Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu Azərbaycanda Seçki Ərəfəsində Azad Sözə Təzyiqlər Daha Da Artır



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə20/21
tarix17.11.2017
ölçüsü0,51 Mb.
#10717
1   ...   13   14   15   16   17   18   19   20   21

 

46 


daha  gəlirli  olsa  da,  hazırda  da  milli  telekanallar  bu  sahədən  gəlir  əldə  etməkdə 

davam  edirlər.  Azərbaycanda  bir  çoxları  üçün  –  rayon  yerlərində  yaşayanlar, 

yaşlılar,  daha  aşağı  səviyyəli  təhsilə  malik  şəxslər  və  imkansızlar  üçün  xidmət 

haqqı  tələb  etməyən  milli  televiziya  əyləncənin  yeganə  əlçatan  formasıdır. 

Telekanalların  teleserial  və  digər  əyləncəli  şoular  vasitəsilə  topladığı  tamaşaçı 

auditoriyası  ölkədə  baş  verən  hadisələr  barədə  xəbərləri  də  elə  bu  kanallardan 

izləyir. 

 

Dövlət  “Milli  Televiziya  və  Radio  Şurası”  (MTRŞ)  vasitəsilə  yayım 



lisenziyalarının  verilməsinə  tam  nəzarət  etdiyi  üçün,  lisenziyalaşdırma  prosesi 

qeyri-obyektiv,  siyasi  motivli  və  qərəzli  olaraq  qalır.  MTRŞ  birbaşa  prezident 

tərəfindən  təyin  olunan  yeddi  üzvdən  ibarət  olub  tamamilə  dövlət  büdcəsindən 

maliyyələşir.  Bu  qurumun  müstəqil  olmasına  heç  bir  hüquqi  zəmanət  yoxdur. 

Dövlət himayəsində olmayan  müstəqil yayımçılar (məsələn, Obyektiv TV) illərlə 

cəhd etsələr də, yayım üçün lisenziya əldə edə bilmirlər. 

 

Son  zamanlar  hökumət  yeni  potensial  yayımçıların  boş  tezlik  əldə  etmələri  üçün 



keçirilən tenderlərin sayını minimuma endirib. 2010-cu ilə qədər hakimiyyətə xoş 

olmayan  və  nəzarətdə  olmayan  yayımçılara  lisenziyaların  verilməməsi  boş 

tezliklərin  olmaması  ilə  əsaslandırılırdı.  Həmçinin  həmin  vaxt  MTRŞ 

teleradioyayımı  haqqında  qanunun tələblərini pozaraq  yayım  üçün boş tezliklərin 

siyahısını dərc etməkdən imtina edirdi. İndi isə, MTRŞ bildirir ki, tezliklər kifayət 

qədərdir,  amma  Azərbaycan  kimi  kiçik  ölkədə  çoxsaylı  telekanalların  olmasına 

ehtiyac  yoxdur.  Habelə  MTRŞ  rəsmiləri  bəyan  edirlər  ki,  yeni  telekanalların 

açılacağı təqdirdə mövcud telekanalların reklamdan gələn gəlirləri azalacaq ki, bu 

da  nəticə  etibarilə  telekanalların  işinin  keyfiyyətinə  pis  təsir  göstərəcək.

20

  Bu 



arqument bir daha onu göstərir ki, MTRŞ teleradio yayımı bazarına yeni müstəqil 

iştirakçıların  daxil  olmasına  imkan  vermək  istəmir  və  bununla  da  medianın 

inkişafına mane olur. 

 

Efirə  lisenziyanın  alınmasının  mümkünsüzlüyü  onlayn  telekanalların  yaranması 



zərurətini ortaya çıxarıb. Bu gün ölkədə dörd onlayn televiziya var ki, onların da 

üçünün  hazırladığı  məzmunlar  alternativ  fikirləri  əks  etdirir.  Amma  iri  həcmli 

video  məzmunların  sayta  yüklənməli  olduğunu  nəzərə  alsaq,  mobil  və  stasionar 

internetin  sürətinin  az,  qiymətinin  isə  baha  olması  mövcud  seqmentin  inkişafını 

ləngidir. Yalnız ölkədə hamı üçün çatımlı və qiymətcə münasib olan optik şəbəkə 

qurulduğu təqdirdə onlayn telekanallar kifayət qədər populyarlıq qazanıb, ənənəvi 

telekanallarla rəqabət apara bilər. 

 

Hesabat  dövründə  yayım  mediasına  dövlət  nəzarəti  ilə  bağlı  bir  neçə  hadisə  baş 



verib.  

  

Hesabat  dövründə  yerli  mediada  gedən  məlumatlara  görə,  hökumət  Bərdədə 



                                                 

20

 



http://bit.ly/PaLcLA

  



 

47 


Türkiyənin  Media  TV  telekanalının  ictimai  yerlərdə  izlənməsinə  qadağa  qoyub. 

Media  TV  Azərbaycanın  regionları  ilə  bağlı  hazırlanan  “Azərbaycan  Saatı” 

müxalifyönlü  proqramın  yayımlandığı  peyk  telekanalıdır.  “Azərbaycan  Saatı” 

qeyri-döyüş  şəraitində  əsgərlərin  ölümü  məsələsinin  geniş  ictimai  müzakirələrə 

səbəb  olmasında  mühüm  rol  oynayıb.  Məlumatlara  görə,  Bərdə  polisi  kafe  və 

çayxana  sahiblərindən  peyk  antenləri  yığışdırmağı  tələb  edib,  buna  əməl 

olunmayacağı  halda  isə  həmin  obyektlərin  bağlanacağı  ilə  bağlı  sahiblərinə 

xəbərdarlıq edilib. 

 

Aprelin  2-də  Milli  Televiziya  və  Radio  Şurasının  keçirilən  iclasında  “Nəqliyyatı 



İntellektual  İdarəetmə  Mərkəzi”nə  107.7  MHz  tezliyi  üzrə  radio  yayımı  üçün 

müsabiqədənkənar 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar 

qəbul edilib. RATİ-nin lisenziyanın müsabiqədən kənar əsasda verilməsinin siyasi 

sifariş əsasında həyata keçirildiyini hesab edir.  

 

Eyni iclasda MTRŞ “Caspian International Broadcasting Company” MMC-yə 6 il 



müddətinə  peyk  vasitəsilə  televiziya  yayımı  üçün  xüsusi  razılıq  (lisenziya) 

verilməsi barədə qərar qəbul edilib. Aprelin 10-da keçirilmiş mətbuat konfransında 

məlum  olub  ki,  “Caspian  International  Broadcasting  Company”  Azərbaycan 

Dövlət  Neft  Şirkəti  (ARDNŞ)  tərəfindən  alınıb,  bu  isə  o  deməkdir  ki,  milli 

teleradio haqqında qanun və beynəlxalq qanunvericiliyə zidd olaraq stansiya dövlət 

tərəfindən maliyyələşdiriləcək. Lakin MTRŞ şirkətin ARDNŞ tərəfindən alındığını 

təkzib edib.  

 

Aprelin 23-də İctimai Televiziyanın baş direktoru vəzifəsinə qanun pozuntuları ilə 



müşayiət olunan seçkilər keçirildi. Vəzifəyə dörd namizəddən biri də RATİ sədri 

Emin  Hüseynov  idi.  Seçkiylə  bağlı  mövqeyini  bildirən  Hüseynov  qeyd  etdi  ki, 

seçki namizədlərin adının elan olunmasından cəmi bir gün sonra keçirildi ki, bu da 

İTV-nin  Yayım  Şurasının  üzvlərinə  namizədlərin  təcrübə  və  bacarıqlarını 

qiymətləndirməyə kifayət qədər vaxt vermədi. “İctimai Teleradio Yayımı haqqında 

Qanun”a  zidd  olaraq  seçki  MTRŞ  tərəfindən  təşkil  olunaraq  MTRŞ-nin  ofisində 

keçirildi və MTRŞ sədri Nuşirəvan Məhərrəmli seçki prosesinə ciddi müdaxilələr 

etdi.  İTV-nin  yayım  şurasının  tərkibinin  təşkilində  də  qanun  pozuntuları 

aşkarlanmışdı – belə ki, Yayım Şurasının üzvlərindən biri Milli Məclis deputatı və 

hakim Yeni Azərbaycan Partiyasının üzvü idi, halbuki, qanunla onun Yayım Şurası 

üzvü olmaq hüququ yoxdur.  

 

Mayın 9-da Xaçmazda yerləşən “Qütb” Teleradio Şirkətinin keçmiş sahibi Mahir 



Orucov  şirkətin  2010-cu  ildə  satışı  zamanı  aldadıldığı  barədə  məlumat  verib. 

Orucovun  sözlərinə  görə,  telekampaniyanı  alan  şəxslər  Heydər  Əliyev  Fondunun 

adından istifadə ediblər, lakin təsisçinin kimliyinin gizli saxlanıldığını bildiriblər. 

Orucov  satış  müqaviləsində  göstərilən  məbləğin  yalnız  kiçik  bir  hissəsini  əldə 

etdiyini qeyd edib. Orucov məsələ ilə bağlı məhkəməyə müraciət etmək istəsə də, 

yerli notariusun müqaviləni təqdim etməkdən imtina etməsi səbəbindən bunu edə 

bilməyib.  



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə