Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu Azərbaycanda Seçki Ərəfəsində Azad Sözə Təzyiqlər Daha Da Artır



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə6/21
tarix17.11.2017
ölçüsü0,51 Mb.
#10717
1   2   3   4   5   6   7   8   9   ...   21

 

16 


Fevralın  24-də  Müsavat  Partiyası  məclisinin  üzvü  Cahangir  Əmirxanlı  “Yeni 

Müsavat”  qəzetinin  23  fevral  2013-cü  il  tarixli  sayında  dərc  olunmuş  və  Gəncə 

şəhər  rəhbərliyini,  ələlxüsus  icra  başçısı  Elmar  Vəliyevi  tənqid  edən  “Gəncə  - 

gözəl  diyar,  kasıb  şəhər...”  başlıqlı  yazısına  görə  polis  idarəsinə  çağırılıb. 

C.Əmirxanlı  bildirib  ki,  əvvəlcə  Gəncə  Şəhərinin  Kəpəz  Rayon  Polis  İdarəsinə 

çağırılsa  da,  oradan  polis  əməkdaşlarının  müşayiəti  ilə  Gəncə  Şəhər  Baş  Polis 

İdarəsinə  -  rəis  müavini  İlqar  Balakişiyevin  qəbuluna  aparılıb.  İlqar  Balakişiyev 

yazı ilə bağlı etirazını bildirərək, onu qərəzli yazı yazmaqda günahlandırıb. Daha 

sonra isə C. Əmirxanlı sərbəst buraxılıb. 

Fevralın  27-də  “Azadlıq”  qəzetinin  müxbiri,  peyk  vasitəsilə  Medya  TV-də 

yayımlanan “Azərbaycan saatı” verilişinin əməkdaşı və Azərbaycan Xalq Cəbhəsi 

Partiyasının  (AXCP)  mətbuat  xidmətinin  rəhbəri  Natiq  Güləhmədoğlu  (Ədilov) 

Sabirabad  rayonunda  yaşayan  qardaşı  Muradın  və  dayısı  oğlu  Səbuhi  Nadirovun 

həbs edildiyini bildirib. Sabirabad Rayon Polis Şöbəsinin rəisi Mübariz Quliyevin 

mətbuata  verdiyi  məlumata  görə  isə,  adı  çəkilən  şəxslər  narkotik  vasitələrin 

qanunsuz dövriyyəsində  günahlandırılaraq  saxlanılıblar.  Ədilov  isə  hesab  edir  ki, 

qohumları onun hökuməti tənqid etməsi səbəbindən həbs olunublar. 

Martın  2-də  “Zerkalo”  qəzetinin  reportyoru  Rəşad  Rüstəmov  peşə  fəaliyyətini 

həyata  keçirərkən  kənd  bələdiyyəsinin  başçısı  və  altı  nəfər  başqa  şəxs  tərəfindən 

döyülüb. Rüstəmov Daşəkəsən rayonunun Çovdar kəndinə sakinlərin torpaqlarının 

Azərbaycan  Beynəlxalq  Mineral  Resurslar  Şirkəti  tərəfindən qanunsuz  olaraq  ələ 

keçirildiyi  barədə  şikayətləri  araşdırmaq  məqsədi  ilə  getdiyini  bildirib.  Kəndə 

çatdıqda  özünü  bələdiyyə  başçısı  kimi  təqdim  edən  şəxs  jurnalisti  məktəbin 

həyətinə  çağırmış,  orada  altı  nəfər  digər  şəxslə  jurnalisti  döymüşdür.  Baş  vermiş 

hadisə ilə bağlı olaraq qəzet rəhbərliyi Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa 

müraciət edib. 

 

Martın  14-də  "Gündəlik  Bakı"  qəzetinin  baş  redaktoru  Habil  Vəliyev  iki  şəxsin 



hücumuna  məruz  qalıb.  Vəliyevin  bildirdiyinə  görə,  tanımadığı  şəxs  ona  zəng 

edərək  görüşmək  istədiyini  bildirib.  Razılaşdırılmış  yerə  gəldikdə  isə  jurnalist 

orada  tapança  və  bıçaqla  siahlanmış  10  nəfərlə  qarşılaşıb.  Həmin  şəxslərdən  ikisi 

bıçağın dəstəyi ilə Vəliyevin qulağına və gicgahına zərbələr endirib. Jurnalist onu 

döyən  şəxslərdən  birinin-  avtomobilin  sürücüsünün  -  Bakı  sakini  Emil  Zeynalov 

olduğunu, ikinci şəxsin isə onun sərnişini olduğunu bildirib. Hücum edən şəxslər 

Vəliyevin  hansı  qəzetin  redaktoru  olduğu  bildikdən  sonra  ona  hücum  ediblər. 

Jurnalist  hesab  edir  ki,  onun  bu  hücuma  məruz  qalması  qəzetində  insan  alveri, 

əxlaqsızlıq  yuvaları  və  ümumilikdə  Azərbaycanda  hökm  sürən  kriminal  durumla 

bağlı  silsilə  məqalələrin  dərc  edilməsidir.  Vəliyev  baş  vermiş  hadisə  ilə  bağlı 

olaraq  Daxili  İşlər  Nazirliyinin  “102”  xidmətinə  məlumat  verib-  Yasamal  Rayon 

Polis İdarəsində hadisə üzrə istintaq başlanıb. 

 



 

17 


Yafəz Əkrəmoğlu  

 

Azadlıq Radiosunun Naxçıvan müxbiri Yafəz Əkərmoğlu (Həsənov) hesabat dövrü 



ərzində dəfələrlə hədə-qorxu və şantaj faktları ilə üzləşib.  

 

Aprelin 6-da Əkrəmoğlu şantaja məruz qaldığı barədə məlumat verib. O bildirib ki, 



aprelin  3-də  onun  evinə  şantaj  və  hədə  dolu  məktubla  paket  gətiriblər,  paketdə 

çılpaq  qadın  şəkilləri,  facebook  yazışmaları  və  naməlum  kişi  və  qadın  arasında 

intim söhbət əks olunan CD var idi. “Növbəti gün bir kişi mənə zəng edərək, özünü 

Naxçıvan  MTN-in  nümayəndəsi  kimi  təqdim  etdi.  O  dedi  ki,  paket  MTN 

əməkdaşları tərəfindən göndərilib və mənə Naxçıvan haqqında neqativ materiallar 

hazırlamağa son qoymağı təklif etdi O, həmçinin pul təklif etdi, lakin mən imtina 

etdim”, deyə jurnalist bildirib. 

 

Aprelin  19-da  hökumət-meylli  onlayn  televiziya  kanalı  Səs  TV  Həsənovun  bir 



Naxçıvan sakini olan  mobil telefon danığının səs yazısını yayımladı. Jurnalist bu 

faktın arxasında da MTN-nin dayandığı hesab edir. 

 

Mayın  10-da  isə  Əkrəmoğlu  ölümlə  təhdid  edildiyi  ilə  bağlı  məlumat  yayıb. 



Əkrəmoğlunun  sözlərinə görə, hadisə İstanbulda yaşayan naxçıvanlılar haqqında 

reportaj  hazırlamaq  məqsədilə  orada  olanda  baş  verib:  “Naxçıvan  Təhlükəsizlik 

Nazirliyinin  “Şahin”  ləqəbli  əməkdaşı  tərəfindən  təqib  edilməyə  başlanıldım.  O, 

bir  qrup  şəxslə  qaldığım  evə  gələrək,  naxçıvanlılar  haqqında  videomaterialları 

verməyimi    tələb  edib.  Bunu  etməyəcəyim  təqdirdə  onlar  məni  öldürməklə 

hədələdilər. Evdə yaşayan dostlarımızın köməyilə çağırılmamış qonaqları qovmağa 

müvəffəq olduq”- deyə jurnalist bildirib. 

 

İyunun  12-də  Əkrəmoğlu  Türkiyədə  qonaq  qaldığı  evə  basqın  edən  şəxslərdən 



birinin – Xano Əmayevin Bakıda olmasının onun özü və ailəsinin həyatına təhlükə 

yaratdığı  üçün   mühafizə  orqanlarından   təhlükəsizliklərinə  təminat  verilməsini 

istəyib. Polis izahatının alınması üçün jurnalisti polis diarəsinə çağırıb və şöbədə 

ona bildiriblər ki, Xano Əmayevin telefon nömərəsinə zəng çatmır və bundan artıq 

heç nə edə bilməzlər.  Əmayev sonradan müsavat.com saytına verdiyi açıqlamada 

Əkrəmoğlunu təhdid etmək kimi niyyətinin olmadığını bildirib. 

 

Əkrəmoğlu ondan apardığı araşdırmaların dayandırılmasını tələb edən təhdid dolu 



digər  telefon  zəngləri  və  mesajlar  aldığını  da  bildirib.  Əkrəmoğlu  Naxçıvanda 

insan  hüquqlarının  pozulması  və  yerli  məmurların  özbaşınalığı  ilə  bağlı  yazıları, 

xüsusilə  də,  Naxçıvan  MTN-ində  işgəncəyə  məruz  qalaraq  vəfat  etdiyi  bildirilən 

Naxçıvan sakini Turac Zeynalov haqqında araşdırmalarına görə təqib olunduğunu 

hesab  edir.    Əkrəmoğlu  və  Azadlıq  Radiosu  məsələ  ilə  bağlı  Daxili  İşlər 

Nazirliyinə,  Milli  Təhlükəsizlik  Nazirliyinə  və  Baş  Prokurorluğa  müraciət  edib. 

Əkrəmoğlu DİN-in məsələni araşdıracağına vəd etdiyini bildirib.  

 



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə