Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu Azərbaycanda Seçki Ərəfəsində Azad Sözə Təzyiqlər Daha Da Artır


Fəsil 2: Şəxsi həyatın toxunulmazlığı



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə10/21
tarix17.11.2017
ölçüsü0,51 Mb.
#10717
1   ...   6   7   8   9   10   11   12   13   ...   21

 

24 


Fəsil 2: Şəxsi həyatın toxunulmazlığı 

hüququnun məhdudlaşdırılması  

 

Son  illərdə  qanunsuz  izləmə  formalarından  tənqidçi  jurnalistlərə  qarşı  bir  təzyiq 

vasitəsi  kimi  daha  çox  istifadə  olunmuşdur.  Potensial  şantajçılarla  işbirliyindən 

imtina  edən  jurnalistlər  barəsində  qanunsuz  izləmə  yolu  ilə  əldə  olunmuş 

məlumatlar onları şantaj, təhqir etmək və cəmiyyətin gözündən salmaq məqsədi ilə 

istifadə olunur.  

 

Qanunsuz izləmənin özü və bu yolla əldə olunmuş məlumatların cəmiyyət içində 



yayılması  Azərbaycanın  da  ratifikasiya  etdiyi  bir  çox  beynəlxalq  və  regional 

müqavilələrdə  təminat  verilən  fundamental  insan  hüququ  olan  şəxsi  həyatın 

toxunulmazlığı hüququnun ciddi şəkildə pozulmasıdır. Bu hüququn pozulmasının 

ifadə və birləşmə azadlıqları kimi digər insan hüquqlarının həyata keçirilməsinə də 

təsiri vardır. 

 

Rəqəmsal  izləmə  də  ifadə  azadlığı  üçün  xüsusilə  böyük  təhlükəyə  çevrilib. 



Jurnalistlər, bloqçular, sosial media fəalları və hüquq müdafiəçiləri öz üzərlərində 

fərqli düşüncəni və tənqidi boğmağa və “xoşagəlməz” informasiyanın yayılmasının 

qarşısını almağa çalışan hökumətin nəzarətini getdikcə daha çox hiss edirlər.  

 

 



Gizli  kameralar  

Bir neçə halda jurnalistlərin yaşayış yerində gizli kameralardan istifadə olunub ki, 

bu da şəxsi həyatın toxunulmazlığının xüsusilə yolverilməz formada pozulmasıdır. 

Belə ki, tənqidçi jurnalistlərin gizli kameralarla çəkilmiş intim videoları internet və 

dövlət nəzarətində olan telekanallar vasitəsilə yayımlanmışdır.  

 

2010-cu  ilin  oktyabrında,  noyabrda  keçiriləcək  parlament  seçkilərinə  iki  həftə 



qalmış  “Azadlıq”  qəzetinin  redaktoru  Azər  Əhmədov  bu  cür  halla  üzləşmişdi. 

Onun  gizli  kamera  ilə  qeydə  alınmış  intim  videosu  əvvəlcə  sosial  şəbəkələrdə 

yayılmış,  sonra  isə  Lider  TV-nin  xəbər  buraxılışı  olan  “Səda”  proqramı  ilə 

“Müxalifət haqqında çılpaq həqiqətlər” başlığı altında yayımlanmışdı.  

 

2011-ci ilin aprelində Bakıda “Ərəb Baharı”ndan ilhamlanaraq təşkil olunan etiraz 



aksiyaları  zamanı  “Azadlıq”  qəzetinin  əməkdaşları  Natiq  Ədilov və  Qan  Turalı 

Oğuz rayonunda yerləşən Afra otelində qaldıqları otaqda gizli kameranın hədəfinə 

çevrilmişdilər.  Bu  video  da  Lider  TV  vasitəsilə  yayımlanmışdı.  Jurnalistlər  bu 

hərəkətinə  görə  Lider  TV-ni  məhkəməyə  vermiş,  lakin  onların  iddiası  Ali 

Məhkəmə tərəfindən rədd edilmişdi. Jurnalistlər hal-hazırda Avropa İnsan Haqları 

Məhkəməsinə müraciət hazırlayırlar. 

Qeyd etmək lazımdır ki, bu cür yayımların qanunsuz olmasına baxmayaraq, Milli 

Teleradio  Şurası  (MTRŞ)  onların qarşısını almaq  üçün heç bir  addım  atmamışdı. 




 

25 


MTRŞ-nin  müstəqil  və  şəffaf  bir  qurum  olmaması  bu  hesabatın  5-ci  fəslində 

müzakirə olunur.  

 

 

Xədicə İsmayılova 



2012-ci  ilin  martında  Azad  Avropa/Azadlıq  Radiosunun  Azərbaycan  xidmətinin 

müxbiri, tanınmış araşdırmaçı jurnalisti Xədicə İsmayılova şantaj və şəxsi həyata 

müdaxilə  ilə  üzləşib.  İsmayılovanın  ünvanına  göndərilmiş,  jurnalistin  intim 

fotolarının da yer aldığı məktubda deyilirdi: “Fahişə, özünü yaxşı apar. Yoxsa səni 

biabır edərik!”. Lakin susmaq əvəzinə jurnalist bu şantaj faktını mətbuata açıqladı. 

Nəticədə  İsmayılovanın  gizli  kamera  ilə  çəkilmiş  intim  videosu  bir  neçə  internet 

saytında yerləşdirildi. 

 

Hesabat  dövründə  İsmayılova  barəsində  daha  bir  saxta  porno  video  internetə 



yerləşdirildi.  Bu  barədə  hesabatın  1-ci  fəslində  ətraflı  bəhs  olunur.  Bu  hüquq 

pozuntularına  və  özünə  qarşı  edilmiş  digər  formada  olan  təzyiqlərə  baxmayaraq, 

İsmayılova  öz  araşdırmaçı  jurnalistika  fəaliyyətinə  və  hökumətin  gizli  saxlamağı 

tərcih  edəcəyi  korrupsiya  və  insan  haqlarının  pozulması  faktlarını  ifşa  etməyə 

davam etdi.  

 

Mobil şəbəkə ilə izləmə  

2012-ci  ilin  aprelində  İsveçin  SVT  adlı  ictimai  yayımçısı  isveç-fin  şirkəti  olan 

Teliasonera  telekommunikasiya  şirkətinin  Azərbaycan,  Qazaxıstan,  Özbəkistan, 

Tacikistan və Gürcüstanda yerləşən xüsusi xidmət agentlikləri ilə əlaqəsini ortaya 

çıxaran araşdırma xarakterli sənədli film nümayiş etdirmişdir. 

 

Sənədli  film  adıçəkilən  ölkələrdə,  həmçinin  Azərbaycanda,  Teliasoneranın 



filiallarının öz şəbəkələrinə telefon zəngləri, mətn mesajları, internet istifadəsi və 

fakturaların  hər  birinə  nəzarət  etməyə  imkan  verən  xüsusi  “qara  qutuların” 

yerləşdirilməsinə şərait yaratdığını açıb göstərirdi. SVT telekanalının məlumatına 

görə, bu təcrübədən hələ də istifadə olunur.  

 

Bu hesabat dövründə, mobil telefona nəzarət faktı Azadlıq Radiosunun Naxçıvan 



müxbiri Yafəz Əkrəmoğluna qarşı təzyiq zamanı baş verib. Bu barədə 1-ci fəsildə 

geniş bəhs olunur. 

 

 

 



İctimai yerlərdə nəzarət  

 

Azərbaycanlılar şəxsi həyata müdaxilə və şəxsi həyat barədə məlumatın çox zaman 



xəbərsiz  və  icazəsiz  olaraq  toplanması  kimi  əməllərə  də  məruz  qalmaqdadırlar. 

Hazırda şəxsi həyatın toxunulmazlığı  hüququnun pozuntusu istiqamətində hüquqi 

səviyyədə işlər görülür.  

 



 

26 


Belə  ki,  2012-ci  ildən  etibarən  Respublika  üzrə  verilən  maşınlara  verilən 

nömrələrdə  RFID-çip  (Radio  Frequency  Identification texnologiyası  ilə) 

yerləşdirilib. Simsiz radio elektromaqnit tezliyinin köməyi ilə işləyən bu çip xüsusi 

svetaforlardan  keçən  maşınların  hansı  istiqamətə  getdiyi  və  eyni  zamanda  digər 

yerdəyişməsini  müəyyən  edir.  RFID-  çipləri  avtomobilin  sahibinin  kimliyini, 

identifikasiya nömrəsini və maşının tipini müəyyən etməyə imkan verir.  

 

Eyni zamanda hazırda Bakı və digər iri şəhərlərdə Daxili İşlər Nazirliyi tərəfindən 



Təhlükəsizlik şəhər sistemi quraşdırılıb ki, minlərlə kamera maşınların nömrələrini 

tanıyır və onların hərəkətini izləməyi asanlaşdırır. Hətta smart video texnologiyası 

vasitəsilə  insanların  sifətini  də  göstərir.  Bununla  yanaşı  Nəqliyyat  Nazirliyi  də 

bütün respublika üzrə  kameralar quraşdırıb. 

 

Ancaq    RATİ  xatırladır  ki,    bu  qədər  kameraların  olduğu  ölkədə  jurnalist  Rafiq 



Tağı  qətlə  yetirildiyi  ərazidə  olan  kameraların      görüntüləri  təqdim  edilmədi.  

Istintaq  orqanları  bu  görüntülərdən  istifadə  etmədi.  Rafiq  Tağının  qətl  işini 

araşdıran  qrup  həmin  ərazidə  olan  kameranın  görüntülərini  istəyən  zaman 

bildirdilər  ki,  həmin  gün  o  ərazidə  olan  kamera  işləməyib.  Bu  isə  nəzarət 

tədbirlərinin əsl məramı ilə bağlı suallar doğurur.  

 

 



IMEI nömrələrin məcburi qeydiyyatı  

 

1  may  2013-cü  il  tarixindən  etibarən  mobil  cihazların  qeydiyyatına  start  verilib. 



Şəxsi  istifadə  məqsədi  ilə  ölkə  ərazisinə  gətirilərək  istifadə  olunan 

(respublikamızın  mobil  operatorlarının  SİM  kartları  vasitəsi  ilə)  hər  bir  mobil 

cihazın IMEI nömrəsi həmin cihazın şəbəkədən xidmət almağa başladığı tarixdən 

ən  geci  30  (otuz)  gün  müddətində  qeydiyyata  alınmalıdır.  Hər  bir  cihazın 

Beynəlxalq  Mobil  Cihazı  Eyniləşdirmə  kodu  (IMEI)  Mərkəzi  Poçtda  qeydə 

alınmalıdır.  Daha  bir  narahatlıq  doğuran  tələb  isə  qeydiyyat  zamanı  telefon 

sahibindən  şəxsiyyət  vəsiqəsinin  tələb  olunmasıdır,  halbuki,  1996-cı  ildən 

Azərbaycanda olan mobil operatorlar insanlar mobil nömrə alarkən onların pasport 

məlumatlarını  götürür  və  nömrə  alan  şəxsin  adına  olur.  Telefon  sahibinin  bu 

prosedura əməl etmədiyi təqdirdə onun cihazı yerli şəbəkədən təcrid olunur.  

 

 

Mobil  cihazların  qeydiyyatının  aparılmasında  məqsəd    kimi  keyfiyyət  əmsalları 



aşağı olan və insan orqanizmi üçün zərərli elektromaqnit şüalanmaları yayan (xalq 

arasında “pirat” kimi tanınan) mobil cihazların ölkəyə idxalının qarşısının alınması 

göstərilib. Həmçinin, IMEI kodlar GSM şəbəkə vasitəsilə telefonun etibarlı olub-

olmadığını  müəyyənləşdirmək  və  telefonun  oğurlanması  zamanı  onu  istifadəyə 

yararsız hala salmaq üçün istifadə oluna bilər.  

 

RATİ bu tədbirləri şəxsi həyatın toxunulmazlığı hüququnun pozulması hesab edir 



bildirir ki, bu tədbirlər məcburi deyil könüllü xarakter daşımalıdır. 


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə