Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu Azərbaycanda Seçki Ərəfəsində Azad Sözə Təzyiqlər Daha Da Artır



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə12/21
tarix17.11.2017
ölçüsü0,51 Mb.
#10717
1   ...   8   9   10   11   12   13   14   15   ...   21

 

29 


ailələrinə aid olan əmlak məhkəmə icraçıları tərəfindən müsadirə olunub, cəriməni 

ödəməyən  fəallar  isə  ictimai  işə  cəlb  olunub.  Fəal  şəxslərin  və  QHT-lərin  ciddi 

maliyyə çətinliklərini və tənqidçi şəxslərə mitinq üçün icazənin çox nadir hallarda 

verildiyini  nəzərə  alsaq,  bu  müddəalar  ölkədə  sərbəst  toplaşma  azadlığına 

“çəkindirici  effekt”  təsiri  göstərə  bilər.  Bu,  2013-cü  il  prezident  seçkiləri 

ərəfəsində hökumətin əl atdığı xüsusilə qorxuducu tədbirdir. 

 

Mayın 14-də Milli Məclis bir çox əməllərə, o cümlədən icazəsiz aksiyaların təşkili 



və  bu  cür  aksiyalarda  iştiraka  görə,  nəzərdə  tutulan  inzibati  həbsin  maksimum 

müddətini artıran qanun layihəsini qəbul etdi. Beləliklə, həbs müddəti 15 gündən 

60  günə  kimi  artırıldı.    Bu  o  anlama  gəlir  ki,  oktyabr  seçkiləri  ərəfəsində  etiraz 

aksiyalarında iştirak edən fəallar həbs olunaraq bütün seçki kampaniyası və seçki 

dövrü müddətində həbsdə saxlanıla bilər.  

 

Diffamasiyaya  görə  cinayət  məsuliyyətinin  internetdə  yayılan  məzmuna  şamil 



olunması  

 

Azərbaycan  qanunvericiliyində  ifadə  azadlığı  üçün  ən  çox  problem  yaradan 

müddəalar  Cinayət  Məcəlləsində  diffamasiya  ilə  bağlı  olan  müddəalardır. 

Azərbaycan  Respublikasında  insan  hüquq  və  azadlıqlarının  müdafiəsinin 



səmərəliliyini  artırmaq  sahəsində  Milli  Fəaliyyət  Proqramı”

10

  2012-ci  ildə 

diffamasiyaya görə cinayət məsuliyyətini aradan qaldıran yeni qanunun qəbulunu 

nəzərdə tutsa da, hökumət bu müddəanı hələ də həyata keçirməyib.  

 

Hesabat dövründə qanunvericilik sahəsində baş vermiş ən çox narahatlıq doğuran 



hadisə  isə  Cinayət  Məcəlləsinə  internetdə  diffamasiyaya  görə  üş  ilə  qədər  həbs 

cəzası  nəzərdə  tutan  qanun  layihəsinin  iyunun  4-də  Prezident  Əliyev  tərəfindən 

təsdiqlənməsi  olub.

11

    Bu  qanun  layihəsi  ilkin  olaraq  mayın  14-də  parlament 



tərəfindən qəbul olunmuşdu. Dəyişikliklər iyul ayının sonundan qüvvəyə minəcək.   

 

Qeyd  etmək  lazımdır  ki,  hökumət  vətəndaş  cəmiyyəti  ilə  əməkdaşlıq  şəraitində 



“Diffamasiyadan  müdafiə  haqqında”  qanun  layihəsi  işləyib  hazırlasa  da,  bu 

layihənin  Avropa  Şurasının  Venesiya  Komissiyasına  texniki  baxış  üçün 

göndərilmiş yekun versiyası təhrifə məruz qalmış – ifadə azadlığına təminat verən 

bir  çox  mühüm  müddəalar  sənəddən  çıxarılmış,  onların  əvəzinə  bir  neçə 

problematik  müddəalar  əlavə  olunmuşdu.

12

  Qanun  layihəsinin  Venesiya 



Komissiyasına  göndərilmiş  versiyası  ifadə  azadlığının  beynəlxalq  standartları  ilə 

ziddiyyət təşkil edir.  

 

Müstəqil  və  müxalifət  qəzetlərinin  fəaliyyətini  məhdudlaşdırmaq  üçün  mülki 



diffamasiya  müddəalarından  intensiv  formada  istifadə  olunub.  “Azadlıq”,  “Yeni 

Müsavat” və “Xural” kimi kəskin tənqidçi qəzetlər diffamasiya ittihamları ilə daha 

                                                 

10

http://bit.ly/PxH3Tw



 

11

http://bit.ly/13uH0cl



  

12

http://bit.ly/11Z16hs



  


 

30 


çox üzləşir, və bu ittihamların da əksəriyyəti deputatlar və digər dövlət məmurları 

tərəfindən  irəli  sürülür.  Məhkəmə  qərarları  ilə  təyin  olunan  yüksək  məbləğli 

cərimələr  isə  bu  qəzetlərin  onsuz  da  ağır  olan  maliyyə  durumunu  daha  da 

ağırlaşdırır,  bununla  da  qəzetlərin  öz  fəaliyyətlərini  davam  etməsi  daha  da 

çətinləşir.  

 

2013-cü  ilin  ilk  yarısında  tənqidçi  media  qurumlarına  qarşı  çoxsaylı  mülki 



diffamasiya ittihamları irəli sürülüb. 

 

 



Azadlıq qəzeti bağlanma təhlükəsi ilə üz-üzə   

 

Diffamasiya  iddiaları  əsasında  kəsilmiş  iri  məbləğli  cərimələr  və  digər  iqtisadi 



amillərin  nəticəsində  “Azadlıq”  qəzeti  ciddi  maliyyə  böhranı  ilə  üzləşmiş  və  bir 

neçə  dəfə  fəaliyyətini  dayandırmağa  məcbur  olacağı  barədə  məlumat  vermişdir. 

Ölkənin ən iri tirajlı qəzetlərindən biri olan və hökuməti tənqid etməsi ilə tanınan 

“Azadlıq” qəzeti tez-tez diffamasiya ittihamları ilə qarşılaşır ki, bu ittihamların da 

əksəriyyəti dövlət məmurları və ya onların qohumları tərəfindən irəli sürülür.  

 

2013-cü  ilin  birinci  yarısında  iki  müxtəlif  halda  “Azadlıq”  qəzeti  üzərinə 



diffamasiya iddiaları əsasında yüksək məbləğli cərimələr qoyulub. Bundan başqa, 

qəzetin  diffamasiya  ilə  bağlı  əvvəlki  məhkəmə  işlərindən  də  ödəmədiyi  cərimə 

borcları vardır.  

 

Fevralın  14-də  Ali  Məhkəmədə  hakim  Tatyana  Qoldmanın  sədrliyi  ilə  keçirilən 



prosesdə  "Azadlıq"  qəzetinin  kassasiya  şikayəti  təmin  edilməyib.  Tağı 

Əhmədovanın iddiasına əsasən qəzetə qarşı çıxarılmış 30 min manat cərimə cəzası 

qüvvədə  qalıb.  Xatırladaq  ki,  "Azadlıq"  qəzetinin  2012-ci  il  aprel  sayında  dərc 

olunmuş  "Tağı  Əhmədov  5  qəpikləri  mənimsədi"  sərlövhəli  yazıya  görə, 

metropoliten  rəisi  məhkəməyə  müraciət  edərək  qəzetin  200  min  manat 

cərimələnməsini  tələb  etmişdi.  Yasamal  Rayon  Məhkəməsi  2012-ci  ilin  iyun 

ayında  iddianı  qismən  təmin  edərək,  qəzetin  üzərinə  30  min  manat  təzminat 

ödəmək  vəzifəsi  qoymuş,  sentyabrın  13-də  isə  Bakı  Apellyasiya  Məhkəməsi  bu 

qərarı qüvvədə saxlamışdı. 

 

Aprelin  5-də  “Azadlıq”  qəzetinin  redaksiyasına  Yasamal  rayon  İcra  Şöbəsindən 



bildiriş daxil olub. Bildirişdə qəzetin 30 min m anatlıq borcunu 10 gün müddətində 

ödəməsi  tələb  olunub  və  bu  müddət  keçdikdən  sonra  icranın  məcburi  qaydada 

təmin olunacağı bildirilib. “Azadlıq” cəriməni ödəyə bilməmiş, nəticədə Yasamal 

rayon Məhkəməsinin qərarı ilə aprelin 16-da qəzetin bank hesabı dondurulmuşdur. 

“Azadlıq”  qəzeti  cərminənin  hissə-hissə  ödənməsi  ilə  bağlı  məhkəməyə  müraciət 

edib. Qəzet Tağı Əhmədovla kompensasiyanın ayda 400 manat olmaqla uşaq evinə 

ödənilməsi  ilə  bağlı  razılıq  əldə  etdikdən  sonra,  iyunun  19-da  Nəsimi  rayon 

Məhkəməsinin qərarı ilə qəzetin bank hesabından həbs götürülüb.   

 



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə