Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu Azərbaycanda Seçki Ərəfəsində Azad Sözə Təzyiqlər Daha Da Artır



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə19/21
tarix17.11.2017
ölçüsü0,51 Mb.
#10717
1   ...   13   14   15   16   17   18   19   20   21

 

44 


Fəsil 5: Mediaya dövlət nəzarəti

19

 

 

Azərbaycanda  KİV-lərin  və  vətəndaş  jurnalistlərinin  fəaliyyətinə  düşmən  siyasi 



mühit  hökm  sürməkdədir.  Hökumət  ya  birbaşa  olaraq,  ya  da  qeyri-rəsmi  təzyiq 

vasitəsilə ənənəvi teleradio yayımçılarını ciddi nəzarətdə saxlayır. 

 

Azərbaycanda  hazırda  çox  az  sayda  müstəqil  media  qurumu  qalıb,  belə  ki,  hətta 



ənənəvi  müxalif  səslər  belə  təzyiq  və  digər  təsir  üsullarından  istifadə  edilməklə 

susdurulmuşdur (məsələn, bəzi jurnalistlərə və redaktorlara pulsuz ev verilmişdir). 

Bəzi  müxalif  media  qurumları  isə  hökumətdən  qrant  əldə  etdikdən  sonra 

tənqidlərini  azaldıblar.  Müstəqil  media  qurumlarının  sayında  ötən  il  baş  vermiş 

kəskin  dəyişiklikdən  sonra  artıq  Azərbaycanda  müstəqil  hesab  olunacaq  çox  az 

sayda  media  orqanı  qalıb.  Belə  bir  şəraitdə  senzura  ilə  yanaşı  özünü-senzura  da 

böyük problemə çevrilmişdir. 

 

Siyasi  plüralizmi  təmin  etməyə  çalışan  dörd  müstəqil  (dövlət  tərəfindən  himayə 



olunmayan) qəzet əhalinin yalnız 3 faizinə çatımlıdır və onların çap dövriyyəsi çox 

aşağıdır.  Dövlət  iqtisadiyyatı  bir  qrup  oliqarx  tərəfindən  idarə  olunur  ki,  bu  da, 

ölkədə  reklam  bazarını  məhdudlaşdırır  və  müstəqil  medianın  inkişafına  əlavə 

maneə  törədir.  Hətta  orta  sahibkarlar  belə  hakimiyyətin  qəzəbinə  tuş  gəlməkdən 

ehtiyat  edərək  müstəqil  və  müxalif qəzetlərə  reklam  verməkdən  çəkinir.  Məhdud 

reklam  gəlirləri,  çap  və  yayım  problemləri,  eləcə  də  özəl  investisiyaların  kəskin 

azlığı  nisbətən  uğurlu  olan  azsaylı  müstəqil  nəşrləri  maddi  cəhətdən  çıxılmaz 

vəziyyətə salır.  

 

Nisbətən  müstəqil  medianı  təcrid  etməyin  daha  bir  üsulu  onların  yüksək  vəzifəli 



dövlət  məmurlarına  çatımlığının  məhdudlaşdırılmasıdır.  Yüksək  çinli  siyasətçilər 

və  onların  mətbuat  işçiləri  bir  qayda  olaraq  ictimaiyyət  üçün  açıq  olan brifinqlər 

keçirmir. Prezident Administrasiyasının mətbuat xidməti bu quruma sadiq olan və 

sifarişlə iş görən jurnalistlərdən ibarət qapalı birlikdir. Yüksək elitaya çatımı olan 

jurnalistlər  vəzifəli  şəxslərə  xoş  gəlməyəcək  suallar  vermir,  soruşmağa  daha  çox 

sualları  olan  jurnalistlərin  isə  rəhbər  dövlət  məmurları  ilə  görüşünə  imkan 

yaradılmır. 

 

 



Yayım mediasına nəzarət 

Hazırda  Azərbaycan  mediasının  ən  çox  nəzarətdə  olan  seqmenti  teleradio 

yayımçılarıdır.  Ölkədə  doqquz  milli,  14  regional  və  13  kabel  televiziyası,  və  12 

radio stansiyası fəaliyyət göstərir. Hökumətin 2009-cu ildə xarici radioların (BBC, 

Azadlıq/Azad  Avropa  Radiosu  və  Amerikanın  Səsi)  milli  tezliklərdə 

yayınlanmasına  qadağa  qoymasından  sonra  ölkənin  yayım  mediasında  fikir 

müxtəlifliyinin təmin olunması da başa çatdı. Bu radiolar Azərbaycanlı dinləyicilər 

                                                 

19

  Azərbaycanın  media  mühiti  barədə  ətraflı  məlumatı  RATİ-nin  2013-cü  ilin  martında  hazırladığı  “Media  Nəzarət 



Altında” adlı hesabatdan əldə edə bilərsiniz. Hesabat aşağıdakı linkdədir: 

http://bit.ly/103nXEe

     



 

45 


üçün  alternativ  informasiyanın  yeganə  mənbələri  idi.  Hazırda  milli  tezliklərdə 

yayımlanan 12 radionun heç biri plüralizmi təmin etmir. 

 

Ölkənin  doqquz  milli  telekanalının  üçü  (AZTV,  İdman  Azərbaycan  və 



Mədəniyyət)  dövlətə  məxsusdur.  Bütün  dünyada  dövlət  mediasının 

özəlləşdirilməsi  prosesi  getdiyi  bir  vaxtda,  bunun  ziddinə  olaraq,  Azərbaycanda 

demək olar ki, hər iki ildən bir yeni dövlət televiziyası açılır. Regionlarda fəaliyyət 

göstərən  telekanallar  ölkədə  baş  verən  cari  hadisələrə  aid  məlumat  yaymaqdan 

daha çox musiqi və əyləncə tipli verilişlərə üstünlük verir.  

 

Azərbaycanın  ictimai  yayımçısı  olan  “İctimai  Televiziya”  bu  sahəyə  aid 



beynəlxalq standartlarda nəzərdə tutulmuş funksiyaları yerinə yetirmir. İctimai TV 

Avropa  Yayım  Birliyinə  üzvlüyü  çərçivəsində  bu  qurumun  tələblərinə  (ictimai 

marağa  xidmət  etmək,  plüralizmi  təmin  etmək,  cəmiyyətin  bütün  sektorları  üçün 

balanslı və fərqli proqramlar yayımlamaq) əməl etmir. İctimai TV yarandığı 2005-

ci ildən bəri dövlətin maraqlarına və təbliğatına xidmət edir. Xəbər yayımında isə 

bu  telekanal  praktiki  olaraq  müstəqil  fəaliyyət  göstərmir.  İctimai  TV  ölkədə  baş 

verən  mühüm  hadisələr  (məs,  siyasi  partiyaların  və  ictimai  birliklərin  fəaliyyəti) 

haqqında çox yığcam, bəzən hətta yanlış məlumat verir. İTV hər hansı şəxs və ya 

təşkilat  barədə  səhv  məlumat  yayımladığı  zaman  isə  qarşı  tərəfin  cavab  vermə 

hüququnu tanımır- onlara cavab vermələri üçün efir vaxtı ayrılmır. 

 

Azərbaycanda  dövlət-vətəndaş  ünsiyyətini  təmin  edən  9  milli  televiziya  kanalı 



“yuxarıdan aşağı” prinsipi əsasında birtərəfli fəaliyyət göstərir, yəni yalnız dövlət 

məlumatları  vətəndaşlara  çatdırılır.  Bu  telekanalların  xəbər  yayımı  prezident 

aparatı  tərəfindən  tənzimlənir  ki,  nəticədə  də  onların  xəbər  reportajları  bir-birinə 

oxşar  olur.  Bu  nəzarət  forması  məcburi  xarakterli  deyil,  belə  ki,  televiziya 

kanallarının  rəhbər  şəxsləri  ölkənin  hakim  rejimə  yaxın  olan  siyasi  elitasının 

nümayəndələridir.  Siyasi  xəbərlərin  işıqlandırılmasına  gəlincə  burada  yalnız  bir 

fikir hakimdir: Azərbaycanda hansı problemin mövcud olmasından asılı olmayaraq 

prezident Əliyevin hakimiyyəti sarsılmazdır və ona heç bir siyasi alternativ yoxdur. 

Bu telekanallar hökumətin siyasi məqsədlərinə qulluq edərək müəyyən məsələlərə, 

şəxslərə  və  statistikaya  daha  çox,  bəzilərinə  isə  daha  az  əhəmiyyət  verməklə, 

bəzilərinə  isə  ümumiyyətlə  əhəmiyyət  verməməklə  ictimai  fikri  formalaşdırır  və 

xalqa hakim rejimin siyasi maraqlarının lehinə olan fikirləri təlqin edir. 

 

Azərbaycanda  siyasi  müstəvidə  rəqabətin  olmadığı  kimi,  siyasi  xəbərlərin 



çatdırılmasında  da  altı  özəl  telekanallar  arasında  rəqabət  yoxdur.  Əyləncə 

proqramlarına gəldikdə isə bu sahədə gərgin rəqabət mühiti hökm sürür. Altı özəl 

telekanalın hər biri reklam gəlirləri hesabına fəaliyyət göstərən kommersiya hüquqi 

şəxslər olsalar da, onlara dövlət tərəfindən ciddi nəzarət olunur. 

 

Dövlətin təbliğatını gəlirli biznes fəaliyyəti ilə birləşdirmək işə yarayır, çünki bu, 



telekanalların  daha  əyləncəli  olmasına,  izləyicilərin  və  reklam  sifarişlərinin 

artmasına  səbəb  olur.  Qlobal  maliyyə  böhranından  əvvəlki  illərdə  reklam  bazarı 




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə