Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu Azərbaycanda Seçki Ərəfəsində Azad Sözə Təzyiqlər Daha Da Artır



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə13/21
tarix17.11.2017
ölçüsü0,51 Mb.
#10717
1   ...   9   10   11   12   13   14   15   16   ...   21

 

31 


Fevralın  19-da  Bakı  Apelyasiya  Məhkəməsində  hakim  İlqar  Dəmirovun  sədrliyi 

Binə Ticarət Mərkəzinin sahibi Kəbirə Məmmədovanın iddiası əsasında "Azadlıq" 

qəzetinə  kəsilmiş  cərimə  qərarından  verilən  şikayətə  baxılıb.  Məhkəmə  heç  bir 

araşdırma  aparmadan  və  əsas  gətirmədən  əvvəlki  instansiyanın  qərarını  qüvvədə 

saxlayıb.  Qeyd  edək  ki,  “Azadlıq”  qəzetində  7  iyul  2012-ci  il  tarixində  “Kəbirə 

Məmmədovanın  “Eurovizyon  əməliyyatı”  və  8-9  iyul  2012-ci  il  tarixində  dərc 

olunmuş “Kəbirə Məmmədovanın yeni kupça əməliyyatı” başlıqlı məqalələrə görə 

“Binə”  ticarət  mərkəzinin  sahibi  Kəbirə  Məmmədovanın  Yasamal  rayon 

Məhkəməsində qaldırdığı iddiaya əsasən 22 oktyabr 2012-ci il tarixində məhkəmə 

qəzetin  təkzib  verməsi  və  “Azadlıq”qəzetinin  30  min  manat,  yazıların  müəllifi 

Ramin Dekonun isə 2 min manat cərimələnməsi barədə qərar çıxarıb. 

 

Bundan  başqa,  aprel  ayında  müdafiə nazirinin  müavini,  general-leytenant  Çingiz 



Məmmədov “Azadlıq”  qəzetinə qarşı  məhkəməiddiası  qaldırıb. İddiaçı  tərəf 

qəzetin 20-24 mart 2013-cü il tarixli sayında Xaqani Əliyevin  müəllifliyi ilə dərc 

edilmiş  “Ordu,  yoxsa  can  bazarı”  yazısında  həqiqətə uyğun  olmayan,  böhtan 

xarakterli  məlumatların  yer  aldığını,  nəticədə Müdafiə Nazirliyinin  işgüzar 

nüfuzuna  və qurumun  vəzifəli  şəxslərinin  şərəf  və ləyaqətinəciddi  xələl  gəldiyini 

bildirib.  Qəzetdən  təkzib  və 100  min  manat  təzminat  istəyən  nazirlik  göstərilən 

məbləğin  “Azadlıq”dan  tutularaq  Silahlı  Qüvvələrin  Yardım  Fondunun  hesabına 

köçürülməsini tələb edir. 

 

Diffamasiya iddiaları ilə yanaşı “Azadlıq” qəzetinin maliyyə problemlərinin böyük 



səbəblərindən  biri  də  Qasid  Mətbuat  Yayım  şirkətinin  qəzetə  satışa  görə  40  min 

manatlıq borcunu ödəməməsidir. 

 

Mart  ayında  Daxili  işlər  naziri  Ramil  Usubov  və  fövqəladə  hallar  naziri 



Kəmaləddin  Heydərov  "Azadlıq"  qəzetinin  baş  redaktoru  Qənimət  Zahidə  qarşı 

xüsusi ittiham qaydasında diffamasiya iddiası qaldırıblar. Buna səbəb martın 1-də 

“Azadlıq"  qəzetində  dərc  olunmuş  "Ramil  Usubov  Kəmaləddin  Heydərova 

qəzəblənib"  başlıqlı  məqalə  olub.  Nazirlər  məhkəmədən  jurnalisti  Cinayət 

Məcəlləsinin  147.1  və  147.2-ci  maddələri  ilə  təqsirli  bilərək  cəzalandırmağı 

istəyiblər. Martın 12-də qəzetin qeyd olunmuş yazı ilə bağlı təkzib verməsindən və 

nazirlərdən üzr istəməsindən sonra hər iki nazır iddialarını geri götürüblər. 

 

Yeni Müsavat qəzeti də təzyiqlə üzləşib  

“Yeni Müsavat” qəzetinə qarşı iki yeni məhkəmə iddiası qaldırılıb. İddialardan biri 

“Bakı  Poladtökmə”  ASC  və  “Baku  Steel  Company”  MMC  şirkətləri  tərəfindən 

qaldırılıb.  İddiaçılar  qəzetin  23  noyabr  2012-ci  il  tarixli  sayında  dərc  olunmuş 

“Zülfüqarlı qardaşlarının yağmalanan zavodu bağlandı” sərlövhəli yazının işgüzar 

nüfuzlarına  xələl  gətirdiyini  əsas  gətirərək,  “Yeni  Müsavat”  qəzetindən  təkzib 

verilməsi və 1000000 (bir milyon) manat təzminat ödəməsi tələb edilir. 




 

32 


Fevralın  26-da  “Yeni  Müsavat”  qəzetinin  baş  redaktoru  Rauf  Arifoğlu  RATİ-yə 

bildirib ki, “Yeni Müsavat” qəzetinə qarşı yüksək məbləğli iddialar qəzeti sıradan 

çıxarmağa  hesablanıb.  O  vurğulayıb  ki,  bu  iddiaları  verənlər  ya  hakimiyyətdə 

təmsil olunan şəxslər, ya da vəzifəli şəxslərin nəzarətində olan biznes qurumlarıdır. 

“Qəzetdən  2012-ci  ildə  məhkəmələr  vasitəsilə  tələb  olunan  cərimələrin  ümumi 

məbləği 2 milyon 950 min manat olub və hazırda icrada olan cərimələrin məbləği 

55600 manatdır” – deyə Arifoğlu qeyd edib. 

Apreldə ANS Şirkətlər Qrupu “Yeni Müsavat” qəzeti və aznews.az portalı ilə bağlı 

qaldırdığı  məhkəmə  iddialarını  geri  götürüb.  Şirkət  rəhbərliyi  hüquq 

departamentinin  simasında  bu  addımını  onunla  əsaslandırıb  ki,  həmin  mətbuat 

orqanlarının  bəziləri  artıq  ANS-ə, buraxılmış  səhvlərin  anlaşılmazlığın  nəticəsi 

olduğunu etiraf edib, bəziləri isə yol verilmiş xətaları bilərəkdən etmədiklərini və 

bununla  əlaqədar  ANS-in  mövqeyini  dərc  etməyə  hazır  olduqlarını  bildirməklə 

ANS-in  onlara  qarşı  irəli  sürdüyü  iddiaları  təmin  etmiş  olublar.    İddiaya  səbəb 

“Yeni  Müsavat”  qəzetinin  aznews.az  portalına  istinadən  dərc  etdiyi   15  yanvar 

tarixli  “ANS-in  iki  jurnalı  bağlandı”  adlı  məqalə  olub.  İddiaçı  tərəf  məhkəmə 

iddiasında “aznews.az” saytından 100 min manat, “Yeni Müsavat” qəzetindən isə 

20  min  manat  təzminat,  eləcə  də,  hər  iki  cavabdehdən  təkzib  tələb  edirdi.  “Yeni 

Müsavat”  qəzetinin  hüquqşünası  Vaqif  Hüseyn ANS  Şirkətlər  Qrupunun 

rəhbərliyinin  qəzetə  zəng  edərək,  qəzetlərə  qarşı  son  məhkəmə  prosesləri 

nəticəsində  onların  bağlanma  təhlükəsini  nəzərə  alaraq,  ANS-in   belə  bir  həmkar 

jesti etdiyini bildirib. 

Həmçinin hesabat dövründə, Aprelin 3-də Ali Məhkəmədə hakim Zakir Quliyevin 

sədrliyi  ilə  “Yeni  Müsavat”  qəzetinin  “Gilan”  konserv  zavodunun  məhkəmə 

iddiasına  qarşı  kassasiya  şikayətinə  baxılıb.   Musavat.com-un  məlumatına  görə, 

hakim  Z.  Quliyev  tərəfləri  dinləyib  və kassasiya  şikayətini  təmin  etməyərək 

əvvəlki  instansiyaların  çıxardığı  50  min  manatlıq  cərimə  qərarını  qüvvədə 

saxlayıb.  Xatırladaq  ki,  iddiaya  səbəb  “Gilan  Qəbələ  Konserv  Zavodu”  MMC 

“Yeni Müsavat” qəzetində 2009 ildə dərc olunmuş “Jalə 100 faiz təbii şirə deyil” 

məqaləsi  olub.  İyulun  31-də  2  saylı  Bakı  İnzibati-İqtisadi  Məhkəməsi    Bakı 

Apellyasiya  Məhkəməsi    iddianı  qismən  təmin  edərək  “Yeni  Müsavat”  50  min 

manat  cərimələyib.  14  noyabr  2012-ci  il  tarixində  qərardan  verilən  apellyasiya 

şikayətini  təmin  etməyərək,  “Yeni  Müsavat”qəzetinə  qarşı  çıxarılmış  50  min 

manatlıq cərimə qərarını qüvvədə saxlayıb. 

Aprelin 

12-də 


İmişli 

rayon 


İcra 

Hakimiyyətinin 

başçısı 

Vilyam 


Hacıyev Veteninfo.az xəbər  portalında  11.04.2013-cü  ildə  yayımlanan  “Vilyam 

Hacıyev  iş  adamının  həbsinə  səbəb  oldu”  başlıqlı  məlumata  etiraz  olaraq  iddia 

ərizəsi  ilə  Səbail  rayon  Məhkəməsinə  müraciət  edib.  Qəzetin  baş  redaktorunun 

sözlərinə  görə,  “iddia  ərizəsində  V.Hacıyev  bildirir  ki,  yayılan  məlumat  onun 

işgüzar  nüfuzuna  xələl  gətirməklə  bərabər,  eyni  zamanda  rəhbərlik  etdiyi  İmişli 

rayon  İcra  Hakimiyyətinin  kollektivində,  rayon  ictimaiyyətində  və  tabeçiliyində 

olduğu  Azərbaycan  Respublikası  Prezident  Administrasiyasının  rəhbər  və  digər 



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə