Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu Azərbaycanda Seçki Ərəfəsində Azad Sözə Təzyiqlər Daha Da Artır



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə5/21
tarix17.11.2017
ölçüsü0,51 Mb.
#10717
1   2   3   4   5   6   7   8   9   ...   21

 

14 


dəqiqləşdirməsindən  sonra  sərbəst  buraxılıb.  Jurnalist  bundan  sonra  da  hadisələri 

çəkərkən polis tərəfindən yenidən saxlanaraq şöbəyə aparılmış və yolda ikən polis 

ona  sillə  vurmuşdur.Jurnalist  bu  dəfə  20  dəqiqə  saxlandıqdan  sonra  sərbəst 

buraxılmışdır. 

Yanvarın 26-da  Bakının  mərkəzində  müxalifət  tərəfindən təşkil olunmuş  icazəsiz 

etiraz  aksiyası  hökumət  tərəfindən  zor  tətbiq  edilməklə  dağıdılıb.  Polis  və  mülki 

geyimlilər  zor  tətiq  edərək  aksiya  keçirilən  ərazilərdə  həm  “press”  yazılı 

fərqləndirici  gödəkcədə  olan,  həm  də  belə  gödəkcə  geyinməyən  jurnalistləri  də 

hadisə  yerindən  uzaqlaşdırmağa  cəhd göstərib.  Aksiyada  çəkiliş  aparan  Obyektiv 

TV  reportyoru  Rəşad  Əliyev  və  Yurd  TV-nin  operatoru  Emin  Şahverdizadə 

mülki  geyimli  polis  nəfəri  tərəfindən  qəsdən  bir-birinin  üstünə  itələnib.  Nəticədə 

hər ikisi yerə yıxılaraq, müxtəlif bədən xəsarətləri almışlar. Rəşad Əliyevin ayağı 

burxulub, Emin Şahverdizadə isə qolu möhkəm əzilib və ona məxsus videokamera 

yerə  dəymə  nəticəsində  yarasız  hala  düşüb.  Aksiya  zamanı  bir  neçə  media 

nümayəndəsi  də  saxlanaraq  polis  bölməsinə  aparılıblar.  Saxlanılanlar  arasında 

1news.az saytının müxbiri Zaur Rəsulzadə və video çəkiliş aparan blogger Fuad 



Hacıyev  olmuşdur.  "Press"  gödəkçələri  geyinməyən  jurnalistlərin  saxlanmasına 

əmr  verənlərdən  biri  mülki  geyimdə  olan  Daxili  İşlər  Nazirliyinin  (DİN)  zabiti 

Orxan Axundzadə olmuşdur. 

Yanvarın  31-də  “Azadlıq”  qəzetinin  İsmayıllı  rayonunda  yaşayan  bölgə  müxbiri 



Elçin  İsmayıllı  nömrəsi  olmayan  taksi  tərəfindən  bir  neçə  gün  izlənildiyini  və 

təhdidlərlə  üzləşdiyini  bildirib.  Elçin  İsmayıllı  əlavə  edib  ki,  İsmayıllıda  23-24 

yanvarda  baş  verən  hadisələrdən  sonra  hadisələr  barədə  məlumatları  ilk  olaraq 

mətbuata  ötürdüyünə  görə  rayon  prokurorundan,  rayon  polis  şöbəsinin  rəis 

müavini  Şöhrət  Kərimovdan  və  rayon  rəhbərliyindən  dəfələrlə  təhdidlər  gəlib. 

Polis  rəisi  müavini  və  prokuror  jurnalisti  regiona  hüquq  müdafiəçilərinin  və 

junalistlərin  səfərini  təşkil  etməkdə  ittiham  edərək  ondan  bunlara  son  qoymağı 

tələb  ediblər.  Jurnalist telefonuna  hədə-qorxu dolu sms-lər  və  zənglərin  gəldiyini 

bildirib. Fevralın 8-də Elçin İsmayıllı baş verənlər barədə ifadə vermək üçün polis 

idarəsinə 

çağırılıb. 

Jurnalist 

təhdid 

olunduğu 



barədə 

məlumatları 

ictimailəşdirdikdən sonra bu təhdidlərə son qoyulduğunu bildirib. 

 

Fevralın  4-də  Baş  Prokurorluğun  Ağır  Cinayətlərə  dair  İstintaq  İdarəsinin 



qarşısında  mühafizə  xidməti  polisləri  Obyektiv  TV-nin  əməkdaşı  Cavid 

Qurbanovun qanuni peşə fəaliyyətini yerinə yetirməsinə maneçilik törədiblər. 23-

24  yanvarda  baş  vermiş  İsmayıllı  hadisələrinə  görə  dindirilməyə  çağırılan 

Respublikaçı  Alternativ  (REAL)  hərəkatının  sədri  İlqar  Məmmədov  və  Müsavat 

başqanının  müavini  Tofiq  Yaqublunu  çəkərkən,  idarənin  mühafizəçi  polisləri 

Cavid Qurbanovu idarəyə apararaq, kamerasını əlindən alıb. Qurbanovun kamerası 

əlindən  alınandan  30  dəqiqə  sonra  onu  sərbəst  buraxsalar  da,  onun  kamerasını 

buraxılandan 15 dəqiqə sonra geri qaytarıblar. Polislər operatora idarənin xidməti 

binasının çəkilişini apararkən icazə almalı olduğu barədə xəbərdarlıq ediblər. 




 

15 


Fevralın  5-də  “Azadlıq”  qəzetinin  baş  redaktorunun  müavini  Rahim  Hacıyev 

“Azadlıq"  qəzetinin 5  fevral  2013-cü  il  tarixli  sayında  dərc  olunmuş  "Şamaxı  da 

etiraz  mitinqinə  hazırlaşır"  başlıqlı  məqalə  ilə  bağlı  olaraq  Baş  Prokurorluğa 

çağrılıb. Hacıyev bildirib ki, onu qəbul edən Baş Prokurorun 1-ci müavini Rüstəm 

Usubov  məsələnin  araşdırıldığını  və  həqiqətə  uyğun  olmadığını  və  icra 

hakimiyyətinə belə bir müraciət daxil olmadığını bildirib. R.Usubov həmçinin bu 

tip  materialların  ictimaiyyətdə  gərginlik  yaratdığını  vurğulayaraq,  təkzib 

verilməsini  tələb  etmiş,  belə  məlumatların  gələcəkdə  dərc  olunacağı  təqdirdə, 

barəsində  inzibati  və  cinayət  məsuliyyəti  də  daxil  olmaqla,  qanunvericilikdə 

nəzərdə  tutulmuş  daha  ciddi  məsuliyyət  tədbirləri  görüləcəyi  barədə  rəsmi 

xəbərdarlıq  etmişdir.  Xəbərdarlığı  əsassız  hesab  edən  redaktor  bildirib  ki, 

informasiya yaymaq qəzetin vəzifəsidir. 

Fevralın  15-də  “Unikal”  qəzetinin  baş  redaktoru  Asəf  Rzayev  telefonla  təhdid 

edilməsi  barədə  məlumat  verib.  Jurnalistin  sözlərinə  görə,  Abşeron  rayonunda 

yerləşən “Ağ otel“in əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsi ilə bağlı rəhbəri 

olduğu qəzetdə bir neçə məqalə dərc olunduqdan sonra, özünü otelin sahibi kimi 

təqdim  Elçin  adlı  şəxs  zəng  edərək  qəzetdə  otellə  bağlı  dərc  olunan  yazıların 

dayandırılmayacağı  halda  jurnalistin  aqibətinin  pis  olacağını  bildirib.  A.Hacıyev 

məsələ  ilə  bağlı  Daxili  İşlər  Nazirliyinin  “102”  xidmətinə  məlumat  verdiyini  və 

qəzet vasitəsilə Daxili İşlər nazirinə və Baş prokurora müraciət etdiyini deyib. 

Fevralın 19-da Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) bölgə 

müxbiri  Həkimeldostu  Mehdiyev  bildirib  ki,  Naxçıvan  Muxtar  Respublikasının 

(NMR)  Naxçıvan  və  Şərur  şəhərlərindəki  tibb  müəssisələri  jurnalistin  ağır 

ginekoloji  xəstəlikdən  əziyyət  çəkən  həyat  yoldaşını  əməliyyat  etməkdən  imtina 

edirlər.  Jurnalistin  sözlərinə  görə,  həyat  yoldaşı  əməliyyata  təyin  olunsa  da, 

cərrahlar  jurnalistin  “yuxarılar”la  problemlərinin  olduğunu  əsas  gətirərək 

əməliyyatı  başlamaqdan  imtina  ediblər.  Mehdiyev  və  onun  ailəsi  onun  jurnalist 

fəaliyyəti ilə bağlı olaraq uzun illər təqibə məruz qalmışdır.  

Fevralın 20-də siyasi motivli xuliqanlıq ittihamı ilə məhkum olunduğu 6.5 il həbs 

cəzasını  12  saylı  cəzaçəkmə  müəssisəsində  çəkən  jurnalist  Fuad  Hüseynov 

həbsxanada  ölümlə  hədələnib.  Junalistin  anası  Süsən  Hüseynovanın  bildirdiyinə 

görə,  həbsxana  rəhbərliyi  həbsxanada  baş  verən  qanunsuz  əməllərin  mediaya 

sızmasında  onun  oğlundan  şübhələnir.  Halbuki  Fuad  Hüseynov  bütün  baş 

verənlərdən xəbərsiz olub. 

Fevralın  21-də  Obyektiv  TV-nin  reportyoru  Əbülfət  Namazov  peşə  fəaliyyətini 

həyata keçirərkən hücuma  məruz  qalıb.  Gənc  fəal  Nigar  Yagublunun  məhkəməsi 

zamanı media nümayəndələri və siyasi fəallar məhkəmə binasına buraxılmadıqları 

üçün Ə.Namazov Sumqayıt Şəhər Məhkəməsinin qarşısında çəkiliş aparmağa cəhd 

edib.  Bu  zaman  mülki  geyimli  şəxslər  Namazovu  itələyərək  onun  çəkiliş 

aparmasına mane olublar. 

 



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə