğu 

kimi 


onlayn 

televiziyalar 

da 

lisenziyalaşdırılmalıdır. 



 

Fevralın  14-də  Mətbuat  Şurasının  nəzdində  vətəndaşların  onlayn  KİV-lərlə  bağlı 

şikayətlərini, saytlara haker hücumlarını və onlayn media ilə bağlı digər məsələləri 

araşdıracaq  İnternet  Resursları  üzrə  Komissiya  yaradılıb.  Komissyanın  rəhbəri 

Elnur  Baimovun  açıqlamasından  isə  komissiyanın  əsl  funksiyasının  onlayn 

medianı nəzarətdə saxlamaq olduğu bəlli olur. Belə ki, Baimov qeyd edib ki, “yeni 

                                                 

26

http://bit.ly/16df2VV



  

27

http://bit.ly/aJTzXs



 


 

53 


medianın  fəaliyyətinin  də  qanunvericilik  predmetinə  daxil  edilməsi  zəruri 

əhəmiyyət  daşıyır.  Mövcud  istiqamətdə  konkret  addımlar  atılmalıdır.  Çünki 

məsuliyyət  mühitinin  gücləndirilməsi  vacibdir.  İnternet  media  media  olmağa 

iddialıdırsa, onun daşıdığı hüquqi məsuliyyəti də daşımalıdır.”

28

 

 



RATİ  həmçinin  “uşaqları  internetdə  pornoqrafiya  və  digər  zərərli  məzmunlardan 

qorumaq” adı altında hökumətə onlayn məzmunu geniş şəkildə məhdudlaşdırmaq 

imkanı verəcək qanunun qəbul olunması planlarından ciddi narahatlıq hissi keçirir. 

Çünki  avtoritar  rejimlərdə  belə  qanunun  qəbul  olunması  çox  zaman  internetin 

texniki  senzuraya  məruz  qalması  ilə  nəticələnir.  Məsələn,  hökumət  qurumları 

qadağan  olunmuş  saytların  “qara  siyahı”sını  hazırlayır  və  bu  saytlara  giriş 

bloklanır. 

 

 



 

 

                                                 

28

 

http://bit.ly/14Wqeou



  


 

54 


Nəticə 

 

 



2013-cü  ilin  ilk  yarısında  Azərbaycanda  ifadə  azadlığı  bütün  istiqamətlər  üzrə 

pisləşib.  Bununla  yanaşı  sərbəst  toplaşma  və  birləşmə  kimi  fundamental 

azadlıqlarla  bağlı  durum  da  pisləşib  ki,  bu  da  RATİ-yə  ölkədə  insan  haqları 

durumunun kritik həddə olduğunu hesab etməyə əsas verir.  

 

RATİ beynəlxalq diqqətin ölkədə davamlı hüquq pozuntularına yönəldilməsinə və 



insan  haqları  sahəsində  üzərinə  götürdüyü  öhdəliklərin  yerinə  yetirilməsi 

Azərbaycana təzyiqlərin artırılmasına çağırır. Hesabat dövründə əldə olan mühüm 

imkanlardan  istifadə  edərək  Azərbaycanı  insan  haqları  öhdəliklərinə  görə  məsul 

tuta  bilməyən  Avropa  Şurası  və  Avropa  Birliyinin  tərəfindən  daha  güclü 

təzyiqlərin göstərilməsinə ehtiyac vardır.  

 

Oktyabrda  keçiriləcək  prezident  seçkiləri  öncəsi  ifadə  azadlığı  məsələsinə  xüsusi 



diqqət yetirilməlidir. Hökumət bütün prezidentliyə namizədlər üçün bərabər şərait 

yaratmalı  və  seçkidən  öncə,  seçki  müddətində  və  seçkidən  sonra  medianın  tam 

media  azadlığını  təmin  etməlidir.  Ölkədə  hazırda  baş  verən  genişmiqyaslı  və 

sistematik  hüquq  pozuntuları  azad  və  ədalətli  seçkiyə  təminat  verən  demokratik 

standartlarla  qətiyyən  bir  araya  sığmır  və  bu  məsələnin  təcili  olaraq  həll 

olunmalıdır.  



 

 

 



 

 

 

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə