Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu Azərbaycanda Seçki Ərəfəsində Azad Sözə Təzyiqlər Daha Da Artır



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə9/21
tarix17.11.2017
ölçüsü0,51 Mb.
#10717
1   ...   5   6   7   8   9   10   11   12   ...   21

 

22 


uzaqlaşdırılıb.  

İyunun 3-də Bakının Nəsimi rayon ərazisində polis əməkdaşları səyyar qəzet satışı 

ilə  məşğul  olanlara  qarşı  reyd  keçirdərək,  onları  rayonun  22-ci  polis  bölməsinə 

aparıblar.  Bu  barədə

 

gundemxeber.az



  

saytı  məlumat  yayıb.  Məlumatda  qeyd 

olunur  ki,  polislər rayon  ərazisində  parklarda  və digər  insanların  sıx  oldugu 

yerlərdə  səyyar  qəzet  satışı  ilə  məşgul  olan  şəxsləri  həbs  edərək  əllərindəki 

qəzetləri  də  müsadirə  edir  və  özlərini  isə  bölməyə  aparıblar.  Daxili  İşlər 

Nazirlliyinin  Mətbuat  Xidmətinin  rəisi  Ehsan  Zahidov  RATİ-yə  açıqlamasında 

DİN-ə belə bir məlumatın daxil olmadığını deyib.

 

 



İyunun 11-də Turan agentliyinin və “Amerikanın səsi” radiostansiyasının müxbiri, 

“Obyektiv  TV”  on-line  televiziyasının  aparıcısı,  tanınmış  jurnalist  Tapdıq 



Fərhadoğlunun  avtomobilinə  hücum  olub.  İnsident  Caspian  Plaza  Biznes 

Mərkəzinin  qarşısında baş  verib.  Belə  ki,  avtomobilin  arxa  pəncərəsi  sındırılaraq 

oturacağın  üstündəki  çantadan  “Amerikanın  səsi”  radiostansiyasına  məxsus  

mikorofon götürülüb. T. Fərhadoğlu bildirib ki, baş verənlər barədə DİN-in “102” 

saylı növbətçi hissəsinə məlumat verib və bir neçə dəqiqədən sonra polislər gələrək 

zəruri  istintaq-əməliyyat  tədbirləri  keçiriblər.  Jurnalist  Yasamal  Rayon  Polis 

İdarəsinin  27-ci  bölməsinə  ərizə  ilə  müraciət  etdiyini  və  bu  işlə   bağlı  araşdırma 

başlandığını  da sözlərinə əlavə edib. 

İyunun  12-də  jurnalist  İdrak  Abbasov  Lerik  şəhərində  dövlət  məmurunun 

 təzyiqinə  məruz  qalıb. Abbasov  bildirib  ki,  adi  bir  arayış  almaq  istədiyi  zaman 

Lerik şəhər inzibati ərazi dairəsinin rəhbəri Atamalı Nəcəfov  ona hücum çəkib və 

 nalayiq  söyüşlərlə  onu  söyüb.  “Mən  sənədləşmə  işi  ilə  bağlı Lerik  şəhər  inzibati 

ərazi  dairəsinə  bir  neçə  dəfə  getdim,  ancaq  idarənin  rəhbəri  iş  başında  olmadığı 

üçün  məsələni  həll  edə  bilmirdim.  Belə  olduğu  üçün  mən  Nəcəfovun  iş 

kabinetinin   üzərində  yazılmış  mobil  telefona  zəng  etdim  və  o  mənə  çayxanada 

olduğunu bildirərək ora dəvət etdi. Mən həmin yerə getdim və  dövlət məmurunu iş 

vaxtı  sayılan  16:20  saatlarında   çayxanada  domino  oynayan  gördüm.  Mən  A. 

Nəcəfova sənəd almaq üçün gəldiyimi bildirdim və nə zaman iş başında olacağını 

soruşdum.  Ancaq o mənim müraciətimə cavab vermədi və oyun oynamağa davam 

etdi. Biraz gözlədikdən sonra oyun bitdi və o yerindən qalxaraq “sən kimsən mən 

sənə  hesabat  verim”  deyərək  mənə  hücum  çəkdi,  məni  nalayiq  söyüşlərlə  söydü. 

Bu  zaman  şəkilini  çəkdiyim  üçün  o  hücum  edərək  aparatımı  əlimdən  almaq 

istəyirdi”,-deyə  jurnalist  qeyd  edib.  Jurnalist  onu  da  qeyd  edib  ki,  hadisə  barədə 

Lerik Rayon Polis Şöbəsinə  rəsmi şəkildə ərizə ilə müraciət edib. 

İyunun  14-də  “Azadlıq”  radiosunun  bölgə  müxbiri  Azər  Əli  peşə  fəaliyyətini 

yerinə  yetirən  zaman  fiziki  hücuma  məruz  qalıb. Jurnalist  Azər  Əlinin  sözlərinə 

görə,  bu  gün   Fövqəladə  Hallar  Naziri  Kəmaləddin  Heydərov  Salyan  şəhərində 

sakinlər ilə görüş keçirib, ancaq medianümayəndələrinin görüşü izləməsinə imkan 

verilməyib.  “Nazirin  qəbulundan  çıxan  vətəndaşlardan  müsahibə  götürmək 

istəyirdim. Bu zaman FHN əməkdaşı tərəfindən küçə söyüşləri ilə təhqir olunaraq 




 

23 


ərazidən  uzaqlaşdırıldım”  –deyə  jurnalist  bildirib.  RATİ  hadisəyə  aydınlıq 

gətirilməsi  üçün  FHN-nin  mətbuat  xidməti  ilə  əlaqə  saxlama  cəhd  etsə,  nazirlik 

edilən təkidli zənglərə cavab verməyib.   

İyunun  14-də  “Space”  telekanalının  “Etibar  edin”  proqramının  aparıcısı  İlham 



Mirzəyev  hücuma  məruz  qalıb.  Bu  barədə

 

anspress.com 



saytı  məlumat 

yayıb. Məlumatda  qeyd  olunur  ki,  İ.  Mirzəyev   cümə  günü  axşam  saatlarında 

çalışdığı “Space” kanalının arxa qapısından çıxıb avtomobilinə yaxınlaşarkənbaşqa 

bir  avtomobildən  4  nəfər  düşərək  ona  hücum  edib.  Tanınmamaq  üçün  üzlərini 

qrimləyən dəstə teleaparıcının özünü və ailəsini ölümlə hədələdikdən sonra sərbəst 

buraxıb. Məlumatda həmçinin İlham Mirzəyevin peşə fəaliyyəti ilə bağlı, aparıcısı 

olduğu  “Etibar  edin”  proqramına  müraciət  edən  şikayətçiyə  yardım  etdiyi  üçün 

təzyiqə  məruz qaldığı  bildirilir. Jurnalist hadisə ilə  bağlı  dünən  səhər  Nərimanov 

rayon  Prokurorluğuna  və  Bakı  şəhər  Prokurorluğuna  şikayət  ərizəsi  ilə  müraciət 

edib. 


İyunun 15-də

 

avropa.info



 

saytının əməkdaşı Saleh Qafarlı peşə fəaliyyətini yerinə 

yetirən  zaman  fiziki  hücuma  məruz  qalaraq  döyülüb. Jurnalistin  sözlərinə  görə, 

İmişli-Biləsuvar  yolunun  üzərində  (Biləsuvar  ərazisində)  yerləşən  fahişəxanada 

gizli  olaraq  videoçəkiliş  apardıqdan  sonra  obyektin  sahibi  və  onun  yanındakı  bir 

neçə  nəfər  tərəfindən  vəhşicəsinə  döyülüb.  “Obyektin  sahibi  olduğu  deyilən 

Allahverən adlı şəxs 13 nəfər şəxslə birlikdə üstümə hücum çəkdi. Allahverən və 

yanındakı  qoçu  dəstəsi  mənə  zərbələr  vurmağa  başladılar.  Bir  müddət  döyəndən 

sonra mobil telefonumu, qol saatımı və şəxsiyyət vəsiqəmi götürdülər. Allahverən 

mənə “Sən heç bilirsən kimə ilişmisən? Sən heç bilirsən bura kimin obyektidir?” 

deyə hədə-qorxu gəldi. İki saat davam edən fiziki və mənəvi işgəncələrdən sonra 

kafeyə  gələn  tanımadığım  şəxslərin  müdaxiləsi  nəticəsində  bizi  girovluqdan 

buraxdılar.  Üzərimdə  olan  əşyaları  isə  özlərində  saxladılar.  Yanımdakı  şəxslər 

dərhal məni İmişli Rayon Xəstəxanasının Təcili Tibbi Yardım bölməsinə gətirdilər. 

Həkimlər  ilkin  müayinə  zamanı  bədənimdəki  xəsarətləri  qeydə  aldılar  və  tibbi 

yardım  göstərdilər.  DİN-in  “102”  xidmətinə  zəng  vurub  hadisə  barədə  məlumat 

verdim.  İmişli  Polis  Şöbəsinin  əməkdaşları  məni  və  yanımda  olan  şahidləri  polis 

bölməsinə gətirdilər. Məndən izahat alıblar və tibbi ekspertiza keçirilib. Ekspertiza 

rəy  verib  ki,  mənim  bədənimdə  döyülmə  nəticəsində  yaranmış  xəsarətlər  var”,-

deyə jurnalist qeyd edib. 



 

 


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə