Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu Azərbaycanda Seçki Ərəfəsində Azad Sözə Təzyiqlər Daha Da Artır


Fəsil  3:  Qanundan  istifadə  etməklə  ifadə



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə11/21
tarix17.11.2017
ölçüsü0,51 Mb.
#10717
1   ...   7   8   9   10   11   12   13   14   ...   21

 

27 


Fəsil  3:  Qanundan  istifadə  etməklə  ifadə 

azadlığının boğulması 

 

 

 

Azərbaycan Konstitusiyası ifadə və media azadlığına təminat versə də, praktikada- 



xüsusən  də,prezidentin  tənqidi  və  hökumət  səviyyəsində  korrupsiya  kimi  həssas 

mövzularla  bağlı  olaraq,  bu  hüquqlar  hakim  rejim  tərəfindən  ciddi  şəkildə 

məhdudlaşdırıb. 

 

2013-cü  ilin  ilk  yarısında  QHT-lərin  fəaliyyətini  məhdudlaşdıran,  inzibati 



həbslərin  maksimum  müddətini  əhəmiyyətli  dərəcədə  artıran  və  cinayət 

məcəlləsindəki  diffamasiyaya  aid  müddəaların  onlayn  məzmuna  da  şamil 

olunmasını  nəzərdə  tutan  bir  sıra  reqressiv  qanunlar  qəbul  olundu.  İcazəsiz 

aksiyaların  təşkili  və  bu  aksiyalarda  iştiraka  görə  cərimələrin  məbləğini  artıran 

reqressiv qanunvericilik aktı hesabat dövründə qüvvəyə mindi və onun praktikada 

tətbiqinə  başlandı.  Bu  cür  dəyişikliklər  oktyabr  prezident  seçkilərinin  beynəlxalq 

standartlara uyğun olaraq azad və ədalətli şəkildə keçirilməsi imkanına mənfi təsir 

göstərəcək.   

 

Təklif  olunmuş  daha  bir  narahatedici  qanun  layihəsi  isə  Azərbaycan 



vətəndaşlarının  erməni  təşkilatları  və  ya  oların  nümayəndələri  ilə  əməkdaşlığının 

cinayət əməli hesab edilməsi ilə bağlı olub.  Parlamentin mətbuat xidməti belə bir 

qanun  layihəsinin  mövcudluğunu  inkar  etsə  də,  deputat  Qüdrət  Həsənquliyev 

layihəni  şəxsən  parlamentin  baxışına  təqdim  etdiyini  bildirib.  Qəbul  olunduğu 

halda, bu qanun layihəsinin Azərbaycanda ifadə azadlığına mənfi təsirləri olacaq.  

 

 



QHT-lərin fəaliyyətinin məhdudlaşdırılması   

 

2013-cü  ilin  ilk  rübündə  prezident  Əliyev  ölkə  qanunvericiliyinə  qəbul  edilmiş 

QHT-lərin  fəaliyyətini  ciddi  şəkildə  məhdudlaşdıran  reqressiv  dəyişiklikləri 

təsdiqlədi.

6

  

 



Beləliklə,  QHT-lər  haqqında,  qrant  haqqında  və  din  azadlığı  haqqında  qanunlara 

Parlament  tərəfindən  fevralın  15-də  edilmiş  dəyişikliklərə  görə,  müvafiq  rəsmi 

müqavilə  olmadan  200  manatdan  artıq  qrant  alan  QHT-lər  yüksək  məbləğdə 

cərimə və əmlakın müsadirəsi ilə üzləşə bilər. Bu dəyişikliklər hökumətə tənqidçi 

QHT-ləri asanlıqla bağlamaq şəraiti yarada bilər. Bu qanun dəyişikliyi may ayının 

əvvəlində qüvvəyə mindi.  

 

                                                 



6

 

http://bit.ly/13QyRCS



  


 

28 


Hesabat dövründə hökumət müstəqil QHT-lərə qarşı təzyiqin digər formalarını da 

gücləndirib.  Tənqidçi  QHT-lərin  dövlət  qeydiyyatına  alınmaması  ənənəsi  bu 

hesanat  dövründədə  də  davam  edib-  məs,  yanvarın  29-da  Bakı  Apelyasiya 

Məhkəməsi  “İctimai  Maraqların  Müdafiə  Mərkəzi”  İctimai  Birliyinin  qeydiyyata 

alınmaması ilə bağlı şikayətini rədd edib. Fevralın 19-da isə Bakı 1 saylı İnzibati-

İqtisad  Məhkəməsi  3  ildir  ki  ardıcıl  olaraq  qeydiyyat  üçün  müraciət  edən  İnsan 

Haqları Klubunun iddiasını təmin etməyib. 

 

Aprelin  10-da  Baş  Prokurorluğun  əməkdaşları  qanunsuz  olaraq  Azad  Fikir 



Universitetinin  ofisində  axtarış  apararaq  ofisi  bağlayıb  və  möhürləyiblər.  AFU 

“OL!”  Hərəkatı  tərəfindən  həyata  keçirilən  və  digər  yerlərdə  müzakirəsi  və 

öyrənilməsi mümkün olmayan mövzuların tədris edən alternativ təhsil layihəsidir. 

Ofisin bağlanmasına öncədən heç bir səbəb göstərilməsə də, sonradan bildirilib ki, 

bunun  NİDA  vətəndaş  hərəkatı  üzvlərinin  həbsi  və  OL!  Hərəkatının  qeydiyyat 

sənədlərinin  olmaması  ilə  bağlı  olduğu  bildirilib.  Aprelin  30-da  isə  AFU  “AF 

Mall” Ticarət Mərkəzindəki ofisindən icarə müqaviləsinə zidd olaraq cəmi 2 saat 

öncədən  xəbərdar  olunmaqla  çıxarıldı.  Səbəb  kimi  isə  icarə  müqaviləsinin  AFU 

tərəfindən pozulması iddia olundu.  

 

Martın 14-də mediaya müsahibəsində Prezident Administrasiyasının rəhbəri Ramiz 



Mehdiyev 

xarici 


donorları 

Azərbaycan 

QHT-lərini 

“qanunsuz” 

maliyyələşdirməkdə ittiham edib.

7

 RATİ hesab edir ki, müstəqil QHT-lərin ölkədə 



sabitliyi  pozmağa  çalışan  xarici  qüvvələrlə  əlbirlikdə  ittiham  olunması  hökumət 

tərəfindən QHT-lərə qarşı daha sərt kampaniyaya başlanacağına işarədir. 



 

Sərbəst toplaşma azadlığının məhdudlaşdırılması  

 

Hesabat  dövründə  hökumət  sərbəst  toplaşma  qanunvericiliyinə  edilmiş  yeni 

dəyişiklikləri tətbiq edərək mitinq təşkilatçıları və iştirakçılarına yüksək məbləğli 

cərimələr kəsməyə başladı. 2012-ci ilin noyabrında Milli Məclis “Sərbəst toplaşma 

haqqında” qanuna “icazəsiz aksiyaların təşkilinə və belə aksiyalarda iştiraka görə 

cərimələrin artırılması”nı nəzərdə tutan dəyişiklikləri qəbul etdi.

8

  

 



Dəyişikliklərə görə, icazəsiz aksiya iştirakçıları 500 manatdan 1000 manata qədər 

(dəyişikliklərdən əvvəl bu cərimə 7 manatdan 13 manata qədər idi), aksiyanı təşkil 

edənlər  isə  fiziki  şəxs  olduqda  1500  manatdan  3000  manata  qədər,  vəzifəli  şəxs 

olduqda isə 3000 manatdan 6000 manata qədər cərimə olunacaq. Təşkilatçı hüquqi 

şəxsdirsə  (məsələn,  siyasi  partiya  və  ya  QHT),  cərimə  15  min  manatdan  30  min 

manata qədər təşkil edəcək.

9

 

 



Bu günə qədər cərimələnənlərdən bir çoxu vətəndaş itaətsizliyi nümayiş etdirərək 

bu  cür  cərimələri  ödəməkdən  imtina  edib.  Nəticədə,  bu  şəxslərə  və  ya  onların 

                                                 

7

http://bit.ly/141MMkI



  

8

http://bit.ly/19lt4JP



  

9

http://bit.ly/11V3F2I 



 


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə