Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu Azərbaycanda Seçki Ərəfəsində Azad Sözə Təzyiqlər Daha Da Artır



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə7/21
tarix17.11.2017
ölçüsü0,51 Mb.
#10717
1   2   3   4   5   6   7   8   9   10   ...   21

 

18 


Aprelin  25-də  hökümətyönlü  web-sayt  Xədicə  İsmayılova  haqda  qondarma 

pornoqrafiya  videosunu  öz  səhifəsində  yerləşdirib.  İsmayılova  2012-ci  ilin 

martında  da  şəxsi  həyatına  ciddi  müdaxilə  ilə  üzləşmişdi,  belə  ki,  ünvanına 

göndərilən  təhdid  məktubundan  sonra  da  susmaqdan,  araşdırmalarını 

dayandırmaqdan  imtina  edən  jurnalistin  intim  videosu  anonim  saytda 

yerləşdirilmişdi.  

Aprelin  27-də  “Azadlıq”  qəzetinin  əməkdaşı  Xalid  Qarayev  Nəqliyyat  Nazirliyi 

əməkdaşlarının  fiziki  hücumuna məruz  qalıb. Jurnalistin  sözlərinə  görə  səhər 

saatlarında işə gedərkən “20 yanvar” metrosunun yaxınlığından keçərkən bir taksi 

sürücüsünün  Nəqliyyat  Nazirliyinin  əməkdaşları  tərəfindən döyüldüyünün  şahidi 

olub.  “Vəziyyəti gördükdə yaxınlaşıb özümü təqdim etdim və jurnalist olduğumu 

bildirərək,  nə  baş  verdiyini  soruşdum.  Bu  zaman  nazirliyin  maşınının  içərisində 

əyləşmiş digər şəxs maşından düşərək yanımıza gəldi və hər ikisi məni itələyərək, 

zərbələr  endirməyə  başladılar.  Onlar  mətbuatın  ünvanına  ağır  ifadələr  söylədilər, 

istədiklərini  edə  biləcəklərini  deyərək,   fotokameramı  əlimdən  aldılar.  Sonra  da 

maşınlarına  əyləşərək,  çıxıb  getdilər”–deyə  Qarayev RATİ-yə  bildirib.  Təsadüfən 

hadisə yerinə  gəlmiş azadlıq  qəzetinin siyasət  şöbəsinin  müdiri  Seymur  Həzi 

vəsiqəsini göstərməklə  hadisəyə müdaxilə etməyə çalışarkən nəqliyyat nazirliyinin 

müfəttişləri ona da kobudluq göstərərək  Azadlıq qəzetinin ünvanına nalayiq sözlər 

işlədiblər.  Qarayev  durumla  bağlı  Nəqliyyat  Nazirliyinə  və  Mətbuat  Şurasına 

edilən zənglərin nəticəsiz olduğunu bildirib

.

 



Aprelin  28-də  “Azadlıq”  qəzetinin  İsmayıllı  bölgə  müxbiri  Elçin  İsmayıla   hədə 

zəngi edilib. Jurnalistin sözlərinə görə, İsmayıllı rayon icra hakimiyyəti başçısının 

keçmiş  birinci  müavini  Rafael  Əhmədov ona  zəng  edərək, sosial  şəbəkədə 

haqqında  yazdığı  fikirlərə  görə  onu  hədələyib  təhqir  edib.  “Zəng  edib  məni  və 

yaxınlarımı ağır söyüşlərlə təhqir etdi. Mənə “pul verib səni döydürəcəyəm, başını 

əkdirəcəyəm”  deyə  hədələdi.  Buna  səbəb  isə  onun  haqqında  rayonda  ona  olan 

mənfi  münasibət,  İsmayıllı  hadisələrindəki  hərəkətləri  ilə  bağlı  yazdığım 

yazılardır”-deyə  jurnalist  bildirib.  Keçmiş  icra  başçısının  birinci  müavini  R. 

Əhmədov RATİ-yə xəbəri təkzib edərək,  jurnalisti hədələmədiyini, yalnız özünün 

barəsindəki təhqiramiz ifadələrə görə narazılığını bildirdiyini deyib.  

Mayın  9-da  “Bizim  Yol”  qəzetinin  əməkdaşı  Cavid  Qurbanov  peşə  fəaliyyətini 

yerinə  yetirən  zaman  polis  təzyiqinə  məruz  qalıb. Jurnalistin  sözlərinə  görə,  10 

may  “Gül  bayramı”  ilə  əlaqədar  olaraq  Heydər  Əliyev  adına  sarayın  qarşısında 

çəkiliş apararkən polislərin  təzyiqi ilə  üzləşib.  “Mən  sabah olacaq “Gül  bayramı” 

ilə bağlı  oradan  reportaj  hazırlayırdım,  ərazidə  çəkiliş  edirdim.  Uzaqdan  kadrlar 

götürəndə,  keçiddə  dayanan  polislər  məni  saxladı.  Mənə  “bizi  çəkirsən,  gedək 

bölməyə,  bizi  çəkdiyin  kadrlar  silinməzsə,   sənə  15  sutka  verdirəcəyik”  –deyən 

jurnalist kadrlar silinəndən sonra polislərin onu sərbəst buraxdığını deyib. 

 

Mayın  10-da  “Hüriyyət”  qəzetinin  əməkdaşı  Azər  Sadıxov  peşə  fəaliyyəti  ilə 



əlaqədar  təzyiqə  məruz  qalıb.  “Gül  bayramı”  ilə  əlaqədar  Heydər  Əliyev  adına 

sarayın qarşısında təşkil olunan bayram tədbirində çəkiliş edərkən polis və mülki 




 

19 


geyimli  şəxslər  mənə  yaxınlaşaraq çəkilişə  mane  olmağa  çalışıblar,  həmçinin 

mənim  fotoaparatımı  əlindən  alıblar.  Polislər  və  mülki  geyimli  şəxslər  qolumdan 

tutaraq  məni  ərazidən  uzaqlaşdırıblar,  daha  sonra  isə  məni  post  patrul  maşınına 

salaraq zor tətbiq ediblər”,-deyə Sadıxov qeyd edib. Jurnalist bir neçə saat maşında 

saxlanıldığını,  tədbir  bitdikdən  sonra  isə  fotoaparatındakı  görüntülərin  silinərək 

sərbəst buraxıldığını da sözlərinə əlavə edib. 

 

Mayın  10-da  “Azadlıq”  radiosunun  İmişli  rayonu  üzrə  bölgə  müxbiri  Azər  Əli 



peşə  fəaliyyətini  yerinə  yetirərkən  saxlanılıb.   Jurnalistin  sözlərinə  görə,  İmişli 

rayonun  bir  qrup  sakini  örüş  yerinin  əllərindən  alınmasına  etiraz  olaraq mal-qara 

ilə  birgə  rayon  icra  hakimiyyəti  qarşısında  aksiya  keçirməyə  cəhd  edib  və  bu 

zaman  hadisələri  lentə  alan  bölgə  müxbiri   Azər  Əli  polis  tərəfindən  saxlanılıb. 

Jurnalist aksiyaçıların polis tərəfindən döyülməsi səhnəsini lentə alarkən tutulmuş 

və beş saat saxlandıqdan sonra sərbəst buraxılmışdı. Mayın 11-də isə İmişli rayon 

məhkəməsində Azər Əlinin 200 manat cərimələnməsi barədə qərar çıxarılıb.  

Mayın  12-də  saat  21.10  radələrindən  etibarən  "Yeni  Müsavat"  qəzetinin  baş 

redaktorunun birinci müavini Azər Ayxanın mobil nömrəsinə iki mobil nömrədən 

hədə    zəngləri    gəlməyə  başlayıb.  Jurnalist  böyük  ehtimalla  bu  kampaniyanın 

arxasında  Gəncə  şəhər  icra  hakimiyyətinin  başçısı  Elmar  Vəliyevin  dayandığını, 

buna səbəb kimi isə "Yeni Müsavat" qəzetinin son saylarında Gəncənin icra başçısı 

Elmar  Vəliyev  haqqında  silsilə  yazılar  dərc  olunduğunu,  həmin  yazılarda 

E.Vəliyevin idarəçilikdə yol verdiyi bəzi qanunsuzluqların əksini tapdığını bildirib. 

Mayın 15-də “Yeni Müsavat” qəzeti baş redaktorunun birinci müavini Azər Ayxan 

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət 

olunaraq  iki  saat   müddətində  ifadə  verib.  Nazirlikdən  zəng  edən  şəxslərin 

tapılacağı vədi verilib.

 

 

Mayın  14-də  salamnews.org-un   (



interaz.tv

) şimal  bölgəsi  üzrə müxbiri  Rauf 



Əhmədov  və  operatoru  Baba  Xələfov  peşə  fəaliyyətini  yerinə  yetirərkən  polisin 

fiziki  təzyiqinə  məruz  qalıblar.   Jurnalistin  sözlərinə  görə,  özü  və  operator  B. 

Xələfov  Bakı-Quba-Rusiya  sərhədi  yolunun  Qusar  rayon  Nəqliyyat  Nazirliyi 

əməkdaşlarının  “Ford  Tranzit”  markalı  avtomobili  qovduqlarının  şahidi  olaraq, 

həmin faktı lentə alıblar. “Avtomobili saxlatdıra bilməyən departament işçiləri bu 

dəfə bizim qabağımızı kəsdilər. Mən bunun səbəbini soruşanda onlar mənə hücum 

edərək, yumruq zərbələri endirməyə başladılar, daha sonra isə iş avadanlıqlarımızı 

dartaraq  almağa  çalışdılar.  Biz  bununla  bağlı  Nəqliyyat  Nazirliyinin  Dövlət 

Avtomobil  Xidmətinin  Qusar  postuna  məlumat  verdik.  Burada  özünü  təqdim 

etməyən  “rəis”  belə  halın  yolverilməz  olduğunu,  həmçinin  departament 

əməkdaşlarının minik avtomobillərini saxlamaq səlahiyyətinin olmadığını bildirdi” 

–deyə bildirən R. Əhmədov  faktla bağlı Qusar RPŞ-nə rəsmi müraciət olunduğunu 

dedi. RATİ məsələ ilə bağlı Qusar RPŞ ilə əlaqə saxlayıb. Telefona cavab verən, 

eyni  zamanda  özünü  təqdim  etməyən  şəxs  bu  barədə  onlara  heç  bir  məlumatın 

daxil olmadığını, ümumiyyətlə məsələdən xəbərsiz olduğunu deyib.  

 



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə