Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu Azərbaycanda Seçki Ərəfəsində Azad Sözə Təzyiqlər Daha Da Artır



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə2/21
tarix17.11.2017
ölçüsü0,51 Mb.
#10717
1   2   3   4   5   6   7   8   9   ...   21

 

edir.  Beşinci  fəsil  dövlətin  yayım  və  çap  mediasına  nəzarət  üsullarını  təsvir  edir. 



Altıncı fəsil Azərbaycanda ifadə azadlığı üçün son azad məkan olan internetdə söz 

azadlığının  durumunu  təhlil  edir.  Hesabatın  sonunda  ölkədə  söz  azadlığının 

vəziyyəti barədə RATİ-nin yekun rəyləri yer almışdır.

 

 



 


 



Tövsiyələr 

 

Hesabatdan  da  göründüyü  kimi,  Azərbaycanda  ifadə  azadlığı  ciddi  təhlükə 



altındadır.  Azərbaycan  hökuməti  bu  pozuntulara  dərhal  son  qoymalı  və  insan 

hüquqları  ilə  bağlı  beynəlxalq  öhdəliklərinə  uyğun  olaraq  vəziyyəti  düzəltmək 

üçün  təcili  tədbirlər  görməlidir.  Bu  məqsədlə  RATİ  ifadə  azadlığının  müdafiəsi 

üçün  lazım  olan  addımları  özündə  əks  etdirən  aşağıdakı  tövsiyələri  işləyib 

hazırlamışdır. 

 

RATİ Azərbaycan hökumətini aşağıdakı tövsiyələri yerinə yetirməyə çağırır: 



 

Jurnalistlərə  qarşı  zorakılığa,  şantaja,  təhdidlərə  və  təzyiqin  digər 

formalarına son qoyulsun: 

 

 



Jurnalistlərə qarşı baş vermiş bütün zorakılıq halları ətraflı və şəffaf şəkildə 

araşdırılsın  və  və  cavabdehlər  qanuna  uyğun  olaraq  məsuliyyətə  cəlb 

olunsun. 

 



Jurnalist Elmar Hüseynov və Rafiq Tağının qətlinə görə məsuliyyət daşıyan 

şəxslərin  tapılması  və  məsuliyyətə  cəlb  olunması  üçün  səylər  daha  da 

artırılsın. 

 



E.Hüseynov  və  R.Tağının  qətllərinin  istintaqı  ilə  bağlı  dolğun  məlumat 

ictimaiyyətə çatdırılsın.  

 

Jurnalistlərin hədə-qorxu və şantaja məruz qalması halları tam araşdırılsın və 



onlar üçün etibarlı müdafiə mexanizmləri yaradılsın. 

 



Jurnalistlərin və digər tənqidçi şəxslərin qanunsuz izlənməsi təcrübəsinə son 

qoyulsun;  qanunsuz  yollarla  əldə  olunaraq  onlara  qarşı  istifadə  olunan 

materialların  yayılmasının  qarşısının  alınması  üçün  tədbirlər  görülsün; 

jurnalistlərin şəxsi həyatın toxunulmazlığı hüququnun bütün pozulma halları 

ətraflı  şəkildə  araşdırılsın,  bu  əməllərə  görə  cavabdeh  olan  şəxslər  qanuna 

uyğun olaraq məsuliyyətə cəlb olunsun. 

 

Həbsdən tənqidi səsləri susdurmaq üçün istifadə olunmasına son qoyulsun: 

 

 



İfadə azadlığı hüququnu həyata keçirmələri ilə bağlı olaraq həbs olunmuş və 

hal-hazırda həbsdə olan jurnalistlər, bloqçular və hüquq müdafiəçiləri (Nicat 

Əliyev,  İlham  Əmiraslanov,  Araz  Quliyev,  Fuad  Hüseynov,  Hilal 

Məmmədov,  Bəxtiyar  Məmmədov,  Fərəməz  Novruzoğlu,  Rəşad 

Ramazanov, Tofiq Yaqublu və Əvəz Zeynallı) dərhal və  qeyd-şərtsiz azad 

olunsun. 

 

İfadə  azadlığı  hüququnu  həyata  keçirmələri  ilə  bağlı  olaraq  həbs  olunmuş 



digər şəxslər, o cümlədən Azad Gənclik təşkilatı, NİDA vətəndaş hərəkatı və 

AXCP gənclər hərəkatı ilə bağlılığı olan gənc fəallar dərhal və  qeyd-şərtsiz 

azad olunsun. 

 



İfadə  azadlığı  hüququnu  həyata  keçirmələri  ilə  bağlı  olaraq  həbs  olunma 


 

ehtimalı olan Oqtay Gülalıyev və Mehman Hüseynova qarşı irəli sürülmüş 



ittihamlar ləğv olunsun.    

 

Media qanunvericiliyi və media siyasəti təkmilləşdirilsin: 



 

 



İnternetdə  yayılan  məzmuna  görə  cinayət  məsuliyyəti  nəzərdə  tutan 

reqressiv  qanunvericilik  dəyişiklikləri,  həmçinin  Cinayət  Məcəlləsində 

diffamasiyaya görə cəza nəzərdə tutan bütün müddəalar ləğv olunsun. 

 



QHT qanununa və digər qanunlara edilmiş, müstəqil QHT-lərin fəaliyyətini 

məhdudlaşdıran əlavə və dəyişikliklər ləğv edilsin. 

 

Sərbəst  toplaşma  azadlığı  haqqında  qanuna  “icazəsiz  etiraz  aksiyalarının 



təşkilatçıları  və  iştirakçıları  üçün  yüksək  cərimələr  nəzərdə  tutan”  əlavələr 

ləğv olunsun.  

 

İnzibati Xətalar Məcəlləsinə edilmiş və inzibati həbsin maxsimum müddətini 



artıran reqressiv qanunvericilik dəyişiklikləri ləğv olunsun. 

 



Diffamasiya  ittihamından  tənqidi  qəzetlərin  fəaliyyətinə  mane  olmaq 

məqsədi ilə həddindən artıq istifadəyə son qoyulsun. 

 

Xarici  yayımçıların  milli  tezliklərdə  yayımlanmasını  qadağan  edən  qərar 



ləğv olunsun. 

 



Beynəlxalq  standartlara  uyğun  olaraq  müstəqil  Mətbuat  Ombudsmanı 

vəzifəsi  təsis  edilsin  və  hazırda  İnsan  Hüquqları  Üzrə  Müvəkkilə  məxsus 

olan 

Mətbuat  Ombudsmanı  səlahiyyəti  ondan  alınaraq  Mətbuat 



Ombudsmanına verilsin.   

 



Televiziya  və  radio  tezliklərinin  sadə  lisenziya  əsasında  şəffaf  və  ədalətli 

qaydada  verilməsini  təmin  etmək  üçün  teleradio  yayımını  tənzimləyən 

müstəqil qurum yaradılsın. 

 



İctimai teleradio yayımçısının beynəlxalq ictimai yayım standartlarına cavab 

verməsi  və  bu  yayımçının  cəmiyyətin  bütün  sektorları  üçün  balanslı, 

plüralistik  və  müxtəlifliyi  əks  etdirən  proqramlar  yayımlaması  təmin 

olunsun. 

 

Mediada  hesabatlılığı  təmin  etmək  üçün  peşəkar  media  mütəxəssislərindən 



ibarət müstəqil və özünü-tənzimləyən qurum yaradılsın. 

 



Media qurumlarına sahiblik strukturunda şəffaflıq təmin olunsun. 

 



Hökumət  tərəfindən  maliyyələşdirilən  reklamın  media  qurumları  arasında 

ədalətli  və  şəffaf  qaydada  bölüşdürülməsini  təmin  edən  müstəqil  nəzarət 

orqanı yaradılsın. 

  

RATİ  media  təşkilatlarını  qabaqlayıcı  tədbirlər  görməklə,  habelə  tibbi  xərcləri 

qarşılamaq üçün yardım göstərməklə öz fiziki təzyiqə məruz qala biləcək və qalan 

əməkdaşlarına lazımi qayğı göstərməyə çağırır. 

 

RATİ jurnalistlərə və media nümayəndələrinə peşə etikasına əməl etməyi, şəxsi 



təhlükəsizliklə  bağlı  hər  hansı  təhlükə  yarandıqda  isə  RATİ-nin  qaynar  xəttinə 

(+99412 408 75 30, +99450 398 48 38 və ya +99 455 398 48 38), digər vətəndaş 




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə